Рейтинг
+2.26

Fiqh (şəriət)

15 üzv, 76 topik

İslamda 10 haqq

1.Allahın haqqı.
Bu haqq hər bir müsəlman üçün ən mühüm olan haqdır. Allah-təala bizə yalnız Onun təkliyinə inanmağımızı buyurur ki, biz insanlar Onun əmrlərini yerinə yetirmək və qadağan edilənlərdən çəkinək.
Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm.Şübhəsiz ki, ruzi verən də, yenilməz qüvvət sahibi olan da Allahdır! (əz-Zariyat surəsi, 56-58)

2.Məhəmməd peyğəmbərin (s.ə.s) haqqı.
Məhəmməd peyğəmbər (s.ə.s) miladi tarixlə 570 və ya 571-ci ildə anadan olub, Allah-təala onu 40 yaşında bütün bəşəriyyət (insanlar və cinlər) üçün peyğəmbər seçmişdir.
Peyğəmbər sizə nə verirsə (şəriət hökmü) onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin, Allahdan qorxun! (əl-Həşr surəsi, 7)

Ardı →

Yemək və içmək

1-Yemək pak olmalıdır, nəcis yeməyi yemək haramdır.

2-Ruzi halal yoldan kəsb olunmalıdır. Müsəlman şəxs malını halal yoldan kəsb etdiyi halda, onun xums və zəkatını da verməlidir. Şəriətə uyğun olmayan yoldan qazanc əldə edən şəxslərin yeməyindən qorunmaq lazımdır. İmam Əli (ə) Osman ibn Hüneyfə yazdığı məktubda belə buyurur: «Yeməyinin halallığında şübhə etsən, onu yemə.»


3-İmam Baqir (ə) buyurmuşdur: «Allah dərgahında yemək-içməkdə və cinsi məsələlərdə haramdan qorunmaqdan yaxşı ibadət yoxdur.»



Ardı →

Namaz qılmağın gözəlliyi

Əs-Səlamu Aleykum. Namaz qılmaq Allahın əmridir. Allah təala bizə buyurur ki,«Mən insanları və cinləri yalnız Mənə ibadət etmək üçün yaratdım». İbadət etmək bizim özümüz üçün lazımdır. Bizim özümüzə xeyirdir. Əlbəttə bizim ibadətlərimizin yalnız özümüzə faydası var. Bu ibadətlərdən də biri namaz qılmaq ibadətidir. Namaz qılmaq insana rahatlıq gətirir. Namaz qılanda iman artır. Bunu heç bir sözlə təsvir etmək olmaz. Allahın Rəsulu (ona və aləsnə salam olsun) namaz haqqında saysız-hesabsız kəlamlar zikr etmişdir.
Ardı →

Məhrəm şəxslər kimlərdir?

Məhrəmlik üç yolla hasil olur. Nəsəb, süd vermək və evlilik yolu ilə.

Nəsəb yolu ilə insana məhrəm olan kəslər aşağıdakılardır:
1. Ata və ana, habelə hər nə qədər yuxarı getsə. Məsələn, baba və nənə.
2. Övladlar və hər nə qədər aşağı getsə. Məsələn, nəvə və nəticə.
3. Bacı və qardaş, habelə hər nə qədər aşağı getsə. Məsələn, bacı övladları və
Davamı →

Ər və arvadın irsi

Məsələ 2778: Əgər qadın ölsə və övladı olmasa, onun bütün malının yarısı ərinə, qalanı isə o biri vərəsələrə çatacaq. Əgər həmin ərdən ya başqa ərdən övladı olsa, bütün malının dörddə biri ərinə, qalanı isə o biri vərəsələrə çatacaq.
Məsələ 2779: Əgər bir kişi ölsə və övladı olmasa, malının 4/1-i arvadına, qalanı isə başqa vərəsələrə çatacaq. Əgər o qadından ya başqa qadından övladı olsa, malının 8/1 arvadına, qalanı isə başqa vərəsələrə çatacaq. Qadın evin yerindən, bağdan, əkindən və başqa yerlərdən irs aparmaz, nə yerin özündən, nə də onun qiymətindən, həmçinin bina və ocaq kimi havada (torpaqdan yuxarı) olan malın özündən irs aparmaz, amma onun qiymətindən irs aparar.
Davamı →

