Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 805 topik

Tibbdə yeniliklər

  İnsulin iynəsinə son
Tibb sahəsi nanotexnologiyanı sevdi. Nanotexnologiya indi də diabet sahəsini təsiri altına aldı. Hər il milyonlarla insanın əziyyət çəkdiyi şəkər xəstəliyinin müalicəsi üçün insulin həbləri istehsal edildi. Bu həblər insulin iynəsindən istifadə edilməsinə son verəcək və gündəlik iynədən daha təsirli olacaq, bədəndəki qlükoza nisbətini tarazlayacaq.

 Yaşlanmağı gecikdirən elmi tədqiqat
Amerikalı elm adamları laboratoriya mühitində yaşlanmağa səbəb olan hüceyrə fəaliyyətlərini qismən də olsa dayandırmağı bacardı. 
ABŞ-da elm adamları laboratoriya mühitində siçanlar üzərində apardıqları təcrübələrdə qırışlar, əzələ toxumasının zəifləməsi və katarakt kimi yaşlanma əlamətlərini ortadan qaldırmağı bacardılar.


Ardı →

Daş dövrü iddiası yalandan ibarətdir?

700.000 il əvvəlki dövrə aid gəmi, 400.000 illik mizraqlar, 35.000 illik şəkillər, 8.000 il əvvəl professional şəkildə aparılan diş müalicəsi… Arxeoloji qazıntılar təkamülçülərin “ibtidai insan” iddiasının doğru olmadığını göstərir. İndiyə qədər əldə edilmiş bütün arxeoloji qazıntılar onu göstərir ki, insan var olduğu gündən insandır və yüksək mədəniyyətə malikdir. Bu səbəbdən, təkamülçülərin iddia etdikləri “tarixin təkamülü” də yalandan ibarətdir.

Təkamülçülər birhüceyrəlidən çoxhüceyrəliyə, sonra da meymundan insana doğru uzanan təkamül prosesini izah etmək üçün tarixin inkişafını da ssenariləşdirmiş, bunun üçün primitiv insanın həyatını açıqlayan “mağara dövrü”, “daş dövrü” kimi xəyali dövrlər uydurmuşlar. Bu iddialarını sübut etmək üçün müxtəlif üsullardan istifadə etməyə çalışmışlar. Arxeoloji qazıntılarda tapılan daşı, oxu və ya saxsı qabı bu istiqamətdə şərh etmişlər.


Ardı →

Daş Meşə


Madaqaskarda özünün möhtəşəmliyi ilə hamını heyran edən unikal bir yer var. Bu yer dünyanın 10 geoloji möcüzəsindən biridir.

Tsinci-de-Bemaraha qoruğunu 152 000 hektarlıq ərazidə yerləşir. “Daş meşə” adını daşıyır. Yerli əhali buranı tərcümədə “yalınayaq gəzilməyən yer” mənasını verən “Tsinqi” adlandırırlar. 1927-ci ildə Tsinci-de-Bemaraha Milli Qoruq statusunu almış, 1990-cu ildə isə Uneskonun Dünya Mədəniyyət Mirasları siyahısına alınmışdır.


Ardı →

Gülləyə qarşı dayanıqlı hörümçək toru

Hörümçək toru ilə insan dərisinin hüceyrələrindən hazırlanan parça gülləkeçirməz xüsusiyyətə malikdir. Hollandiyalı sənətkar Jalila Essaidinin yeni “2.6g 329m/s” layihəsi üçün hazırladığı gülləkeçirməz parça hörümçək toru və insan dərisi hüceyrələrindən hazırlanmışdır. “Discovery News”-un verdiyi xəbərə əsasən, aparılan tədqiqatlar nəticəsində alt dəri təbəqəsi (dermis) ilə üst dəri (epidermis) təbəqəsi arasına şprislə yeridilmiş hörümçək torunun sürəti nisbətən zəif olan gülləyə qarşı dayanıqlı olduğu aşkar edilmişdir.

