Çi enerjisi nədir?

Çi universal həyat enerjisi deməkdir və təbiətdəki bütün canlıların Çi enerjisi olduğuna inanılır. Çi bitkilər, heyvanlar, insanlar, daşlar, ağaclar, dəniz, torpaq, su, ağlınıza gələn bütün varlıqların paylaşdığı həyat enerjsidir. Bu enerji Hindistan yoqa mədəniyyətində Prana, Çin təbabətində Çi və Yapon dilində Ki adlandırılır. Çi bədənimizdə dövriyyəyə ehtiyacı olan bir enerjidir və biz yaşlandıqca bu enerji azala bilər. Əslində Çin təbabətinin prinsiplərinə görə, Çi enerjisinin azalması, durğunluğu bizi xəstə edə bilər. Çi enerjisi düzgün və yaxşı nəfəs alma ilə bədəndə daha yaxşı dövr edir. Nəfəslə birlikdə Çi-ni bədənimiz üçün ən vacib enerji mənbəyi kimi qəbul edirik.


Davamı →

Ruhu öyrətmək mümkündürmü?

İnsanın bütün əxlaqı, şəxsiyyəti, özünə xas xüsusiyyətləri, zövqləri və qabiliyyətləri ruhunda formalaşır. Və əgər insan həqiqətən, ruh gücünü artırmaq istəsə, bu, onun öz əlindədir. Bu mövzuda insanın yolu gedə bildiyi qədər açıqdır. Daha əvvəl heç bilmədiyi, heç yaşamadığı bir ruh gücü və ruh zənginliyi əldə edə bilər.

Davamı →

Özümüzdən başlamasaq...

Əbdürrəhim bəy Haqverdiyevin «Mirzə Səfər» hekayəsini oxumayan bəlkə də çox adam olar, amma yazıçının «Mirzə Səfər», «Papaq» və «Bomba» hekayələrinin motivləri əsasında Cahangir Mehdiyevin quruluş verdiyi «Evlənmək istəyirəm» filminə yəqin ki, çoxları baxıb və bu dialoqu az qala əzbər bilirik:

«Bir dəfə bir nəfər şəxs dəftərxanaya gəlib, кatibdən öz кağızından dоlayı məlumat istəyir, кatib cavab verir кi, кağızın Mirzə Səfərdədir, üzünü ağardar, apararsan. Şəxs Mirzəyə tərəf gəlir:

Davamı →

Mənəviyyatsız qadın, yoxsa ləyaqətsiz kişi?

Bizim cəmiyyətimizin uğur göstərə bilməməsinin səbəbi, qadınlarımıza qarşı göstərdiyimiz laqeydlik və qüsurlardan doğur. Atatürk

Bu günlərdə hansı sosial şəbəkəni açıramsa gözümə dəyən əsas yazıların qayəsində qadın-kişi münasibətli yazılar görürəm. Sanki biri digərinə qadının kişidən və yaxud kişinin qadından daha ağıllı olduğunu sübut etmək istəyir. Bu mövzuda yazmaq rahatdırmı? Yoxsa heç bir dəlil-sübuta, fakta əsaslanmadığı üçün, şəxsi fikrin, subyektiv düşüncənin məhsulu olduğundan az müzakirə olunacağı qənaətindənmi bu tip yazılar çoxalıb, bilmirəm. Bir onu bilirəm ki, bəzi qondarma «qələmşünaslara», adının qarşısında «yazıçı» sözünü oxuduqda aldığı həzzdən stuluna yayxanan bu tiplərə qadını aşağılamaqla ağıllarına gələni yazmaq çox rahatdır.
Davamı →

Gözəl söz söyləyin!

“Danışın ki, tanınasınız, çünki insan öz dilinin altında gizlənmişdir.” (Hz. Əli)  Həqiqətən də danışmaq insanları tanımaqda çox böyük rol oynayır. Bir insanın qəlbində hiss etdikləri, zehnində gizlədiyi düşüncələri, arzuları, xəyalları, inancları, qorxuları –bunların hamısı insanın danışığı ilə üzə çıxır. Belə ki, insanların ruhi vəziyyətlərinin necə olduğu, necə ağla və vicdana sahib olduğu sərf etdiyi sözlərlə anlaşılır. Bir insanın səmimi, yoxsa saxtakar, etibarlı və ya pis niyyətli, doğru sözlü, ya da yalançı olduğu danışıq üslubu ilə dərhal bilinir. Bir sözlə, danışıq  insanın ağlının, mənəviyyatının, şəxsiyyətinin ölçüsünü ifadə edir. Səmimi insanlar hər zaman gözəl, hikmətli, doğru danışır və buna görə də ruhən rahat olurlar. Qeyri səmimi, saxta insanlar isə ürəklərində gizlətdikləri xəbis niyyətlərin üzə çıxmasından narahat olurlar.

