Qızlarımız niyə ərə getmir?

Son dövrdə sosial problemlərin sırasında qadınların ailə qurmaması aktual problemlərdən biridir. Maraqlısı odur ki, cəmiyyətdə fikir formalaşıb ki, xanım 20 yaşa çatan kimi ərə getməlidir. Bəs, görəsən, Azərbaycanda yaşı iyirmini keçən xanımların sayı nə qədərdir?

Statistika Komitəsinin verdiyi məlumatda Azərbaycanda 20 yaşdan 40 yaş arasında 1 milyon 600 min nəfər xanımın olduğu bildirilir. Bu xanımların 80 minə qədəri rəsmi nigah qeydiyyatındadır. 8 min xanım isə boşanıb. Əgər statistik məlumata arxalansaq, o zaman 1 milyon 500 minə yaxın qadının subay olduğu görərik. Xatırladaq ki, 20 yaşdan 40 yaş arasında kişilərin sayı 1 milyon 541 mindir. Qadınlar kişilərə nisbətən, təxminən, 60 min nəfər çoxdurlar.

Qızların ailə qurmamasının səbəbini öyrənmək istədik. Bu səbəbdən bir şirkətdə çalışan subay xanımlar arasında müsahibə apardıq. 25 yaşlı Çinarə Muradova bu vaxta qədər ailə qurmamasının səbəbini özünə uyğun oğlan tapa bilməməsində görür. Onun fikrincə, ideal ər ali savadlı, insanı başa düşən olmalıdır. Çinarə maddi durumu bir o qədər də nəzərə almır. Onun üçün əsas qarşılıqlı hörmətdir.

Humay Məmmədova adlı digər respondentimizin isə 32 yaşı var. Humay bu yaşa qədər ərə getməməsinin səbəbini maddi problemlə bağlayır. «Bu vaxta qədər mənə rast gələn oğlanların nə evi, nə maşını olub. Ümumiyyətlə, ailə dolandırmağa imkanı olmayan kişilər qarşıma çıxıb. Gələcəyi qaranlıq olan insana ərə getməkdənsə evdə oturmağı, özüm üçün karyera qurmağı daha üstün tuturam» söyləyən Humay Məmmədova hələ də ailə qurmaq haqqında düşünmür.

24 yaşlı Nigar Həmidova da karyera qurmağı daha üstün tutur. Gələcəkdə ailə quracağım oğlanın özü ilə həmfikir olmasını istəyən Nigar xanım var-dövlətə çox da önəm vermir. Bu vaxta qədər ərə getməməsinin səbəbini isə xasiyyətinə uyğun insanla görüşməməsində görür.

«Gələcək həyat yoldaşımın mənə hörmət etməsini istəyirəm. Düşünürəm ki, bir-birimizə inam olmalıdır. Həyat yoldaşım çox varlı olmasa da, olar. Amma istərdim ki, qaynanasız evə gəlin köçüm» söyləyən Leyla Kərimova adlı xanımın isə 23 yaşı var. İndi Leylanın fikiri yaxşı oğlan tapmaqdır. O, lazım gələrsə, ailəsi üzündən karyerasını da qurban verməyə hazırdır. Aysel Əliyeva isə bütün oğlanların həyata hazır olmadığını düşünür. Məhz ona görə də Aysel 25 yaşında hələ də subaydır. Onun fikrincə, kişi qadına arxa olmalıdır. Amma, Ayselin qabağına bu vaxta qədər hələ də öz idealı çıxmayıb. Əgər yaxşı oğlanla tanış olsa, xanım Əliyeva lazım gələrsə, öz işi ilə də vidalaşa bilər.

Kişilərə nifrət edən 29 yaşlı Sevinc Xəlilova ömür boyu subay qalmağı düşünür. Onun fikrincə, bütün kişilərə qadın yalnız yataqda lazım olur. «Bir də qadın kişinin yadına evə ac gələndə düşür» bildirən Sevinc bütün kişilərin eyni olduğunu vurğuladı.