 


Davamı →

Kainat sürətlə genişlənir

2011-ci il fizika sahəsi üzrə təqdim olunan Nobel mükafatları müəyyən edilib. Fizika sahəsində Nobel mükafatı üçün amerikalı Sol Perlmuter (Saul Perlmutter), Adam Rays (Adam Reiss) və əslən avstraliyalı olan amerikalı fizik Brayen Şmidt (Brian Schmidt) seçilib. Kainatın sürətlə genişləndiyini sübut edən fəaliyyətləri bu elm adamlarına Nobel mükafatı qazandırıb.

Nobel komitəsinin açıqlamasında alimlərin: “Ulduzların partlayışını və ulduz topalarını tədqiq etdikləri, kainatın artan sürətlə genişləndiyini kəşf etdikləri”, -deyilib. Bu nəzəriyyəyə əsasən, 14 milyard il əvvəl baş vermiş Böyük partlayışdan (Big bang) etibarən kainat genişlənir. Bu şəkildə davam edərsə, kainatın buz kütləsinə çevriləcəyi gözlənilir.

Qeyd edək ki, Allah Qurani-kərimdə 1400 il əvvəl kainatın genişləndiyi bildirmişdir. Alimlərin bu kəşfləri də bir daha Quranın Allahın sözü olduğunu, elmə doğru istiqamət verdiyini təsdiq edir. Kainatın genişlənməsi ilə bağlı ayə belədir:

 “Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik”. (Zariyat surəsi, 47)

 


Davamı →

Xallar

Gözəlin çox vaxt xalına aşiq olurlar. Xalın olduğu yerə görə xarakteri təyin etmə yönündə surətşünaslar yüzilliklər boyu tədqiqatlar aparmışlar. Müşahidələri ümumiləşdirən alimlər risalələr ərsəyə gətirmişlər. Müxtəlif dillərə tərcümə edilən bu əsərlər indi bütün bəşəriyyətin malı olmuşdur. Aristotelin yaratdığı surətşünaslıq elmini təkmilləşdirən İmam Cəfər Sadiq (Allah ondan razı olsun), ən çox davam etdirən isə Uzaq Şərq alimləri olmuşlar.
Xalları öyrənən xüsusi elm «metoposkopiya» adlanır ki, bu da yunanca «metopos» (alın) və «skopeo» (müşahidə edirəm) sözlərindən əmələ gəlmişdir.
Yapon fizioqnomikasına görə, sifət şərti olaraq üç hissəyə bölünür — üst (alın), orta (qaşlar və burun) və alt (dodaqlar və çənə). Hissələrin hər biri insan həyatının müəyyən dövrü ilə (gənclik, yetkinlik və qocalıq) birbaşa əlaqədardır.


Ardı →

Saçın sehirli gücü

Qədim Misirdə, Qədim Çində, skiflərdə, hunlarda açıq rəngli saç – bir növ İlahiyə “yaxınlıq” əlaməti sayılırdı.

Xristofor Kolumbun Amerikanı kəşf edənədək Hopi adlı hindu xalqında belə inanc vardı ki, guya, bu xalq arasında “ağbaşlılar” (açıq rəngli saçı olanlar) peyda olarkən, onların “qızıl erası” başlayacaq.

Şərq xalqlarından (Şərqdə açıq rəngli saçlar) fərqli olaraq, ingilissakson ölkələrində tünd qara saçlar İlahiyə “yaxınlıq” əlaməti hesab olunurdu. Onlara görə, qara saçlılar atlantlar sivilizasiyasının yoxa çıxmış Lemuriya kontinentinin nümayəndələridirlər və bu mifik xalqlar Qərbi Avropanın, Qədim Misirin və Qədim Şumerin əsasını qoyanlardır.

Bədənin dərisində olan saçların çoxluğu isə istər Qədim Şərqdə, istərsə də Qədim Avropada günah, günahkarlıq əlaməti sayılırdı.

