Unudulmuş Röya - Müqəddimə 1

Adətən, hər şey sükutu pozaraq zamanın axarını başqa məcraya yönəldən telefon zəngi ilə başlayır.Elə bu dəfəki telefon zəngi də onun Moskvaya dönüşünün artıq kiməsə bəlli olmasından xəbər verirdi...

O, Romadan "Aeroflot"un birbaşa reysi ilə uçub gəlmişdi.Ümumiyyətlə, son zamanlarda birdən-birə onun vərdişləri gözlənilməz dəyişikliklərə uğramağa başlamışdı.Əvvəllər o, ancaq "Lüfthanza" ilə Münhen, yaxud Frankfurtdan keçməklə Romaya uçardı.Tanınmış alman aviaşirkətindən başqa o, həm də "Britşayrueyz"ə üz tuturdu, amma axırıncı illər bir nöqtədən digərinə birbaşa yetişməyin xatirinə, digər aviaşirkətlərin xidmətindən də istifadə etməyə başlamışdı.Doğrusu, kəsə yol heç də həmişə rahat olmurdu.Son dəfə avqust "Eyr-Frans"ın Madriddən qalxan təyyarəsi üç saat ləngimişdi.Təyyarə güclü "ləngərlənmə"yə düşdü.Salonda ayaq üstə dayanmaq mümkün deyildi.O, qalxmağa cəhd edərkən, hətta az qaldı ki, yıxılsın.Yanında sərnişinlər ağlayaraq şivən qoparırdılar.Bəziləri dua edirdi.Madrid-Paris reysi bu səbəbdən ona inanılmaz dərəcədə uzun göründü, nəhayət, yerə enən zaman məlum oldu ki, onun çamadanı itmişdir.Çamadanı bir neçə gündən sonra tapdılar, amma bu səyahətin xoşagəlməz təəssüratları bir qədər uzun sürdü.

Həyatda təkcə insani vərdişlər deyil, bütün hər şey güclü dəyişikliklərə uğrayır.Bir vaxtlar dəbdəbənin və yüksək keyfiyyətli xidmətin etibarlı göstəricisi rolunu oynayan əvvəlki "Hilton" otelləri nəzərə çarpmadan indi pis heyətli adi mehmanxanalara çevrilmişdi.Bu, xüsusən korporasiyanın "Stakis" otellər şəbəkəsini alaraq onları "Hilton"a çevirən Böyük Britaniyada baş vermişdi.Əvvəllər Dronqonun zövqünü oxşayan geyim markaları az qala möhtəkirlik rəmzlərinə çevrilmişdilər.Pyer Kardenin Türkiyədə və Çində istehsal olunan geyimləri artıq çoxdandır ki, gülüş doğurur, İv Sen-Loran markası isə yeni əsrdə özünün keçmiş şöhrətindən tamamilə məhrum olmuşdur.Kristian Dior evində təmtəraqlı və möhtəşəm Ferre əvəzinə indi onun anlamaq və qəbul etmək istəmədiyi gənclik modası hökm sürür.Kenzə və Covanşi markaları satılmışdır.Bir sözlə, onun həyat sürdüyü şəhərlərin özlərinin zahirən dəyişdiyi kimi, bütün ətraf mühit də sürətlə dəyişirdi.Başqaları ilə müqayisədə minillik xarabazarlıqlarının cazibədarlığını əvvəlkitək qoruyub saxlayan və həmişəki səliqəsizliyi və köhnə binaları ilə müdhiş görünən Roma daha az dəyişmişdi.

Moskva isə daha çox dəyişmişdir.Bu, xüsusən onun mərkəzi hissəsində gözə çarpır.Əvvəlki "İnturist" mehmanxansının əvəzinə yeni bina ucaldılır, Kreml və Böyük teatr qədər şəhərin rəmzinə çevrilmiş əvvəlki "Moskvanın" yerində isə boş bir sahə yaranmışdır.Qəzetlərdə sovet dövrünün rəmzi olmuş digər belə bir mehmanxananın, "Rossiya"nın da sökülməsinin mümkünlüyü ciddi müzakirələr mövzusuna çevrilmişdir.

Dronqo bu kimi onu açmayan yenilikləri qüssə ilə qarşılayırdı.Onda elə təəssürat yarandı ki, sanki uçulub dağıdılanlar onun yeniyetmə və gənclik illərinin yadigarları idi.Lap kiçik yaşlarında atası ilə birgə "Rossiya" mehmanxanasının tikintisinə gəlməsi, sonralar çoxsaylı paytaxt ezamiyyətlərinə gələrkən dəfələrlə orada qalması, oradaca sevdiyi qadınlarla görüşməsi yaxşı yadında idi.Onun həyatının böyük bir hissəsinin də bağlı olduğu əfsanəvi "Moskva" kimi, indi nə üçünsə bu nəhəng tikili də izsiz-soraqsız yox olmalı idi.