Vəsiyyət

Məsələ 2703: Vəsiyyət, insanın ölümündən sonra özü üçün bəzi işlərin yerinə yetirilməsini sifariş etməsinə və ya ölümündən sonra malından bir şeyin başqasının malı olmasını ya da onun malından bir şeyi başqa bir şəxsin mülkiyyətinə keçirmələrini və ya xeyir işlərdə xərcləmələrini söyləməsinə və yaxud öz övladı və ixtiyarında olan şəxslər üçün müəyyən bir şəxsi qəyyum (başçı) təyin etməsinə deyilir. Vəsiyyət edilən şəxsə isə vəsi deyilir.
Məsələ 2704: Danışa bilməyən şəxs, əgər işarə ilə öz məqsədini başa salsa, vəsiyyət edə bilər. Hətta danışa bilən şəxs də, əgər işarə öz məqsədini başa salıb vəsiyyət etsə, səhihdir.
Davamı →

And içməyin hökmləri

Məsələ 2679: Əgər bir işi yerinə yetirəcəyinə ya tərk edəcəyinə and içsə, məsələn; oruc tutmağını ya siqaret çəkməməyini and içsə, belə ki, bilə-bilə andı ilə müxalifət etsə, gərək kəffarə versin, yəni bir qul azad etsin ya on fəqir doydursun ya onları geyindirsin, əgər bunları edə bilməsə, gərək üç gün oruc tutsun və gərək oruc ardıcıl olsun.
Davamı →

Nəzir və əhd hökmləri

Məsələ 2649: Nəzir, insanın Allah rizası üçün, xeyir bir iş etməyi ya da edilməməsi daha yaxşı olan bir işi tərk etməyi özünə vacib etməsinə deyilir.
Məsələ 2650: Nəzirdə əqd oxunmalıdır. Amma onun ərəb dilində oxunması lazım deyildir. Məsələn; «Xəstəm yaxşı olsa, Allah rizası üçün bir fəqirə 10 manat pul verəcəyəm» deyərsə, nəziri səhihdir.
Məsələ 2651: Nəzir edən, gərək həddi-buluğa çatmış və ağıllı olsun, özü qəsd və ixtiyarla nəzir etməlidir. Buna görə də, icbari və ya əsbilik vasitəsilə, qeyri-ixtiyari və qəsdsiz nəzir edərsə, səhih deyildir.
Davamı →

İslamda yemək qəbulu

Məsələ 2645: Yemək yeyərkən bir neçə şey müstəhəbbdir:
  1. Yeməkdən qabaq hər iki əli yumaq.
  2. Yeməkdən sonra əlini yuyub dəsmal ilə qurulamaq.
  3. Süfrə sahibi yeməyə hamıdan əvvəl başlasın və hamıdan sonra qurtarsın. Yeməkdən əvvəl süfrə sahibi öz əlini yusun, sonra onun sağ tərəfində oturan adamdan başlayıb, onun sol tərəfində oturan adama qədər tərtib ilə əllərini yusunlar. Yeməkdən sonra süfrə sahibinin sol tərəfində oturandan başlayıb süfrə sahibinə qədər əllərini yusunlar.

Davamı →

Yemək və içməyin hökmləri

Məsələ 2633: Şahin və qartal kimi yırtıcı və caynağı olan hər quşun əti haramdır. Həmçinin göydə qanad çalması süzməsindən az olan hər caynaqlı quşun əti haramdır. Buna əsasən quşların əti halal olanlarını haram olanlardan onların uçma tərzinə baxmaqla ayırmaq mümkündür. Amma əgər bir quşun uçma tərzi məlum olmasa, əgər onun çinədanı, mədə və ayağının arxasında buynuzu varsa, halaldır. Əgər bunlardan heç biri onda olmazsa, haramdır. Lazım ehtiyat odur ki, qarğanın hər növündən, hətta qara qarğadan da ictinab olunmalıdır. Amma deyilənlərdən başqa — toyuq, göyərçin, sərçə, hətta dəvə quşu və tovuz quşu kimi digər quşların hamısı halaldır. Amma hudhud və göyərçin kimi bəzi quşlan öldürmək məkruhdur. Yarasa kimi, uçduqları halda qanadları olmayan heyvanların əti isə haramdır. Həmçinin lazım ehtiyata əsasən, arı, milçək və digər uçan həşəratlar da eyni hökmü daşıyır.
Davamı →