Рейтинг
+24.54

Azərbaycan coğrafiyası

34 üzv, 60 topik

Kür dağarası çökəkliyi vilayəti

Azərbaycanın 1/3 hissəsini tutan bu vilayət Böyük və Kiçik Qafqaz dağları arasındakı çökəkliyi əhatə edir. Vilayətin üzərini Kaynazoy yaşlı çökmə süxurlar örtür. Vilayətin qərbindəki dağ ətəyi düzənliklərdə (Şirvan, Qarabağ, Mil) çayların gətirdiyi çöküntülər, şərqində isə dəniz çöküntüləri üstünlük təşkil edir. Vilayətin ən hündür yeri Acınohur-Ceyrançöldə 1100 m, ən alçaq yeri isə Xəzər sahili ərazisindədir (-27 m).


Ardı →

Azərbaycanın relyefi

Azərbaycandakı coğrafi obyektlərin hündürlüyü Baltik dənizinin səviyyəsindən ölçülür. Azərbaycanda orta hündürlük 657 m, maksimum hündürlük 4466 m (Bazardüzü), minimum hündürlük — 27 m-dir (Xəzərin sahilləri). Relyef amplitudası 4466 +(-27) = 4493 m. Ərazinin 60%-i dağlıqdır. Azəraycanın ən mühüm geomorfoloji vahidləri: Böyük və Kiçik Qafqaz, Talış dağları və Kür-Araz ovalığıdır.


Ardı →

Azərbaycanda kustar və sənətkarlıq sahələrinin inkişafı haqqında

Azərbaycanda əl əməyinin tarixi qədim zamanlara köklənir. Əl əməyinin nəticəsində yaranan istehsal xalq mədəniyyətinin ən qədim və çox əhəmiyyətli bir parçasıdır. Əl əməyi istehsalı və ya kustar istehsal  Azərbaycanda qurulan və ənənəvi dəyərlərlə əlaqəli olan iqtisadi sistemin tərkib hissəsi olmuşdur. Əl sənətində — kustar sənayedə baş verən proseslər  neft, kənd təsərrüfatı, yüngül və yeyinti sənayesinin təməlinin qoyulmasına və bu sahələrin inkişafına təkan vermişdir.
Davamı →

Naxçıvan - təbii bulaqlar muzeyi

5,3 min kvadrat kilometr ərazisi olan Naxçıvan torpağı ölkə ərazisinin cəmi 6,4 faizini təşkil etsə də, iqlim və relyefi, flora və faunası, Yerin təkindəki təbii sərvətləri ilə zəngindir. İqlimi quru və kantinental, relyefi əsasən dağlıq və dağ ətəyi ərazidən ibarət olan bu diyarın flora və faunası ilk baxışda yoxsul və çılpaq görünür. Amma ərazi cəhətdən bir o qədər böyük olmayan bu regionda ali bitkilərin 2963 növünə rast gəlinir ki, onların da 73-ü mədəni floraya daxildir. Heyvanların növ tərkibi və miqdarı isə siniflər üzrə Azərbaycan faunasının 60-80 faizini təşkil edir.
Davamı →

Azərbaycanda günəşli saatların və istiliyin paylanması

Günəşli saatların illik miqdarı günəş radiasiyasının paylanmasından asılıdır. Azərbaycanda günəşli saatların illik miqdarı 1800-2900 saat arasında dəyişir. Bu göstərici Naxçıvan MR-in Arazboyu düzənliklərində maksimuma çatır (2900 saat/il). Kür-Araz ovalığında, Ceyrançöldə, Abşeron yarımadasında günəşli saatların miqdarı ildə 2200-2400 saata bərabərdir. Böyük və Kiçik Qafqaz dağlarının dağətəyi və orta dağlıq ərazilərində buludluluğun artması ilə əlaqədar olaraq günəşli saatların miqdarı xeyli azalır.
Davamı →

Azərbaycanın su anbarları və kanalları

1. Respublikada çaylardan müxtəlif məqsədlərlə – suvarma, məişət, sənaye və balıqçılıqda istifadə olunur. Bəzi çayların üzərində SES-lər tikilmişdir. Həmçinin su idman yarışlarının keçirilməsi üçün müəyyən qurğular quraşdırılmışdır.

2. Respublikada su anbarlarının əksəriyyəti suvarma işlərində istifadə olunur. Bu məqsədlə su anbarlarından kanallar çəkilmişdir. Su kanallarının ümumi uzunluğu respublika üzrə 50 min km-ə yaxındır. Suvarılan torpaqların ümumi sahəsi 1,4 milyon hektardan çoxdur.


Davamı →

Azərbaycanda iqlim

1. Azәrbaycanda günәş radiasiyasının paylanması

Azərbaycanda Günəş radiasiyasının illik miqdarı 120–160 kkal/sm2 arasında dəyişir. Bu rəqəm Naxçıvanda maksimuma çatır. Şərur-Ordubad düzündə 148–150 kkal/sm2, yüksək dağlıq zonada isə artaraq 152–160 kkal/sm2 təşkil edir. Kür-Araz ovalığında günəş radiasiyasının qiyməti 128–132 kkal/sm2-dir. Orta dağlığa doğru, radiasiyanın miqdarı azalır və 120–124 kkal/sm2-ə qədər enir.

Bunun səbəbi buludluluqdur. 1500–1600 m hündürlükdən sonra onun miqdarı yenə azdır, Böyük və Kiçik Qafqazın yüksək dağlıq zonasında (3000 m-dən yüksək) 140–150 kkal/ sm2 təşkil edir.


Davamı →

Azərbaycan relyefi

Azərbaycanın iri relyef formaları tektonik proseslər nəticəsində əmələ gəlmişdir. Bu formalar yüz və minlərlə kvadrat kilometr əraziləri əhatə edən tektonik zonaları əmələ gətirir.

Tektonik zonalar Yer qabığının üfüqi və şaquli hərəkəti nəticəsində yaranır. Şaquli tektonik hərəkətlər qalxan və ya enən ola bilir. Qalxan hərəkətlər tektonik qalxma zonaları, enən hərəkətlər isə tektonik çökmə zonalarını əmələ gətirir.


Davamı →

Milli Parklar

Milli Parklar — xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.


Ardı →

İqtisadi-coğrafi mövqe

Azərbaycan Respublikası – sahəsi 86,6 min km2;  əhalisi 8,5 mln. nəfər; paytaxtı Bakı şəhəri.
Hər bir ölkənin iqtisadi-coğrafi mövqeyi (İCM) bir sıra amillərlə təyin edilir:
1) nəqliyyatla bağlı (sıx şəbəkənin olması, Dünya okeanına çıxışın olması); 
2) qonşuluq amili (dost və ya rəqib ölkələrlə həmsərhədd olması, sərhədlərin rahat keçilə bilməsi və s.);
3) təbii şərait və təbii ehtiyatlar.
Ardı →