MMC qeydiyyatı
Əgər biznesmen öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirə bilirsə, şirkət onun nəyinə gərəkdir və buradan o, nə mənfəət əldə edir? İlk baxışdan, bu sualın cavabı aydındır və hüquqi şəxsin yaradılmasında tələbat aktual deyil. Amma sizi məhdud məsuliyyətli cəmiyyət (MMC) və ya səhmdar cəmiyyət (SC) yaratmağa sövq edə biləcək iki əhəmiyyətli səbəb var.
Qeydiyyatın zəruriliyinin ilk səbəbi — sizin daşınar və daşınmaz əmlakınızın mülkiyyət iddialarından qorumaqdır. Şəxsi şirkətin qeydiyyatı, dövlətin və ya üçüncü şəxslərin iddialarından müdafiə və ya sığorta növüdür. Fərz edək ki, siz hüquqi şəxs yaratmadan bizneslə məşğul olursunuz. Kreditorlar sizin bütün daşınar və daşınmaz əmlakınıza (avtomobilinizə, mənzilinizə, torpaq sahənizə) cərimə tətbiq edə bilər.
Firmanın qeydiyyatının zəruriliyinin ikinci səbəbi ƏDV ödənişi ilə bağlıdır. Bəzi hallarda sizdən bu verginin ödəyicisi olmaq və ƏDV məbləği göstərilməklə, qaimələri təqdim etmək hüququna malik olmaq tələb ediləcək. Məsələn, ƏDV ödəyiciləri ilə işləməkdən mənfəət əldə edən iri korporasiyalara mal satarkən və ya xidmət göstərərkən bu cür məsələ meydana çıxa bilər.
Ardı
- ?
- 23 yanvar 2012, 16:34
- Əliyev
- şərh əlavə et
Kredit almaq
Biznes nə qədər şəffaf olarsa, kredit almaq da bir o qədər asan olar
Bank biznesi ən sadə və eyni zamanda, ən mürəkkəb bir biznesdir. Banklar pulu satın alır (depozitlər qəbul edir) və həmin pulu arzu edən şəxslərə satırlar (kreditlər verirlər). Bu cür fəaliyyət maksimum dərəcədə ehtiyatlı olmağı, hər şeyi ölçüb-biçməyi və ətraflı düşünməyi tələb edir.
Balıq təmiz suyu sevdiyi kimi, maliyyə də şəffaflıq sevir. Ona görə də, biznesiniz nə qədər aydın və şəffaf olarsa, kredit almaq şansınız da bir o qədər yüksək olar. Sadəcə, özünüzü bankirin yerində təsəvvür edərək öz-özünüzdən soruşun: «Siz kimə kredit verərdiniz?» Qanuni, aydın, şəffaf biznes sahibinə, yoxsa vergi ödəməyən və öz biznesindən yalnız özü baş çıxaran ərizəçiyə? Fikrimizcə, cavab aydındır.
Ardı
- ?
- 22 dekabr 2011, 21:32
- Əliyev
- şərh əlavə et
Maliyyə analizi
Maliyyə analizində, layihənin quruluş və fəaliyyət illərində, istifadə edəcəyi kapital həcmi ilə çəkilən xərclərin hesablanması nəzərdə tutulur. Aşağıdakı cədvəl bir nümunə olaraq verilir:
Ardı
- +1
- 19 noyabr 2010, 09:10
- bankir
- şərh əlavə et
Bazar analizi (marketing analysis)
İnvestisiyaların hazırlanmasında ilk addım ölkə daxili və xarici bazarların analiz edilməsidir. Bu analiz mərhələsi böyük bir vaxt tələb edir. Qurulacaq müəssisənin böyük və kiçikliyi nəzərə alınaraq, müxtəlif müddətli bazar analizi aparılır. Əlində müəyyən bir kapitala sahib olan şəxs, hər hansı bir məqsədlə investisiyaya getmək istəyirsə (xüsusilə uzunmüddətli investisiya) planlı və diqqətli bir şəkildə bazar mühitini araşdırmalıdır. Çünki, müasir dövr dinamik və böyük təsirə malik olan bir dövrdür. Siyasi amillərin ön planda olması hər bir fəaliyyətə ciddi yanaşmağı tələb edir.
Ardı
- +1
- 13 sentyabr 2010, 10:02
- bankir
- şərh əlavə et
Kapital bazarları
İnsanlar əldə etdikləri gəlirlərin bir hissəsini ehtiyaclarına aid olan xərclərə sərf edirlər və digər bir hissəsini isə əlavə gəlir əldə etmək üçün bazara çıxardırlar.
Bu bazarlara, maliyyə bazarları deyilir. Maliyyə bazarlarını aşağıdakı kimi sinifləndirmək olar:
1. Əl dəyişən fondların tələb edənlərdə qalma müddətinə görə
a) Nağd Pul bazarları; qısa müddətli, əsasən 1 il müddətli fondların əl dəyişdirildiyi bazarlardır,
b) Kapital bazarları; uzun müddətli və davamlı olaraq fondların işlədiyi bazarlardır. Nağd Pul bazarlarının təşkilatlı bazar hissəsinin əsas quruluşları “Ticarət Bankları", kapital bazarlarının təşkilatlı bazar hissəsinin əsas quruluşları isə, «Qiymətli Kağızlar Birjası»dır.
