Рейтинг
+30.93

Ekonomiks

31 üzv, 157 topik

27. Pul inyeksiyasının səmərəsi

THE EFFECTS OF A MONETARY INJECTION
FES-in pul-kredit siyasəti dəyişdikdə nə baş verəcək? Fərz edək ki, iqtisadiyyatın tarazlıq vəziyyətində olduğu bir halda MB (Mərkəzi Bank) qəflətən pulun təklifini ikiqat artırır. O bunu, məsələn, yeni banknotları çap edərək ölkə ərazisində vertolyot ilə səpələməklə və ya sadəcə olaraq açıq bazarda əhaliyə dövlət istiqrazlarını satmaqla edə bilər (FES-in belə davranışı daha çox ehtimal olunandır, halbuki  daha az səmərəlidir). Pul inyeksiyasının nəticələri necə olacaq? Bazar tarazlığı dəyişəcəkmi?


Ardı →

ÜDM-un səviyyəsi və iqtisadi rifah

GDP AND ECONOMIC WELL-BEING
Fəslin əvvəlində ÜDM-u cəmiyyətin iqtisadi rifahının ən mükəmməl göstəricisi kimi xarakterizə etmişdik. Indi isə bu anlayışla yaxından tanış olduqdan sonra yeni mövqelərdən belə qiymətləndirmənin nə qədər  həqiqətə uyğun  olduğunu görmək imkanını əldə etmiş oluruq.
Məlum olduğu kimi ÜDM həm əmtəə və xidmətlər istehsalçılarının  gəlirlərinin ümumi məbləğini, həm də bunların ödənilməsinə yönəldilmiş xərclərin  ümumi məbləğini əks etdirir. Beləliklə, ÜDM-un adambaşına düşən kəmiyyəti ölkənin abstrakt sakininin orta gəlir və xərclərini xarakterizə edir və onun rifahının ölçüsü kimi çıxış edir.


Ardı →

27. Inflyasiyanın klassik nəzəriyyəsi

Biz inflyasiya probleminin baxılmasına qiymətlərin səviyyəsini və onların artım tempini müəyyənləşdirən uzunmüddətli faktorların izahı zamanı əksər iqtisadçılar tərəfindən istifadə olunan pulun kəmiyyət nəzəriyyəsi ilə tanışlıqdan başlayacağıq.

Qiymətlərin səviyyəsi və pulun dəyəri
THE LEVEL OF PRICES AND THE VALUE OF MONEY
Təsəvvür edək ki, hər hansı vaxt çərçivəsində (müddətində) bir stəkan dondurmanın qiyməti 10 sentdən 1 dollara qədər artdı. Insanların eyni mala daha çox pul verməyə hazır olmasından necə nəticə çıxarmaq olar? Bəlkə, onlar dondurmadan əvvəlkinə nisbətən daha çox həzz alırlar (məsələn, ona görə ki, onda yeni aromatik maddələr istifadə edilib)?


Ardı →

27. Inflyasiya: səbəblər və məsrəflər

Bu gün siz bir stəkan dondurmanı ABŞ-da bir-iki dollara ala bilərsiniz, ancaq 60 il bundan öncə belə qiymətlər qəribə görünərdi. Kitab müəllifinin nənəsinin 1930-cu illərdə Nyu-Cersi ştatının Trenton şəhərində ara-sıra getdiyi şirniyyat mağazasında balaca stəkanı 3, böyük stəkanı isə  10 sentə olan iki növ dondurma satılırdı.
Amerika iqtisadiyyatında əksər malların qiyməti daim artmaqda olduğundan, ola bilsin ki, dondurma ilə olan misal sizi təəccübləndirməsin. Qiymətlərin ümumi səviyyəsinin artması inflyasiya adlanır. Iqtisadçılar inflyasiyanın templərini istehlak qiymətləri indeksinin (IQI), ÜDM-in deflyatoru və yaxud digər hər hansı qiymət indeksinin dəyişikliyindən isti­fadə edərək ABŞ-da  son 60 ildə qiymətlərin illik artımının 5% təşkil etdi­yi­ni, yəni müzakirə edilən dövrdə tutuşdurulan əmtəələrin qiymətlərinin təxminən 18 dəfə artdığını göstərən qiymət indeksi kimi ölçürlər.


Ardı →

ÜDM-un tərkibi

THE COMPONENTS OF GDP
Iqtisadiyyatda xərclər çox müxtəlif formalara malikdir: Smit ailəsi restoranda nahar edir, General Motors korporasiyası özünün yeni avto­mobil zavodunu tikir, Hərbi Dəniz Gəmiçiliyi yeni sualtı gəmi sifariş verir, British Airways kompaniyası Boeingdən yeni təyyarə alır. ÜDM-a ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin ödənilməsinə yönəldilmiş xərclərin bütün növləri daxildir.
Resursların məhdudluğu şəraitində iqtisadiyyatın fəaliyyətinin daha yaxşı başa düşülməsi üçün alimlər müxtəlif növ xərclər üzrə ÜDM-un tərkibini aşağıdakı kimi təhlil edirlər. ÜDM-un həcmi (Y kimi işarə olunur) dörd əsas tərkib hissəsinə ayrılır: istehlak (C),  investisiyalar (I), dövlət sifarişləri (G) və xalis ixrac (NX):

Y=C+I+G+NXBu tənlik əslində ona daxil olan dəyişənlərin istənilən qiymətində doğru olan bərabərlikdir, ona görə ki, ÜDM-da hesablanan hər dollar öz əksini dörd növ xərclərdən birində tapır.
ÜDM-un hər tərkib hissəsini ayrılıqda bir sadə misalla nəzərdən keçirək.
Ardı →

