Рейтинг
+71.26

Kino

54 üzv, 248 topik

Riçard Girlə müsahibə

  • Kino
Daha dərinə, qaranlıq məkanlara, soyuq suya baş vurmalısınız. Məhz bu zaman məhəbbət yaşayacaq...

– Riçard, siz bir neçə nəsil üçün seks-simvol olmusunuz, bunu dərk edirsiniz?
– İcazə verin, sizə bir şey danışım. Bir neçə il bundan qabaq “Hantın ovu” filmini çəkirdik. Çəkiliş qrupunu təqdim etmək üçün kiçik mətbuat konfransı təşkil etdik. Arxa oturacaqlarda çox cavan və utancaq qız əyləşmişdi. O, əlini qaldırıb dedi: “Ailəmizin üç nəsli adından sizə təşəkkür edirəm. Sağ olun ki, kinoda işləməyə davam edirsiniz. Biz sizi sevirik. Bunu öz adımdan, anamın və nənəmin adından söyləyirəm”. Öz –özümə düşündüm, necə də xoşdur, ancaq eyni zamanda, tanrım, mən necə də qocayam! Doğrudan da, bu işlə nə vaxtdır ki, məşğulam…

– Bu gün həyatınıza və karyeranıza nəzər saldıqda özünüzün ən böyük nailiyyəti nəyi hesab edirsiniz?
Davamı →

Tarkovskinin aynası

  • Kino
ЗеркалоTarkovskinin rejissor kimi üzərində işlədiyi sayca yeddinci filmi “Ayna” haqqında yazmağın böyük məsuliyyət tələb etdiyinin fərqində olsam da, bu ehtiyacımı ödəməkdən boyun qaçırmaq mənə olduqca ağırdır. Rejissorun təbirincə desək, haqqında bir nəfərin belə məqalə yazmadığı bir film barədə məni yazmağa vadar edən səbəblər müxtəlifdir. Bunlardan bəzilərini – müharibənin təhtəlşüurda və maddi aləmdəki ağır nəticələri, müharibədə insan, siyasi strukturun yaratdığı məhdudiyyətlər – bəri başdan deməyə bilmərəm.
 
Heç bir Tarkovski filmi bir rəng deyil. Bəlkə də, ümumiyyətlə, sənət və sənət filmlərinin ən mühüm xüsusiyyətlərindən biri onun hər bir insana müxtəlif formada təsir bağışlamasıdır. Ancaq bu sənətin aristokratlığını azaltmır. Əksinə, onu duymaq üçün tamaşaçı mütləq əvvəlcədən müəyyən hazırlıq keçməlidir.
 
Buna baxmayaraq, “Ayna” filminin bənzər təsirini bu və ya digər formada hər kəs öz üzərində hiss edə bilər. Bu mənada “Ayna” hardasa bir rəng və olduqca özünəməxsus filmdir.
Davamı →

Alexandro Qonzales İnarritu

  • Kino
Üç müxtəlif insan həyatı hekayəsindən bəhs edən “İt sevgisi” (“Amores perros”) filmi ilə Alexandro Qonzales nəinki Meksika kinosunda, ümumiyyətlə, dünya kino aləmində dönüş etdi. Ağır həyat hekayəsi olan insanlardan bəhs edən ekran əsərində güclü dramatizmə malik səhnələr qurmaqla o, dünya kinosuna böyük vədlər verdi.
Alexandro Qonzales 1963-cü ildə Meksikada doğulub. 16 yaşında yerli rok radiostansiyasında əvvəlcə DJ, sonra musiqi üzrə prodüser işləyir. Bu sahədə populyarlıq qazanandan sonra kinoya marağı yaranır. 1991-ci ildə “Zeta Films” şəxsi kino şirkətini qurur və sərbəst filmlər çəkməyə başlayır.
Davamı →

IMDb top 250`də ən çox filmi olan rejissorlar

  • Kino
Başlanğıc qeydi: Filmlərin adını tərcümə edib o möhtəşəm adları öz əllərimlə pozmaq istəmədim.

