Napoleon Bonapart

Fransanın görkəmli yazıçısı Anna Luiza Stal bir gün Napoleona rast gəldikdə: «İmperator həzrətləri, portretinizi mənə yadigar olaraq verməyinizi xahiş edirəm.» Napoleon üzərində öz şəkli olan pulu cibindən çıxarıb ona vermiş və demişdi: «Buyurunuz, bu da mənim portretim!»
Bir dəfə Taleyrana xəbər verdilər ki, Napoleonun oğlu artıq özü yeriyə bilir, hətta hərdənbir qaçmaq da bacarır. Bu hadisə, Napoleon ordusunun Rusiyada məğlubiyyətə uğrayıb geri çəkildiyi 1812-ci ilin axırında baş vermişdir. Taleyran bu xəbəri eşidib demişdi: - Çox qəribə hadisədir ki, ata ilə oğul eyni zamanda qaçmaq öyrənirlər.
Boyda kiçik olan (164 sm) Napoleon dəmir iradə sahibi kimi hamını özünə tabe edə bilirdi. Öz qüvvəsinə inam o qədər güclü idi ki, nəyi isə bacarmayacağı, nəyin isə öhdəsindən gələ bilməyəcəyi fikri onun üçün ağlasığmaz idi.
Napoleon Bonapart-Fransa imperatoruDeyirlər ki, bir dəfə Napoleon, atını mahmızlayıb yerə düşən bombaya tərəf çapırmış, yanmaqda olan bomba partlayaraq atla birlikdə onu havaya qaldırır. Bonapart sıçrayaraq tez başqa ata oturub oradan uzaqlaşır. O, hətta cüzam və taun xəstəliyinə tutulanların yanına qorxmadan girərmiş.
Döyüşün qızğın vaxtı ölümcül yaralanmış marşallardan biri Napoleona düşmən üzərində qələbəni xəbər vermək üçün bir neçə yüz metrlik məsafəni at üstündə çaparaq: «Əlahəzrət, biz qalib gəlirik» – deyəndə, Napoleon başından yaralanmış marşala qorxu və təəccüblə baxıb: «Aman allah, marşal siz necə də ölümcül yaralanmışsınız» - demişdi. Marşal: «Siz səhv edirsiniz, əlahəzrət, mən çoxdan ölmüşəm» - cavabını vermiş, dərhal atından yıxılıb canını tapşırmışdır.
Misirdən Hindistana səfər zamanı Napoleon arvadı Jozefinanın ona xəyanət etdiyini eşidir. Bu xəbər Napoleonda şiddətli reaksiyaya hətta konvulsiyaya səbəb olur. Deyilənə görə bu səbəbdən ruhdan düşmüş sərkərdə Sen-Jan D'Akr qalasının mühasirəsini və Hindistana yürüşünü lazımi dərəcədə təşkil edə bilmir.
Napoleon demişdir: «Düşmənə qələbə çalmağın ən əla üsulu – düşməni özünə dost etməkdir.»
Napoleon döyüşdən sonra meydanda qalan minlərlə fransız əsgərləri­nin meyitinə baxıb demişdi: «Eybi yoxdur, Parisdə bir gecəyə bunun yeri bərpa olunacaq».
Tarixi məlumatlara görə, Napoleon Bonapart 1821-ci il mayın 5-də Müqəddəs Yelena adasında vəfat etmişdir, həm də o arsenlə zəhərlənmişdi. Lakin ölən adamın Napoleon olması bir qədər şübhəli qalmışdır. Belə ki, güman edildiyinə görə, ölən Napoleona oxşayan Revar adlı bir şəxs olmuşdur. Napoleon etibarlı dostlarının köməyi ilə qaçırılmış, yerinə Revar salınmışdır. Napoleon isə Avstriyada arvadının təkidi ilə qeydiyyatsız bir qəbirdə basdırılmışdır.
Fransa İmperatoru və böyük sərkərdə I Napoleon (1769-1821) müqəddəs Yelena adasında sürgündə olduğu zaman ingilislərin onun ətrafında güclü keşikçi dəstəsi qoyduqlarını görüb demişdi: «Mənim burada qaçacağımdan qorxmamaq üçün yeganə vasitə məni məhv etməkdir. Çünki ancaq ölülər qayıtmazlar.»
Yaxınlığında gedən qanlı vuruşmaların qızğın çağında, düşmən fransız qoşunlarını şiddətli atəşə tutduğu zaman Napoleon qoşuna komandanlığı marşal Bertyeyə tapşıraraq özü yerə sərilmiş, xəz paltonun üstünə uzanaraq dərhal yuxuya getmişdir. Eyni hadisə Vaterlouda bir daha təkrar olunur. Səhər vuruşdan əvvəl onu yuxu aparır və döyüşün başlanmasına iki saat gecikir. Bütün bunlara səbəb əsəb gərginliyinin özünü göstərməsi və «stressə davamlı» Bonapartın buna davam gətirə bilməməsi olmuşdur.
Bir dəfə Napoleon əsirlikdən qaçdıqdan sonra yenicə özünə qoşun topladığı vaxtlarda bir dəstə gizli bir marşrutla gecə bir neçə keçmiş silahdaşları ilə qayıqla gedirdi. Gecənin bir yarısında qayığın kənarında durub, dənizə bax-baxa qayıqda onu müşayiət edən Sent-Andre və qraf Benyoya deyir:
- Görürsünüzmü necə heyrətamiz bir fürsət! Bütün dünyanın taleyi indi cəmisi bir güclü zərbədən asılıdır.
Nəzərdə təbii ki, özünün itələnib dənizə atılmasını tutur. Qraf Benyo bu sözlərdən bərk həyəcanlanır və titrəyə-titrəyə deyir:
- Nə danışırsınız ! Belə deməyin siz allah ! Sent-Andre isə çox sakitliklə deyir:
- Narahat olmayın imperator, dünyada qətiyyətli insanlar çox nadirdir.
Səfər uğurla başa çatdı qayıdan başı yolda Sent-Andre bayaqkı vəziyyəti yadına salıb Qraf Benyoya deyir :
- Bilirsən, inanın ki, bir vaxt gələcək, biz onun bugünkü səfərinin onun üçün uğurla başa çatmasına görə qanlı göz yaşları ilə ağlayacağıq.
Yəqin ki, Napoleonun həyatında bu cür hallar çox olubdu ki, insanlar sonradan belə fürsətləri əldən verdikləri üçün heyfslənsinlər.
Napoleon Bonapart-Fransa imperatoru1798-ci ildə Napoleon növbəti dəfə verdiyi qonaqlıqlardan birində məclisə yığılanlara həvəslə öz İtaliya yürüşü barədə danışır. Məclis çoxdan başa çatıb və qonaqların bir çoxu artıq getmək istəyir. Lakin Napoleon söhbətə o qədər aludə olur ki, onu başa çatdırmağı hələ ağlına belə gətirmir və elə hey danışır. Bu vaxt Jozefina bir neçə dəfə ona işarə edir və yaxınlaşıb qulağına qurtarmaq barədə nə isə deyir. Lakin Napoleon hələ də danışmağında davam edir. Nəhayət Jozefina ona yaxınlaşır, zarafatla çiynindən vuraraq qulaq asmaqdan yorulduğunu deyir:
- Cənablar - Napoleon zarafatla deyir - görürsünüz, arvadım məni döyür.
Qonaqlardan biri Kollei d'Arlevil buna cavabən dərhal deyir :
- Hamıya məlumdur ki, bu imtiyaza yalnız o malikdir, cənab imperator.
Napoleon heç vaxt generalların «bəlkə», «deyəsən» və s. tipli qeyri-müəyyən sözlərlə danışmasını sevməzdi. Generallar da onun bu xasiyyətini çox yaxşı bilərdilər. Bir dəfə döyüşlərdən birinə hazırlıq ərəfəsində bir generaldan soruşur:
- Polkunuzda nə qədər əsgər var ?
- 1225, hökmdar! - general dərhal cavab verir.
- Bəs bunların neçəsi yaralı, xəstədir ?
- 1310!
Cavabın belə səlis və sürətli verilməsi Napoleonu sakitləşdirir və ağlına da gəlmir ki, cavabları tutuşdursun.

Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
 

15 şərh

Aynur
Napoleon deyəndə yadıma birinci bu sərlərdə yox,məşhur Napoleon tortu gəlir.
ilham
Hamımızın yaxşı tanıdığı «Napoleon» tortu Fransa və İtaliyada «millefeuille» (min təbəqə), Britaniyada «millefoglie», ABŞ-da «Napoleon», Almaniyada Napoleonschnitte adlanır. Bəziləri hesab edir ki, bu tortun adı əslində Neapol şəhərinin adı ilə bağlıdır. Digərləri isə belə qənaətdədirlər ki, bu tort 1912-ci ildə fransızların Moskvadan qovulmasının 100 illiyilə əlaqədar «Napoleon» adlanır. Digər bir versiyaya görə, «Napoleon» tortunu fransalı kulinar və aşpaz Nikolya Fransua Apper hazırlayıb. Hesab edilir ki, o sadəcə olaraq, krallar üçün hazırlanan «Kral peçenyesi» piroqunu dəyişərək ona Napoleon adını verib. Bəziləri isə düşünür ki, tortu elə Napoleon özü icad edib. Guya, bir dəfə onun həyat yoldaşı Jozefina otağa girərkən Napoleonun bir qızın qulağına nə isə pıçıldadığını görüb. İmperator vəziyyətdən çıxmaq üçün qıza bir tortun reseptini dediyini söyləyib və həmin dəqiqə tortun reseptini düzüb qoşub.
girl_moon

