Рейтинг
+32.21

Adını sən qoy!

10 üzv, 46 topik

Unutqanlığın səbəbi-"beyin dumanı"

Diqqət dağınıqlığı, qavrama problemi, konsentrasiya, öyrənməkdə çətinlik və s. Xüsusilə işləyən insanların yaşadığı bu hisslər, beyinlə bağlı problemin xəbərçisi ola bilər. Çox zaman bir çox yoxlanışdan keçilsə də səbəbi tam olaraq bilinməyən «beyin dumanı» haqqında maraqlı bilgilər var. Türkiyəli dr Buğra Buyrukçuk bu xəstəliyin altında yatan problemlərdən danışıb. Onun sözlərinə görə, ən başlıca səbəblərdən biri B6, B1, B12 kimi vitaminlərin və ya magnezium, fosfor və yod kimi mineralların əskikliyi gəlir.


Davamı →

Etnosentrizm nədir?

Etnosentrizm, bir şəxsin və ya bir qrup insanın reallığı öz mədəni parametrlərinə uyğun şərh etmək meylidir. Çox vaxt bu təcrübə insanın etnik qrupunun və onun bütün mədəni xüsusiyyətlərinin başqalarının etnik xüsusiyyətlərindən üstün olduğuna dair qərəzlə əlaqələndirilir. Praktik məqsədlər üçün etnosentrizm universal dəyərdir. 

Ümumiyyətlə, hər bir xalqda, öz mədəniyyəti ilə başqalarının mədəniyyəti arasında kəsişmə nöqtəsi nə olursa olsun, qruplaşmanı tərifləyən və digər insanların mədəniyyətlərini iblisləşdirən ən azı gözdən salan inanclar müşahidə edilə bilər. Bunun səbəbi,


Davamı →

Akademik Uqlovun 12 həyat qanunu

Zəmanəmizin görkəmli cərrahı, dünyanın vətən torakal və ürək-damar cərrahiyyəsinin banilərindən biri olan Fyodor Qriqoryeviç Uqlov (1904-2008) dünya tibb tarixində ən qocaman cərrah kimi Ginnesin «Rekordlar kitabı»na daxil olmuşdur. Fyodor Qriqoryeviç 6500 əməliyyat etmişdir. Şərəfli həyat yolu və onun fədakar əməyi heyranlıq doğurmaya bilməz, onun kitabının elə ilk səhifəsi oxucunun diqqətini öz xeyirxahlığı və səmimiyyəti ilə çəkmişdir. Qeyri-adi dözümü və daimi elmi axtarışları isə minlərlə insanın həyatını xilas etmişdir.


Davamı →

Texnologiyanın üstünlükləri

Texnologiya sürətlə inkişaf edir, bəzilərimiz onu tutub işıq sürətinə doğru əmin addımlarda gedərkən bəzilərimiz də geridə qalırıq.
Bəs texnologiyanınmaraqlı, faydalı hansı üstünlükləri var və onunla maraqlanmaqla biz nə əldə etmiş oluruq ? 
Gəlin indi bunları bilək.

Davamı →

Ruhu öyrətmək mümkündürmü?

İnsanın bütün əxlaqı, şəxsiyyəti, özünə xas xüsusiyyətləri, zövqləri və qabiliyyətləri ruhunda formalaşır. Və əgər insan həqiqətən, ruh gücünü artırmaq istəsə, bu, onun öz əlindədir. Bu mövzuda insanın yolu gedə bildiyi qədər açıqdır. Daha əvvəl heç bilmədiyi, heç yaşamadığı bir ruh gücü və ruh zənginliyi əldə edə bilər.

Davamı →

Mən həssasam?

Bu sualla özünə müraciət edən hər bir kəs öz hərəkəti, işi, davranışı və rəftarı ilə ona müsbət cavab verə bisəydi, həyatımızda əsəbilik halları azalar, inciklik aradan götürülər, pislik və narazılığın kökü kəsilərdi. Onların yerini xoş əhvali-ruhiyyə, səmimi münasibət, sevinc və qəlb rahatlığı tutardı.

Həssaslıq insan mənəviyyatının ən gözəl keyfiyyətidir.
Təbiətən həssas və qayğıkeş olan adam başqalarına qarşı heç bir zaman laqeyd və diqqətsiz ola bilmir. Maraqlıdır ki, həssas adam öz həssaslığını nümayiş etdirməyə can atmır, həssaslıq onun qəlbindən doğur və bir anda, özü belə hiss etmədən təzahür edir.


Davamı →

Axmaqlar bir-birini cəlb edir

Bu sözləri çox eşitmişik — “Kişilər ağıllı qadınları sevmir.” Nəsə boşluq var, düzdür? Bu cümlənin qarşısına “axmaq” və ya “uğursuz” (ing. “loser”) əlavə etdikdə, cümlə canlanır, məna qazanır, elə deyilmi..?! Məsələn, mən desəm ki, “Axmaq kişilər ağıllı qadınları sevmir” – bu cümlədə heç bir boşluq olmaz. Axı həqiqətən də ağıllı qadını sevməyən, axmaq qadınları, başıboşları üstün tutanlar özləri ən böyük axmaqdırlar. Və hörmətli axmaq kişilərin sırasında olanlar, sizə bir sirr açım: həqiqətən ağıllı olan qadın da “axmaq qadın ovunda olan” sizləri heç bir zaman özünə həyat yoldaşı və ya sevgili və hətta dost görməz. Yəni, qısası siz bu düşüncə ilə ancaq elə başıboşlara da layiqsiniz. Çox sərt oldu? Eybi yox, sizə bu da azdır. Həqiqətən ağıllı olan xanım, yanında güvənə biləcəyi, arxalana biləcəyi, qeybətdən uzaq, alçaqlıqlardan və boşboğazlıqdan uzaq əsl kişi görmək istəyir və gec və ya tez istədiyi insanı yanında tapır. Düzü bəzən ümid itirib, axmaqlarda “çarə” tapanlar da olur təəssüf ki. 

Davamı →

Bədən uyuşmazlığı nədir?

Mütəxəssislər cütlüklərdə bədən uyğunsuzluğu, onun səbəbləri və nəticələri ilə əlaqədar məlumatlar verirlər.
Həyat yoldaşlarının bir birindən birtərəfli və ya qarşılıqlı olaraq digərinin bədənindən həzz almaması və ya xoşlanmaması vəziyyətinə «bədən uyuşmazlığı» deyilir.
Bədən uyuşmazlığı yalnız əlaqənin başında yaşanan bir şey deyil, sonradan da meydana gələ bilər. 
Vasitəçiliklə baş tutan evliliklərin hələ də olduğu cəmiyyətimizdə ilk gecə belə bu sürprizlə qarşılaşılması mümkündür. Cinsi həyatın sağlam yaşana bilməsinin ilk şərti həyat yoldaşların uyğunlaşmasıdır. Ruhi və fiziki olaraq uyğun olan cütlərin əlaqələri sağlam olar.


Davamı →

Cütlüklər arasında çıxan münaqişə mövzuları

" Dostlarınla daha çox vaxt keçirirsən"
Qısqanclıq münasibətə ən çox zərər verən səbəblərdəndir. Bu vərdiş halına gəldikdə, təhlükəli hal alır. Dostları ilə görüşdükdə daima ona zəng edib və ismarıc atırsınızsa, şüuraltında olan səbəblə üzləşməlisiniz. Kiçik addımlarla bu qısqanclıqdan xilas olmağa çalışın.

Davamı →