Рейтинг
+45.27

Yazıçılar

53 üzv, 206 topik

Murakami kimləri oxuyur?

“F. Skott Fitscerald – Möhtəşəm Getsbi” Haruki Murakami
”Möhtəşəm Getsbi mənim sevimli kitabımdır. Bir neçə il əvvəl tərcümə etmişəm. İyirmi yaşımda çevirmək istəmişdim, amma hazır deyildim” (“TİME” jurnalına müsahibəsində “Ən sevdiyiniz kitab” sualına verdiyi cavab, 2008-ci il)

Çovdarlıqda uçurumdan qoruyan” – C.D. Selincer
“Bu, qaranlıq və təsirli hekayədir. 17 yaşımda bu hekayəni oxuyub zövq aldım və tərcümə etməyə qərar verdim. Gülməli olduğu qədər qaranlıq və güclü idi. Cavanlıqda çox təsirləndirmişdi məni. (Kaliforniya Universitetindəki çıxışından, 2008-ci il)

“Karamazov qardaşları” – F. Dostoyevski
“Dostoyevski mənim idealımdır. Yazıçıların çoxsu qocaldıqca güclərini itirib. Amma Dostoyevski yox. O, getdikcə daha böyük və daha möhtəşəm olub. Karamazov qardaşlarını təxminən 50 yaşında yazıb. Fövqəladə romandır”. (“3:AM Magazine”dəki müsahibəsindən, 2009)

“Qəsr”- Frans Kafka
“Kafkanın “Qəsr”ni 15 yaşımda oxumuşam. Böyük, inanılmaz, gözəl kitabdır. Məni şoka saldı…Kafkanın bu kitabda təsəvvür etdiyi dünya elə real və eyni zamanda elə qeyri-real idi ki, elə bilirdim ruhum və qəlbim iki yerə bölünüb”. (Franz Kafka Mükafatını alanda etdiyi çıxışından, 2006)

Murakaminin ən sevdiyi roman qəhrəmanı isə Raymond Çandlerin Filip Marlousudur. Murakamiyə görə Marlou Çandlerin xəyali obrazıdır, ona çox oxşayır. Hətta tələbəlik illərində Marlou kimi yaşamaq istəyirmiş.
Davamı →

Yazıçı və ilahə: Remarkla Marlen Ditrixin eşq macərası

Venesiya: sevgi hekayəti başlanır...Remark və Marlen Ditrix
1928-ci il, Venesiyiada kino festival keçirilir. Restoran, masa arxasında ekran ulduzu Marlen Ditrix və tanınmış rejissor Cosef Şternberq əyləşib. Masaya zövqlə geyinmiş, zərif üz cizgilərinə və iti baxışlara malik tanış olmayan kişi yaxınlaşır və özünü Erix Mariya Remark kimi təqdim edir. İncə, ehtiraslı səsi var — aktyor səsi kimi. 
Marlen onun çox cavan olduğunu düşündü. Belə mükəmməl bir kitabın müəllifi (“Qərb cəbhəsində dəyişiklik yoxdur”) daha yaşlı olmalıdır — deyə aktrisa fikirləşirdi. Onların söhbəti qarşılıqlı komplimentlərlə başladı. 
Marlenin keçmiş məşuqu Cozef Şternberq dərhal özünün burada artıq olduğunu anlayır və sakitcə masanı tərk edir. Dahi rejissor, operator olan bir insan — Cozef indi baş verənləri, bunun gözəlliyini anlamaya və görməyə bilməzdi... 

“Qərb cəbhəsində dəyişiklik yoxdur” böyük uğur qazanır, bir çox xarici dillərə tərcümə olunur və bununla yazıçıya məşhurluqla yanaşı, pullar da qazandırır. Lakin Birinci Dünya Müharibəsinin dəhşətlərini təsvir edən yazıçı qarşıdakı xaosun qarşısını almaq iqtidarında deyildi. Almaniyada Remarkın kitabları tonqalda yandırılır. Yazıçı artıq altıncı ildir ki, xaricdə yaşamaq məcburiyyətindədir. 
Ardı →

Dəli yazıçılar

Fridrix NitsşeDəlixana ancaq dəlilər üçün nəzərdə tutulmayıb. Dəlixananın yolundan dahi yazıçılar, filosoflar, şairlər də keçməli olub.