Lakin bunu da ifadə etmək istərdim ki, gözəl danışaraq, gözəl sözlər istifadə edərək insan hər zaman xeyir qazana bilər. Gözəl sözlü olmaq həm də Allahın bəyənəcəyi bir xüsusiyyətdir. Bir quran ayəsində Allah gözəl sözü gözəl ağaca bənzədir. Necə gözəl ağac kökü möhkəm, budaqları göydə, hündür, yamyaşıl, barlı-bəhrəli olursa, gözəl söz də hər zaman insana xeyir-bərəkət gətirir. Əksinə pis sözlər, pis danışıq isə nə insanın özünə, nə də başqalarına fayda vermir.  Allah pis sözü kökü yerdə sabit durmayan, qoparılıb qurumuş ağaca bənzədir.

 


Ardı →

Kulturologiya və mənəviyyat


Kulturologiya elmin aktual məsələlərindən biri də mənəviyyatdır.Kulturologiya mənəviyyatı cəmiyyətin əsası sayır. Deməli, əsassız cəmiyyət mənəviyyatsız cəmiyyətdir.Mənəviyyat anlamının kulturologiya elmi-nöqteyi nəzərdən şərhini vermək günun aktual problemləri sırasında gedə bilər.

  Mənəviyyat insanın daxili dünyası ilə cəmiyyət, təbiətlə bağlı  münasibətlər toplusudur.Mənəviyyat dedikdə din, incəsənət  ,əxlaq etika, estetika, və s. başa düşülur.Mövcud cəmiyyət mənəviyyatın ailə, din, vətənpərvərlik vasitəsi ilə əldə edildiyini qeyd edir.

   Mənəviyyat mövzusuna müraciət etməkdə məqsəd müasir Azərbaycan cəmiyyəti konteksində mənəviyyat anlamının yeri, əldə edilməsi,  elit təbəqə və mənəviyyat problemləri olmuşdur.


Ardı →

Hər işdə bir hikmət gör

Hər işdə bir hikmət gör
Hər səhər gözümüzü bir yeni xəbərlə açırıq dünyaya. Hər addımda bir imtahan, hər qapının arxasında bir sual gözləyir bizi.
Sağımızda, solumuzda hər şey dəyişir, hər şey yenilənir. Dünyanın dörd tərəfindən fərqli xəbərlər alırıq hər gün. Bir yerdə uçqun var, bir yerdə daşqın,  bir yerdə baş vermiş zəlzələ nəticəsində yüzlərlə adam uçqunlar altında can verir. Qəfil bir sunami ilə yüzlərlə insanın həyatı bir andaca sona çatır. Qocaların, cavanların hələ ayağı yer tutub yeriyə bilməyən körpələrin ölümünə üzülürük, ağrıyırıq, ağlayırıq, özümüzdən asılı olmayaraq gözlərimizdən yaş süzülür.
Ardı →

Bir cənnət bucağı kimi

Kimi dindirsən, uşaqlığında şeir də yazıb, aşiq də olub. O ilk sevgi, ilk duyğu bir yaz yeli kimi başımızdan ötüb keçib, ancaq o ilıq xatirəsi ömür boyu bizimlə qalıb.
Bəlkə də, o işin faydası, hikməti tamam başqa məcrada, başqa yöndədir. Həyatın gözəlliyini dərk etmək üçün bizə bir nemət kimi gələn o uşaq sevgisi könlümüzün ilk çiçəklənməsidir. O sevgi ilə biz həyatı sevirik, xoşbəxtliyin nə olduğunu anlamağa çalışırıq. Duyğular bizdən asılı deyil, onları bir nemət kimi Allah ruhumuza, könlümüzə yerləşdirir və biz o duyğuları yaşaya-yaşaya, onların dadını damağımızda hiss edə-edə fəsildən-fəslə, mərhələdən-mərhələyə adlayıb, ömür yolunu keçirik.
Ardı →