Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 809 topik

Məhşurların lənətlənmiş ailə dramı

Heminqueylərin ailəsi

Hem babanın ailəsində yalnız bir lənət mövcud olub – “ağır formada olan depressiya”. Ernestin ədəbi karyerası zirvəni fəth etdiyi vaxt onun atası özünü güllələyir. Ernest Nobel mükafatını alır, var-dövlət əldə edir, lakin bütün bunlara rəğmən, 1961-ci ildə 62 yaşında ikən tapançadan atəş açaraq, intihar edir. Beş ildən sonra Ernestin depressiya və xərçəng xəstəliyindən əziyyət çəkən bacısı Ursula da intihar edir. 16 il sonra isə Ernestin yeganə qardaşı Leyçester diabet xəstəliyinə tutulduqdan və ayaqlarını itirdikdən sonra özünü güllələyir.

1996-cı ildə isə Ernestin nəvəsi gözəl Margo öz ad günündə, 35 yaşında ikən zəhərlənir. Ancaq Heminqueyin nəsli hələ tam bitməyib. Onun Müriel adlı nəvəsi, Dri Luiza və Lenqli adlı iki nəticəsi var…


Ardı →

Taun xəstəliyi hansı kəşfin edilməsinə səbəb olub

Holland alimlər XIV əsrdə Avropanı qırıb-çatmış taun xəstəliyinə qarşı araşdırma apardıqılarında insanların genetikasını təkamül etdirdiyini kəşf ediblər. Yəni babalarımız öz qardaşlarından fərqli olaraq, bu xəstəliyə ona görə qalib gəliblər ki, genləri özünü təkmilləşdirib və xəstəliyə qarşı gəlib. Bu, təbii seçmədir.

Harvard Universitetinin araşdırmasına görə, bizlər təkcə “Homo Sapiens” yox, həm də “Neandertal” geni daşıyırıq. Bu gen bizə qadınlardan keçib və bizi soyuğa qarşı daha dözümlü edib. Afrikalılarda neandertal geni yoxdur.


Ardı →

Heyvanlarla danışmaq mümkün olacaq


Heyvanların davranışı öyrənən sahənin aparıcı mütəxəssisi professor Kon Slobodçikov 5-10 il sonra vəhşi və ev heyvanlarının dilini anlamağa imkan verən qurğu yaradır. Alimin sözlərinə görə, gün gələcək, biz heyvanlarla mobil telofon ölçüsündə olan qurğu vasitəsilə ünsiyyət qura biləcəyik.


Ardı →

Bir insanda 24 şəxsiyyət

Uilyam (Billi) Stenli Milliqan 1955-ci ildə Mayami-Biçdə anadan olub və bir müddət sonra bütün psixiatriya haqqındakı kitablara düşmüşdür.

 Billi Milliqanın daxilində kənardakı insanların fərqləndirə biləcəyi 24 şəxsiyyətin xüsusiyyətləri cəmləşmişdi. Hər bir ayrı şəxsiyyət özünün unikal həyatı ilə yaşayırdı, sanki bir bədəndə bir neçə fərqli insan vardı.

 1970-ci ilin sonunda Billi Milliqan ABŞ-ın Oqayo ştatında tanınmış məhkəmə işində adı hallanmışdı, bir neçə soyğunçuluq və 3 cinsi zorakılıq hadisəsində ittiham olunmuşdu, lakin, özünün psixi pozğunluğu faktının obyektiv şəkildə sübüta yetirilməsindən sonra psixiatrik nəzarətə alınmışdı.

 Billi Milliqanın 24 şəxsiyyətinin xüsusiyyətlərindən yalnız 10-u üzdə olurdu, qalanları isə müxtəlif əxlaqsız davranışlar səbəbindən qarşısı sərt şəkildə alınırdı. Həkimlər və alimlər Billi Milliqanın “aləmindəki şəxsiyyətlər” ilə çətinliklə də olsa tanış ola bilmişdilər:


Ardı →

Təhsillərini yarıda qoyaraq zəngin olan istedadlı məhşurlar

Bir çox milyonerlər ali təhsil müəssisələrində təhsil almayıblar, lakin bu hal onlara şirkətlər yaratmağa və milyonlarla pul qazanmağa heç də  maneə yaratmayıb.
 
Dünaynın ən bahalı idmançılarından biri Tayger Vuds professional qolf oyunçusu olmaq istədiyi üçün Stenford universitetində təhsildən imtina etmişdi. Bugünkü gündə onun gəlirləri ildə 100 milyon dollar təşkil edir. 


Ardı →

Sfinks- nəhəng heykəlin burnu niyə yoxdur?