Siyahıya çəkdiyi 70 filmdən 8`ini ilk 250 film sırasına qatmağı bacaran Alfred Hitchcock başçılıq edir. Təsadüfi deyil ki, onun siması fəaliyyəti dövründə bir çox aktyor və aktrisadan daha çox tanınırdı. Eyni zamanda «Alfred Hitchcock Presents» və «The Alfred Hitcock Hour» televiziya seriallarının da müəllifi olması onun daha da tanınmasına səbəb oldu. «Rebecca» filminə görə Oscar almış bu rejissor daha çox cinayət, sirr, psixolojik triller janrında və yaddaşlara dərin iz buraxan filmlərə imza atmışdır. Köhnə filmlərin sıxıcı olduğunu düşünənlər Hitchcock vasitəsilə bu fikirlərini darmadağın edə bilərlər.
Davamı →

Məşhur filmlərdən seçilmiş sitatlar

  • Kino

Bəzən əlvida deməyin vaxtı gəlib çatır. Əzab verməyinə baxmayaraq, bunu sınamağı öyrənməlisən.  “P.S. I Love You”

— Kimi seçirəmsə seçim, biri yenə xoşbəxt olmayacaq...
— Başqalarının nə istədiyini boş ver. Sən nə istəyirsən?  “The Notebook”


Ümidini tamamilə itirmək azadlıqdır. “Fight Club”


Ardı →

Pyotr Velyaminov

  • Kino

62 yaşında əsl məhəbbətini tapan aktyor günahsız yerə doqquz il həbsdə yatıb, şəxsi həyatında uzun müddət arzuladığı xoşbəxt, sakit həyata qovuşa bilməyib. 62 yaşında bu arzusuna çatan aktyorun yaradıcılığında da bahar bir filmlə — “Kölgələr günorta yox olur”la başlayıb. Söhbət Rusiyanın Xalq artisti Pyotr Velyaminovdan gedir. 

Pyotr Velyaminov 1926-cı il dekabrın 7-də Moskvada anadan olub. Anası Tatyana Divnova çox səbirli ev xanımı idi, çalışırdı ki, evdə həmişə hüzur, sakitlik olsun. Sonralar uşaqlığını yada salan aktyor deyərmiş ki, o da ailəsində həmişə sakitlik, rahatlıq olmasına çalışacaq.
Atası Sergey Velyaminov isə XIX əsrin məşhur generalları İvan və Aleksey Velyaminovların nəslindən olub. Anasından fərqli olaraq, atası çox səbirsiz insan olub və bunun da ağrı-acısını yaşayıb. 1930-cu ildə onu antisovet təşkilatına qoşulmaq ittihamı ilə həbs ediblər. 1936-cı ildə həbsdən azad edilən Sergey Velyaminov 1941-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Ancaq bu dəfə də onu tutub sürgün ediblər. Hətta Pyotru da 1943-cü ildə, 17 yaşında ikən, guya o da atası kimi antisovet təşkilatına qoşulduğuna görə, həbs ediblər. Sonralar bu haqda danışan Pyotr özü isə bildirib ki, qonşuluqda yaşayan, bir məktəbdə oxuduqları qızla dostluq edib, tez-tez onlara qonaq gedib. Qızın Moskva Mühəndisləri İnstitutunun dosenti olan atası bilinməyən səbəblərə görə həbs ediləndən sonra onu da günahı olmadan tutublar. Pyotr Velyaminov 1952-ci ildə həbsxanadan buraxılsa da, onu Moskvada yaşamağa qoymurlar. Ailəliklə Sibirin Abakan şəhərinə köçürlər. 


