Beş zərərli səhər vərdişi

Siz artıq uzun müddətdir ki, “fast food” yemirsiniz, müntəzəm olaraq idmanla məşğul olursunuz, amma buna baxmayaraq çəkiniz artır. Ola bilər ki, bəzi adət edilən səhər ritualları sizə artıq çəkidən qurtulmağa mane olur.

Həddindən çox yatırsınız
Yuxu çatışmazlığı orqanizmdə “kortizol” adlı hormonun yaranmasına gətirib çıxarır ki, bu da normadan artıq yeməyə səbəb olur. Lakin həddindən çox yatmaq ən yaxşı variant deyil. “PLOS One” jurnalının tədqiqatlarına görə, 10 saaatdan artıq davam edən yuxu artıq çəkinin yaranmasına səbəb ola bilər. Təsadüfi deyil ki, həkimlər 7-9 saat yatmağı məsləhət görürlər.
Davamı →

Papiros çəkməyin ziyanları

Siz siqaret tüstüsü udan vaxt, tüstü sizin ağız boşluğundan vəboğazınızdan (hülqumdan, xirtdəkdən) keçərək ağ ciyərlərə düşür. Yuxarıda qeyd olunduğu kimi tüstünün tərkibində mindən artıq yüksək toksiki maddələr var, onlardan bir çoxu xərçəng törədə bilirlər. Məsələn formaldehid, benzol, sürmə və başqaları. Bu maddələr orqanizmin toxumaları ilə kontaktda olaraq bir-birinə təsir edirlər. Tüstü ağ ciyərlərə daxil olduqda bunun tərkibində olan qatran ağciyərlərə çökür.
Ağ ciyərlər vasitəsilə, kimyəvi maddələrin əksəriyyəti qana keçir (avtomobildən çıxan işlənmiş qaz kimi siqaret tüstüsündən də karbon oksidi qana keçir). Qanda olan oksigenlə birləşir. Bu isə orqanizmdə olan bütün üzvlərdə, o cümlədən beyində oksigen çatışmazlığına səbəb olur.


Ardı →

Siqaretin ziyanları

Siqaret çəkənlər çəkməyənlərə nisbətən bakterial infeksiyalarla və iltihabi xəstəliklərlə daha çox xəstələnirlər. Bu, tütünün tərkibinə daxil olan yüzlərlə toksiki birləşmələrin orqanizmə daxil olması ilə əlaqədardır. Lakin onların  necə təsir etdiyini son zamanlar aparılan tədqiqatlar göstərmişdir.
Məlumdur ki, nikotin immun sistemin hüceyrələrinin müdafiə qabiliyyətini – daha dəqiq isə, bakteriaları tapmaq və məhv etmək qabiliyyətini  zəiflədir. Məsələ burasındadır ki, neytrofillər sümük iliyində formalaşır,  differensasiya olunur. Nikotinin neytrofillərə qarşı təsiri əvvəllər də güman olunurdu. Lakin hələ ki, bunun təsir mexanizmi məlum deyildi.
Devid Skottun rəhbərliyi altında işləyən alimlər promielositlərdən neytrofillərin differensasiya prosesinin modelini yaratmışlar-  nikotinli və nikotinsiz neytrofillərin.
Davamı →