Napoleon özü tarix elmlərinə çox vaxt şübhə ilə baxan bir insan olub, hətta filosof Kantı belə fırıldaqçı sayıb)


İndi onun adını oxuyanda yadıma ilk düşən oxuduğum kəlamlarından biri oldu:" Mən gah tülkü oluram, gah da şirə dönürəm. İdarəetmənin bütün sirri ondadır ki, onların hansının cildinə nə vaxt girmək lazım gəldiyini biləsən."


Maraqlı gələn digər bir kəlamı isə Hollandiyaya kral təyin etdiyi qardaşı Lüdovikin məktubuna olan bir cavabıdır, belə ki, qardaşı ona senə-sevinə xalqın onu sevdiyini yazanda, Napoleonun cavabı belə olur: «Qardaşım, hər hansı bir kral barəsində xeyirxah olduğunu söyləyirlərsə, deməli onun hakimiyyəti baş tutmamışdır.» O çox vaxt xalqa arxayın olmurdu. Hələ İtaliya üzərində qələbəsindən sonra vətənə qayıdan hökmdarı xalq təmtaraqla qarşılayan vaxt Napoleon deyirdi: "Əgər bir gün məni bu meydanda dar ağacından assalar yenə də xalqdan bu alqışları eşidə bilərəm."


Qaldığı Yelena adasının isə çox sağlam iqlim şəraitinə malik olduğu söylənilir. Həyatı haqqında daha maraqlı Tarlenin «Bonapart» əsərində qeyd olunub.


Yeri gəlmişkən özü qəliz insan olduğu kimi tortu da çox vaxt aparır, gərək xəmirini  bir neçə saat soyuducuda saxlayasan)))


Təşəkkürlər.

papatürk

girl_moon,sizin dediyiniz gah tülküyə,gah da şirə dönmək məsələsini Napoleon yox,Makiavelli demişdi.Təəssüf ki Makivaelli bloqunu sildilər,yoxsa sizə mənbəni göstərərdim.


hökmdar heyvanlardan ikisinə oxşamalıdır: şirə və tülküyə. Şir tələdən qorxur, tülkü canavarlardan, deməli, insan tülkü kimi tələdən yayınmağı, şir kimi də canavarları qorxutmağı bacarmalıdır.


государь должен уподобиться двум животным – лисе и льву, позаимствовав хитрость первой и силу второго. Лисье начало поможет ему разобраться во всех хитросплетениях международной политики, а львиное- проявить силу, твердость и жесткость.

girl_moon
papatürk,  bunu əsərdə oxumuşdum, çalışaram dəqiqləşdirim öyrənim, qeyd etdiyinizə görə təşəkkür edirəm.
2ral
Napoleon asılı dövlətlərin idarəçiliyini qohumlarına tapşırırdı. Belə ki, Yozef 1806-ci ildə Neapol(sonra 1808-ci ildə isə İspaniya kralı), Luis Hollandiya kralı, bacısı Eliza Toskana Böyük hersoqu, Paulin Parma və Quastalla hersoqu, 1808 ci ildə Karolina Bonapart Neapol kralı Yoaxim Muratın arvadı qismində kraliça, Jerom Vestfaliya kralı elan edilmişdir. Adamın Napoleon kimi qohumu ola:)
bloqçu
Gözəl qadın gözlərin xoşuna gəlir, mehriban, yaxşı qadın isə ürəyin; biri sadəcə gözəl bir əşyadır, digəri isə xəzinə.

Mən bəzən tülkü oluram, bəzən də şir. İdarəetmənin bütün sirri bundadır ki, nə vaxt tülkü və nə vaxt şir olmağı yaxşı biləsən.

Danışmağı bacarmayan karyera qura bilməz.

