Рейтинг
+24.54

Azərbaycan coğrafiyası

34 üzv, 60 topik

Azərbaycanın hava kütlələri və yağıntıları

Azərbaycanda 8 hava kütləsi daxil olur. Bunlardan Kontinental Arktik, dəniz Arktik, mülayim dəniz və tropik hava kütlələri Azərbaycanda iqlimin formalaşmasına təsir edən əsas hava kütlələridir.
1. Kontinental Arktik
2. Dəniz Arktik
3. Mülayim dəniz Nəticədə temperatur aşağı düşür, güclü külək əsir, yağıntı düşür.
4. Mülayim kontinental
5. Cənub siklonları
6. Tropik hava kütlələri cənubdan Azərbaycana daxil olaraq qışda havanın quru və mülayim, yayda isə isti və quru keçməsinə səbəb olur.


Ardı →

Azərbaycanın geoloji quruluşu

Azərbaycan Şərqi Avropa tavası ilə Afrika-Ərəbistan tavalarının toqquşduğu sərhəddə yerləşir. Ərazi tamamilə Alp-Himalay geosinklinalının tərkibinə daxildir. Tava toqquşması nəticəsində Mezozoy erasında K.Qafqaz, Naxçıvan və Talış dağlarında vulkanlar püskürmüşdür. Sönmüş vulkanlar Qarabağ vulkanik yaylasında daha geniş yayılıb. Böyük Işıqlı, Qızılboğaz və Gəlinqaya bu yaylanın ən iri sönmüş vulkanlarıdır. Kaynazoyda B.Qafqaz güclü tektonik qalxmaya məruz qalmış, Kür-Araz ovalığı isə çökmüşdür.
Azərbaycanda ən qədim süxurlar Kembriyə qədərki, yəni Proterezoy yaşlı olub, Naxçıvanda-Dərələyəz silsiləsində və Sədərək qalxmasında, Tovuz rayonunda Zəyəmçay (Əsrikçay) hövzəsində üzə çıxıb. Onların yaşı 400-450 milyon ildir.
B. və K.Qafqaz dağlarında Mezozoy erasının gilli şistləri, vulkanik süxurları, əhəng və qum daşları 130-250 mln. il yaşındadır.
Davamı →

Torpaq örtüyü

Azərbaycanda torpaq örtüyünün müxtəlif olmasına əsas səbəb relyef və iqlim şəraitinin müxtəlifliyidir. Hümusun miqdarı nə qədər çox olarsa, torpağın rəngi bir o qədər münbit olar. Ən çox hümus qara torpaqdadır (10-12%). Qəhvəyi və qonur dağ-meşə torpaqlarında 5-10%, şabalıdı torpaqlarda 4-6%, boz-qonur və boz torpaqlarda 2-3%-dır. Azərbaycanın rütubətlənmə əmsalı vahiddən çox olan ərazilərində — qonur və qəhvəyi dağ-meşə, dağ-çəmən, sarı, qara və tünd şabalıdı kimi münbit torpaqlar yayılıb. Dağlıq ərazilərdə yayılan bu torpaqlarda dəmyə əkinçiliyi geniş yayılıb. Quraq ərazilərdə yayılan boz, boz-qonur, boz-çəmən, şoran, açıq şabalıdı torpaqlar daha az münbitliyə malikdir. Düzənliklərdə yayılmış bu torpaqlarda suvarma əkinçiliyi inkişaf edib. Azərbaycanda hündürlük qurşağına görə torpaqlar aşağıdakı kimi formalaşıb:

Ardı →

İqlim tipləri

Ərazinin geniş hissəsi subtropik, yalnız Lənkəran və Böyük Qafqazın cənubu (Qanıx-Əyriçay) rütubətli subtropik qurşaqdadır. Ə.Şixlınski Azərbaycanı 8 iqlim tipinə ayırıb. Buna səbəb coğrafi enlik və relyefin müxtəlifliyidir.
I. Yarımsəhra və quru çöl iqlimi Azərbaycanın 50%-dan çoxunu əhatə edir. Bu iqlim əsasən Azərbaycanın düzənliklərini — Kür-Araz, Samur-Dəvəçi və Naxçıvanın Arazboyu düzənliklarini əhatə edir. Bu ərazilərdə arid (quraq) təbiətin olması bu iqlimlə əlaqədardır. Iki yarım tipi var:
a) Kür-Araz ovalığında qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi (və ya quru subptropik iqlim) yaranıb. Bu iqlim zəif nəmliyi, yayın isti keçməsi ilə səciyyələnir. Bu iqlim şəraitində pambıq, üzüm, meyvə-tərəvəz, quru subtropik meyvəçilik inkişaf edib. Qış otlağı kimi istifadə olunur.
Davamı →

