Siqaretin ziyanları

Əgər siqaret çəkənlərin artımı indiki səviyyədə qalsa, 21-ci əsrdə 1 milyard adam siqaretin səbəb olduğu xəstəliklərdən dünyasını dəyişəcək.

TÜTÜNÜN CİBƏ ZİYANI


Hər il tütün üzündən dəyən ziyanı qarşılamaq üçün dünya iqtisadiyyatı birbaşa səhiyyəyə, ətraf mühitin qorunmasına və insanların iş keyfiyyətinin bərpasına 500 milyard dollar əlavə vəsait ayırmalı olur.
Hər il dünyada 4 milyon hektar əkinə yararlı torpaq sahələrində ərzaq əvəzinə tütün becərilir. Bu bütün yer üzündə portağal və banan becərilən torpaqların sahəsinə bərabərdir.

TÜTÜNÜN İNSANLIĞA ZİYANI


Ötən əsrdə 100 milyon insan tütün çəkdiyi üçün dünyasını dəyişib.
Hər 10 ölən adamdan biri siqaret çəkdiyi üçün ölür.
Siqaret çəkənlər çəkməyənlərdən 15 il az yaşayır.
Tütün üzündən gələn il 6 milyon adam xərçəng xəstəliyindən, ürək çatışmazlığından, enfizema və başqa xəstəliklərdən öləcək.
Tütün siqaret çəkənlərin 1/3-indən yarısına qədərinin ölümünə səbəb olur.
Siqaret çəkən kişilərdə ağciyər xərçəngindən ölmək riski çəkməyənlərdən 23 dəfə, qadınlarda isə 13 dəfə çoxdur.

TÜTÜNÜN UŞAQLARA ZİYANI


Bugünkü uşaqlar və yeniyetmələrin 250 milyon nəfəri siqaret çəkdiyi üçün dünyasını dəyişəcək.
Siqaret çəkən gənclərin ¼-i 10 yaşına kimi ilk siqaretinin dadına baxıb.
50 milyon çinli uşağı tütünlə bağlı xəstəliklərdən öləcək.Passiv siqaret çəkmə, digər sözlə başqalarının siqaret tüstüsünü udmağa dair aparılmış ilk beynəlxalq araşdırma göstərib ki, hər il bu səbəbdən dünya üzrə 600 min adam ölür.BBC-nin bildirir ki, bunların üçdə biri də uşaqlardır.
siqaretin ziyanlari

KİMLƏR SİQARET ÇƏKİR?


Dünyada 1 milyard kişi siqaret çəkir. İnkişaf eləmiş ölkələrdə yaşayan hər 3 kişidən biri, hələ inkişaf eləməkdə olan ölkələrdə isə hər 2 kişidən biri siqaret çəkənlərdir.
Dünyada 250 milyon qadın gündəlik siqaret çəkir. İnkişaf eləmiş ölkələrdə hər 5 qadından biri, inkişaf eləməkdə olan ölkələrdə hər 10 qadından biri siqaret çəkir.
15-45 yaşlı Azərbaycan qadınlarının 1 faizi siqaret çəkənlərdir.
Çinlilərin 60 faizi siqaret çəkənlərdir və gündə bütün dünyada istehsal olunan siqaretin 37 faizini çəkirlər.


Tütünün PSİXİKAYA ZİYANI


London Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, passiv siqaret çəkilməsi, yəni siqaret çəkənlərin yanında olmaq insanın psixi vıziyyətinə böyük təsir edir, — Lenta.ru xəbər verir.
8155 kişi və qadın üzərində aparılmış tədqiqat göstərib ki, siqaret çəkməyən, lakin, qanında nikotin səbəbindən yaranmış kotinin səviyyəsi yüksək olan şəxslərin psixi pozğunluğunun artma riski 50% çoxdur.
İndiyə qədər məlum idi ki, qanında kotininin səviyyəsi ən aşağı olan şəxslər belə depressisya və əsəb gərginliyi kimi simptomlara malik olur.
 

0 şərh