Maraqli,qiciqlandirici və gülməli hekayə

Taksi sürücüsü yagişin altinda dayanmiş yolçunu görüb maşini saxladi. Əynində uzun qara paltar olan adam arxa qapini açib oturdu.

Sürücü: "Həə, de görüm hara gedirsən?"

Yolçu: "Mən Əzrayilam. Canivi almaga gəlmişəm" deyə astadan dilləndi.

Sürücü kinayə ilə: "Sənsən Əzrayil? Sənin kimi Əzrayil olar heç?" dedi.
Yolçu: "Bu günə kimi Əzrayil görmusen ki, necə oldugumu biləsən?" deyib sözlərinə davam etdi: "...inanmadin mənə, düzdü?"
Sürücü: "Yox, inanmadim."

Yolçu: "Onda qulaq as. 200 metr irəlidə eynəkli, başinda şlyapa, əlində portfel olan bir yolçu alacagsan."

Dogurdan da 200 metr irəlidə sürücü əynəkli, başinda şlyapa və əlində portfel olan bir yolçu alir. Amma yolçu qabaqda, sürücünün yaninda oturur. Bundan sonra hadisələr daha da qəribə hal alir.

Sürücü yanindaki yolçuya: "Sən hara gedirsən?"
Yolçu:"Mənim işim mərkəzdədi. Şəhərin mərkəzində bir yərdə düşəcəm."

Sürücü yenə yanindaki adama: "Bu arxadakina bax e. Yaxşiliq eliyib, yagişin altinda maşina aldim, utanmadan məni doluyur, deyir mən Əzrayilam."
Öndeki arxaya baxaraq: "Hani? Arxada heç kim yoxdu axi."

Sürücü hirsle: "Korsan? Görmürsən adam arxada oturub?"
Öndeki bir də arxaya baxib sürücüyə: "Sənin başin xarab olub yoxsa məni dolamisan? Arxada heç kim yoxdu!"

Bu dəfə arxadaki dillenir: "Mən sənin canivi almaga gəlmişəm. Başqalari məni nə görə bilir nə də səsimi eşidir."

Sürücünün rəngi agarir. Dizləri titrəməyə başlayir.

Arxadaki sürücüyə: "Maşini saxla və iki rükət son namazini qil. Sonra canini alacagam."

Sürücü əlləri əsə-əsə maşini saxlayib maşinnan endi...

Sonra...

Sonra nə olub bilirsiz?
Əzrayilnen yolcu maşini ogurlayib qaçiblar:)))

 

0 şərh