Astrid Lindqren fəlsəfəsi
Həmin dövrdə uşağa axşamlar, yatmamışdan öncə kiçik nağıllar oxuyardıq. Düşündüm ki, arada bir bizim nağıllardan da oxumaq yerinə düşərdi, həm uşaq valideynlərinin uşaqlıqda oxuduqları nağıllarla tanış olar, həm də dilləri zənginləşər. Görünür illər ötdükcə elə mənim özüm uşaqlıqda oxuduğum milli nağılların fəlsəfəsini tam unutmuş imişəm. Artıq ikinci nağılda uşaq darıxmağa başladı, nağılın mənasını anlamağa çalışsa da kiçik qafası buna imkan vermədi.
Mən ona divin nə üçün qızı oğurlayıb yerin altındakı mağarasında saçından asdığını, Məlikməmmədin qardaşlarının onu nuyə quyuda qoyub aradan çıxmalarını izah edə bilmədim. Keçəlin isə niyə saçlarının töküldüyünü uşaq dili ilə aydınlatmaq elə də asan olmadı.
Sonradan mənə agah oldu ki, gecələr uşağa oxuduğumuz Astrid Lindqrenin hekayə-nağılları öz təsrini göstərib. Astrid Lindqren nağıllar dünyası elə füsunkardır ki, istər uşaq, istərsə də böyük oraya girdikdə çıxa bilmirlər. Bu hekayələrə qulaq asmış, onu oxumuş uşağı qədim dövrlərə aid “Yaxşı padşahın nağıl”ları ilə maraqlandırmaq çox çətindir.
Ardı →