Рейтинг
+24.54

Azərbaycan coğrafiyası

34 üzv, 60 topik

Azərbaycanın iqtisadi-coğrafi rayonlaşması

1930-cu ildə Azərbaycanda qəza bölgüsü ləğv edildi və indiyədək mövcud olan rayon inzibati ərazi bölgüsünə keçildi. Hazırda Azərbaycanda 66 kənd rayonu və 13 şəhər rayonu (bunun 11-i Bakıda, 2-si isə Gəncədədir) var.

Təbii şəraitinə görə Azərbaycan 5 təbii fiziki-coğrafi vilayətdən, təsərrüfat xüsusiyyətinə görə isə 10 iqtisadi rayondan ibarətdir. Lənkəran, Naxçıvan və Aran (və ya Kür-Aran) fiziki-coğrafi vilayətləri eyni adlı iqtisadi rayonları yaradır. Böyük Qafqaz vilayəti daxilində — 4, Kiçik Qafqaz vilayəti daxilində isə — 3 iqtisadi rayon yerləşib.
Ardı →

Maşınqayırma və kimya sənayesi

Maşınqayırma kompleksi bir-biri ilə qarşılıqlı əlaqədə olan energetika, elektrotexnika, radioelektronika, cihazqayırma, dəzgahqayırma, nəqliyyat, k/t və s. maşınqayırma sahələrini əhatə edir. Sənaye sahələri arasında maşınqayırma istehsal edilən məhsulun dəyərinə işçilərinin sayına görə 1-ci yeri tutur. Azərbaycanda maşınqayırmanın müxtəlif məhsullarına tələbat olsa da bir çox müasir maşınqayırma sahələri inkişaf etməyib.
Ardı →

Meşə və tikinti sənayesi

Meşə sənayesinin yerləşməsi əlverişli nəqliyyat şəraitindən və xammal ehtiyatlarının olmasından asılıdır. Azərbaycanın 11%-ni tutan meşələrin sənaye əhəmiyyəti çox azdır. Möhkəm oduncaqlı palıd, fıstıq, vələs, qoz, tut, şabalıd və s. ağaclar — mebel istehsalı və müxtəlif tikinti materialları (parket, qapı) hazırlamaq üçün əvəzedilməz xammal olsa da, onlardan olduqca az istifadə edirlər. Azərbaycanın Böyük və Kiçik Qafqaz, Talış dağları əsas meşə tədarükü rayonlarıdır. Mingəçevir, Yenikənd, Şəmkir, S.E.S-ləri tikiləndə Kürün üzərindəki tuqay meşələri qırılmış və ya su altında qalmışdır.


Ardı →

Azərbaycanda relyef

Azərbaycan Respublikası ərazisinin relyefi çox müxtəlif və mürəkkəbdir. Ərazinin yarıdan çoxu əsasən, 400-500 m (Orta və Aşağı Araz çökəkliklərində 800-1000 m), bəzi yerlərdə 100-120 m (Talış, Ceyrançöl-Acınohur və Ləngəbiz-Ələt ön dağlıqları) və 0-50 m (Qobustan, Abşeron) mütləq hündürlükdən başlayan dağ silsilələri və tirələrindən, yayla və platolardan, qalan hissəsi isə düzənlik və ovalıqlardan ibarətdir.


Hündürlüyü Xəzər dənizi sahilində təqribən — 28 m-dən Baş Qafqaz silsiləsində 4466 m-dək (Bazardüzü zirvəsi) dəyişir. Okean səviyyəsindən alçaqda yerləşən sahələr respublika ərazisinin 18%-ini, hündürlüyü 0 m-dən 200 m-dək olan sahələr 24%-ini, 200 m-dən 500 m-dək 15,5%-ini, 500 m-dən 1000 m-dək 15,5%-ini, 1000 m-dən 2000 m-dək 19,5%-ini, 2000 m-dən 3000 m-dək 6,5%-ini, 3000 m-dən yüksəkdə yerləşən sahələr isə 1%-ini təşkil edir.


