Рейтинг
+117.67

Hikmət dənizi və aforizmlər

108 üzv, 369 topik

İtki - yaradıcılığın anasıdır | Leonard Kohen

İndi mənim sizə dediklərim — bir başqasına dediklərimin bəraətidir.

Poeziya — həyatın sübutudur. Əgər sənin həyatın yanıb tutuşursa, poeziya onu küllərə döndərir.

Düzünə qalsa, heç vaxt özünü şair hesab etməmişəm. Həmişə elə hesab etmişəm ki, poeziya başqalarının xüsusi yazı növü kimi qəbul etdiyi qəlibdir. Ona görə də özünü şair adlandırmaq olduqca təhlükəli məsələdir. Qoy bunu başqaları müəyyən etsinlər: onların işi-gücü elə budur.

Dünyadakı bütün gözəl əsərlər sevginin yoxluğundan yaranıb.

Bütün dahiyanə yaradıcılıqlarda dağıdıcı element olur — və məhz o, bizə həqiqi zövqü verir. Yalnız məsələ siyasətə və sosial həyata gəldikdə bu dağıdıcılıq yolverilməzdir. İncəsənət adlandırdığımız məfhumda dağıdıcılıq arzuolunan xarakteristikadır.

Davamı →

Zənginlik dəniz suyu kimidir

Pulları idarə etmək lazımdır, pulun xidmətçisinə çevrilmək yox. (Seneka)

Xəsis olmamaq – artıq zənginlik, bədxərc olmamaq – gəlir deməkdir. (Siseron)

Bəzi sərraflar borc verdikləri şəxsə ən kiçik güzəşti belə etmirlər. Bununla onların əksəriyyəti bütün kapitalını itirmiş olur. (Ezop)
Davamı →

Hər insanın yaddaşı onun şəxsi kitabxanasıdır

Tor qurmaq hörümçəyin mahiyyətində olduğu kimi dinə inanmaq istəyi də insanın mahiyyətindədir.

Xoşbəxtliyin və müdrikliyin sirri məşğul olduğun işi sevməkdir.

Sabitlik təbiətə və insan həyatına ziddir. Sabitlik ölümə bərabərdir.

Bir çox qadın və kişi əsarəti sevərək böyüyür və inqilab ağıllarından belə keçmir.

Məqsədsiz uşaqlar üçün milçəklər nədirsə, biz də tanrılar üçün oyuq. Əylənmək üçün bizi ölüdürürlər.

Bəlkə də dünya başqa bir planetin cəhənnəmidir.
Davamı →

Düşünən hər insan ateistdir | Ernest Heminquey

Bu dünyada bir həmdərdiniz olmalıdır, yoxsa məhv olarsınız.

İnsan məğlub olmaq üçün yaradılmayıb.

Uduzduqdan sonra hər şey daha asan olur.

Harda olursan ol, öz iç dünyana sığınmalısan.

İki insan bir-birini sevirsə deməli xoşbəxt sonluq yox deməkdir.

Bütün həyatım boyunca sözlərə onları ilk dəfə görürmüş kimi maraqla baxdım.

Cəsarət təhlükənin üstünə getmək deyil, onunla mülayim rəftar etməkdir.
Davamı →

Əllər qadının vizit kartıdır

İlkin təəssüratı dəyişmək üçün bir də heç vaxt ikinci şansımız olmayacaq.

Yaş qadın üçün əsas deyil: 20 yaşda valehedici, 40 yaşında və ömrünün sonuna qədər cazibədar olmaq olar.

Paradoks: Kişi nə qədər axmaq və uğursuzdursa, qadına bir o qədər çox irad tutur.

İstənilən addımı atmağa hazır olan kişi sevilməyə məhkumdur.
Davamı →

Qadınların cəhənnəmi qocalıqdır

Baş həmişə ürəyə aldanır.

Qocaldığını bilən çox az adam var.

Düşmən istəsəniz dostlarınızı keçməyə çalışın. Dost istəsəniz, buraxın, dostlarınız sizi keçsin.

Qadın ilk dəfə sevəndə ancaq sevgilisini, daha sonra isə sevgisini sevir.

Elə qüsurlar vardır ki, böyük qabiliyyətləri meydana gətirərlər.

Nə günəşə, nə də ki, ölümə gözlərini zilləyib baxmaq olmaz.

Nəsihət vermək asan, nümunə olmaq çətindir.

