Рейтинг
+179.50

Xoşbəxt ailə

101 üzv, 214 topik

Qadın haqları

İslam dinində qadın və kişiyə insan yönümündən yanaşılır. 

Bu barədə Nisa surəsinin 32-ci ayəsində yazılır: 

“ Allahın birinizi digərinizdən üstün tutduğu, birinizə digərinizdən artıq verdiyi şeyi arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandiqlarından öz payı vardır “.


Ardı →

Çətinlikləri dəf edərkən

Bir çox ailələr ona görə bədbəxt olurlar ki, qadın sadə ailə həyatının adi ev işlərindən ikrahla öz çevirir. İş və qayğılar onun xoşuna gəlmir, sevinc, məmnunluq və maraqla yerinə yetirmək mümkün olan və onun özü üçün də faydalı olan şeylər ağır və darıxdırıcı yük kimi görünür.


      Əlbəttə, ev həyatı həmişə yaxşı olmur.
Ardı →

Evlilik və temperament

Psixoloqlar evlilik üçün təkcə sevginin olmasını kifayət saymırlar. Öncə bir-birinizə psixoloji baxımdan uyğun gəlib-gəlmədiyinizi müəyyənləşdirməlisiniz. Psixoloji uyğunluq bir neçə əsas parametrlə ölçülür. Uyğunluğun ilk göstəricisi biolojidir. Doğulduqdan hamımız fərqli temperamentə sahib oluruq. Bu keyfiyyət insana göz və ya saç rəngi kimi ömürlük verilir, yəni onu dəyişmək qeyri-mümkündür. Əlbəttə, müxtəlif növ temperamentin ahəngi nigahın birləşməsinə böyük təsir göstərir.


Ardı →

Ailədə hörmət qaşılıqlı olmalıdır

munasibətlərHəyat yoldaşımıza necə hörmət etməliyik? Həyat yoldaşına hörmət etmək nə deməkdir? 
Əgər istəyirsinizsə, məsələyə bu sualın cavabından başlayaq. Bir çox ailələrdə hörmət məfhumunu düzgün başa düşmürlər. Məsələn, bəziləri hörməti həyat yoldaşı üçün «hər şeyə hazır olmaq» kimi qəbul edirlər. Halbuki, hörmət təkcə qadınlara yox, hər iki tərəfə aiddir. Və təbii ki, bunun üçün tərəflər bir-birilərini tam mənası ilə qəbul etməlidirlər. Hörmət müəyyən vaxtlarda yox, həyatın bütün mərhələlərində olmalıdır. Danışarkən hörmət, dinləyərkən hörmət, münasibətdə hörmət, ünsiyyətdə hörmət və s.

Bir az əvvəl də qeyd etdiyimiz kimi hörmət tərəflərin bir-birilərini qəbul etməsindən çox asılıdır. Tərəflər bir-birilərini xəbərdarlıq etmək və ya müsbət mənada tənqid etmək hüququna malikdirlər. Bu da çox təbiidir. Ancaq bir tərəfin qarşı tərəfi qəbul edə bilməməsindən irəli gələn mənfi tənqidlər hörmətsizlik səviyyəsinə çata bilər ki, bu da hər iki tərəf üçün təhlükəlidir.
Elə isə həyat yoldaşımıza necə hörmət etməliyik? Hər şeydən əvvəl hər hansı bir hadisə qarşısında özümüzü həyat yoldaşımızın yerinə qoyub o şəkildə reaksiya verməliyik.


Ardı →

Bir-birinə kömək edərək

      Uşaqlara münasibətdə atanın üzərinə düşən vəzifələri ananın boynuna qoymaq olmaz. Əgər ana öz vəzifələrini ləyaqətlə yerinə yetirirsə, bu, onun üçün kifayətdir. Ata və ana yalnız birlikdə çiyin-çiyinə işləməklə ALLAHIN tapşırdığı işi yerinə yetirə bilərlər.


Ardı →

Uşaqlarınızla ünsiyyətinizi qiymətləndirin.

      1. Ailəmizdə mövcud problemləri həll etmək üçün vaxt ayırırıq.

      2. Uşaqlarımın fikrilə razılaşmasam da, hörmətlə yanaşıram.

      3. Öz fikrimi bildirməzdən qabaq onların fikrini dinləyirəm.