Orta əsrlərdə Avropada belə hesab edirdilər ki, sarışın, kürən kəkilli insanlar iblis xislətli olurlar. Bunu da belə izah edirdilər, guya, sarı kəkillilərin əcdadları nə vaxtsa şeytana uymuş, günah işlətmiş və bu da sonrakı nəsillərdə şeytanın bir möhürü kimi kəkil formasında özünü biruzə vermişdir. Tarixçilərin məlumatlarına görə, inkvizisiya dövründə odda yandırılan qadınların əksəriyyəti sarı – kürən kəkillilər olmuşdur.
Ardı →

Dünyanın 8-ci möcüzəsi | Bürc Xəlifə

Dubayda yerləşən Bürc Xəlifə binası dünyanın ən hündür binasıdır və onun hündürlüyü 829,8 metrdir. Binanın tikintisi 2004-cü il sentyabrın 21-də başlanılıb və onun xarici hissəsinin tikintisi 2009-cu il oktyabrın 1-də başa çatıb. Bina rəsmi olaraq 2010-cu il yanvarın 4-də açılıb. Binanın tikintisinə 1,5 milyard dollar pul xərclənib və onun layihəsinin müəllifi amerikalı memar Adrian Smith-dir.
 


Ardı →

Balet insan beyninə təsir göstərir


Balerinaların başları hərlənmədən dəfələrlə fırlana bilmələrinin səbəbi bəlli olub. Belə ki, incəsənətin bu növü ilə məşğul olanların beyin quruluşunda dəyişiklik olur. Məhz bu da baş hərlənməsinin qarşısını alır.

İngilis elm adamları balerinalar ilə başqa idman növləri ilə məşğul olan qadın idmançıların beyinlərini müqayisə ediblər.

Onlardan qaranlıq otaqda bir stulun başına fırlanmaları istənilib. Dayandırılandan sonra özlərini necə hiss etdikləri soruşulub. Bundan əlavə onların göz refleksləri ölçülüb,beyin MR çəkilib.

Nəticədə rəqqasələrin beyin quruluşlarında fərqliliklər müşahidə edilib. Belə ki, onların beynindəki müvazinət hissinin işləndiyi və baf hərlənməsindən məsul olan hissə fərqli olub.

Alimlərin sözlərinə görə, balerinalar illərlə məşq etdiyi üçün onlarda daxili qulaqdakı müvazinət orqanlarına gedən siqnallar əngəllənir. Bunun sayəsində də dəfələlrə ayaqüstə fırlana bilirlər.


Davamı →

Canlıların klonlaşdırılması nədir?

Klonlaşdırma prosesi üçün klonlaşdırılacaq canlının DNT-sindən istifadə edilir. Canlının bir hüceyrəsində olan DNT-si mikroskop altına qoyulur və o növdən olan başqa bir canlıya aid yumurta hüceyrəsinin içinə yerləşdirilir. Bundan dərhal sonra ona şok verilir və yumurta hüceyrə şok nəticəsində bölünməyə başlayır. Bölünməyə davam edən rüşeym o növdən olan hər hansı canlının bətninə yerləşdirilir və inkişaf edib doğulması gözlənilir.

Klonlaşdırmanın nə üçün təkamüllə əlaqəsi yoxdur?

Klonlaşdırma və təkamül anlayışları təqdimat baxımından bir-birindən tamamilə fərqlidir. Təkamül nəzəriyyəsi cansız maddələrin təsadüflər nəticəsində canlı əmələ gətirməsi üzərində qurulmuşdur (bu iddianın həyata keçəcəyinə aid heç bir fakt yoxdur). Klonlaşdırma isə canlı hüceyrəsinin genetik maddəsindən istifadə edilərək həmin canlının kopyalanmasıdır. Burada proses onsuz da canlı olan hüceyrədən başlanılır və bioloji proses laboratoriya mühitində süni üsulla həyata keçirilir. Yəni ortada təkamülün əsas iddiası olan “təsadüfi” proses və ya cansız maddənin canlanması kimi bir vəziyyət yoxdur. Əslində klonlaşdırma prosesi təkamülə heç bir dəlil vermir, ancaq təkamül nəzəriyyəsini kökündən məhv edən bioloji qanunun çox açıq sübutudur. Bu qanun məşhur alim Lui Pasterin XIX əsrin sonuna yaxın ortaya qoyduğu “həyat həyatdan qaynaqlanır” prinsipidir. Bu aşkar həqiqətə baxmayaraq, klonlaşdırmanın təkamülə dəlil kimi göstərilməsi media yolu ilə həyata keçirilən yanıltma və yalandan ibarətdir.


Ardı →