Bakı da dəyişmişdir.Köhnə şəhər indi yeni ofislər səltənətinə çevrilibdir.İnsafsız inşaatçılar burada əvvəlki tikililəri amansızcasına məhv edərək yüzillik bünövrələrin yerində yeni binalar ucaldıblar.Ən ağır gələni isə odur ki, burada-köhnə şəhərdə tikinti aparmaq üçün icazə almışların arasında, onun tarixi və memarlıq irsinin qorunub-saxlanmasına borclu olan köklü Bakı əhalisindən də adamlar vardır.Köhnə şəhərin ətrafda da yeni evlər çoxalmışdır.İnsafsız hökumət tərəfindən sıxışdırılan memarlar ideyaca müdhiş olan qərarları qəbul edərək onları imzalanmağa məcbur edilirlər ki, bunun da nəticəsində iyirmi metrlik abidənin qarşısında yeni bir bina baş qaldırır və ya qonşuluqda yaşayan insanların səmasını və günəşini qəsb eləyən çoxmərtəbəlilər peyda olur.Yüz ölçü-biçi ilə salınmış meydançalar, bağçalar qəddarcasına sökülüb-dağıdılır, ağaclar qırılır, köhnə Bakı həyətləri yerlə-yeksan  edilir.

Dronqo hələ də üç evə paylaşan qəribə həyatını yaşamaqda idi.Romada onu Cil və uşaqları gözləyirdi, Bakıda valideynləri qalmışdı, Moskvada isə hərdən onunla məşğul olmağa vaxt tapdığı işi var idi, amma bu onun kimlərinsə əlində vasitəyə çevrilə biləcək doğmaları və yaxınları barədə daimi qorxu keçirmədən mövcud ola biləcəyi yeganə vəziyyət idi.

Hərdən ona elə gəlirdi ki, onun belə qeyri-adi həyatı başqaları üçün bir nümunə ola bilərdi ki, öz talelərini belə qurmasınlar.O, köhnə dost-tanışları ilə tez-tez görüşürdü.Hərdən çox şən, maraqlı görüşləri olurdu.Lakin bu tez-tez baş vermirdi.Onun həyat tərzi başqa insanlara bələd olmağı, onların vərdişlərini öyrənməyi, xasiyyətlərinin xüsusi məziyyətlərini, onların hərəkətlərini diqqətlə təhqiq etməyi tələb edirdi.Lakin Dronqo başqalarını çox öyrəndikcə, özü qapalı və qaşqabaqlı olurdu.Bilik kədəri artırır - bu həqiqəti o, hələ çox illər bundan əvvəl anlamışdı.

Dronqo isti duş qəbul edərək bu axşam internetlə gələn son poçtu yoxlamaq niyyətiylə kabinetdə oturmuşdu ki, telefon zəng çaldı.O, saat baxıb qeyri-ixtiyari üz-gözünü turşutdu - gözlənilməz zəngləri xoşlamırdı.Bu zənglər həmişə özüylə onun həyatının təbii məcrasını dəyişən bir dağıntı gətirirdi.Elə indi də onun Moskvaya gəlişindən guya xəbərsizdirlər, üstəlik, axşam saat onun yarısında heç kim ona zəng etməməli idi.Heç kəs, təkcə...

Ardı var

 

Müəllif: Çingiz Abdullayev

Bədii əsər: Unudulmuş Röya

 

10 şərh

2ral
Saytda ilk bədii əsər:)
Yaxşı olar ki,hər postun adında nömrələmə aparasınız.məsələn, Unudulmuş Röya-1,Unudulmuş röya-2 və bu ardıcıllıqla.
Yaxın zamanda ədəbiyyat bloqu da istifadəyə veriləcək. Siz isə oxucuları çox intizarda saxlamayın,tez-tez yazıları qoyun.
Arzt

Postların adları ferqli olacaq.Məsələn:gələn dəfəki Unudulmuş Röya — I Fəsil olacaq.


Çox gözəl olar.Ədəbiyatımız da yaşamalıdır.

niqulya
Чингиз Абдуллаев-Забытый сон. Yəqin ki,bu kitabdır.
Ardını yaxşı yerdə saxlamısız:)Təkcə kimsənin kim olduğu maraqlıdır.
Arzt

Kitab tək bu əsərdən bəhs edir.Adı da elə bu əsərin adıdır.


Düzdü.


 

Samad
saytda bedii eserlerin yer almasini chox isterdim, mence bu Azerbaycandan chox uzaglarda yashayan butun azerbaycanli istifadechillerin ureyince olacag, amma bele kichik hisselerle yox..tam halda ve ya daha boyuk hisselerle olursa daha gozel olar..ve umud edirem ki yalniz bu bedii eserle kifayetlenmeyeceksiniz..evvelceden teshekkur edirem.
fidan
Səməd,Ə hərfi deyilən,milli,sözlərimizin əvvəli,ortası və sonunda gələn incə,dodaqlanmayan,açıq sait var. O saitdən istifadə etsəniz yaxşı olar:)
Samad
o herifle hardasa 29 il bundan evvel tanish olmusham..amma menim klaviaturamda o herf yoxdu…
Arzt

Yox bu əsərlə kifayətlənmək fikrim yoxdu.Davamı və digərləri mütləq olacaq.


Uzun olmama səbəbi bezdirici olmaması üçündür.Gələn dəfəki hissələri uzun edərik.Təki istək olsun.


Mən də bütün bunları dəyərləndirdiyiniz üçün sizə minnətdaram.


 

rafaso2
Oxumusam. Ela eserdir