24. Real və nominal ÜDM

REAL VERSUS NOMINAL GDP
Beləliklə, ÜDM -a istehsal olunan bütün əmtəə və xidmətlərin bazar qiyməti daxil edilir. Əgər bir il üzrə onların istehlak göstəricisi yüksələrsə bu­nun iki izahı ola bilər: (1) iqtisadiyyatda istehsalın artımı müşahidə olunur; (2) əmtəə və xidmətlər daha baha qiymətlərlə satılmağa başla­mışdır.
Iqtisadçılar ÜDM-un artımını təhlil edərkən hər iki səbəbin təsirlərini dürüst müəyyənləşdirməyə və qiymətlərin artmasından asılı olmayaraq istehsalın əslində nə qədər artdığını müəyyən etməyə cəhd göstərirlər. Bunun üçün «Bu il istehsal olunan əmtəə və xidmətlərin dəyəri keçən ilin qiymətləri ilə hesablanarsa, onun göstəricisi nəyə bərabər olacaqdır?» fərziyyə xarakterli suala cavab verməyə imkan verən real ÜDM-un göstəricisindən istifadə olunur.


Ardı →

24.Ümumi daxili məhsulun hesablanması

Ümumi daxili məhsulun hesablanması
Indi isə ÜDM-un mənasını ümumi şəkildə müəyyənləşdirdikdən sonra onun hesablanması üsullarının üzərində dayanaq.  Beləliklə,  ÜDM-un müəyyənləşdirməsinə qayıdaq.

  • Ümumi daxili məhsul (ÜDM) müəyyən müddət ərzində ölkə daxilində istehsal olunan bütün son əmtəə və xidmətlərin bazar qiymətidir.

Bu tərif ÜDM-u çox sadə ifadə edir, əslində isə onun hesablanması zamanı ilk baxışda nəzərə çarpmayan problemlər  meydana çıxır. Buna görə də əvvəlcə tərifin ayrı-ayrı hissələrini nəzərdən keçirək.


Ardı →

24.Əmanət və investisiyalar milli hesablar sistemində

SAVING AND INVESTMENT IN THE NATIONAL INCOME ACCOUNTS

Maliyyə sistemində təzahür edən hadisələrin başa düşülməsi bütövlükdə iqtisadiyyatın inkişafının dərk edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd etdiyimiz kimi onun əsas strukturları — səhm və istiqrazlar bazarları, banklar və borc fondları əmanət və investisiyaların pul axınlarının tənzimləyicisi rolunu oynayır. Əvvəlki fəsildə müəyyən etdik ki, əmanət və investisiyalar dayanıqlı iqtisadi artımın və əhalinin həyat səviyyəsinin əsas amilləridir. Buna görə də makroiqtisadi baxımdan maliyyə bazarlarının fəaliyyət mexanizminin və onların müxtəlif hadisələrə və siyasi qərarlara təsirinin başa düşülməsi xüsusi əhəmiyyət kəsb edir.


Ardı →

24.Amerika iqtisadiyyatının maliyyə institutları

FINANCIAL INSTITUTIONS IN THE U.S. ECONOMY
Ən geniş mənada maliyyə sistemi sərbəstləşən vəsaitlərin yığımlarını toplamaq arzusunda olan şəxslərdən (qazandıqlarından daha az xərcləyən fərdlər) borc alanlara (qazandıqlarından daha çox xərcləyən insanlar) hərəkətini  təmin edir. Əmanətlərin səbəbləri müxtəlifdir. Məsələn, fərd öz  övladının kollec bitirmək imkanı olmasını arzulayır, yaxud müəyyən məbləği «qara gün» üçün saxlamaq qərarına gəlir.  Borc alanın borca ehtiyacı olmasının motivləri də belə müxtəlifdir- yeni evin alışından tutmuş öz işinin açlışına qədər. Əmanətləri toplayan şəxslər öz vəsaitlərini müəyyən müddətdən sonra faiz gəliri ilə birlikdə geri almaq məqsədilə maliyyə institutlarının ixtiyarına verirlər. Borc alanlar isə öz növbəsində pulları müəyyən müddətdən sonra əsas borcu və ondan istifadəyə görə haqq kimi faizlə qaytarmaq şərti ilə götürürlər.


Ardı →

24. Əmanət, investisiyalar və maliyyə sistemi

Təsəvvür edin ki, siz təzəcə iqtisadi kolleci bitirib, öz şəxsi işinizi — iqtisadi proqnozların işlənib hazırlanması üzrə firmanı açmaq qərarına gəlmisiniz. Bu firma gəlir gətirməyə başlamazdan əvvəl siz biznesi təşkil etmək üçün vəsaitlər tapmalı olacaqsınız. Siz hesablamalar aparmaq üçün kompüter, stol, stul və ofis üçün şkaflar almalı olacaqsınız. Bu əşyalardan hər biri firma tərəfindən xidmətlərin istehsalı və satışı üçün istifadə ediləcək kapitaldır.
Lakin kapital nemətlərinin alışı üçün vəsaitləri haradan tapmaq olar? Ola bilər ki, siz bu vəsaitləri əvvəlki yığımlarınız hesabına maliy­yələşdirəsiniz. Yəqin ki, əksər sahibkarlar kimi siz də yeni iş açmaq üçün kifayət qədər şəxsi vəsaitlərə malik deyilsiniz və bu vəsaitlərin digər mənbələrinin axtarışı ilə məşğul olacaqsınız.


Ardı →