İngilis dilini öyrənmənizə kömək edəcək filmlər

Yeni dil öyrənməyin ən yaxşı yollarından biri də maraqlı filmlər izləməkdir. Bu vasitə hər zaman işə yarayır və sizə kitablarda tapa bilməyəcəyiniz ifadələri öyrənməyə kömək edir. Oxuyacağınız bu məqalədə baxıb asanlıqla başa düşəcəyiniz bəzi filmlər toplanılmışdır. 

Forrest Gump
Kino tarixinin ən yaxşı ekran əsərlərindən biri olan bu filmə baxaraq siz öz ingilis dilinizi daha da yaxşılaşdıra bilərsiniz. Filmin dili çox sadə və aydındır. Tom Hanks filmdə sözləri tələffüz edərkən aramla danışır və bu da filmi təzə dil öyrənməyə başlayanlar üçün belə rahat imkanlar yaradır.


The Lake House
Yazılı ingilis dilinizi inkişaf etdirmək üçün ən yaxşı filmlərdəndir. İki qəhrəman, iki vaxt və bir poçt qutusu. Onlar sizə əsl romantik məktub yazmağın qaydasını öyrədəcək.

Beauty and the Beast
Başlanğıc üçün uşaqlıqdan bəri hamının sevdiyi bu möhtəşəm filmi seçmək ən yaxşısıdır. Cizgi filmin qəhrəmanlarının başadüşülən və aydın tələffüzləri var. Onlar danışıqları əsnasında çətin sözlərdən istifadə etmirlər. Buna görə də bu cizgi filminə hətta ingilis dili səviyyələri aşağı olanlar belə baxa bilərlər.


Coffee and Cigarettes
Dil biliklərini genişləndirmək üçün dəyərli filmdir. Film boyunca xeyli söhbətlər, mübahisələr və zarafatlar dövr edir.

Shrek
Bu cizgi filmini izləyərək, həm böyüklər, həm də uşaqlar ingilis dilindən nəsə öyrənə bilərlər. Aktyorların tələffüzü çox dəqiqdir, ifadələr qısa və asandır. Ən əsası isə burada istifadə olunan zarafatlar və mahnılar sizi izləyərkən darıxmağa qoymayacaq.

Bridget Jones’s Diary
İngilis dilini öyrənmək üçün yararlı olan filmlərdən biri də budur. Film həyatını dəyişməyə çalışan 32 yaşlı Bridgetdən bəhs edir. Filmdəki dialoqlar çətin deyil, Rene Zelvegerin tələffüzü isə möhtəşəmdir.


The Iron Lady
Tarixi bilmək hər zaman yararlıdır, öyrəndiyin dilin tarixini bilmək isə bir ikiqat yararlıdır. Buna görə də Margaret Tetçerin həyatından bəhs edən və Meryl Stripin çəkildiyi bu mövzuda film çox vacibdir. Bu filmlə düzgün akademik ingiliscədən də bəzi məqamlar öyrənə bilərsiniz.

Jerry Maguire
Böyük şirkətdə işləmək istəyrsiz? Filmdə qəhrəman sizə həm danışmaq, həm də düzgün fikirlər hazırlamaq mövzusunda kömək edəcək.

0 şərh