34 yaşlı Natavan Zeynalova rastlaşdığı oğlanların sərbəst olmadığını bildirdi. «Hamısı ana, ata uşağıdır. İndiki oğlanlar yalnız valideyinlərinə güvənir» söyləyən Natavan bütün ömrünü tənha keçirməyi düşünür.

Apardığımız araşdırmalardan məlum oldu ki, «X» şirkətində ümumilikdə 50 nəfər çalışır. Onlardan 22-si qadındır. 6 qadın evlidir. 3-nün yaşı 40-dan yuxarıdır. 16 nəfərdən 14-ü indiyə qədər, ümumiyyətlə, ərə getməyib.

Məsələ ilə bağlı Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova xanımların ərə getməməsində ən çox kişilərin günahkar olduğunu bildirdi. Onun sözlərinə görə, bu gün həqiqətən də qızlar üçün ailə qurmaq çox çətindir: «Bir tərəfdən elə xanımlar var ki, ailəyə hesablanmış ittifaq kimi baxır. Digər tərəfdən oğlanlar da ailə qurmaqda çətinlik çəkir. Azərbaycan kişilərinin bir hissəsi xaricdə pul qazanmaqla məşğuldur. Bir hissəsi narkoman, içki düşkünüdür. Bir hissəsi cəzaçəkmə müəssisələrindədir. Gənc oğlanların bir çoxu da pul qazanmaq üçün başları qarışır. Xanımlar üçün də ərə getməkdə problem yaranır. Son vaxtlar gənc oğlanlarımız o qədər cılızlaşıb ki, artıq qadın özünü onlardan daha güclü hesab edir. İndiki dövrdə Azərbaycan kişisi özünü layiq olmayan tərzdə göstərir. Yəni indiki zamanda kişilərdə müəyyən kompleks özünü biruzə verir. Kompleksi olmayan insan evdə qadına qarşı hörmətlə davranar».

Ümumiyyətlə, Mətanət Əzizova qızların ərə getməməsində kişiləri günahkar bilir. Xanımların ailə qurmaqla bağlı qarşılaşdığı problemlərlə bağlı psixoloq Dəyanət Rzayev isə bunun əksinə olaraq, qadınların gec ərə getməsində bir neçə amilin rol oynadığını bildirdi. Problemə ən ümdə səbəb qadınların oxumaq, karyera qurmaq istəyidir. Onun sözlərinə görə, bu səbəbdən qadınlar oğlanlarla maraqlanmır. Vaxt keçdikdə isə artıq gec olur. Qızların evdə qalmasında oğlanların günahının olmasına gəlincə, Rzayev buna birmənalı yanaşmadı: "Əlbəttə ki, qızların evdə qalmasında müəyyən mənada kişilərin rolu var. Lakin qızların da günahı böyükdür. Bəzən onlar yaxşı oğlan axtarışında olur və sonda isə heç nəyə nail olmurlar. Qadınlar kişiləri var-dövlətinə görə deyil, insanlığına görə seçməlidir".

Bununla belə, ekspert ümumilikdə qızların evlənə bilməməsində ən böyük məsuliyyəti kişilərdə görür.

Müəllif: Ziya Baba
Həmçinin bax: Ərə getmək istəyirəm...
loading...
 

