Yemək bişirərkən edilən 5 səhv

Yemək bişirərkən resept nə qədər asan olsa da, bəzi məqamlara diqqət etmək lazımdır. Ehtiyacınız olan ərzaqlar qədər istifadə edilən bıçaq, qazan, tava kimi vasitələr da yeməyin ləzzətini təyin edir.

1. Resepti oxumadan işə başlamayın
Hazırlayacağınız yemək gözəyarı edəcəyiniz qədər sıravi yeməklərdən deyilsə və reseptə əsasən edəcəksinizsə, əvvəlcə resepti oxumalısınız. Reseptin başlanğıcından bəhs etmirik. Səhv etməmək, zaman itirməmək üçün yemək bişirməyə başlamazdan əvvəl resepti başdan sona qədər oxumaq lazımdır.

2. Zibil qabı
Zibil qapının yanınızda olması mətbəxdə dağınıqlığın yaranmasına mane olar. İstifadə etdiyiniz hər vəsaitdən sonra zibilləri atmanız sizin daha rahat hərəkət edə bilməyinizi təmin edər.

3. Yemək bişərkən dadına baxmaq
Yemək bişirərkən tez-tez dadına baxmağı unutmayın. Beləcə, yeməyinizdə hər hansı bir əskiklik varsa, bişmədən fərqinə vararsınız və ləzzətli bir yemək hazırlayarsınız.

4. Soyuducudan çıxardığınız qidaları həmin an bişirməyin
Soyuducuda saxlamalı olduğunuz olan ət, balıq, toyuq kimi qidaları soyuducudan çıxaran kimi bişirməyin. Soyuducudan çıxardığınız qidaları dərhal bişirsəniz, içi çiy qala bilər. Bu qidaları yemək bişirməyə başlamazdan əvvəl çıxarıb, otaq temperaturunda bir müddət saxlayın.

5. Düzgün kəsmə taxtası və tavadan istifadə
Yeməyi hazırlayarkən istifadə edəcəyiniz vəsaitlər də ərzaqlar qədər əhəmiyyətlidir. Uyğun yeməklərdə uyğun vəsaitlərdən istifadə edin.

— Sarımsaq kimi kiçik ərzaqları doğramaq üçün kiçik bıçaq istifadə etmək lazım olduğu halda, toyuq, ət və ya tərəvəz kəsdiyiniz bıçaqlardan istifadə edirsiniz. Kəsmək istədiyiniz yeməyə uyğun bıçaq istifadə edin.

— İstifadə etdiyiniz ərzaqlara görə qazanınız çox böyük və ya çox kiçik olmamalıdır. Ərzaqlara əsaslanmadan kiçik qazan istifadə etsəniz, yeməyinizin daşmasına səbəb olar.

— Kiçik kəsmə taxtaları hər nə qədər maraqlı görünsə də, yemək hazırlayarkən böyüyündən istifadə edin. Çünki dilimləmək və doğramaq istədiyiniz ərzaqlarla daha rahat davranarsınız.
 

0 şərh