Ardı →

Qış yuxusu | Kış uykusu

  • Kino

“Əgər insanlar sənə mane olursa, onda yaşamağa dəyməz. 
İnsanlardan qaçmaq elə intihardır”


Ceylanın üç saat on altı dəqiqə davam edən yuxusunun — filminin qəhrəmanları hamısı bir-birindən qaçır. Qaçır, qaçır və intihar edirlər. Ömrünün 20 ildən çoxunu teatra həsr etmiş Aydın indi soyuq Kapadokiya dağlarında açdığı otellə dolanır. Otelin adı – “Otello” təsadüfi seçilməyib. Tez-tez sitat gətirdiyi Şekspir qəhrəmanı kimi Aydın da gənc və ağbəniz arvadı Nihalı — Dezdemonanı möhkəm qısqanır. Get-gedə ərindən soyuyan Nihal heç kəsə lazım olmayan xeyriyyə işləriylə məşğuldur. 

Ceylanın qəhrəmanları həmişə vicdan, xeyriyyə, incəsənət, adət-ənənə, iman və mərhəmət kimi böyük anlayışların arxasında gizlənirlər. Amma Şekspir demişkən, vicdan qorxaqların sevdiyi sözdür. Əyyaş ərindən boşanıb qardaşı Aydının yanına gələn Necla isə hamını iynələyə-iynələyə ətrafdakıları öz depressiyasına yoluxdurmaqla məşğuldur. 

Aydının kirayə verdiyi evlərdə yaşayan məscid imamı Hamdi, qardaşı İsmayıl və ailəsi Dostoyevskinin əzilmiş, alçaldılmış obrazlarıdır. İsmayıl və oğlu “Karamazov qardaşları”ndakı Nikolay və İlyuşa Snegiryevləri xatırladır. Filmin sonlarında İsmayıl eynilə Nastasya Filippovna (“İdiot”) kimi Nihalın gətirdiyi bir qalaq pulu sobada yandırır. Əlbəttə, Ceylan “Qızıl palma budağı”nı adi ailə münaqişəsini kinoya gətirdiyinə görə almayıb. 


Ardı →

Ən çox qazanan rejissorun 10 möhtəşəm filmi

  • Kino
Ərsəyə gətirdiyi filmdə insanları heyrətləndirməyi, sevindirməyi,  təəccübləndirməyi bacaran rejissor kinematoqrafiya tarixinin ən varlı rejissorudur. Bəli, söhbət Stiven Spilberqdən gedir.

Spilberqin filmləri bu günədək 8,5 milyard gəlir gətirib. Əgər ötən əsrin ən yaxşı filmlərini sadalamağa başlasanız, bu filmlər arasında mütləq Spilberqin əsərlərinin adını çəkəcəksiniz. Stiven Spilberq ilk kinosunu 12 yaşı olanda çəkib. Həvəskar azyaşlı tərəfindən çəkilən bu film müharibə mövzusunda idi. Dahi rejissorun ikinci filmi yadplanetlilər mövzusunda olub. İllər sonra bu həvəskar uşağın filmləri dünya şöhrəti qazanır və özünə izləyici kütləsi toplayır.  

1. “Dənizin dişləri” (1975)

Reytinq IMDb: 8.10
Büdcə: 7 000 000 dollar
Əldə olunan gəlir: 470 000 000 dollar
Mükafatlar: Üç Oskar – səsləndirmə, montaj və soundtrek.  
Ardı →

Qeybə çəkilmiş rejissor - Sergey Bodrov

  • Kino

Sergey Sergeyeviç Bodrov 27 sentyabr 1971-ci ildə Moskva şəhərində anadan olmuşdur. 90-cı illərin nəsli “Brat”, “Brat-2”, “Qafqaz əsiri”, “Şərq – Qərb” filmlərindən Sergeyi yaxşı tanıyır. Düzgünlüyünə, dürüstlüyünə, mənəvi həssaslığına və insani keyfiyyətlərinə görə Bodrov çoxlarının yaddaşında əvəzolunmaz “gənclik nümunəsi” olaraq qalıb. Sergey Bodrovun həyat və yaradıcılığı haqqında maraqlı məlumatları sizə təqdim edirik:

“Demək olar ki, bütün bu hadisələr mənim həyatımın son 16 ilində baş verib. Düzü, bundan sonra heç nə məni həyəcanlandırmaq iqtidarında olmayıb.  Uşaqlar həyat və onun mahiyyəti haqda çox düşünürlər. Ona görə də, onların başında həyatda gördükləri və dərk edə bildiklərindən daha çox məlumat və sual olur. Daha doğrusu, onların daxili aləmi kənardan göründüyündən daha zəngindir”.