19 şərh

Refsan
Qızların ərə getməməyinin günahkarı oğlanlar deyil özləridir. Tamahkar qızlar multi milyoner kişilər xülyasında qanad çalsalar da onu bilmirlər ki insan heç də hər şeyə nail ola bilməz. Qızların əksəriyyətinin ərə getməkdə gecikməsinin səbəbi əli pulla oynayan kişi tapmaqdır. Amma bir vaxt yuxudan oyanırlar ki bu dünyada tək tənha qalıblar.
Shabnam_Ilham
Maraqlı mövzudur. Mən də fikrimi bildirmək istərdim ki, burda təkcə kişiləri günahlandırmaq düzgün olmazdı, qadınların da rolu böyükdür. Məsələn burda bir xanım qeyd edib ki, ali savadlı olsun, başa düşən olsun və s.- onu bildirmək istərdim ki, mənim fikrimcə ali savadlı insanların heç də hamısı yüksək düşüncəyə sahib olmur. Mən şəxsən elə insanlar tanıyıram ki, ali savadları yoxdu, amma çox yüksək intellektə, düşüncəyə malikdirlər. Cəmiyyətimizdə də belə bir fikir var ki, qızın yaşı 20-ni keçibsə artıq o evdə qalıb, filan… Əksər kişilərimiz də nədənsə 20 yaşdan az olan qızlarla ailə qurmaq istəyirlər.( təbii ki hamını nəzərdə tutmuram). Sonda onu demək istərdim ki, insan -istər qadın olsun, istər kişi özünü nə vaxt evliliyə hazır etdi o zaman evlənsin. Topik üçün təşəkkürlər :))
MaksiMuS
Mən sualı 2 formada qoymaq istərdim: Qızlarımız niyə ərə gedə bilmir və Qızlarımız ərə getməyə niyə biganə, soyuq yanaşır?! Digər tərəfdən, ərə getmək istəməyənlərin dərdi məni düşündürmür. Elələri ərə getməsə yaxşıdı. BU haqda lazım gələndə danışarıq. Keçək verdiyim 2 sualın cavabına.
Qızlarımız niyə ərə gedə bilmir ?
Cavablar müxtəlifdir.İlk öncə qeyd edimki XXI əsrdə yaşayırıq. Rəqabət, ən yaxşı, ən güclü olmaq uğrunda amasız qeyri bərabər yarış gedir. Çox təəssüfki keyfiyyətə üstünlük sadəcə işdə nəzərə alınır.Ailə qurarkən bu prinsip gözlənilmir.Məhz bu səbəbdən bir çox xanımlarımız, hansı ki, nümunəvi həyat yoldaşı ola bilər, onlar gözdən, diqqətdən kənarda qalır. Ya maddi durumun aşağı səviyyədə olması, ya ailə üzvlərinin bir valideyn olaraq öz öhdəçiliklərini  lazımınca yerinə yetirməməsi və bunların fövqündə xanımın xarici görkəmcə digərlərindən üstün olmaması həmin qızın bəxtinin açılmamasına gətirib çıxarır.  Qız uşağı elədiki gedib oğlana deyə bilməzki məni al, mənimlə evlən. Ən azından əxlaq və tərbiyə görmüş AZƏRBAYCANLI XANIMI BUNU ÖZÜNƏ YARAŞDIRMAZ.! Necə olurki Sovet dövründə 6-7 qızı köçürmək rahat formada bir ailəyə mümkün olurdusa, indi bu hardasa mümkünsüz vəziyyətə gəlib? Çünki bu mövzuda prinsiplər, meyarlar dəyişib. Artıq çoxu zaman tərəflər öz maraqları üzərində qohumluğa meyil göstərirlər.Tərəflərdən birinin, əl əxsus oğlan tərəfin marağı ödənilmirsə həmin evə elçi göndərilmir.
Tövsiyə: Bu problemin həllində valideynlərin üzərinə çox yük düşür. Qızlarının taleyi haqqında çox düşünsünlər.Nə qədərki gec deyil.
2-ci sual:
Qızlarımız ərə getməyə niyə biganə, soyuq yanaşır?
