Lüdviq van Bethoven haqqında məlumat | Həyat və yaradıcılığı

Bethoven kimdir?

Dahi alman bəstəkarı və pianoçusu  Lüdviq van Bethoven klassik musiqi dünyasının ən məşhur və sevilən nümayəndələrindən biridir. Musiqi tarixində böyük iz qoymuş dahi sənətkar çətinliklərlə dolu bir həyat hekayəsinə sahibdir. "Çətinliklər möcüzələr yaradır" deyimi Bethovenin  musiqi həyatında öz əksini tapır. Onun insan ruhuna dərindən təsir edən. bənzərsiz əsərləri bu gün də ən çox dinlənilən klassik əsərlər arasında yer alır.  Bethovenin həyat və yaradıcılığı, özündən sonra gələn sənətkarlar üçün əsl musiqi məktəbi olmuşdur.

Davamı →

İNSANIN PSİXOLOJİ EHTİYACLARI NƏLƏRDİR?

«Feysbukun və Həyatın Sirrləri» kitabında, insanın əsas psixoloji ehtiyaclarını açıqlamışam və kitabdan müvafiq bölümdən bir parçanı təqdim edirəm:

"...İnsanlar həyatdan nə istəyirlər, nələrə maraq göstərirlər, nələrə bağlanırlar, hansı şeylər insanlar üçün daha önəmli və daha cəlbedicidir?

Bu şeylər, yəni, insanlar üçün mühüm olanlar, hər halda bir sıralama, bir piramida kimi düzüləcəkdir: 1-ci önəmli şey, 2-ci önəmli, 3-cü önəmli şey, 4-cü önəmli şey, 5-ci önəmli şey… Bax, indi sizcə, insan üçün ən vacib, 1-ci şey nədir? Yəni o nədir ki, həmin şey olmadan, ümumiyyətlə, insan yaşaya bilməz və başqa şeylərin də, bir əhəmiyyəti qalmaz?..
Davamı →