Fridrix Nitsşe
İddialara inansaq F. Nitsşe 1889-cu ildə ağlını itirəndə dostlarına qısa və cəfəng məktublar göndərib. Sahibi tərəfindən qırmanclanan bir atın boyuna sarılıb ağlamaya başlayıb, sonra da huşunu itirib. Dəliliyin şagirdlik illərində yoluxduğu sifilis mikrobunun nəticəsi olduğu təxmin edilib. Dostlarının xəstəxanaya yerləşdirdiyi Nitsşe həkimlər və tarixçilər tərəfindən müalicə olunmağa başlayıb. Dahi filosof 1900-cü ilin 25 avqust tarixində dünyadan köçüb.

Silviya Plat 
S. Platın xəstəliyi bir çox mübahisələrə səbəb olub. Xüsusən də məşhur avtobioqrafik “Şüşə qapaq altında” romanından sonra. Həyatının böyük bir hissəsini depressiya vəziyyətdə keçirən Plat üçün elektroşok müalicəsi məsləhət görülüb. Müalicə 1953-cü ilin iyun ayında başlayıb. Elə həmin ilin avqustunda Plat intihara cəhd edib. Daha altı ay davam edən elektroşok və insulin müalicəsi onun cəmi 10 il yaşamağına kömək edib. Qayğıkeş ana Plat ölümünü dəqiqliklə hazırlayıb: əvvəlcə uşaqları üçün səhər yeməyi hazırlayıb. Sonra mətbəxə keçib şəlpəni isladaraq qapının altına dürtüb. Yuxu dərmanı qəbul etdikdən sonra qaz sobasını açır və başını sobaya yaxınlaşdırıb yatır.


Ardı →

Sevilən hər bir qadın üçün...

Jan Jak RussoFransız filosofu, yazıçı, Fransa maarifçilik hərəkatının ən görkəmli nümayəndəsi  Jan Jak Russonun naməlum qadına yazdığı məktub.

Mən yenə də özümü sizinlə görüşmək təhlükəsinə məruz qoydum. Mənim gümanlarım da doğruldu: ürəyimdəki köhnə yaraların təzədən açılması üçün bu, kifayət elədi. Sizin yanınızda mən olub -qalan ağlımı da itirdim və hiss edirəm ki, məni gətirib çatdırdığınız bu vəziyyətdə sizə pərəstiş etməkdən başqa heç nəyə yaramıram.

Nasazlığım bir də ona görə acınacaqlıdır ki, mənim ondan yaxa qurtarmağa nə bir ümidim, nə də arzum var və bunun nəticəsində nə baş verəcəyindən asılı olmayaraq, mən sizi əbədi olaraq sevməliyəm. Xanım, başa düşürəm ki, sizin tərəfinizdən qarşılıqlı məhəbbətə ümid bağlamağa cəsarət də edə bilmirəm. Mən tamamilə kasıb, cavan bir oğlanam. Ürəyimdən başqa sizə heç nə təklif edə bilmərəm, bu ürəksə, nə qədər odlu, hissiyyatlı və həssas olsa da, əlbəttə, elə layiqli hədiyyə deyin ki, siz onu qəbul edəsiniz. Lakin dərk edirəm ki, mənim zərifliyimin ölçüyə gəlməz dərinliyində və canlı, lakin dəyişməz xasiyyətimdə xoşbəxtlik üçün elə əsaslar var ki, sevilən hər bir qadın üçün məndə olmayan sərvət və gözəllikdən üstün tutula bilərdi. Lakin siz mənimlə ağlasığmaz dərəcədə qəddarlıqla rəftar etdiniz və əgər mənə haçansa iltifatla nəsə demisinizsə də, bunun əvəzini elə qiymətə ödəməyə məcbur etmisiniz ki, mən and içməyə hazıram ki, sizin bütün məqsədiniz ancaq mənə əzab  vermək olub.