Azərbaycanın iqlimi

Azərbaycan subtropik və mülayim iqlim qurşaqlarının qovuşduğu ərazidə yerləşib. Azərbaycanın iqliminin mürəkkəb olmasına səbəb:
1. Coğrafi enlik;
2. Günəş radiasiyası;
3. Mürəkkəb relyef;
4. Müxtəlif mənşəli hava kütlələrinin Azərbaycana təsiri və s.
Böyük Qafqaz şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz cənubdan gələn isti və quru küləklərin, Xəzər dənizi, şərqdən gələn quru və tozlu küləklərin Azərbaycana daxil olmasına mane olur.
Azərbaycanla eyni coğrafi enlikdə yerləşən Pireney, Appenin, Kiçik Asiya yarımadalarında yerləşən Ispaniya, Italiya, Türkiyə dövlətlərinin iqlimi Azərbaycana oxşayır.
Davamı →

Azərbaycanın coğrafi mövqeyi

Azərbaycan haqqında ilk yazılı məlumat b. e. ə. I əsrdə yaşamış, yunan alimi Strabonun «Coğrafiya» kitabında verilib. O bu əsərdə Kürboyu düzənliklərin Babil və Həbəş düzlərindən daha məhsuldar olduğunu vurğulayır.
II əsrdə yaşamış Ptolomey Albaniyadakı 29 şəhərin coğrafi koordinatlarını göstərir.
XV coğrafiyaçısı O.Bakuvi Dünyanı 7 iqlimə bölmüş, Azərbaycanı 4 və 5-ci iqlimə aid etmişdir.
Azərbaycanın Böyük Ipək yolu üzərində olması, Qərblə Şərqin qovşağında yerləşməsi, zəngin təbiəti ona daim maraq yaratmışdır.
Ardı →

Lənkəran və Naxçıvan vilayətləri

Lənkəran vilayəti

Iranla həmsərhəd olan bu vilayət Azərbaycanın cənub-şərq qurtaracağındadır. Relyefinə görə vilayət iki hissədən ibarətdir: Lənkəran ovalığı və Talış dağları. Lənkəran ovalığı Kaynozoyun IV dövrünün çay və dəniz çöküntülərindən, Talış dağları isə III dövrün çökmə və vulkanik süxurlarından ibarətdir.
Ardı →

Böyük Qafqaz vilayətinin iqtisadi rayonları

Bu vilayətin tərkibinə Respublika tabeli Bakı, Şəki, Sumqayıt şəhərləri, 17 kənd rayonu və 4 (Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq-Şirvan) iqtisadi rayonları daxildir.

Abşeron iqtisadi rayonu
Tərkibinə Abşeron və Xızı kənd rayonları, respublika tabeli Sumqayıt və Bakı şəhərləri daxildir.
Faydalı qazıntıları. Rayon neft-qaz, tikinti materialları, palçıq vulkanları, Şıx və Suraxanı mineral bulaqları ilə zəngindir. Rekreasiya ehtiyatları ilə zəngin olan bu rayonun Xəzər sahili qumlu çimərliklərində balneoloji kurort kompleksi yaradılıb. Bu rayon Azərbaycanda yeganə iqtisadi rayondur ki, yerli içməli suyu yoxdur. Bu səbəbdən rayonda S.E.S. tikmək qeyri mümkündür. Içməli suya olan tələbatı ödəmək üçün Samur-Abşeron kanalı, Ceyranbatan su anbarı, Şollar və Kür su kəmərlərindən geniş istifadə olunur.


Davamı →

Kiçik Qafqaz vilayəti

Bu vilayət Kür və Araz çayları arasında suayrıcı olub, şərqdən qərbə doğru yüksəlir. Ən uca zirvəsi Murovdağ silsiləsindəki -Gamışdağdır. Hündürlüyü 3724 m-dir.
Geomorfoloji vahidləri — Murovdağ, Şahdağ, Şərqi Göyçə, Qarabağ silsilələri, Qarabağ vulkanik yaylası.
Zirvələri — Gamışdağ, Hinaldağ, Böyük Işıqlı.
Relyefi — Böyük Qafqazdan fərqli olaraq vilayətdə Mezozoy erasının effuziv süxurları üstünlük təşkil edir.


Ardı →

Landşaft

Landşaft — coğrafi təbəqənin eyni cinsli sahəsidir. Landşaft vahidləri sinif → yarımsinif → tip →yarımtip → növ ardıcıllığı ilə təsnif olunur, Düzənlikdə üfüqi, dağlarda isə şaquli zonallığa uyğun olaraq dəyişir. Düzənlikdən hündürlüyə doğru yarımsəhra → quru çöl → dağ meşələri → subalp və alp dağ çəmənlikləri → subnival və nival komplekslər bir birini əvəz edir. Bəzən landşaftların növbələşməsi bütün dağlarda eyni olmur. Hündürlük artdıqca dağ landşaftları aşağıdakı kimi dəyişir: landşaft qurşaqlarının daha çox yayıldığı Böyük və Kiçik Qafqaz dağlarında; dağ çölləri → dağ meşələri →dağ çəmənləri → qayalıq — nival (cəmi 4 dənə).
Ardı →