Həə, Bu sualın  formalaşmasında birbaşa qızların günahı çoxdu. Ümumiyyətlə indiki dövr qızlara baxanda həqiqtən də gələcəyə dair narahatçılıqlarım çoxlarlır.Analıq kimi müqəddəs vəzifəni yerinə yetirməyə layiq qızlarımız çox azdı. İndi bilirəm, 1 ağızdan oğlanların da bu movzuda heçdə ürəkaçan olmadıqlarını deyəcəksiniz, ama söhbət hələ ki qızlardan gedir.Gəlin temanı dəyişməyək. İndi döbr tipik qızları çox kaprizni, ipə sapa yatmayan, tənbəl, həddən ziyadə sərbət, müstəqil fikirli olub.Hansı ki onlarla nəinki normal münaibət, heç 1 daxma altında yaşamaq çox çətindir.Ama onu da qeyd edimki, qızlarımızın belə xarakter və təbiətdə formalaşmasında olduqları mühit nə qədər günahkarsa, valideynlərin də günahı böyükdü.Evin bircə, mamlı-matan qızı olmaq şərəfinə layiq olan qızlar ərköyün böyüyərək gəkləcəkdə DEFEKTLİ xarakterlə böyüyürlər. Sanki həyatları elə həmişə ATA evindəki kimi olacaq.Elə ona görədidə respondentlərin bir çoxu evlənmək istəmədiklərini deyiblər.Axı onlar ata evindəki sərbəstliyi, komfortu, azadlığı istər istəməz ər evində tapa bilməyəcəklər.! Axa..! Demək PROBLEMİN QAYNAĞI EVDƏN GƏLİR..!!
Sonda: Adətən evdə oğlan ananı, qız isə atanı daha çox sevir.Nİyə? Çünki daha çox nazıyla, qayğı və diqqətiylə onlar oynayırlar. Gələcəkdə də elə bir insanla ailə qurmaq istəyirlər.Ama anlamırlarki HƏr insan bir şəxsiyyətdir. Evlilik də məhz belə bir şəxsiyyəti olduğu kimi qəbul etməkdir. Edə bilmirsinizsə boşuna evlənməyin. Ama nə vaxta kimi ?!..
Gülnar
Maksimus, məsələyə çox düzgün yanaşmısız..Qeyd etdiklərinizin hamısı həqiqətdir..Topik də çox maraqlı və aktualdı..Düzgün məqamlara toxunulub: «Son vaxtlar gənc oğlanlarımız o qədər cılızlaşıb ki, artıq qadın özünü onlardan daha güclü hesab edir. İndiki dövrdə Azərbaycan kişisi özünü layiq olmayan tərzdə göstərir.» Bu doğrudan belədir..Oğlanlar cəsarətsiz, tənbəl, ata-ana uşağıdı çoxusu..Əsgərliyini çəkə bilməyib ata-anasını xərcə salan oğlanlar nə ailə saxlayacaq? Həyatda nəyisə özü əldə etmiş oğlanlar çox azdı..Mənim fikrimcə, ailə qurmayan cavanların artmasının, eləcə də boşanmaların çoxluq təşkil etməsinin səbəblərindən biri də mentalitetdi..Belə ki, biz oğlanla adi dostluq münasibətində olan qıza pis baxırıq etiraf edək..Yəni bir qız ya sinif, qrup ya iş yoldaşı kimi, ya da bir qohum kimi oğlanla sərbəst ünsiyyətə girə bilər ancaq..Kənar oğlanla onun tanışlığı, söhbəti min cür yozulacaq..Ona görə də qızlar (söhbət qınaq obyekti olmaq istəməyən qızlardan gedir) kənar oğlanlarla ünsiyyətdə özlərinə ciddi məhdudiyyətlər qoymaq məcburiyyətində qalırlar..Burada söhbət təbii ki, səfeh məqsədlə yaxınlaşan oğlandan yox, normal səviyyəli, düşüncəli oğlandan gedir.Nəticədə qızlar özlərinə, xasiyyətlərinə uyğun gələn, söhbəti tutan, ürəyinə yatan, dünyagörüşü eyni səviyyədə olan oğlanları tapa bilmirlər və ərə getmirlər..Buna görə əksəriyyət qızdan səbəb soruşanda deyir — özümə uyğun olan qarşıma çıxmayıb..Qarşına çıxmayıb — yəni qız passiv mövqedədir, gözləyir ki o insan gəlib onu tapsın, özü təşəbbüs göstərsin və s. O da indiki cılızlaşma ilə hardadı elə oğlan?) Cavan qız və oğlanların münasibəti «yaşmaqlanmaq» komleksindən qurtulmadıqca, qara fikirliliyə son qoyulmadıqca bu problem qalacaq..Qızlar uyğun oğlanı, oğlanlar isə özünə uyğun qızı tapmaqda çətinlik çəkəcək..Burda əsas məsələ pul deyil, əsas insanların bir-birinə uyğun olmağı, eyni təbiətli, oxşar zövqləri, həyata baxışları olmaqdadır məsələ..Çox qıza varlı oğlan yox, başa düşən oğlan lazımdı..
Refsan
Maksimus, səninlə tamamilə razıyam. Doğru məqamlara toxundun. Təşəkkürlər.
MaksiMuS
Məmnun oldum..Çox sağolun.