Ardı →

Hekayə- "Bir gözəlliyin qürubu"

Alberto Moravia, italyan yazıçı, novella ustası, journalist 
 
Doğum tarixi və yeri: 28 noyabr 1907-ciildə İtaliya, Roma

Vəfatı:  26 sentyabr 1990-cı İtaliya, Roma

Bir gözəlliyin qürubu

Mən onunla bir zamanlar çox məşhur olmuş və sonralar şöhrətini xeyli itirmiş A. sanatoriyasında, daha dəqiq desəm, müalicə korpusunun ikinci mərtəbəsində, masaj otağının qarşısında tanış oldum. Növbə gözləyən…lərdən bəziləri taxta stullarda oturmuşdular, sakitcə söhbət edirdilər. Bəziləri isə koridorda gəzişirdi. Sanatoriyaya ötən gəlişimdə dostlaşdığım tibb bacısı əlində dəftər masaj otağından çıxdı, üzünü mənə tutaraq dedi: «Alberto, hazırlaş, sənin növbəndir».


Ardı →

Gi de Mopassan- "Əbədi sevgi" hekayə

Fransız yazıçısı Gi de Mopassan (Maupassant) —
əsil adı Anri Rene Alber Gi, (5. VIII. 1850 — 6. VII. 1893) 

 "Əbədi sevgi"
Ov mövsümünün açıldığını elan edən nahar yeməyinin sonu idi. Zadəgan Bertrans və qonaqları çiçəklər və meyvələrlə bəzədilmiş parlaq masanın arxasında əyləşmişdilər. Söhbət sevgidən düşdü. Qəfildən insanın bi…r yox, bir neçə dəfə sevməsinin mümkünlüyü barəsində qızğın müzakirə başladı.  Həyatı boyunca yalnız bir dəfə sevən insanlar nümunə olaraq göstərilir, bunlar bir neçə dəfə ehtiraslı eşq macərası yaşayanlarla müqayisə olunurdu. Kişilər sevginin də xəstəlik kimi bir insanı bir neçə dəfə yoluxdura, hətta ölüm həddinə çatdıra biləcəyini iddia edirdilər.  Bu mülahizə olduqca inandırıcı səslənirdi. Qadınlarsa hər zamankı kimi real müşahidələrdən daha çox poetik görüşlərinə əsaslanır, böyük sevginin insan ruhuna yalnız bir dəfə bəxş olunduğunu söyləyirdilər.  “Bu şimşəyin çaxmasını xatırladır”-onlar deyirdilər.  Sevginin bir dəfə baş çəkdiyi qəlblər elə viran qoyulmuş, məhv edilmiş olur ki, orda digər heç bir hiss kök sala bilməz, hətta arzular belə.


Ardı →

Dino Bussati- İnsanın böyüklüyü (hekayə)

1906-cı ildə Belluno kommunasının San-Pelleqrino məhəlləsində dünyaya gəlmiş Dino Bussati Milanda təhsil alaraq hüquq diplomuna yiyələnir, 22 yaşında Milanın ən nüfuzlu «Corriere della Sera” qəzetində işə qəbul olur. 30-cu illərin əvvəllərində Bussatinin „kafkasayağı” tərzdə qələmə aldığı ilk romanları dərc olunur. İkinci Dünya Müharibəsi illərində İtaliya Kral Hərbi Dəniz Qüvvələrinin tərkibində Afrikada jurnalist kimi fəaliyyət göstərir. 1943-cü ilin sentyabrında Milana qayıdır və qəzetdə redaktor işləyir.
Dino Bussatinin “Sevgi” romanı 1963-cü ildə işıq üzü görür. Daha çox romançı və dramaturq kimi nüfuz qazanır. Bussatinin nəsri fantastikaya meyl edir, bu mənada onu çox zaman Edqar Po və Kafka ilə müqayisə edirlər. Onun yaradıcılığına nəzər salsaq, fövqəltəbii məqamlar görmək mümkündür.


