Рейтинг
+24.54

Azərbaycan coğrafiyası

34 üzv, 60 topik

Azərbaycanın bitki örtüyü

Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ali sortlu bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Azərbaycan Respublikasında floranın zəngin və bitki örtüyünün rəngarəng olması, onun fiziki-coğrafi və təbii-tarixi şəratinin müxtəlifliyi və həmçinin uzaq floristik sahələrin təsiri altında formalaşmış mürəkkəb tarixi ilə əlaqədardır.
Azərbaycan Respublikası üçüncü dövrə aid olan relikt cinslərlə də zəngindir ki, bunların da nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonası ərazisində daha çox rast gəlinir. Bunlardan dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, Qafqaz xirniyi, bigəvər, şümşad və s. göstərmək olar. Respublikada 240 endemik bitki növü mövcuddur.
Davamı →

Azərbaycan əhalisi

2010-cü ildə Azərbaycanın əhalisi 9 milyonu keçmişdir. Dünyanın 70 ölkəsində 50 milyondan artıq azərbaycanlı yaşayır. Iranda onlar daha çoxdur (25 mln.). Bir il ərzində ölkədə doğulanların sayından ölənlərin sayını çıxdıqda, alınan fərqə əhalinin təbii hərəkəti və ya artımı deyilir. Azərbaycanda hər min nəfərə 14 nəfər doğulur, 6 nəfər ölür. Deməli hər min nəfərə təbii artım 8 nəfərdir. Təbii artım — iqtisadi, sosial, hərbi-siyasi və milli xüsusiyyətlərdən asılıdır.


Ardı →

Azərbaycanın qısa coğrafiyası

Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır. Antik müəlliflər Herodot (e.ə. V əsr), Polibi (e.ə. təqr. 200 — e.ə. təqr.120), Strabon (e.ə. 64/63 — eramızın 23/24), Klavdi Ptolemey (təqr. 90 — təqr. 160) və b. öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yaşayış məntəqələri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi, onun heç bir dənizlə əlaqəsi olmaması və s. haqqında məlumatlar vermişlər.



Ardı →

Tikinti materialları və qeyri-filiz xammalı

Aparılan geoloji-kəşfiyyat işləri nəticəsində Respublikanın bir sıra bölgələrində müxtəlif növ qeyri-filiz faydalı-qazıntı və tikinti-inşaat materialları yataqları aşkar edilmişdir.
01.01.2006-cı il tarixə faydalı qazıntı ehtiyatlarının Dövlət balansında 303 tikinti-inşaat materialları yataqları, o cümlədən 59 mişar daşı, 22 üzlük daşı, 95 gil, 10 sement xammalı, 27 tikinti daşı, 71 qum-çınqıl, 14 qum, 3 bitumlu süxurlar və 2 perlit, pemza yataqları qeydə alınmışdır.
Ardı →

Azərbaycanda qara metallurgiya

Dəmir filizləri

Dəmir filizləri bu gün də sənayenin, iqtisadi inkişafın əsas dayaqlarından biri sayılır. Hazırda Azərbaycanın ərazisində 3 dəmir filizi yatağının sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilməklə etibarlı mineral-xammal bazası yaradılmışdır. Onların hər üçü Daşkəsən filiz rayonunda yerləşməklə Daşkəsən, Cənubi Daşkəsən və Dəmir kobaltlı-maqnetit yataqları ilə təmsil olunurlar.


Ardı →

Əlvan metallurgiya

Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin metallogenik əyalətlərində əlvan metallardan mis, qurğuşun, sink, kobalt, civə, sürmə filizlərinin yataq və təzahürləri geniş yayılmış və əsasən Balakən-Zaqatala, Gədəbəy və Ordubad filiz rayonlarında cəmlənmişdir.
Ardı →

Kür çayı

Kür çayı Cənubi Qafqazın ən böyük çayıdır.
Onun uzunluğu 1515 km-dir. (Müqayisə üçün, dünyanın ən uzun çayı — Nilin uzunluğu 6670, Avropanın ən uzun çayı Volqanın isə — 3692 km-dir). Kürün 906 km-i Azərbaycan ərazisindən keçir.

Kür çayının hövzəsi 188 min kvadrat kilometri əhatə edir. (Müqayisə üçün, Hövzəsinə görə dünyanın ən böyük çayı sayılan Amazon çayının hövzəsi 7 milyon 180 min kvadrat kilometr təşkil edir)
Ardı →

Aqrar-sənaye komplelsi

A.S.K. dedikdə bir-biri ilə əlaqədar olan k/t və sənaye müəssisələrinin birliyi nəzərdə tutulur. Onun əsas vəzifəsi əhalinin ərzaq və yeyinti məhsulları ilə, heyvandarlığı yemlə, sənayeni xammalla təchiz etməkdir. ASK-nin tərkibində k/t aparıcı rol oynayır. K/t-nın inkişafı iki-intensiv və ekstensiv yolla aparılır. Ekstensiv yol — əkin sahələrini genişləndirməklə və heyvanların sayını artırmaqla məhsuldarlığın artırılması üsuludur. Intensiv yol — mövcud əkin sahələrini genişləndirmədən və heyvanların sayını çoxaltmadan məhsuldarlığın artırılması üsuludur. Intensiv inkişafa düzgün suvarma, kimyalaşdırma, mexaniklaşdırma və avtomatlaşdırma yolu ilə nail olmaq olar. Azərbaycan son zamanlar intensiv yola qədəm qoyub.
Ardı →

Azərbaycanın iqtisadi-coğrafi mövqeyi

Azərbaycanda 66 rayon, 70 şəhər, 192 şəhər tipli qəsəbə, 4242 kənd var. Son illərdə Azərbaycanda Xızı, Qobustan, Siyəzən, Samux, Sədərək, Ağstafa, Kəngərli rayonları yaradılıb. Ərazimizin 65%-nin iqlimi subtropik, 33%-ininki isə mülayimdir. Azərbaycanda qışın mülayim keçməsi — əhalinin yanacağa və isti paltara çəkilən xərclərini azaldır, ilboyu mal-qaranın təbii otlarla qidalanmasına, ildə iki dəfə məhsul götürməyə imkan verir. Azərbaycan Ermənistandan başqa digər 4 qonşu ölkə ilə və Iran ərazisindən keçməklə Naxçıvanla iqtisadi əlaqələr yaradır.
Ardı →

Lənkəran-Astara iqtisadi rayonu

Azərbaycanın cənub-şərqini əhatə edən bu rayon Lənkəran təbii coğrafi vilayətinə uyğun gəlir. Tərkibinə Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad kənd rayonları və respublika tabeli Lənkəran şəhəri daxildir. Bu rayon Talış dağları və Lənkəran ovalığından ibarət olub, cənubdan Iranla həmsərhəddir.
Ardı →