Рейтинг
+39.06

Məşhur qadınlar

35 üzv, 179 topik

Ətəkli Cobs - Elizabet Holms

Elizabet Holms dünyanın ən gənc milyarder qadınlarından biridir. Onu tez-tez Stiv Cobsla müqayisə edirlər. Onları bir-birinə bağlayan keyfiyyətləri çoxdur. Məsələn, hər ikisi uşaqlıqda tək vaxt keçirməyi xoşlayırdı. Hər ikisi ali təhsil atıb, çünki onlar inanırdı ki, həyatda daha vacib işlər var və bunun öhdəsindən təkbaşına gəlmək olar.

Holms qara vodolazkalar geyinir, kərəviz və xiyardan hazırlanan şirə içir, ət yemir və az yatır. Onun qarderobunda yüzlərlə qara vodolazka var. O, bu üsulla hər səhər “Bu gün işə nə geyim” sualı ətrafında vaxt itirmir. Yeri gəlmişkən, qara vodolazkalara sevgisinə görə, Elizabeti “Ətəkli Cobs” adlandırırlar. Elizabet də eyni ilə Stiv kimi əmin idi ki, onun şirkəti dünyanı dəyişəcək. Stiv Cobs 40 yaşına yaxın milyarder olub, Holms isə daha erkən yaşlarda buna müvəffəq olub. Keçən il onun “Theranos” layihəsi 9 milyard dəyərində qiymətləndirilib, səhmlərin yarıdan çoxu ona məxsusdur.
Davamı →

Elizabet Nitsşe

Balaca Elizabet
10 iyul 1846-cı ildə Prussiyanın Ryökken vilayətində lüteran kilsəsinin keşişi Karl Lüdviq Nitsşenin ailəsində bir qızcığaz, Elizabet dünyaya gəlir. Elizabet qardaşı Fridrixdən iki yaş kiçik idi. İki yaşında atası Karlı itirən balaca Elizabet anası, xalaları və gələcəyin böyük filosofu olacaq qradaşı Fridrix Nitsşe ilə birlikdə yaşamalı olur.

Kiçik Elizabet xalq məktəbi adlanan ibtiadi təhsil müəssisəsinə gedir. Sonralar o, gənc qızlar üçün nəzərdə tutulan gimnaziyada təhsil alır. Burada oxuduğu zaman yəhudi əsilli bir oğlanla tanış olur və qısa vaxtda onların arasında sevgi münasibətləri yaranır.

Günlərin birində sevdiyi oğlanın başqa bir qızla öpüşdüyünü görən Elizabet həyatı boyu unutmayacağı dəhşətli bir zərbə alır. Bu xəyanət gənc qızın qəlbini sevdiyi oğlana, onun ailəsinə, sonralar isə yəhudi millətinə qarşı dəhşətli nifrət və qəzəb hissi ilə doldurur.
Davamı →

Janna DˈArkın ölməz ürəyi

İngiltərə və Fransa arasında çoxdankı (XII-XV əsrlər) müharibə tarixə Yüzillik müharibə adlı ilə daxil olsa da, o, yüz ildən çox davam edib və hər iki ölkənin başına saysız-hesabsız müsibətlər gətirib. Döyüş meydanlarında bir-birinin ardınca məğlubiyyətə uğrayan Fransa, demək olar, bütün cəngavərlərini itirir. Fransa torpaqlarını bir-birinin ardınca zəbt edən ingilislər fransız xalqını amansızcasına qarət edir və sıxışdırırdılar. Paris artıq düşmənin əlində idi. Növbə fransızların sonuncu istinadgahına, ingilislər tərəfindən mühasirəyə alınmış Orlean şəhər-qalasına çatır.

Nə İngiltərə, nə də qiyamçı yerli feodallar tərəfindən Fransa tax-tacının qanuni varisi kimi qəbul edilməyən şahzadə (dofin) Karl Valua svitası və azsaylı qoşunu ilə birlikdə kiçik Şinon qəsrinə çəkilərək, xalqının əzab-əziyyətinə və əzilməsinə aciz halda tamaşa edirdi. Bir sözlə, belə davam etsə, Fransa müstəqil dövlət kimi Avropanın xəritəsindən tamamilə silinəcək…
Davamı →

Alisa Freyndlixin macəra kimi həyatı

Alisa FreyndlixMəşhur aktrisa, SSRİ Xalq artisti Alisa Freyndlix 1934-cü il dekabrın 8-də Sankt-Peterburqda (Leninqrad) dünyaya göz açıb. Atası Bruno Freyndlix əslən alman idi, ulu babaları I Pyotrun dövründə Rusiyaya köçmüşdülər. Atası Leninqrad Teatr Texnikumunu bitirdikdən sonra teatrda çalışırdı. Anası Ksenya Fyodrova da əvvələr aktisa olmuş, ancaq sonra teatrdan uzaqlaşaraq bankda mühasib işləmişdi. 

