Рейтинг
+120.86

Azərbaycan

86 üzv, 235 topik

Xiffət, Lənət və Sevgi

Yazını başlamaq çətin, bitirmək asandır. Bunu qələm çalanların hamısı bilir. Ona görə də nə uzaqdan, nə də yaxından başlamaq lazımdır. Sadəcə ortadan və mətləbə dəxli olmayan epizoddan. Məsələn: pəncərəmin önündən qumru ötdü. Halbuki qumrular uçmaqdan çox, gəzişməyi sevirlər. Fındıq boyda başlarını yellədə-yellədə, buğda boyda gözlərini çalxalandıra-çalxalandıra, bənövşəyi ayaqlarını yüyrək ata-ata ora-bura vurnuxur, təşər-təşər yürüyürlər...

Davamı →

Azərbaycan gəncliyinin milli mənlik şüurunun formalaşmasında keçdiyi yol

Milli şüur uzun tarixi inkişaf prosesi keçərək formalaşan bir məhfumdur. Geniş mənada bu məhfum milli mənəvi dəyərləri özündə əks etdirən bir anlayışdır. Milli şüurda bir fərdin təmsil olunduğu etnik, dini, mədəni xüsusiyyətlərlə yanaşı, ümumi mahiyyətli bəşəri dəyərlər də öz əksini tapır. Həmçinin millətə aid bir çox keyfiyyətlər: düşüncə tərzi, özünəməxsusluq, milli xarakter, psixi amillər milli şüurun tərkibində vəhdət kimi çıxış edir.

Davamı →

Erməni məsələsi necə yarandı?

Ermənilər Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə, yəni onlara daimi vətən yaratmaq niyyəti ilə köçürülürdü. Bu çirkin siyasətin həyata keçirilməsində Rusiya ordusunda xidmət edən erməni zabitləri fəal iştirak edirdilər. Erməni generalları öz məqsədlərini açıq bəyan etməkdən çəkinmirdilər. Bu qanlı siyasətin tezliklə həyata keçirilməsinə şəxsən rəhbərlik edən rus polkovniki Lazaryan (Lazarev) İrandan Şimali Azərbaycana köçürülən ermənilərə müraciətlə deyirdi: “… Orada (yəni Şimali Azərbaycanda) siz yeni vətən əldə edəcəksiniz…”. Daim köçəri həyat sürməyə adət etmiş ermənilərə təlqin edilirdi ki, “İran çörəyi yeməkdənsə rus otu yemək daha yaxşıdır”

Davamı →

23 aylıq Cümhuriyyətin 103 yaşı

Bu may bir başqa aydır, Zəfər ruhlu 28 Maydır...
1918-ci ilin 28 mayında qurulan Cümhuriyyətin varisi olan Azərbaycan Respublikası 30 illik müstəqillik tarixində özünün ən böyük gününü – İstiqlal bayramını ilk dəfə sərhədlərinin bütövlüyünü təmin etmiş, suveren haqlarını, güc və qüdrətini dünyaya nümayiş etdirmiş dövlət olaraq qeyd edir.
30 il əvvəl müstəqilliyini bərpa edəndə Azərbaycanın ərazi bütövlüyünə qəsd başlanmış, sərhədi pozulmuş, Vətənin bağrına – Qarabağa düşmən əli uzanmışdı. Ötən bu illərdə Azərbaycanın İstiqlal gününü hər dəfə qeyd edəndə – dövlətimizin qazandığı bir çox uğurlara rəğmən – içimizdə bir boşluq, natamamlıq vardı… 2020-ci ilin Zəfər soraqlı 44 günü ərazi bütövlüyümüzü təmin etməklə bərabər, bu milli natamamlıq hissini də içimizdən çıxardı...

Davamı →

Tarix təcəvüzkara qarşı öz hökmünü verir

Tarix  ibrət götürülmək üçün öyrənilən elm, arxiv isə tarixin güzgüsüdür. Arxiv materialları əsasında biz tarixi öyrənirik və onun amansızlıqlarından dərs alırıq. Arxiv sənədləri təsdiq edir ki, Azərbaycanın coğrafi mövqeyi onun strateji region kimi daimi yadelli dövlətlərin diqqət mərkəzində olmasına səbəb olmuş və bu gün də dünyanın iri güc mərkəzlərinin geosiyasi maraqlarının kəsişdiyi məkan olaraq qalmaqdadır. Artıq 200 ildən çox bir müddətdir ki, dünyanın iri güc mərkəzləri bölgədə öz geosiyasi maraqlarını təmin etmək üçün erməni faktorundan məharətlə istifadə edir, açıq və gizli şəkildə onun hərbi-siyasi müttəfiqinə, himayədarına çevrilirlər.