Kinosunas
Salam. Öncəlikıə qeyd etməliyəm ki, opik maraqlıdır. Mənə bu sual nə vaxtsa verilsəydi cavabım belə olardı
-  Çünki, buna dəyən — həyatını birləşdirməyə dəyən birini görmürəm. Bu dəqiqə ən vacibi kariyeramdır ve ayaqlarımın üzərində rahatlıqla durmayana qədər bu haqda düşünmək də istəmirəm. Xüsusən də oğlanın çox imkanlı olmasını istəmirəm. Çoxu  «ata uşağıdır» — həmişə özlərini arxalı hiss edirlər. Əlbəttə ailə övladın arxasında olmalıdır lakin onun ailəsini də saxlamağa məcbur deyil. Əziyyət görən, mənəvi dəyərlərə diqqət edən olmalıdır. Ata evi rahatdır- bu fikri qızlar işlədir. Doğrudur. Lakin rahatlıq deyəndə sizcə nəyi nəzərdə tuturuq? Hara istədik getmək, geyinib-keçinmək? Əsla. Ən azından mənim üçün bu demək deyil. Hara istədim gedən-gələn olmamışam. Məni evə bağlayan burada hiss etdiyim qarşılıqlı güvən hissidir.Məsələn:  Valideynlərimi tanıdığım üçün icazə verməyəcəkləri yerə icazə almağa cəht də etməmişəm. İcazə verəcəkləri yerə icazə aldığım üçün yox sözünü eşitmirəm. Ya nadir halda yox deyersə də mübahisə etmərəm. Əminəm ki, bir bildikləri vardır ki, yox deyiblər. Qərarlarıma hər zaman hörmətlə yanaşıblar. Olmaq istəyim yerdəyəm, istədiyim ixtisasın sahibiyəm, istədiyim işdəyəm. Bilirəm ki, mən başqalarının həyatını deyil öz həyatımı yaşayıram. Özümü şəxsiyyət kimi etişdirməyi, müstəqil qərar verməyi öyrədiblər. Mütləq qeyd etməliyəm ki, nə qərar versəm bilməsələr də onları hər zaman nəzərə almışam. Onlara zidd olan qərarlar da verməmişəm.Mən ailədə gördüyüm qarşılıqlı güvəni, höməti istəyirəm...Və qızlara da erkən yaşda ailə qurmağı məsləhət görərəm. Bunun üçün tələsməyə dəyməz.
Kinosunas
Hərfin biri itib--- Qızlara da erkən yaşda ailə qurmağı məsləhət GÖRMƏRƏM. Əsla.
Refsan
Oğlanlar ona görə evlənə bilmirlər ki, indiki zəmanədə qızların çoxu sərbəstlik arzusundadırlar. Mən başa düşə bilmirəm bəzi qızlar evdarlığı niyə özlərinə sığışdırmırlar. Halbuki bizim analarımız, nənələrimizin əksəriyyəti evdar olublar və indi "öz ayaqları üstündə duran" müstəqil qızlardan nə dünyagörüşdə, nə də savadda geri qalıblar. Mən anlaya bilmirəm bu "öz ayaqları üstündə durmaq" nə deməkdir. Qız evdar olanda məgər həyat yoldaşına yükmü olur ki? Halbuki qadın üçün ən gözəl iş uşaqlarına tərbiyə vermək, ana diqqəti göstərmək və evinin intizamını qoruyub saxlamaq olar.
Kinosunas
Sizi anlayıram. Fikirlərinizi də hörmətlə qarşılayıram. O zaman bir sual verim. Məsələn qız təhsil almayıb, ata-ana hər zaman dəstək olub. Özü də bundan şikayətçi deyi. Ərə getdi əri də işləməyə qoymadı.Qardaş yox. Kimsə sığortalanmayıb boşandı ya ölüm oldu. Artıq ata da yox, ana da yox. İllər sonra uşaqla tək qalan qadın nə edəcək? Bunu da deyə bilərsiz? Hər zaman hazır çörəyə öyrəşən qadın harada işləyəcək?Uşaqlarına kim baxacaq?! Kim nə deyir desin xanıma işləmək kişidən daha vacibdir. Xüsusən də təhsil almaq. Kişi pulu daşdan da çıxarar,lakin xanıma təhsil vacibdir. Niyə görə hər zaman kiminsə əlinə baxmalıyıq?! Lazım olanda həm diqqətli ana olmaq olar, həm də işləmək olar. Xanıma şərt qoyurlar ki, üzr istəyirəm səni alacam lakin işləməyəcəksən. Sabah da söz olanda deyəcək yalvarmışdım sənə?dedim işini at gəl, sən də gəldin. Bu deyil həqiqət?!
Refsan