Ümidlərimizə görə söz verər və qorxularımıza görə hərəkət edərik.
Davamı →

Həyat bize bir əqidə verməz

Həyat sənin etdiklərin və etmədiklərindir.(Xalid Huseyni"Çərpələng ucuran" 
Yaratmaq başqasinin həyatina vandal mudaxile etməkdir(Xalid Huseyni «Və daglardan səda gəldi»)  Mənimm insani təyin etmməyiin ən sevimli usulunu eşitmək istəyirsinizmi: Bu ən az baş çıxardigi şey haqqinda hər şeydən çox duşunən varliqdir.(Stanislav Lem "İstintaq") 
O adam hər şeyə vaxt tapir ki hec yerə tələsmir.(Mixail Bulqakov "İt urəyi")
Hansi sənətdə olursa olsun oz işinin ustalari həmdə yaxşi tacirlərdir.(Stefan Şveyq "Şahmat novellasi")       Həyat bizə bir əqidə verməz, biz həyata bir əqidə bicərik.(Flash teleseriali Barry Allen)
Səndə mənim qədər çox yaşasan başa duşersenki qəddarliqdir,xeyirxahliqdir bunlar elə eyni rəngin çalarlaridir.(Xalid Huseyni «Və daglardan səda gəldi») 
Pul heç vaxt bəs eləmir.Yalniz iki olçu var pul ya olmur,ya da ki çatmir.(Con Steynbek«Həyacanlarimizin qişi»)Həyatda heç kəsin xəyal etmədiyi şeyləri xəyal edib həyata kecirən insanlar var.(Alan Turinq)                 Əgər bir gun mənim  sozlərim elmlə qutbləşərsə elmi secin.(M.K.Ataturk)
Davamı →

Eşq bilikdən doğur

Nüfuzuna əsaslanaraq mübahisə edən insan ağlını deyil, yaddaşını istifadə edir.

Yaxşı qərar yaxşı anlaşmadan doğur, yaxşı anlaşma yaxşı qaydalardan, yaxşı qaydalar isə yaxşı təcrübənin qızıdır, təcrübə isə bütün elmlərin və incəsənətin ortaq atasıdır.

Mənbəyə gedə bilən insan səhəngə doğru getməli deyil.

Təbiət hər şeyin qayğısına elə qalıb ki, sən hər yerdə öyrənmək üçün yeni nələrsə tapırsan.

Əgər rəssamlığı lal poeziya adlandırsan, onda rəssam da poeziyaya kor rəssamlıq deyəcək.

Gözəllik də bəzən naxələf işlərə xidmət edir.
Davamı →

Həyatı gözəlləşdirən ani xoşbəxtliklər deyilmi?

İnsanların səadət qədər fəlakətə də ehtiyacları var.

Acı ya da şirin, fərq eləməz, xatirələr həmişə əzab verir.

Böyük insanlar bu dünyada böyük əzablar çəkməlidir.

Sevdiyimiz adamın hər yalanında həqiqət, sevmədiyimiz insanın hər həqiqətində yalan axtarmağımız necə də qəribədir.

İnsanı ağrıdan xəyalların suya düşməsi yox, yaşanması mümkün olan xoşbəxtlikləri yaşamamaqdır.

Deyirlər ki, heç nəyə təəccüblənməmək dahilərin işidir, amma məncə bu xüsusiyyət axmaqlara da aiddir.

Həyata yenidən başlasa idim saniyələrin də nəbzini tutardım.
Davamı →

Ağılsız yaxşılıq həmişə ağıllı qəddarlığı doğurur

Con Apdaykın adı (18 mart 1932-ci ildə doğulub) Amerika ədəbiyyatının Cerom Sellincer, Kurt Vonnequt, Filip Rot və Tomas Pinçon kimi nəhənglərinin adları ilə bir sırada çəkilir. Apdayk ikiqat Pulitser mükafatı laureatıdır. “O, hər yeni personajda, hadisədə, mövzuda qədim, arxaik bir dünya açır”, deyə məşhur rus filoloqu və yazıçısı Andrey Astvatsaturov Apdayk haqqında yazıb. Aşağıda Apdaykın əsərlərindən seçmə fikirləri təqdim edirik.

Əgər soyuq müharibə yoxdursa, sənin amerikan olmağının nə mənası var ki? “Dovşan sakitləşdi”

Kişiləri bütövlükdə ruhları, qadınları isə bədənləri ifadə edir. Ancaq beyin kimdədir, onu bilmirəm. Yəqin ki, Allahdadır. “Qaç, dovşan”
Davamı →