 Mən balaca olanda, özümü çox ağıllı hesab edirdim. Ən azından, mən özümdən ağıllı bir insanın ola biləcəyini təsəvvür edə bilmirdim. Bu düşüncə Tolstoyun “Uşaqlıq. Yeniyetməlik. Cavanlıq” əsərini oxuduqdan sonra məni tərk etdi. Təxminən elə həmin dövrdə mən kainatın sonsuzluğu haqda təsəvvürlərə malik oldum. Mən onda başa düşdüm ki, yer üzündə milyonlarla “kiçik dünyalar”, “daxili aləmlər” mövcuddur.

  Bir dəfə mən dostlarımdan birinin maşınını oğurladım. Amma onunla oynaya bilmədim. Əməlli-başlı mənəvi narahatlıq hiss etməyə başladım. Anam bunu öyrənəndə, mənə məsləhət gördü ki, həmin uşağın valideynlərinə zəng vurum. Utanc hissi məni məhv edirdi, valideynlərə zəng etmək düşüncəsi isə mənə əzab verirdi. Mən bu hissləri yaşayanda başa düşdüm ki, əsl kişi kimi davranmaq çətin olsa da, bunu etmək mənim borcumdur. Və nə qədər çətin olmasından asılı olmayaraq, bu, məni gücləndirir.


Ardı →

Adriano Çelentano təcrübəsi

  • Kino

Mənim haqda daha nələr yazılmayıb. Məsələn, guya mən gec-gec evdən çıxıram və guya az ünsiyyətciləm. Ancaq bunlar düz deyil. Mənə əsas verin, elə şeylər danışaram ki...
Mən bütün siyasətçilərə qarşı çıxış edirəm, qiyam qaldırıram. Fərq etmir hansı olursa-olsun. Çünki onlardan heç biri yeni tikililərin dağıdıcı dalğasının qarşısını ala bilməyib. Mən bu beton qutularda yaşamaqla razılaşan bütün kasıblara etiraz edirəm.

Mən o kəslərə etiraz edirəm ki, onlar üçün zamanla ayaqlaşmaq qarşısına çıxan hər şeyi məhv etmək deməkdir...

Mən artıq çoxdan gələcəkdə hər şeyin daha pis olacağı faktı ilə barışmışam. Ancaq niyə hələ də təəccüblənməyə və tənqid etməyə meylliyəm, bunu anlamıram. Yəqin, vicdanımın təmizliyi naminə...

Deyəsən, siyasətçilərə yenidən ədalətli və müdrik olmağı öyrətmək üçün hərəsinin yanına bir filosof və şair qoymaq lazımdır.   
Ədalətli olmaq üçün öncə yaxşı insan olmaq lazımdır. Yaxşı olmaq isə insanların səhv edə biləcəyini anlamaq deməkdir.

Bəzi insanlar irticaçı olduğumu düşünür, yəqin, haqlıdırlar. Mən oxumuşdum: “Əsl məhəbbəti heç nə məhv edə bilməz”.  O vaxt hər kəs bu mahnıda siyasi motiv gördü: guya mən boşanmalara qarşı çıxış edirəm. Əslində, bu mahnı ilə mən həyat yoldaşıma sevgi etirafı etmişdim. Boşanmalara qaldıqda… Əgər günlərin bir günü iki insan bir-birini başa düşməkdə çətinlik çəkməyə başlayırsa – boşanma, zənnimcə, düzgün seçimdir. Ancaq əvvəlcə, məhəbbəti xilas etmək uğrunda bütün cəhdləri etmək lazımdır.


Ardı →