Hardan hara


Kaliforniya Yanğınsöndürmə İdarəsi yanğından sonra meşədə yanmış bir dalğıc cəsədi tapdı. Üstəlik, bu cəsəd dalğıc paltarı, dalğıc üzgəci, dalğıc maskası və dalğıc  balonu ilə  “tam təchizatlı”  bir dalğıc cəsədi idi. Əlbəttə ki, belə bir cəsədin meşə yanğınında tapılması çox təəccüblü idi. Ancaq polis hadisəni araşdırdıqdan sonra bütün sirlər ortaya çıxdı.

  Əslində hadisə belə baş verib. Dalğıc o gün meşədən 20 km məsafə uzaq olan dənizə girmişdi. Meşədə yanğın baş verəndə yanğınsöndürən vertolyotları su götürmək üçün o dənizə getmişdilər. Və su çənlərini dənizə salaraq, oradan yanğını söndürmək üçün su çəkmişdilər. Bu vertolyotlardan biri körfəzdən su çəkərkən dalğıcı da su ilə birlikdə “çəkmişdi”. Sonra da yanğın yerinə apararaq, orada (üstəlik neçə metr yüksəklikdən) yanğının içinə atmışdı.  Nəticədə dalğıc yanaraq ölmüşdü.

 

6 şərh

azadmamedov90
bedbextin goresen ne gunahi var imis…
Consuelo
Əcəl gör necə tapir adamı. 
tarixci1919
Adamın tükləri biz-biz olur. Maraqlıdır, görəsən, yanğınsöndürən vertolyot sudan başqa bir obyekt çəkdikdə xəbərdarlıq niyə olunmur. Axı bura həm də sudakı heyvanların da düşmə ehtimalı var.
Medikamentoz
Macera dolu Amerika