Nailə_Rzayeva
Deyilənə görə, Napoleon Bonapart bir gün gözətçiləri yoxlayan zaman növbətçinin yatdığını görür. O dövrün hərbi qanunlarına görə növbətçi məhkəmə qarşısına çıxmalı, daha sonra isə güllələnməlidir, belə əsgərə heç zaman mərhəmət yoxdur, çünki o yatmaqla öz əsgər yoldaşlarını təhlükə qarşısında qoyurdu. Bəs Napoleon necə hərəkət edir? O həmin an növbətçinin əlindən silahını alır və özü keşik çəkməyə başlayır. Bu zaman ora gələn serjant növbətçinin yatdığını, onun əvəzində isə imperatorun keşik çəkdiyini görür. Bu hadisəni idarəetmə psixologiyası üzrə  mütəxəssis Normand Kouplend belə izah edir: — «Kim cəsarətə gəlib də Napoleonun qanunlara zidd gələrək səhvə yol verdiyini deyə bilərdi? Heç kim o əsgəri onun qədər anlaya bilməzdi, o silahı çiyninə almaq yerinə  o əsgəri güllələtdirə də bilərdi.  Sizcə əsgər belə bir rəhbərlə könüllü surətdə, canı bahasına mübarizəyə getməzmi? Sizcə bu axmaqlıqdır? Axmaqlıqdır, yoxsa yox, amma həqiqətdir. Bir çox hallarda comərdlik, mərhəmətlilik uğura səbəb ola bilər və ağıllı rəhbər bundan məharətlə, ustalıqla, yerində istifadə etməyi bacarmalıdır»...  Napoleon Bonapart da məhz belə rəhbərlərdən idi…
bahar
1816-cı ildə Napoleon sürgündə olarkən yaxın dostlarından biri ona hədiyyə göndərir.Bu hədiyyə fil sümüyündən və nifritdən düzəldilmiş şahmat olur.Napoleon özü -özüynən şahmat oynayır,lakin heç ağlına da gəlmir ki, fiqurların altında nə var.Onun ölümündən sonra bu şahmat dəfələrlə satılır.Lakin şahmatın sonuncu sahibi fiqurlardan birinin altının açıldığını görür.Fiqurların içindən Yelena adasından qaçmaq üçün tərtib olunmuş möhtəşəm  xəritə  çıxır.
bahar

«Həyatın enişli -yoxuşlu yollarında kişilərin sıxıntısını azaltmaq üçün qadınların öhdəsinə böyük yük düşür.»Bu Napoleonun sözləridir.

kulturoloq
«Napoleon Bonapart»-ın Fransa  xalqı üçün etdikleri Böyük Dəyər sistemidir. Camal Rzayev
Xrizoberil
məndə kiçik bir məlumati qeyd etmək istəyirəm onun haqqında: böyük sərkərdə olmasına baxmayaraq, Napoleon pişiklərədən qorxarmış…
ayxansevda
əgər napaleona da xəyanət edirlərsə, daha sözüm yoxdur. Dünya ondan qorxduğu vaxtda öz arvadı isə gör nə edir.axırıncı cümlə  ikinci mənə maraqlı gələn, daha doğrusu təəccübləndirən məsələ oldu.
kulturoloq
Mənim «Napoleon Bonapart»-ın Fransa xalqı üçün etdikleri Böyük Dəyər sistemidir.Sözlərimdə böyuk bir məna vardır.Soyköku İtaliyan olmasına baxmayaraq, (atası-Karlo Bonapart İtaliyanın Toskana əyalətindən idi.) fransa xalqı üçün etdikləri mənim fikrimcə həmin xalqın digər hökumdarlarına meyar rolu oynayan hökumdar olmuşdur. Hökumdar olmaqdan başqa Napoleon Bonapart həmçinin Asudə vaxtlarında ədəbiyyatala və yazıçılığla məşğul olmuş, Riyaziyyat elmini çox gözəl şəkildə bilirdi.
Öz riyazi bacarığını artilleriyada sınamağı qərara alır və Parisin ən prestij hərbi məktəbinə (fr. École Militaire) daxil olur. Burada o, artilleriyanın sirlərinə: hidrostatikaya, differansal və inteqral hesablamalara eyni zamanda dövlət hüququ və istehkam fənnlərinə yiyələnir. Məhz o, butun bu bacarıqlar sayəsində etdikləri böyuk dəyər sisteminə çevirilir.Onun Böyuk deyer sistemi kimi (burada təbii ki, xalq üçün etdikləri və hökumdarlara «meyar» kimi dəyər sistemi nəzərdə tutlur) bir sıra Titullarını qeyd edə bilərik Məs:1.Fransa İnqilabi Ordusunun generalı 2.Fransa Respublikasının I Konsulu 3.Fransa İmperatoru 4.İtaliya kralı. 5. Reyn İttifaqının protektoru və s. Camal Rzayev Kulturoloji münasibət
Karizma
belke de dunya tarixinin en genc generalidir