Ananın sağlamlığı qızın sağlamlığına necə təsir edir?

  • Qadın
Hər bir qadın gələcəkdə mümkün olan problemlərdən qabaqcadan xəbərdar ola, hətta bu problemlərin qarşısını ala bilər. Bunun üçün qadın anasına sağlamlığı ilə bağlı bir neçə sual verməlidir. Məsələ burasındadır ki, ananın sağlamlığı qızın sağlamlığına böyük təsir edir, anada bəzi xəstəliklərin olması qızı üçün ciddi risk faktoru sayılır.
Beləliklə, gələcəkdə mümkün olan sağlamlıq problemlərdən xəbərdar olmaq istəyirsinizsə, ananıza bu sualları verin: 
 
1. Menstrual dövr haqqında
Ananızda menstrual dövrlə bağlı problemlər olubsa (ağrılı menstruasiyalar, müntəzəm olmayan menstrual dövr və s.), bu problemlər sizdə də əmələ gələ bilər. Ananıza polikistoz yumurtalıqlar sindromu, endometrioz kimi diaqnozlar qoyulubsa, bu pozulmaların riski sizdə də yüksəkdir.
Davamı →

Tək olanda nə edirsən,ay qız?

  1. Sevdiyin mahnıları oxuyursan, bunu heç kim söyləməsə də sənə elə gəlir ki,məlahətli,ürəkdən gələn gözəl səsin var.
  2. Telefonundakı SMS-lərə baxırsan, lazımsız mesajları silirsən.
  3. Gələcək uşaqların üçün ad fikirlərşirsən.
  4. Sevdiyin oğlanın anasını yamsılayırsan.
  5. Saçlarında bit axtarırsan.
  6. Öz-özünə danışırsan.
  7. İnternetdə başqalarının yanında girmədiyin saytlara girirsən.

Davamı →

Qısqanmaq və tərk etmək

— Hətta əgər öyrənsən də, qısqanmayacaqsan?
— Qısqanmaq? Nəyə əsasən?
— O ki, əgər mən sənin yanında olduğuma baxmayaraq, keçmişimdə olan hər hansı bir qadın haqqında düşünsəm? Səni tərk edib həmin qadının yanına gedəcəyimdən narahat olmazdınmı?
— Yox.
— Yəqin ki, məni sevmirsən.
— Başa düşmürsən, nə danışırsan. Sevginin qısqanclıq və ya itirmək qorxusu ilə heç bir əlaqəsi yoxdur. Mən səni sevirəm, amma başqa qadını yadından çıxara bilmirsən deyə, getmək istəsən — bu yaxşı bir hal olacaq. Bu elə həqiqət olacaq. Çünki, əgər sən qalsaydın, bu o demək olacaqdı ki, sən yalan danışırsan. Əgər getsən, bu sadəcə o anlamı daşıyacaq ki, biz bir-birimizə uyğun gəlmirik və sənin getməyin yaxşıdır. Çünki sən qalsan, mənə uyğun gələn birisinin yerini tutmuş olacaqsan. O kəs ki, mənə uyğun gəlir və məni tərk edib çıxıb getməyəcək. Nədənsə narahatçılıq hissi keçitmək lazım deyil. Hər şey hər zaman yaxşıdır. — Sən elə əcaib tərzdə sevirsən ki… Elə bil ki, bağlanmağı heç bacarmırsan, qısqanmırsan...
— Sən hələ də anlamırsan ki, nə danışırsan. Sevginin bağlanmağa heç bir aidiyyatı yoxdur. Bağlanmaq və qısqanmaq — səni sevməmək deməkdir. Özünü kimdənsə pis hiss etmək, səni olduğun kimi heç kəs sevməyəcək deyə qorxmaq. Müqayisə etmək. Sən özünü heç kəslə müqayisə edə bilmirsən. Sən elə sənsən. Sənin şəxsi həyatın var. O sənə verilmişdir. Bu vergidir. Onu özünü başqaları ilə müqayisə etməyə xərcləmə. Bu yanlış fikirdir. Sən yalnız özünə baxmalısan. O zaman səhv etməyəcəksən. O zaman heç kəs getməyəcək, çünki sən dərhal bu insanın sənə uyğun gəlib-gəlmədiyini görəcəksən.    
 Tərcümə və tərtib etdi: Fərid Abdullah.
Davamı →

Sən, xeyirli olanı istə!