“Sfinks” sözü yunancadan tərcümədə “boğucu”, “boğan” mənasını daşıyır.
Sfinks – qadın başlı, şir bədənli, quş qanadlı mifoloji bir varlıqdır. Bu nəhəng heykəl Misir piramidalarının yaxınlığında yerləşir və təxmini 6500 il yaşı var. Əgər fikir vermisinizsə, bu heykəlin burnu yoxdur, daha doğrusu, burnu sındırılıb. Neçə əsrlər idi ki, bunun günahını gah almanlarda, gah britaniyalılarda, gah da ərəblərdə görurdülər. Daha sonra isə günahın Napoleonda olduğu qərarına gəldilər. Amma bu ittihamlar əsassızdır, gümanlardır.
Deyilənə görə, Sfinksın burnu Misirdə gedən müharibələr zamanı yadelli ordular tərəfindən sındırılmışdır. Digər iddiaya görə, I və yaxud da II Dünya Müharibəsi illərində Britaniya və ya Almaniya ordusu tərəfindən bu vandalizm törədilmişdir. Amma bu fikirin yanlış olduğuna dair faktlar var: 1886-cı ildə çəkilmiş fotolarda Sfinks burunsuzdur.


Ardı →

Bəxti açılmayan qala | Fort Boyard

Fort BoyardFort Boyyar —  Boyard – fransızcadan boyar,boyard, — bəzən isə, Bayyard, boyyard kimi də tələffüz olunur).  Bu “Daş fort(qala) –  Atlantik okeanında, Fransanın Antioş boğazında, İl-d-Eks və Oleron adaları arasında inşa edilmişdir.

Bu möhtəşəm tikilinin inşasına 1801-ci ildə başlanılmış, 1857-ci ildə başa çatdırılmışdır. Adada tikilmiş bu qalanın inşası hələ uzaq keçmişdə, 1666-cı ildə nəzərdə tutulmuşdur. Hələ o zamanlar da qalanın inşası hərbi məqsədlər üçün, hərbi mövqe üçün nəzərdə tutulurdu. Qalanın tikilməsi, yadellilərin dəniz hücumlarının qarşısını almaq məqsədi daşıyırdı.

 1801-ci ildə qalanın tikintisinə başlayarkən ustalar problemlərlə üzləşmişlər. Belə ki, özül üçün dənizin dibinə qoyulmuş iri daş bloklar, az bir müddətdən sonra ağırlığından dənizin dibinə, quma batırdı. Bu səbəbdən qalanın inşası 1809-cu ildə dayandırılır. Sonradan, yəni 1837-ci ildə, Lui Filippin hakimiyyəti dövründə bu qalanın yenidən tikintisinə başlanmışdır. Bu Fransa ilə İngiltərə arasındakı münasibətlərin yenidən kəskinləşdiyi bir dövrə təsadüf edirdi.


Ardı →

Sürətli oxuyan dahilər

Stalin1. Maksim Qorki bir dəqiqədə dörd min söz oxumağı bacarırdı.
 
2. Napoleon bir dəqiqəyə 2 min söz oxuya bilirmiş.
 
3. Tom Edison bir dəfəyə 203 sətir oxuya bilir. Oxuduqlarının 90 faizə qədərini yadında saxlayır.
 
4. Balzak yarım saata 200 səhifə oxuya bilib.
 
5. Rubakin 250 min kitab oxuyub.
 
6. Stalin istə bir günə ən azı 400 səhifə oxuyub.
 
7. Qaon 2500 kitab oxuyub və hər sözü səhifəsinə qədər yadında saxlaya bilib.

P.S: İnsanların əksəriyyəti bir dəqiqəyə 180-200 söz oxuyur. Sürətli oxu zamanı anlama səviyyəsi 80% olur.  
Davamı →

Mersedes – Benz simvolunun sirli tərəfləri

Rəsmi məlumatlara əsasən, Mersedes –Benz simvolu üç təbii ünsürə işarədir – Su, torpaq, hava. Amma bu simvolun arxasında başqa mənalar da gizlənir.
Gəlin bu istiqamətdə axtarışlar aparaq və bu simvolun nə demək olduğunu, nə məna daşıdığını araşdıraq.

Simvolu əhatə edən dairə — hərəkət simvolu, yəni-təkər deməkdir. Dairə — həm də sonsuzluq, daim hərəkətdə olmaq, səma, zaman, kainat, aləm, dünya mənasında da ola bilir. Əslində isə, dairə — mifik və dini nöqteyi nəzərindən də daimiliyi xarakterizə edən bir işarədir. Mersedes-Benzin simvolundakı dairənin mənasının, — “bu avtomobilin uzunömürlü və daimi bir brend olacağı”- demək olduğunu deyənlər də çoxdur.
Ardı →