Yaponlar intiharların qarşısını almaq üçün İslama üz tutublar

   Yaponiyada hər il təxminən 30 min insan intihar edir. Bir qrup yaponiyalı   mütəxəssis, ölkəni cənginə almış problemin qarşısını almaq üçün vətəndaş cəmiyyəti yaradaraq fəaliyyət başlayıblar. 2006-cı ildən etibarən fəaliyyətə başlayan mütəxəssislər, bir çox islam ölkələrində araşdırmalar aparıblar. İslam dünyasının bir çox sosioloq, psixoloq və ilahiyyatçı alimləri ilə görüşən yaponiyalı mütəxəssislər, müxtəlif nəticələr əldə ediblər. Qrup rəhbəri Natsuko Komakı araşdırmalardan sonra açıqlama verib ki, islam ölkələrində din anlayışı və qohumluq əlaqələri olduqca güclüdür. Ona görə də bu ölkələrdə intihar hadisələri həddən artıq az olur: “İnanc amili insanların iqtisadi və sağlamlıqdan doğan problemlərin qarşısını almağa yardımçı olur. İslami dəyərlərin aşıladığı əməlləri ilk öncə özümüz öyrənib, sonra isə cəmiyyətə tətbiq etməliyik. Hazırda Yaponiya universitetlərində “İslamiyyat və İntihar” adlı elmi araşdırmalar aparılır.  ”, -deyə Natsuko əlavə edib. Natsuko onu da bildirib ki, islam ölkələrində ki, intihar hadisələrinin Yaponiyadan ən aşağısı 3 dəfə az olmasının 3 səbəbi var: “Bu səbəblər Allah, ailə və insanlarla olan əlaqədən ibarətdir. İslamiyyətin Allahla qul arasındakı əlaqəsini cəmiyyətimizə izah edə bilməsəkdə, ailə və insanlarla bağlı dəyərlərin cəmiyyətimizə tətbiqi mümkündür.”        Mütəxəssis qrupunun digər bir üzvü olan hazırda TV prodüseri vəzifəsində çalışan Yasınıkı Şimizu intihar hadisələrinin bir çox səbəblərindən yazıb: “ İntihar hadisələrinin başında ilk öncə iqtisadi problemlər durur. Belə ki, işdən çıxarılma, iş tapa bilməmə, kimi hallar intiharların reallaşmasına gətirib çıxarır. Yaponiya cəmiyyətində kişi önəmli yer tutmaq məcburiyyətindədir. Cəmiyyətdə özünü tək hiss edən kişi çətinliklərini digərləri ilə paylaşa bilmir. Çünki buna Yaponiya kişiliyinin qüruru imkan vermir. Ona görə də intihar edənlərin 60%-i kişilərin payına düşür. 25-30 ildir fəaliyyət göstərdiyi iş yerindən çıxarılan yaponiyalı, ev krediti ilə bağlı iqtisadi böhran yaşayır. Depressiyaya düşdükdən sonra isə yeganə çıxış yolunu yalnız intiharda görürlər. Kredit borcu olan şəxs öldükdən sonra isə onun borcu ailəsindən alınmır. O, bu hərəkəti ilə ən azında ailəsini ev qoyub getdiyini düşünür. ”  Qeyd edək ki, Yaponiya, dünyada ən çox intihar hadisəsi baş verən ölkələrdən biridir. Yaponiya tarixində intiharın cəmiyyət və dinləri tərəfindən günah və ya səhv bir iş kimi qəbul edilməməsi  bu tip hadisələrin artmasına şərait yaradan ən mühüm amillərdən biridir. Digər tərəfdən ən dəhşətlisi budur ki, hər hansı bir şəxsin intihar əməli Yaponiya cəmiyyəti tərəfindən şərəfli və məsuliyyətli iş kimi qiymətləndiririr. Yaponiyada intihar hadisələri 1996-cı ildən etibarən artan xətt üzrə inkişaf edir. Son 14 ildə hər il 30 mindən çox insan intihar edir. Ümumilikdə isə bu rəqəm 420 min Yaponiyalı deməkdir. Statistikalara görə keçən il 30 min 513 adam intiharla dünyalarını dəyişib.  Mütəxəssislər bildiriblər ki, vətəndaş cəmiyyətlərinin 2006-cı illərdən etibarən apardıqları fəaliyyət nəticəsində intiharla bağlı göstərici bu il ciddi şəkildə aşağı enərək 28 minə düşəcəyi gözlənilir. İntihar hadisələrinə görə ayrıca nazirlik yaradan Yaponiya hakimiyyəti, intihar hadisələrinin qarşısını almaq üçün məktəblərdə və xəstəxanalarda ciddi şəkildə maarifləndirmə işləri həyata keçirir.
 

2 şərh

azadmamedov90
bes bizde ne vaxt cixis yolu tapilacaq?
Medikamentoz
Bizim vəziyyətimiz qınında oturub onu bəyənməyən tısbağanın halına bənzəyir,sadəcə Quranı dosdoğru oxumamazlıqdan və elmlə iman etməməyimizdən gəlir hər şey.Qorxu ilə və ya haya-küyə getməklə qəbullanan dinin gətirdiyi bəlaları isə görmək çətin deyil.