Рейтинг
+2.26

Fiqh (şəriət)

15 üzv, 76 topik

Heyvanların başını kəsməyin və ovlamağın hökmləri

Məsələ 2592: Əti haram olmayan heyvanlar istər vəhşi olsun, istər ev heyvanı (onların adları yemək və içmək hökmlərində çəkiləcək) əgər onların başlarını sonra deyiləcək qayda ilə kəssələr, can verəndən sonra, onun əti halal və bədəni pakdır. Amma dəvənin, balığın və çəyirtkənin başı kəsilməmiş yeməsi halal olur.
Məsələ 2593: Əti halal olan vəhşi heyvanlar, məsələn; ceyran, kəklik, dağ keçisi və əti halal olub, sonradan vəhşi olan, məsələn; sonradan qaçıb vəhşi olmuş əhli olan öküz və dəvə, əgər sonra deyiləcək qayda ilə onları ovlasalar, pak və halaldır. Amma qoyun, toyuq kimi əti halal olan heyvanla, tərbiyə edilərək əhli olmuş əti halal vəhşi bir heyvan ovlamaqla pak və halal olmaz.
Davamı →

İnsanın tapdığı malın hökmləri

Məsələ 2573: Heyvan qismindən olmayan itmiş malı insan tapsa və sahibi məlum olmaq üçün heç bir nişanəsi olmasa və onun qiyməti bir dirhəm (12,6 noxud sikkəli gümüş) olsa ya olmasa, onu özü üçün götürə bilər. Amma müstəhəbb ehtiyata əsasən, onun sahibi tərəfindən fəqirə sədəqə versin.
Məsələ 2574: Əgər tapdığı malın qiyməti bir dirhəmdən az olsa və sahibi məlum olsa, insan bilməsə ki, o razıdır ya yox, onun icazəsi olmadan götürə bilməz. Əgər sahibi məlum olmasa, vacib ehtiyat odur ki, onu sahibi tərəfindən sədəqə versin. Hər vaxt sahibi peyda olsa, belə ki, sədəqə verməyə razı olmasa, onun əvəzini ona versin.
Davamı →

Qəsb

Qəsb odur ki, insan zülm ilə başqasının haqqına ya malına sahib olsun. Bu da böyük günahlardan biridir. Əgər bir kəs bu işi icra etsə, Qiyamətdə ağır əzaba düçar olacaq. Peyğəmbər Əkrəmdən (s) rəvayət olunub ki, hər kəs başqasından bir qarış yer qəsb etsə, Qiyamətdə həmin yeri 7 qatı ilə birgə boyunduruq kimi onun boynuna salacaqlar.
Məsələ2554: Əgər insan hamı üçün tikilmiş məscid, mədrəsə, körpü və başqa yerlərdən camaatın istifadə etməsini qoymasa, onların haqqını qəsb etmişdir. Həmçinin, əgər bir kəs məsciddə özü üçün bir yer tutsa və başqası da onun oradan istifadə etməsini qoymazsa, günah etmişdir.
Davamı →

Süd verməyin hökmü

Məsələ 2473: Əgər bir qadın bir uşağı 2483-cü məsələdə deyiləcək şərtlərlə süd versə, o uşaq aşağıdakılardan məhrəm olar:
  1. O qadının özü ki, ona süd anası deyərlər.
  2. O qadının əri ki, süd onunla əlaqədardır, ona süd atası deyərlər.
  3. O qadının ata-anası və nə qədər yuxarı getsə, onun süd ata-anası olsa da.
  4. O qadından dünyaya gəlmiş və sonradan dünyaya gələcək uşaqlar.
  5. O qadının övladının uşaqları və nə qədər aşağı getsə, istər onun övladlarından dünyaya gəlsin, istərsə də onun övladı o uşaqlarına süd vermiş olsun.
  6. O qadının bacı-qardaşı süd bacı-qardaşı olsa da, yəni süd verməklə o qadınla bacı-qardaş olublar.
  7. O qadının əmi və bibisi, süd əmməklə əmi-bibi olsa da.