      4. Uşaqlar mənimlə danışarkən onların gözlərinə baxıram.

      5. Mənimlə sərbəst söhbət etmələri və sual vermələri üçün uşaqlarıma şərait yaradıram.

      Öz həyat yoldaşınızla bu suallara cavab verin və nəyi daha da yaxşılaşdırmağın mümkün olduğunu müzakirə edin.

      Uşaqlarımın etibarını, rəğbətini və dostluğunu qazanmaq və ya yenidən əldə etmək üçün nə edə bilərəm.


Davamı →

A qayınana, qayınana...

«Gəlin mənim süpürgəmdir, harda qoydum, orda da durmalıdır!»
Qadın böyük qüvvədir. Bəs görəsən, bu «böyük qüvvə»lər maraqları toqquşanda güzəştə getməyi bacarırlarmı? Söhbət əsrlər boyu gündəmdən düşməyən gəlin-qayınana münasibətlərindən gedir.

Müasirlik ənənəviliyə qarşı


Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun aparıcı elmi işçisi, Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanlı deyir ki, bu məsələ keçmişdən günümüzə qədər bütün cəmiyyətlərdə və ictimai quruluşlarda mövcud olmuş problemdir. Sadəcə, hər dövrdə daha da gərginləşən bu problemə dövrün tələblərinə uyğun yeni çalarlar əlavə olunur. Bu gün də məsələnin bir neçə yeni amili ortaya çıxmaqdadır ki, onlardan da ən başlıcası Azərbaycan ailəsində müasirlik və ənənəviliyin toqquşmasıdır.
Davamı →

Dərdimi kimə deyim...

Zərifə son günlər çox fikirli idi. Xalidlə yaşadığı problemlərin get-gedə artması onu əməlli-başlı narahat edirdi. Halbuki, nişanlı olanda hansı xəyallarla yaşayırdı. Xalidin evləndikdən sonra dəyişdiyini, onu əvvəlki kimi sevmədiyini düşünürdü. Bu fikir beynini gəmirir və heç cür çıxış yolu tapa bilmirdi.
Bu narahatlığı məktəbdə müəllimə yoldaşlarının da gözündən qaçmırdı. Bir gün tarix müəlliməsi Sevil xanım ona yaxınlaşdı. Köhnə bir dost kimi:
Ardı →

Atanın oğluna nəsihəti

Oğul sözlərimə yaxşı qulaq as, ata nəsihəti faydasız olmaz. N. Gəncəvi
Oğul, indi sənə deyəcəyim sözləri yaxşı dinlə və gələcəkdə ailə başçısı olduğun zaman qarşındakı insanın səndən nə gözlədiyini və nə istədiyini anlamaq üçün nəsihətlərimi yadda saxla. Onları heç vaxt unutma.

1. Evindən çıxan zaman həyat yoldaşına Allaha əmanət ol deyərək çıx. Onu hər bir zaman əzizlə.
2. Onun pəncərənin arxasında duraraq, yolunu gözlətmə vaxtında səni gözləyənlərin yanına qayıt.
3. Bayırda yediklərindən evinə də gətir.
Ardı →

Xoşbəxt ailə olmaq üçün

Təcrübələr nəticəsi, alim və psixoloqların ailə xoşbəxtliyi üçün təsbit etdikləri bəzi prinsipləri birlikdə xatırlayaq:


1) Qısa ayrılıqlar, ailədəki bağları gücləndirə bilər. Uzun ayrılıqlar isə ailənin dağılmasına səbəb ola bilər. Uzun ayrılıqlardan uzaq durmaq lazımdır.

2) Xoşbəxt bir ailə  birliyi üçün tərəflər bir-birinin psixologiyasını, quruluş və xarakterlərini yaxşı tanımalıdır. Ancaq bu şəkildə ailənin dağılmasından, söz-söhbətdən uzaq qalına bilər.

3) Heç bir anlaşılmazlığın uzun, davamlı olmasına fürsət verilməməlidir. Ən qısa zamanda şirinliyə bağlanmalıdır.

4)İstər köhnə nişanlısı, istər əvvəlki yoldaşı olsun, keçmiş təcrübə və xatirələrdən danışmaq doğru olmaz.

5) Həddindən artıq idealist olulnmalıdır, normal yaşamalı və qarşı tərəfdən möcüzələr gözlənilməməlidir.

6) Yoldaşlar, sevgilərini hər vəsiləylə bir-birlərinə ifadə etməlidirlər.

7) Kədərə təslim olmamağa çalışılmalı; həyata davamlı ümidlə baxılıb və gülər üzlü olunmalıdır.


Ardı →