Mən demirəm ki qızlar savadsız olmalıdırlar. Oğlanlar kimi qızlar da ali təhsil almalıdır, əllərində pis gün üçün diplom olmalıdır, özlərini yetişdirməlidirlər, qadınların da karyerası olmalıdır. Sizinlə razılaşıram ki, bu dünyanın min bir cür halı var. Qadın lazım gəldikdə öz ayaqları üzərində durmağı bacarmalıdır. Amma qadın öz ərini ayaqlayıb karyera dalınca gedirsə, özünü tam sərbəst hiss etmək istəyirsə məncə bu düzgün deyil. Avropa mühitinə uymağa çalışmayın. Bütün qızlara məsləhətim budur ki öz həyat yoldaşlarına hörmət etsinlər. Kişini kişi edən amillərdən biri də qadının ona qoyduğu hörmət, verdiyi qiymətdir.

Bakinets
Ərə getməmək qlobal problemdir.
məryam
Ele her şeyde qlobal problemdi. Teşekkürler. Mənlik deyil. 13 yaşım varda) Bu arada velenmekden nedense, qorxuram.
ElcinHesenov
hərşeyin zamanı var zamanı gələndə qorxunuz qalmayacaq hələ tezdir 13  yaşa
Aysel218
Menim 19yasim var .heleki tez olsda ozumcun gelecek dusunecek yasdayam ..menimcun kariyera vacibdi, en tez evlilik yasi mene gore 25di...25den sonra ola biler belke evlenmeyi duwundum:)… menimcun ideal insan intellektual,daim dunyagorusunu artirmaga calisan ,ozunu ata-anasiz da kecindirmeyi bacaran ,ali savadli--menim heyata baxisimla eyni olan biri demekdir. Eger bunlar olmayacaqsa omrumu bow yere kecirmekdense evlenmememk daha yaxsidir… Bir de kenardan kimlerinse----'' filankesin qizi niye evlenmir goresen '' demekleri de heeeec vecime olmayacaq hec vaxt...Evlenende men yasayacam o insanla cunki ,basqalari yox.
Refsan

Aysel xanım sizin fikrinizə hörmətlə yanaşıram. Amma unutmayın ki, ailə qurmaq yaşında min bir xəyalla karyera dalınca qaçan qızların hamısı heç də milyoner olmayıb. İndi kimsənsə 5 ildən sonra da eyni adam olacaqsan, çünki indiki zəmanədə halal zəhmətlə qazanılan pul yalnız qarnımızı doyurmağa yetir. Əksəriyyəti ana olmağa gecikdiyi üçün peşman olublar. Odur ki, evlənməyin yaşı yoxdur. Qarşına əgər əxlaqlı və ağıllı bir adam çıxarsa məncə vaxt itirmədən ailə qur. Peşman olmazsan.