II Dünya müharibəsi başlayandan sonra Alisa Freyndlixin valideynləri ayrılırlar. Atası alman olduğu üçün Daşkəndə sürgün edilir. Alisa anası ilə blokadaya alınmış Leninqradda ağır günlər keçirirlər. Müharibədən sonra atası Leninqrada qayıdır. Amma o artıq başqası ilə evlənmişdi. Bu nikahdan Alisanın bir bacısı da dünyaya gəlir. Sonralar onlar çox yaxın rəfiqə olurlar. Atası da Alisaya sevgisini əsirgəmir və sənət seçimində ona istiqamət verir.
Davamı →

Rita Montalçinidən 100 il yaşamağın sirləri

«Mən heç vaxt ciddi xəstəlik keçirməmişəm. Qulağımın və gözümün zəifləməsi adi haldır. Əsas odur ki, indi gənclik dövrümdən daha iti və ağıllı düşünürəm. Bu sözlər 104 yaşında dünyasını dəyişən italiyalı alim-neyrobioloq Nobel mükafatçısı Rita Levi Montalçiniyə aiddir.

Rita Levi Montalçini 1909-cu ildə İtaliyanın Turin şəhərində varlı yəhudi ailəsində dünyaya göz açıb. Gənc Rita tibb elminə dərin maraq göstərib və ali təhsilini də bu yöndə oxuyub. 1936-cı ildə universiteti bitirəndən sonra İtaliyanın faşist hakimiyyəti ölkənin yəhudi əsilli əhalisinə elmi və pedoqoji fəaliyyəti qadağan edir.

Odur ki, gənc alim öz yataq otağını labortoriyaya çevirib, toyuq embrionları üzərində təcrübələr aparmağa başlayır. Faşist ordusu İtaliyadan çəkiləndən sonra Rita uzun müddət həkim kimi çalışır, qaçqınları müayinə edir.
Davamı →

Nina Riccinin uğur tarixçəsi

Mari Adelaida Nieli 1833-cü ildə İtaliyanın şimalında çəkməçi ailəsində dünyaya gəlir. Qızcığazın 5 yaşı olduqda ailə Turinadan Florensiyaya, 12 yaşı olduqda isə Monte-Karloya köçür. Bu köçmələr adi yerdəyişmə arzusundan irəli gəlmirdi. Məşhur və bacarıqlı ayaqqabı ustası Niel qızlarının gələcəyini yaxşı şəkildə təmin etmək üçün daha zəngin müştərilər axtarışında idi. Lakin 1895-ci ildə o dünyasını dəyişir və ailə himayəsiz qalır. 12 yaşlı Mari anasına kömək etmək üçün işləməyə başlayır.

Qısası, o böyüdükdən sonra seçiminə görə peşmanlıq duymadığını deyib. Erkən yaşlarından Mari daim öz parlaq libasları ilə seçilirdi və onları özü tikirdi. Hələ kiçik uşaq olan Marini atelyelərdə şagird olaraq işə götürürdülər. Dərzilik sənətinə yiyələnən Mari Monte-Karloda böyük populyarlıq qazanır.
Davamı →

Bənazir Bhutto

Bənazir Bhutto (21 iyun 1953 – 27 dekabr 2007) Pakistanın tanınmış dövlət və siyasi xadimi, ölkənin keçmiş Baş Naziri olmuşdu.

Bənazir Bhutto ilk dəfə 1988-ci il seçkilərində qələbə qazanaraq baş nazir postuna yiyələndikdən 20 ay sonra hərbi qüvvələrin köməyi ilə ölkə başçısı Qulam İshaq Xan tərəfindən vəzifəsindən uzaqlaşdırılır.

1993-cü ildə ikinci dəfə Pakistanın baş naziri seçilən xanım Bhutto üç il sonra baş verən siyasi qalmaqallar nəticəsində yenidən vəzifəsindən kənarlaşdırılmışdı. Bununla yanaşı, o Böyük Britaniyanın keçmiş koloniyası olan müsəlman Pakistanına rəhbərlik edən ilk qadın siyasi xadim kimi tarixə düşüb.

