Ruhu öyrətmək mümkündürmü?

İnsanın bütün əxlaqı, şəxsiyyəti, özünə xas xüsusiyyətləri, zövqləri və qabiliyyətləri ruhunda formalaşır. Və əgər insan həqiqətən, ruh gücünü artırmaq istəsə, bu, onun öz əlindədir. Bu mövzuda insanın yolu gedə bildiyi qədər açıqdır. Daha əvvəl heç bilmədiyi, heç yaşamadığı bir ruh gücü və ruh zənginliyi əldə edə bilər.

Əvvəlcə insan öz-özünə müəyyən hədəflər seçməli və nə qədər çətinlik çəkirsə-çəksin, bunları tətbiq edə bildiyini, nəfsinə, ruhuna və bədəninə söz keçirə bildiyini öz-özünə göstərməlidir. Qərar verdiyi bir mövzunu həyata keçirmək üçün güzəştə getmədiyini, iradə göstərə bildiyini və imtina etmədiyini özünə isbat etməlidir. Bu mərhələdə təyin edəcəyi hədəflər müəyyən bir müddət rejim saxlamaq, nizamlı idman etmək, ya da 24 saat heç yorulmadan etdiyi bəzi fiziki fəaliyyətlər də ola bilər. Burada əhəmiyyətli olan insanın iradə göstərməyə, verdiyi bir qərarı tətbiq etməkdə çətinlik çəksə də, bundan imtina etməməyə alışmasıdır. Bədənini təhsilə və söz dinləməyə açıq hala gətirə bilməsidir.



Bu mərhələdən sonra isə bədənilə birlikdə ruhuna da söz keçirməyə başlamalıdır. Yenə özünə müxtəlif hədəflər təyin etməli, beynini bu hədəfləri tətbiq etməyə razı salmalıdır. Bunlar heç əsəbiləşməmək, gözəl səs tonu ilə danışmaq, canlı üslub mənimsəmək, əsaslı və aydın danışmağa çalışmaq kimi hədəflər ola bilər. İnsan ruhunu və beynini çox çevik və çalışqan bir səviyyədə tutmağa niyyət edə bilməlidir. Məsələn, sevinci ruhu ilə yasamağa, sevincin rəngini tutmağa, hər şeyə çox yaxşı niyyətlə və optimist bir gözlə baxmağa və bu dünyagörüşünü həyat tərzi halına gətirməyə qərar verə bilər. Ətrafındakı insanların rahatlığını və xoşbəxtliyini hədəfləməyə, özündən çox başqalarını düşünən bir ruh halında yaşamağa yönələ bilər. Və nəticə kimi ruhunu və bədənini bütün bu qərarları tətbiqə məcbur edə bilər.

 

0 şərh