Ardı →

Keyt Şopen - "Bir saatın tarixçəsi"

Məşhur amerikalı yazıçı Keyt Şopen həm də feminizmin banilərindən biri hesab edilir
O, 1850-ci ildə ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində doğulub. 1870-ci ildə Oskar Şopenlə evlənərək, Yeni Orlean şəhərinə köçüb və ondan 6 uşağı dünyaya gəlib. 1882-ci ildə əri vəfat edəndən sonra yazıçı doğma şəhərinə qayıdıb və müntəzəm surətdə ədəbi fəaliyyətlə məşğul olub. Onun hekayələri, məqalələri, esseləri, təcümələri yerli mətbuatda çap edilib. «Oyanış» adlı bir romanın da müəllifi olan Keyt Şopen 1904-cü ildə vəfat edib.
Yazıçının ədəbi irsinə maraq 20-ci əsrdə qadın hüquqları uğrunda hərəkatın genişlənməsindən sonra artıb. İndi Keyt Şopen ABŞ-da feminizmin banilərindən biri və qısa hekayələr ustası kimi tanınır. Şopenin “Bir saatın tarixçəsi”  hekayəsi Amerika ədəbiyyat tarixinin ən gözəl qısa hekayələrindən biri hesab edilir.


Ardı →

Hans Xristian Andersen barədə 10 fakt

Hans Xristian AndersenHəm uşaqlar, həm də elə böyük üçün məşhur nağıllar müəllifi olan Hans Xristian Andersen haqqında nə bilirik? Əlbəttə, çox şeyi bilir, yəqin bir o qədər şeyi də bilmirik. Elə isə başlayaq, hər bir halda bu dahi yazıçı barədə 10 faktı diqqətinizə çatdırırıq. Güman edirik ki, əvvəl eşidənlər də beyinlərini təzələmək baxımından yaxşı fürsət tapmış olacaqlar.
Uşaqlıq
Andersen (1805-1875) Danimarkanın Fions adalarındakı Odense şəhərində anadan olub. Babası ağac emalı işi ilə məşğul olan Anders Hanseni Odensedə hamı dəli sayırdı. Çünki qoca taxtadan yarı insan, yarı heyvan görüşünlü fiqurlar yonub hazırlayırdı. Bir qayda olaraq adamları qanadlı təsvir edirdi. Babasının bu xüsusiyyəti nəvəsinə də təsirini göstərirdi. Onun nağıllarında insanlar həm də qanadlı oldular. Əlbəttə, Hans emalatxanada işləmədi, məktəbdə təhsil aldı ki, təhsilinin yüksək səviyyədə olduğunu söyləmək mümkünsüzdür. Andersen ömrünün sonlarınadək yazılarında çoxsaylı səhvlərə yol verirdi.
Davamı →

Nüsrət Kərimovun essesi- "Hər kəs öz dünyasında fərqlidir..."

Fərqli… “Hər kəs öz dünyasında fərqlidir, hər kəs üçün...düşüncələr kimi...”
...istəyirəm. Elə xəyalları ki, gerçək olsun. Ən azından bunun üçün hər dəfə bir addım atdığımı düşünüm. Nə onları yaşadım, nə onlarla yaşayım. Çünki bütün xəyallar reallığa çatdığı zaman dəyişir. Təkcə sənin xəyalından başqa. Amma...

...sevirəm. Elə birini ki, nə təsvir etmək olar, nə təsəvvür etmək olar. Düşünüb xəyalını qurmaq belə çətindir. Bəzən düşünürəm ki, xoşbəxtliyin xəyalını qurmaq necə ola bilər? Biz hansı haqq ilə xoşbəxtliyi dar bir çərçivəyə salıb onun xəyalını qura bilərik!? Mən isə heç ağlıma belə gətirmədəm, addım atdım. Çünki sevmək üçün bir xəyala ehtiyacım belə yox idi. Təkcə sənin sevgindən başqa. Amma…


Ardı →