2. Rəsmi bir bazarın olub — olmamasına görə
1) Təşkilatlı maliyyə bazarları
2) Sərbəst maliyyə bazarları
Nağd pul bazarlarındakı təşkilatlı maliyyə bazarlarına misal olaraq:
— Ticarət bankları,
Kapital bazarlarındakı təşkilatlı maliyyə bazarına aid misallar:
— Qiymətli kağızlar birjası
Maliyyə bazarlarındakı fond sahibləri, bu fondları müəyyən bir müddətə, qiymətlə və sənəd qarşılığında əllərində tutaraq, fəaliyyət göstərirlər. Bu sənədlər; «Qiymətli Kağızlar», kapital bazarlarında isə «Hissə sənədi» və «Təhvil» kimi istifadə edilir.
Müəllif İnvestisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi
Müəllif Ayhan Erdal, Yaşar Kərimov
- +2
- 12 avqust 2010, 21:54
- bankir
- şərh əlavə et
investisiyaların sinifləndirilməsi (investment classification)
İnvestisiyanı müxtəlif cür sinifləndirmək olar. Sinifləndirmə aşağıdakı kimidir:
İNVESTİSİYA NÖVLƏRİ
1. Ümumi
2. Portfel tipli investisiya qoyuluşu
3. Tək və çox məqsədli
4. Sektorlara görə
5. İstehsal və qeyri-istehsal təyinatlı
6. Zamana görə
7. Asılı olduqları fəaliyyət sahələrinə görə
8. Xüsusiyyətlərinə görə
Ardı
- +2
- 10 aprel 2010, 19:36
- bankir
- şərh əlavə et
investisiyanin geniş bir şəkildə sinifləndirilməsi
İnvestisiyanı riyazi (quantitative) və şifahi (qualitative) modellərə və zamana görə geniş bir şəkildə sinifləndirmək mümkündür;
1) Riyazi modellərə əsaslanan (quantitative, rəqəmlərlə ifadə edilə bilən)
a) Xammal və hazır məhsula görə (real investisiyalar)
b) Avadanlıqlara görə
— İlkin (yeni) investisiyalar,
— Yeniləmə,
— Genişlətmə,
— Modernləşdirmə
— Strateji
c) Formasına görə,
— Yeni, marjinal, tamamlayıcı, məhdud investisiyalar
Ardı
- +2
- 10 aprel 2010, 19:32
- bankir
- şərh əlavə et
Investisiya və onun mahiyyəti
İnvestisiya — ümumilikdə müəyyən bir əmtəənin əldə edilməsidir. İnvestisiya qoyuluşu gələcəkdə mənfəət əldə etmək üçün canlı və cansız varlıqlara bağlanan xərclərin cəmidir.
İnvestisiyanın sadə şəkildə müxtəlif cür tərifi vardır:
— Xalq arasında: investisiya müəyyən məqsəd naminə istənilən bir iş üçün çəkilən xərclərdir,
— İş mühitində: İnvestisiya maliyyə vasitələrinin genişlənmə, yeniləmə və modernləşdirmə məqsədi ilə istifadə edilməsidir",
— Müəssisə səviyyəsinə görə: İnvestisiya ilə əlaqədar bir çox iqtisadçı alimlər müxtəlif tədqiqatlar aparmış və müxtəlif təriflər vermişlər. Le Courte, Schmallenbach kimi iqtisadçılar investisiyanı, müəssisə balansının aktivində olan əsas fondların cəmi kimi qələmə vermişlər. Məşhur alim J.M.Keynes və onun tərəfdarları olan Schneider, Lohman, Richti kimi iqtisadçı alimlər isə investisiyanı: pul ehtiyatlarının müxtəlif istehsal vasitələrinə çevrilməsi kimi qeyd etmişlər.
Ardı
- +1
- 10 aprel 2010, 19:30
- bankir
- şərh əlavə et
Sahibkarlıqla məşğul olmaq istəyən qadınlara tövsiyələr
Sən aşağıdakı suallar vasitəsilə özünün şəxsi keyfiyyətlərini yoxla, nəticələr çıxar, lehinə və əleyhinə onları müəyyənləşdir:
Ardı
- 0
- 21 mart 2010, 19:53
- təpəgöz
- şərh əlavə et
Lizinq iqtisadi inkişafa necə kömək edir?
Lizinq özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir. Lizinq lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir.
Lakin lizinqin bir investisiya mexanizmi kimi inkişafı nəticəsində banklar və sığorta şirkətləri də lizinq münasibətlərinə qatılırlar. Beləliklə, lizinqin şərtləri bütün tərəflər üçün daha çevik və sərfəli olur. Lizinq iqtisadi inkişafa necə kömək edir?
Ardı
- 0
- 21 mart 2010, 19:31
- təpəgöz
- şərh əlavə et
