Reytinq
14.76
səs: 4

Bloq haqda

Qreqori Menkyunun Ekonomiks dərsliyi Azərbaycan dilində

administratorlar (1)

moderatorlar (0)

moderator yoxdur

Oxucular (9)

iqtisadçı rustam_aLiyev yravil AykaJackson Aristotel Aysel218 Abdulyar SÜSən_Mehrəliyeva aliyeva89

29. Xarici ticarət siyasəti

TRADE POLICY
Xarici ticarət siyasəti adı altında ixrac olunan və idxal olunan əmtəələr və xidmətin həcminə bilavasitə təsir göstərən dövlət siyasəti başa düşülür. Xarici ticarət siyasətinin həyata keçirilməsinin ən geniş yayılmış formasına rüsu­mun müəyyən edilməsi, yəni idxal olunan məhsullara faktiki vergi və idxal kvotasının tətbiq edilməsi, daha doğrusu, ölkə daxilində satıla bilən (fəsil 9) xarici əmtəələrin həcminin məhdudlaşdırılması aiddir. Bəzən ölkə tərəfindən həyata keçirilən ticarət siyasəti üstüörtülü xarakterə malik olur. Məsələn, ame­rika hökuməti çox vaxtı yapon avtomobil istehsalçılarına, onları ABŞ-a ixrac etdikləri məhsullarının sayını azaltmağa məcbur etmək məqsədilə təsir gös­tərir. Könüllü ixracın məhdudlaşdırılması adlanan bu – heç də həqiqətdə özü­nün arzusuna görə həyata keçirilmir və mahiyyətinə görə elə idxal kvotasıdır.



Ardı

29. Açıq iqtisadiyyatın makroiqtisadi nəzəriyyəsi

Son on ildə ABŞ-da əmtəə və xidmətlərin idxalı ixracı həmişə üstələmişdir. Başqa sözlə, Birləşmiş Ştatların xalis ixracı göstəricisi mənfi olmuşdu. Hərçənd iqtisadçılar amerikan iqtisadiyyatı üçün xarici ticarət kəsiri probleminin ciddilik dərəcəsi haqqında mübahisəni davam etdirirlər, işgüzar dairələrin onun barəsində özlərinin dəyişməz fikri var. ABŞ-ın çoxlu biznesmenləri göstərirlər ki, ticarət kəsiri haqsız rəqabətin ifadəsidir.



Ardı

29. Açıq iqtisadiyyatda tarazlıq

Biz tələb və təklifə iki – borc vəsaitləri və xarici valyutaların mübadiləsi bazarlarında baxdıq. Bu bazarların bir-birilə necə əlaqədə olmasına baxaq.
Xalis xarici investisiyalar: iki bazarların əlaqələndirici həlqəsi.
Biz bu paraqrafı artıq bu fəsildə öyrəndiyimizin təkrarı ilə başla­yırıq. Beləliklə, biz iqtisadiyyat dörd mühüm makroiqtisadi dəyişənləri: milli yığımı (S), daxili investisiyanı (I), xalis xarici investisiyaları (NFI) və xalis ixracı (NX) necə əlaqələndirməsilə tanış olduq. Iki mühüm bərabərlikləri yada salın:



Ardı

29.Borc vəsaitləri bazarında və xarici valyuta mübadiləsi bazarında tələb və təklif

Açıq iqtisadiyyatda fəaliyyət göstərən qüvvələri başa düşmək üçün biz diqqətimizi iki bazarda tələb və təklifə cəmləşdiririk. Birinci – yığım və investisiyaların (xalis xarici investisiyalar da daxil olmaqla) axınlarını əlaqələndirən borc vəsaitləri bazarı. Ikinci – milli valyutanı digər ölkələrin pul vahidinə mübadilə etmək istəyən adamların mənafeyini təmin edən xarici valyuta mübadiləsi bazarı. Bu paraqrafda biz bu bazarların hər birində tələb və təklifə baxırıq, sonrakında isə bu iki bazarı birləşdiririk və açıq iqtisadiyyatda tarazlığın təmin edilməsini izah etməyə çalışırıq.  

Ardı

28. Alıcılıq qabiliyyətinin pariteti

Mübadilə kursunu müəyyən etməyin birinci nəzəriyyəsi: alıcılıq qabiliyyətinin pariteti
Valyutanın mübadilə kursu vaxtaşırı mühüm dərəcədə dəyişə bilir. Məsələn, 1970-ci ildə bir amerikan dollarına 3,65 alman markası və ya 627 italyan lirəsi almaq olardı. 1998-ci ildə bir dollar artıq 1,76 alman markasına və ya 1737 italyan lirəsinə dəyişdirildi. Başqa sözlə, bu vaxtı dolların dəyəri markaya nisbətən yarıdan çox aşağı düşdü və lirə demək olar ki, iki dəfə nisbətində artdı.