Davamı →

İzdivacın müxtəlif məsələləri

Məsələ 2452: Zövcəsi olmaması səbəbi ilə harama düşəcək olan şəxsin evlənməsi vacibdir.
Məsələ 2453: Əgər ər əqddə şərt etsə ki, qadın bakirə olsun və əqddən sonra bakirə olmadığı məlum olsa, əqdi poza bilər. Amma əgər əqdi pozmazsa, qadın bakirə ilə qeyri-bakirənin mehrinin fərqini nəzərə alaraq qərar qoyduqları mehrdən ala bilər.
Məsələ 2454: Naməhrəm kişi və qadının heç bir kəsin olmadığı xəlvət bir yerdə tək qalmaları fəsada düşmək ehtimalı olduğu təqdirdə, başqa bir kimsənin oraya girmək imkanı olsa belə, haramdır. Amma əgər fəsada düşmək ehtimalı olmasa, eybi yoxdur.
Davamı →

Daimi izdivac əqdinin hökmləri

Məsələ 2421: O qadın ki, daimi əqd olunur, hərçənd ki, ərinin haqqı ilə ziddiyyəti olmasa belə, ərinin icazəsi olmadan evdən bayıra çıxması haramdır. Ərinin istədiyi hər vaxt cinsi ləzzətlər üçün özünü ona təslim etməsi və şəri bir üzr olmasa, ərinin onunla cima etməsinin qarşısını almamalıdır. Qadın vəzifəsinə əməl etdiyi halda onun yemək, libas, mənzil və başqa ehtiyaclarını təmin etmək ərinə vacibdir. Əgər təmin etməsə, istər qüvvətli olsun, istər olmasın, qadına borcludur.
Davamı →

İzdivacı haram olan qadınlar

Məsələ 2393: İnsan ana, bacı, öz qızı, bibi, xala, qardaş qızı, bacı qızı, qaynana kimi qadınlarla məhrəm olduqları üçün izdivac etməsi haramdır.
Məsələ 2394: Əgər bir kəs bir qadını özü üçün əqd etsə, onunla yaxınlıq etməsə də, onun anası, ananın anası, atanın anası və nə qədər yuxarı getsə, o kişiylə məhrəm olurlar.
Məsələ 2395: Əgər bir qadını əqd edər və onunla yaxınlıq edərsə, qadının qızı, qızla oğlan nəvəsi və nə qədər aşağıya kimi getsə, istər əqd vaxtında olsun, istər sonradan dünyaya gəlsin, o kişiylə məhrəm olurlar.
Davamı →

İzdivac (nigah)

İzdivac əqdi ilə qadın və kişi bir-birinə halal olurlar. İzdivac iki qisimdir:
  1. Daimi.
  2. Qeyri-daimi (müvəqqəti izdivac).
Daimi əqd odur ki, izdivacın müddəti əqdə müəyyən olmasın və həmişəlik olsun. Belə əqd olunan qadına «daimi» deyərlər.
Qeyri-daimi əqd odur ki, onda izdivacın müddəti müəyyən olunar, məsələn; qadını bir saata ya bir gün ya bir ay ya bir il ya da uzun müddətə əqd edərlər. Amma gərək izdivacın müddəti kişi və qadının ömründən çox olmasın. Bu surətdə əqd batil olacaq. Bu cür əqd olunan qadına mutə ya siğə deyərlər.
Davamı →

Ariyə

Məsələ 2353: Ariyə odur ki, insan öz malını digərlərin istifadə etmək üçün versin və əvəzində heç nə almasın.
Məsələ 2354: Ariyədə əqd oxumaq lazım deyil və əgər, məsələn; paltarını ariyə niyyəti ilə bir kəsə versə və o da həmin niyyətlə alsa, ariyə düzdür.
Məsələ 2355: Qəsb edilmiş bir şeyi və ya mənfəətini başqasına tapşırdığı malını (məsələn; kirayə verdiyi bir şeyi) başqasına ariyə vermək, ancaq qəsb edilən şeyin sahibinin və ya o şeyi kirayəyə götürənin ariyəyə verməyə icazə verdiyi təqdirdə səhih olur.
Davamı →

Rəhnin hökmləri

Məsələ 2309: Rəhn odur ki, insan bir malı borcun əvəzinə və ya onun zamin olduğu malı başqasının yanında qalmasını qərar verərsə, belə ki, o borcu ya malı hazır etməsə, onun əvəzini o maldan götürə bilsin.
Məsələ 2310: Rəhnində siğə oxumaq lazım deyil. Girov verən öz malını girov qəsdi ilə alana versə və o da həmin qəsd ilə alsa, rəhn səhihdir.
Məsələ 2311: Girov verən və girov alan gərək həddi-buluğa çatmış və ağıllı olsunlar və onları bir kəs məcbur etməsin və yenə girov verən gərək müflis və səfeh olmasın (səfeh və müflis mənası 2244-cü məsələdə deyilir) amma, əgər müflis olsa, girov qoyulan mal, onun malı olmasa və ya ondan istifadəsinin maneəsi olmasa, eybi yoxdur.
Davamı →