Ardı →

Azərbaycanda nəqliyyat və iqtisadi əlaqələr

Azərbaycanda müasir nəqliyyatın bütün sahələri mövcuddur. Bura dəmir yolu, su, avtomobil, hava və boru-kəməri nəqliyyatları daxildir. Nəqliyyat kompleksi yük və sərnişin daşımalarında böyük rol oynayır. Yüklər bütün nəqliyyat növləri ilə, sərnişin daşımaları isə dəmir yolu, su, hava və avtomobil nəqliyyatı vasitəsi ilə həyata keçirilir. Azərbaycanda çay nəqliyyatının rolu çox azdır. Kür çayının mənsəbindən Yevlax şəhərinə qədər kiçik çay gəmiləri yerli əhəmiyyətli yüklər daşıyır.


Ardı →

Azərbaycanda qoruq və yasaqlıqlar

Azərbaycanda 13 qoruq, 4 milli park və 16 yasaqlıq vardır. Onlar Azərbaycanın 5,3%-ni tutur. Qoruqlarda antropogen fəaliyyətə icazə verilmir, ərazidə olan bütün təbii landşaftlar qorunur və elmi təcrübə mərkəzi kimi istifadə edilir. Milli parklarda insanların istirahət etməsinə icazə verilir. Yasaqlıqda isə təbiətin bir və ya bir neçə komponenti mühafizə edilir və çoxaldılır. Yasaqlıqlarda bir sıra təsərrüfat işləri aparmaq olar.
Ardı →

Kiçik Qafqaz vilayətinin iqtisadi-coğrafi rayonları

Azərbaycanın qərbini əhatə edən bu vilayət respublika tabeli Gəncə, Şuşa, Xankəndi və Naftalan şəhərlərindən, 20 kənd rayonundan və Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın iqtisadi rayonlarından ibarətdir.

Gəncə-Qazax iqtisadi rayonu
Tərkibinə Qazax, Ağstafa, Tovuz, Göygöl (Xanlar), Daşkəsən, Goranboy, Şəmkir, Samux, Gədəbəy kənd rayonları, respublika tabeli Gəncə və Naftalan şəhərləri daxildir.
Gəncə-Qazax iqtisadi rayonu Azərbaycanın şimal-qərbini əhatə edir və sənayenin inkişafına görə Abşeron iqtisadi rayonundan sonra Azərbaycanın 2-ci sənaye rayonu sayılır.


Davamı →

Təbii rayonlaşma

Azərbaycanda fiziki-coğrafi rayonlaşma ölkə → vilayət → yarımvilayət →rayon təsnifatına əsaslanır. Azərbaycanda 5 təbii vilayət var: I. Böyük Qafqaz; 2. Kiçik Qafqaz; 3. Kür çökəkliyi; 4. Lənkəran; 5. Orta Araz (və ya Naxçıvan).
Böyük Qafqaz vilayəti
Azərbaycanın şimal-şərqini əhatə edib, Abşeron yarımadasından Gürcüstan sərhədinə qədər uzanır. Relyef amplitudu -27 m Xəzər sahilindən başlayıb 4466 m Bazardüzü zirvəsinə qədər yüksəlir.


Ardı →

Azərbaycanın faydalı qazıntıları

Azərbaycanda faydalı qazıntıların zənginliyi geoloji quruluşun mürəkkəbliyi ilə əlaqədardır. Azərbaycan mineral və aqroiqlim ehtiyatları ilə yaxşı şirin su, torpaq və meşə ehtiyatları ilə isə zəif təmin olunmuşdur. Azərbaycanın iqtisadi cəhətdən ən əhəmiyyətli təbii ehtiyatları neft, qaz, metal filizləri, aqroiqlim və torpaqdır. Azərbaycan -neft, dəmir filizi, alunit ehtiyatına görə Zaqafqaziyada 1-ci yeri tutur.


Ardı →

Qoruqlar

Bəsitçay Dövlət Təbiət Qoruğu

Yaradıldığı il: 1974

Sahə (hektar):107

Olduğu yer: Zəngilan rayonunun ərazisində, Bəsitçayın dərəsində

Qısa məlumat:Qoruq ərazisinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir. Bəsitçay respublika qoruqlarının ən kiçiyidir. Meşə ilə örtülü sahənin əsas ağac cinsi şərq çinarıdır. Burada əsasən bir meşə tipi—müxtəlif otlu çinar meşələri formalaşmışdır. Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə qədərdir. Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. Havanın orta illik temperaturu 130-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir.


Ardı →