Ardı

28. Beynəlxalq sazişlərdə qiymətlər: real və nominal mübadilə kursları

Biz dövlət sərhəddini keçən əmtəə və xidmətlər axınlarının və kapital axınlarının vahid ölçüsü ilə tanış olduq. Bu kəmiyyət dəyişənlərinə əlavə olaraq makroiqtisadiyyat üzrə mütəxəssislər qiymətlərə görə beynəlxalq sazişlər baş verdiyindən onları öyrənirlər. Istənilən daxili bazarda olduğu kimi, əmtəənin qiymətini alıcıların və satıcıların fəaliyyəti uyğunlaşdırdığı kimi, elə beynəlxalq sazişin qiyməti də dünya bazarlarında istehlakçıların  və istehlakçıların qarşılıqlı fəaliyyətində onların davranışını uyğun­laş­dırmağa imkan verir. Sonra biz beynəlxalq qiymətin iki ən mühüm növünə – nominal və real mübadilə kurslarına baxacağıq.



Ardı

28. Xalis ixracın və xalis xarici investisiyaların bərabərliyi

THE EQUALITY OF NET EXPORTS AND NET FOREIGN INVESTMENT
Biz öyrəndik ki, açıq iqtisadiyyatın yerdə qalan dünya ilə qarşılıqlı fəaliyyəti iki üsulla – əmtəə və xidmətlərin dünya bazarı və dünya maliyyə bazarları ilə baş verir. Xalis ixrac və xalis xarici investisiya bu bazarlarda qeyri-sabitlik tədbirlərini ifadə edir. Xalis ixrac və idxal arasında fərqi xalis xarici investisiya isə – iqtisadiyyatın rezidentlərinin aldıqları xarici aktivlərin dəyəri və xaricilərin aldıqları iqtisadiyyatın daxili aktivlərinin dəyəri arasın­dakı uyğunsuzluğu ölçür.



Ardı

28. Əmtəələrin və kapitalların beynəlxalq axını

THE INTERNATIONAL FLOWS OF GOODS AND CAPITAL
Açıq iqtisadiyyatın digər ölkələrin iqtisadiyyatı ilə qarşılıqlı fəaliyyəti iki yolla baş verir: dünya əmtəə bazarlarında əmtəə və xidmətlər alqısı və satqısı yolu ilə və dünya maliyyə bazarlarında maliyyə resurslarının alqısı və satqısı yolu ilə. Bu bölmədə biz bu proseslərlə tanış olacağıq və onların qarşılıqlı fəaliyyətinə baxacağıq.



Ardı

30. Nəyə görə qısamüddət üçün məcmu təklif müsbət meylliliklə xarakterizə olunur

Nəyə görə qısamüddət üçün məcmu təklif müsbət meylliliklə xarakterizə olunur
WHY THE AGGREGATE-SUPPLY CURVE SLOPES UPWARD IN THE SHORT RUN
Indi biz məcmu təklifin iqtisadiyyatın qısamüddətli və uzunmüddətli dövrü üçün fəaliyyətinə təsir edən əsas amillərə baxacağıq. Bizə məlum olduğu kimi uzunmüddətli məcmu tələb əyrisi özünü şaquli xətt kimi təqdim edir. Əksinə, qısamüddətli dövrlər üçün məcmu təklif müsbət meylə malikdir (şəkil 30.6). Bu onu göstərir ki, 1-2 il üçün qiymətlərin ümumi səviyyəsinin iqtisadiyyatda artması əmtəələr və xidmətlərin ümumi təklifinin artmasına səbəb olur, qiymət səviyyəsinin aşağı düşməsi, təklif olunan əmtəələrin və xidmətlərin miqdarını artırır.



Ardı

30. Uzunmüddətli iqtisadi artımın və inflyasiyanın əks olunmasının yeni üsulu

Məcmu tələbin və uzunmüddətli məcmu təklif əyrisini tərtib etdikdən sonra biz iqtisadiyyatda baş verən uzunmüddətli yeni təmayül modelini qeyd edə bilərik. 30.5 şəklində son iki onillikdə iqtisadiyyatda baş verən dəyişiklik göstərilmişdir. Qeyd edək ki, bu dövr ərzində hər iki əyrinin dəyişməsi baş vermişdir. Baxmayaraq ki, bu dəyişkənlik bir çox amillərlə əlaqədardır, bu amillər içərisində biz əsas kimi texnologiya və pul-kredit siyasətini görürük.



Ardı