1999-cu ildən etibarən Dubayda sürgün həyatı yaşayan Bənazir Bhutto, səkkiz illik bir dövrdən sonra 2007-ci il oktyabr ayının 18-də yenidən Pakistana geri qayıtmağa müvəffəq olub. Onun ölümünə gəldikdə isə 27 dekabr 2007-ci ildə, 54 yaşında olarkən Pakistanın Ravalpindi şəhərində seçki mitingində çıxış edərkən sui-qəsd nəticəsində öldürülüb. Faciə 8 yanvar 2008-ci ildə Pakistanda parlament seçkiləri ərəfəsində baş vermişdi.
Davamı →

Janet Yellen

ABŞ və dünyanın nüfuzlu bankir qadını
Janet Yellen – 2014-cü ilin fevral ayından etibarən ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəridir. Bu zamana qədər isə 4 il müddətində FES şurasının sədrinin müavini vəzifəsinə sahib idi. FES dünyanın ən nüfuzlu mərkəzi bankı hesab edilir və onun tarixi 1913-cü ildən başlayır. Həmin ilin dekabr ayında Mərkəzi bank funksiyalarına sahib, həmçiin ABŞ-ın bütün Bank sistemini tənzimləyən xüsusi federal agentlik yaradılır.

Janet 13 avqust 1946-cı ildə Bruklində dünyaya gəlib və amerika-yəhudi ailəsində tərbiyə alıb. Onun anası – Anna Rut Yellen evdar qadın, atası – Culis Yellen isə professional terapevt idi. Janet Hamilton məktəbini qızıl medal ilə bitirir və bunun ardınca Braun universitetinə daxil olur. 4 illik təhsildən sonra 1967-ci ildə fərqlənmə ilə bakalavr diplomunu əldə edir. O 1971-ci ildə Yale universitetində fəlsəfə üzrə doktorluq dərəcəsini müdafiə edir. Şəxsi həyatına gəldikdə isə qeyd etmək lazımdır ki, o 2001-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına laureat olan məşhur amerikalı iqtisadçı Corc Akerlof ilə evlidir. Onların oğlu Robert də həmçinin valideynlərinin yolu ilə gedir və o Uorik universitetinin dosentidir.
Davamı →

İrena Sendlerin şücaəti

Bu məqalədə Varşava gettosundan 2500 uşağı xilas etmiş bir qadın haqqında danışacağıq. Bu qadını adını İrena Sendlerdir. 2007-ci ildə onun namizədliyi Sülh üzrə Nobel mükafatına təqdim edilməmişdən öncə demək olar ki, bir çoxları onun şücaətindən xəbərsiz idi. Çox təəssüf ki, o mükafata layiq görülmür.

İkinci Dünya Müharibəsi zamanı İrena Sendler səhiyyə idarəsinin Varşava bölməsinin əməkdaşı kimi Varşava gettosuna gedir və burada xəstə uşaqlara nəzarət edirdi. O öz səlahiyyətlərindən istifadə edərək 2500 uşağı gettodan çıxara bilmiş və beləliklə də, onların həyatını xilas etmişdir.

İkinci Dünya müharibəsi zamanı o həmçinin gizli təşkilat olan Yəhudilərə kömək şurasının (Zegota) üzvü idi. O gettoya daxil olmaq üçün özü və tərəfdaşı İrena Şultsz üçün Varşavanın edpidemiyaya nəzarət departamentindən rəsmi giriş ərizəsi almışdı. Onlar hər gün gettoya gəlir və uşaqları getto sərhədlərindən kənara çıxarmaq üçün lazım olacaq vacib əlaqələr yaradırlar. İrena Sendler rəfiqəsi ilə yanaşı gettoya uşaqlar üçün qida, dərman, pul və geyim gətirirdi.
Davamı →

Rusiyanın ən məşhur bankir qadını

Elvira Nabiullina – Rusiya Mərkəzi bankının sədri olmaqla Rusiyanın ən uğurlu və nüfuzlu qadınlarından biridir. O öz professionallığı və strateji düşüncə tərzi sayəsində Rusiya iqtisadiyyatı tarixində əsas qadın bankir adını almışdır və Rusiyanın biznes mühitini yaxşıya doğru dəyişməyə qadir olmuşdur. Mərkəzi bankın sədri ölkə iqtisadiyyatı üçün özünün qeyri-standart qərarları və sərt xarici görünüşü ilə Rusiya hakimiyyətində ən paradoksal şəxsiyyət hesab olunur.

Bioqrafiyası
Elvira Nabiullina 29 oktyabr 1963-cü il tarixində Başqırdıstanın paytaxtı Ufa şəhərində adi tatar ailəsində dünyay gəlib. Atası Sahibzadə Saitzadaeviç sadə sürücü, anası Züleyxa Hamatnurovna isə cihazqayırma zavodunda aparat işçisi idi. Valideynləri daim məşğul olduğundan gələcək bankiri təhsilli qadın olan nənəsi böyüdürdü və məhz onun sayəsində Elvira və qardaşı İrek məktəbdə əlaçı dərəcəsinə sahib idilər və müəllimləri ilə yanaşı, valideynlərinə də əlavə qayğı yaratmırdılar.
Davamı →