Davamı →

Xarıbülbülün metamarfozası

Şuşaya qəhrəman əsgərlərimiz iki ayaqla gedib çıxdılar, biz dörd təkərlə getdik.
Şuşada qəhrəman əsgərlərimizi düşmənin güllə yağışı qarşıladı, bizi isti yaz günəşinin ilıq şüaları.
Yolun çətinliyindən nə qədər mızıldansaq da, əslində, bu narazılığa görə xəcalət çəkirdik.
Axı bax bu yolu çətinliklə də olsa, narahatlıqla da olsa, gedib Şuşaya ayaq basmağımız üçün yüzlərlə igid əsgərimiz şəhid olub, qazi olub, bu dağlarda can qoyub, bu qayaları yalın əllə qalxıb...

Davamı →

Heydər Əliyev - sözümüzün yaddaş sirri

Heydər Əliyev — milli ədəbiyyatımızın faktıdır, əhəmiyyətli və gərəkli məxəzidir. Bu məxəz bütün estetik ruh halı ilə fərqli duyumun, fərqli yaşamın şəklidi. Heydər Əliyev ruhunun ədəbiyyatda gerçəkləşən şəkli… Və siyasətdə göründüyü qədər həm də ədəbiyyatın obrazıdır.
O, əvvəl milli məfkurəni, sonra müstəqil dövləti yaratdı. Bu baxımdan, minillik dövlətçilik tariximizə milli məfkurəyə istinad edən ilk və yeni Azərbaycan dövlətinin qurucusu kimi daxil oldu. Milli müstəqilliyi qazandığımız 90-cı illərdə deyil, eləcə də hakimiyyətdə olduğu sovet epoxası daxilində ədəbiyyatı nəinki iqtisadiyyatın, eləcə də siyasətin, gücün ayağına vermədi. Bütün fəaliyyəti dövründə ədəbiyyata, onun müxtəlif dövrlərində yaşayıb-yaratmış ədiblərinə qədirşünas mövqedən yanaşan Heydər Əliyevin rəhbər kimi özəlliyi bəlkə də elə buradan başlayır.

Davamı →

Milli kimlik

Öncədən qeyd edim ki, yazıda millət anlayışına ingilis dilində olan “nation” prizmasından baxdığım üçün xalq və millət arasındakı fərqlərin irdələnməsinə keçməmişəm. Bundan başqa yazıda qeyd olunan “azərbaycanlı” adını müxtəlif dövrlər ərzində millət anlamında işlətmişəm.
Millət hər şeydən əvvəl ümumilik, insanların müəyyən ümumiliyi əsasında formalaşan icmadır. Bu icma heç bir zaman irqi və ya tayfa ittifaqı əsasında ortaya çıxmayıb. Mövcud italyan milləti romalılardan, almanlardan, etrusklardan, yunanlardan, ərəblərdən meydana gəlib.

Davamı →

Azərbaycanaməxsusluğun zəfəri

Ümummilli lider, böyük Heydər Əliyev deyirdi: «Gərək nəbzin Vətənin nəbzi ilə vursun». Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev dedi: «Qarabağ Azərbaycandır!».
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin ümumbəşəri, sülhsevər, mübariz, yenilməz diplomatiyası, müzəffər Ali Baş Komandanlığı sayəsində terrorçu, vəhşi, əcinnə ermənilərin işğalçılığına son qoyulması, onların mənfur himayədarlarının biryolluq susdurulması və rüsvay edilməsi, xalqımızın haqqa olan qırılmaz inamının möhtəşəm, uçulmaz qalaya, birlik rəmzinə çevrilməsi, həmişə cavan, qeyrətli şah babamız Şah İsmayıl Xətainin, ulu öndər, ümummilli lider Heydər Əliyevin ləyaqətli varisi olmaği şərəflə yaşatması, «Qarabağ Azərbaycandır!» tarixi xilaskarlıq fəlsəfəsini bütün dünyaya bəyan etməsi, xeyirxah insanlara, vətənsevər soydaşlarımıza ardıcıllıqla çatdırması qədim tariximizdə yeni üfüqər açdı, təkrarsız epopeya yazdı.

Davamı →

1988-ci ildə Dağlıq Qarabağın iqtisadi əlaqələri

Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən hesab olunur ki, onun aktiv fazası 1988-ci ilin fevralında başlayıb. Məhz 1988-ci ilin 13 fevralında Stepanakertdə (indi Xankəndi) Vilayət partiya komitəsinin binası qarşısında ilk mitinq keçirilir. Fevralın 20-də Dağlıq Qarabağın Vilayət Soveti Ermənistana birləşmək haqqında qərar çıxarır və SSRİ Ali Sovetinə göndərir. Bununla da münaqişənin əsası qoyulur.
Amma reallıqda münaqişə 1987-ci ildə artıq başlamışdı. Maraqlıdır ki, onun əsasını formal olaraq iqtisadi məsələlər qoymuşdu.

Davamı →