MaksiMuS
Cümlədən çıxarış :  menimcun kariyera vacibdi, en tez evlilik yasi mene gore 25di.
Aysel
mən sənin subyektiv fikrinə hörmətlə yanaşıram ama, bu fikrindən çıxış edərək bir məsələyə aydınlıq gətirmək istərdim..Düzdü, evlilik üçün yaş əslində konkret yaş həddi sayılmamalıdı.Kim nə zaman hazırdırsa o zaman evlənməlidi.Ama...
Aması buduki, reallıq başqa mənzərədən xəbər verir. tutaqki, sən 25-27 yaşda evliliyə hazır oldun. O zaman səni hansl yaş həddində olan insan alacaq? Təxmin etsək 30-35 yaş arası.Bu da o deməkdiki səninlə evlənəcək şəxs ya 2ci dəfə ailə quracaq olan bir şəxsdir, yada bu vəya digər səbəbdən problemli olan və evlənməyə imkan tapmayan birisidir.Bir sözlə noyabra qalmış bir QARPIZ..
MƏnim heç kimi mühakimə etməyə nə həddim nədə əsasım yoxdu.Əlbət bunlar mənim subyektiv düşüncələrimdi. Və gedişat onu göstərəcək ki, sən də o yaşı keçmiş respndentlərin sırasına düşəcəksən, əgər sadaladığım iki halda olan biriylə evlənməkdən imtina etsən… İstisnalar və az görülən halları kənara qoyuram.Mən ümumi hallardan danışıram.Məncə, sənin düşüncən səhvdi.
ayxansevda
hər şeyin öz vaxtı var, nə gec evlənmək düzgün deyil, nə tez. oğlanlara da deyim ki, yaşı az olan qızlarla ailə qurmayın, o uşaqdı  sənə necə həyat yoldaşı olacaq uşaq nə bilir ailə nədi ailə məsuliyyəti, ər qədri nədi. amma 21- 24 yaşlı qız müəyyən dünya görüşü olur 25-27 isə tam dərk edir hər şeyi, lakin bu yaş həddi də bir az gecikir. niyə? ana olmaq, uşaqları tərbiyə etmək bunlar asan iş deyil buna əsəb, ağıl, səbr gərəkdir. insan yaşa dolduqca da əsəblər dözmür, səbr azalır uşaqları böyüdüb bir az özün üçün yaşamaq, dincəlmək, əkdiyin ağacların bəhrəsini görmək istəyirsən. qızlar isə ağıllı əxlaqlı zəhmətkeş oğlan axtarsalar daha yaxşıdır. xarici görkəm maddiyyat axtarsalar ömürləri axtarmağa sərf olunacaq  sonu da yalnızlıq ömür də ki. gözləmir ideal heç nə yoxdur
Aysel218
her kesin fikrine hormetle yanasiram.men 25yas dedikde oturub gozlemekki---25yasa catim sora da ozume heyat yoldasi axtarim--xeyr..menim demek istediyim eger qarsima sizin de dediyiniz kimi duzgun biri chixarsa men  qisa muddetde evlenmeyi dusunmerem, karyerama geldikde ise o mene hormet etdiyi kimi gelecek planlarima da hormet etmelidir ve  hemcinin intellektualliq menim ucun vacib wertdir---- yeni dediyim odurki  ola biler 23ya da 24yasimda ya da belke 20den sonra ciddi fikirli biri olarsa  men tezlikle kimseni tanimamis evlilik haqda dusunmeyin qeti eleyhineyem — Sohbet milyoner olmaqdan getmir  ,sadece  muasir dusunceli ve intellektual  insan  her meqsedine chata biler .
----Qisasi men KENARDAN BAXANLARin '''Filankes  niye ere getmir goresen '' dusuncelerine gore   oz planlarimi texire sala bilmerem — yene deyirem   25den de tez evlenmek olar  amma gerek o insanla oldugun muddetde o da sene komek etsinki heyatda istediyin yere chatmish insan olasan ..men 25 yashi formalize olunmus olaraq demisdim.yeni evlenmek xetrine oz planlarini arxaya atmaq olmaz