Acı da olsa, son vaxtlar qız uşaqlarını elə bətndəcə məhv etmək kimi ağrılı bir mənzərə ilə daha çox qarşılaşırıq. Hətta bəzən həyat yoldaşı hamilə xanımını xəstəxanaya yerləşdirəndə: “Mən oğlan istəyirəm, qız yox!” — deyə “nota” da verir.
xeyirli ovlad
Bu, dəhşət deyil, bəs nədir? Belə adamlar heç düşünmürlər ki, qız, ya oğlan, fərqi yoxdur, hər ikisi Allahın nemətidir. Qızı oğlandan və ya oğlanı qızdan ayırmaq nə dərəcədə doğrudur?
Bu barədə Sədi Şirazi ibrətli hekayələrindən birində yazır: “Uzaq bir şəhərə qonaq getmişdim. Gecəni keçirmək üçün dostumun evinə getdim. Gördüm ki, şadlıqdır. Səbəbini soruşdum. Dedi ki, yoldaşı hamilədir, niyyət edib ki, əgər oğlu olsa, evindəki hər şeyi sədəqə verəcək. Mən də onun duasına “Amin!” deyib, səhərisi gün evindən ayrıldım. Aradan 15 il keçəndən sonra yenə yolum həmin şəhərə düşdü və dostumun evinə üz tutdum. Evin yerində uçuq bir xarabalıq var idi. Qonşulardan onu soruşdum. Dedilər: “Onun bir oğlu var idi ki, yetənə yetirdi, yetməyənə də bir daş atırdı. Vurub padşahın vergi məmurlarından birini öldürdü, özü də qaçıb gizləndi. Atasını aparıb zindana salıblar, arvadın da ürəyi dərddən partlayıb öldü”. Bu sözləri eşidəndə barmağımı dişlədim və ürəyimdə dedim: “Bu bəlanı o özü Allahdan istəmişdi”. Yəni, insan gərək Allah-Təaladan övlad istəyəndə oğlan, ya da qız deyə ayrı-seçkilik qoymasın, xeyirli övlad istəsin. Ümumiyyətlə, bu hər işdə belədir. Və insan Allah-Təaladan bir işi istəyəndə: “Allahım, əgər mənim üçün xeyirlidirsə, onu mənə qismət elə”, — deməlidir. Yoxsa, çoxumuz o rəvayətdəki ata, yaxud ana kimi özümüzə dərman yerinə zəhər istəmiş olarıq.




Davamı →

Qızlarımız niyə ərə getmir?

Son dövrdə sosial problemlərin sırasında qadınların ailə qurmaması aktual problemlərdən biridir. Maraqlısı odur ki, cəmiyyətdə fikir formalaşıb ki, xanım 20 yaşa çatan kimi ərə getməlidir. Bəs, görəsən, Azərbaycanda yaşı iyirmini keçən xanımların sayı nə qədərdir?

Statistika Komitəsinin verdiyi məlumatda Azərbaycanda 20 yaşdan 40 yaş arasında 1 milyon 600 min nəfər xanımın olduğu bildirilir. Bu xanımların 80 minə qədəri rəsmi nigah qeydiyyatındadır. 8 min xanım isə boşanıb. Əgər statistik məlumata arxalansaq, o zaman 1 milyon 500 minə yaxın qadının subay olduğu görərik. Xatırladaq ki, 20 yaşdan 40 yaş arasında kişilərin sayı 1 milyon 541 mindir. Qadınlar kişilərə nisbətən, təxminən, 60 min nəfər çoxdurlar.
Davamı →