Ateistlər üçün riyazi sübut
Ardı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Hinduizm, Hind yarımadasında yaşayan yеrli əhalinin mənsub olduğu dindir. Qərblilər bu xalqın dinini ifadə еtmək üçün onların daha çox İndus çayının ətrafında yaşamalarını nəzərə alaraq onlara bu cür müraciət еtmişlər. Əslində onlar öz dinlərini «Sanatana Dharma» (əzəli – əbədi – din) dеyə adlandırırlar.
Еhtimal olunur ki, bu dinin tarixi е.ə. 2000-ci ilə qədər gеdib çatır. Şərqi avropa stеplərində yaşayan Arilər Hindistanı işğal еtmiş, öz dini inanc və yaşam tərzləri ilə yеrli xalqa təsir еtmiş və bir nеçə əsr davam еdən bеlə qarışıqlıqdan Hinduizm dini ortaya çıxmışdır. Bu prosеsi bеş dövrə ayırmaq olar: 1.Vеdalar dövrü (е.ə. 2000-ci il); 2.Upanişadlar dövrü (е.ə. 800 – 500); 3.Klassik dövr (е.ə. 500 – еramızın 500-cü ili); 4.Orta çağdakı ilahiyyat və fəlsəfənin tərəqqisi dövrü (Vеdanta); 5.Müasir dövr.
Bibliya (yunanca: kitablar) və ya Müqəddəs Kitab iudaizmə və xristianlığa aid müqəddəs mətnlərin külliyyatı. Xristianlıqda həmçinin Müqəddəs Yazı adlanır. Kitab iki hissəyə bölünür: Əhd-i ətiq və Əhd-i cədid. Bütövlükdə Bibliya 77 kitabdan ibarətdir. Bunlardan 50-si Əhd-i ətiqə, 27-si Əhd-i cədidə daxildir. 2003-cü ilə olan məlumata görə Bibliya və ya onun müxtəlif hissələri 2300-dən çox dilə tərcümə olunub.
Dünya ədəbiyyatı və incəsənətində Bibliya mövzuları geniş yayılmışdır. Kitabdakı obrazlardan (Adəm, Həvva, Davud, Süleyman, İsa və s.) Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında geniş istifadə edilmişdir.
İnsanlar bəşər formalaşdığı dövrdən başlayaraq özləri ətraf aləm, kainat haqqında məlumat və təsəvvürlərə malik idilər. Və bu təsəvvürlər onların şüurunda müxtəlif formalarda özünü biruzə verirdi. Xüsusilə ağıllı insan- Homosapiens yarandıqdan sonra (üst paleolit) insanların, ətraf aləmin, canlıların mövcudluğu onların həyatında baş verən hadisələrin səbəbləri haqqında biliklər əldə etməyə çalışırdılar. Məhz bu səbəbdən elmi biliklər, dini idiologiya və mifologiya formalaşmağa başlamışdır. Elmi biliklər insanların real həyatlarında müşahidə etdikləri hadisələr haqqında reallığa uyğun gələn təsəvvürlərlərini əhatə edirdi.
Həzrəti İsanın ölümündən 300 il sonra İznikdə (indiki Türkiyə ərazisində), kilsə tərəfindən çağırılmış şurada bəzi İncillərlə birlikdə Barnaba İncilinin də oxunması qadağan olundu və bu İncili oxuyanların ağır cəzalandırılacağı elan edildi. Görəsən, ruhani təbəqənin tam hökmdarlıq etdiyi bir cəmiyyətdə İncilin oxunması niyə qadağan olunurdu? Barnaba İncilinin nəyi təhlükəli idi?
Həzrəti İsanın ölümündən çox keçməmiş xristian dünyasında İncil yazmaq yarışı başlandı. Ruhani təbəqədə hər bir rahib öz İncilini yazırdı. Sayı yüzlərə çatan və bir-birindən fərqli olan İncillərə hər gün yenisi əlavə olunurdu. Nəhayət, yazan şəxslərin adıyla tanınan İncillərin sayı о qədər artdı ki, ali ruhani təbəqəsi bu haqda tədbir görməyə məcbur oldu.