QƏRAR VERMƏK

        
Bizim, hansısa bir şeyə, hansısa bir fikrə, hansısa bir məlumata münasibətimiz və qərarımız daha çox 2 cür olur:
1)Fikrin və ya məlumatın anlamına baxıb, nə deyilmək istənildiyini götür-qoy edib onun düz olub-olmadığını, mənalı olub-olmadığını təhlil etmək.
2)Fikrin anlamına baxmayıb, nə demək istənildiyini düşünmədən avtomatik olaraq rədd etmək.
Biz bu ikinci barədə danışaq, hansı ki bu, normal olmayan durumdur. Bəli, bəzən biz heç fikrin, məlumatın məzmununa, mahiyyətinə, nə demək istədiyinə belə baxmadan, ona qarşı çıxırıq, onu bəribaşdan bir kənara atırıq. Yəni o fikrin, o məsələnin özü nədir, onda nə anladılır, hansı mesaj vermək istənilir-bu bizimçün maraqlı və önəmli olmur. Əvəzində hər şeyi, o andaki əhvalımız, durumumuz təyin edir. Yəni bəzən hansısa bir şeyi qəbul edib-etməmək sadəcə bizim o anki əhvalımızdan və psixologiyamızdan asılı olur. Tutaq ki əhvalımız pisdirsə, əsəbiyiksə o an qarşımıza çıxan fikri, heç düşünmədən rədd edə bilirik. Məsələn deyək ki əsəbi halda ikən, internetdə qarşımıza belə bir informasiya çıxır; «filankəs, yaxşı aktyordur intəhası hələ ki Oskar ala bilməyib» İndi biz o andaki neqativ və mənfi əhvalla, stəkanın dolu deyil, boş tərəfinə baxmaq istəyirik: «Bu necə aktyordur ki bu neçə ildə hələ də Oskar ala bilməyib» deyirik… Daha bizi bu maraqlandırmır ki adam Oskar almayıbsa da neçə dəfə namizəd olub, həmçinin başqa mükafatlar alıb və ya lap elə «Oskar almayan pis aktyordur!» deyə bir qaydamı var, Oskarı verənlər də heç də həmişə düzgün seçim etməyə bilər axı… Bax, bu versiyalar, bu ehtimallar bizi düşündürmür. Elə dərhal işin olmazlarından yapışırıq, olarlarını bir kənara tullayırıq… Beləliklə nəticədə biz həm o infodan özümüz üçün çıxartdığımız səhv nəticəni öz zehnimizə ötürüb o məsələdə səhv mövqedə oluruq, həm də ən əsası öz zehin sistemimizə yanlış qida verməklə onu bulandırırıq, onun işinə, funksiyasına pozucu təsir göstəririk. Yəni qarşıdakı məsələ, qarşıdakı qərar, lap hansısa aktyorla bağlı deyil də, bizimçün daha önəmli, taleyüklü bir şeylə əlaqəlidirsə, onda bunun təbii ki daha böyük, daha ağır nəticələri ola bilir. Zehnimizə ötürdüyümüz səhv məlumatlardan da sonra başqa səhv məlumatlar ortaya çıxır və biz zəncirvari olaraq çoxlu və mühüm məsələlərdə yanılırıq və yanlış qərarlar vermiş oluruq, üstəlik də zehnimiz bunalır, korlanır, fəaliyyəti ilişir və bu da bizə stress, depressiya olara geri qayıdır və mənfi geribildirim vermiş olur. Odur ki beyinə, zehinə ötürülən informasiya çox mühümdür. Bu həm bizim hər hər hansı məsələdəki qərarımıza təsir edə bilir, həm də ümumilikdə psixoloji durumumuza, əhvalımıza etki edə bilər… Çalışaq ki hansısa bir düşüncəyə, hadisəyə, məlumata, hislərin təsiri ilə deyil, ağılla, düşüncə ilə yanaşaq… Və hansısa qərarımızın, hisslərimizə uyğun olması ilə ağla uyğun olmasının eyni şey olmadığının fərqində olaq. O anki durumumuz, o anki ruhiyyəmiz bizi yanılda bilər!
Bir sözlə, hisslər səhv edə bilər ağıl isə yox!....
Psixoloq Yunis Dürüst
Davamı →

İnfoqrafik məlumatlar

Əvvəlcə infoqrafikanın nə olduğunu aydınlataq. İnfoqrafika nədir?
İnfo — məlumat, xəbər,  qrafika (yunanca “graphike” ) – rəsm, şəkil deməkdir. Məlumatın vizual şəkildə, qısa müddətdə başa düşülməsini təmin etmək, oxunma zövqünü artırıb, rahat hala gətirməkdir.
Xəbər, öyrənmək, araşdırmaq və müşahidə yolu ilə əldə edilən hər cür gerçək məlumat və qavrayışın bütünüdür.

İnfoqrafik işlərin faydaların sayacaq olsaq:


Davamı →

Genlərdə nə yazılmışdır

 Zülallarda aminturşuların ardıcıllığı DNT molekulları vasitəsilə qorunan və irsi ötürülən genlər tərəfindən kodlaşdırılır. Zülalın fəza quruluşunu aminturşuların ardıcıllğı müəyyən edir. Belə çıxır ki, zülalların nəinki birinci, həmçinin ikinci, üçüncü və dördüncü quruluşları da irsi informasiyanın məzmununu tərtib edir. Nəticə etibarilə zülalların yerinə yetirdikləri funksiyalar da genetik olaraq proqramlaşdırılmışdır. Bu funksiyaların çoxluğu zülallara haqq verir ki, onlar əsas həyat molekulları adlansın. Bu səbəbdən zülallar haqqında məlumatlar nəsildən-nəslə ötürülən qiymətsiz xəzinə hesab olunur.
 İnsanın bu üzvi birləşmələrə marağı gündən-günə artır. Bu gün artıq alimlər bir çox zülal molekulunun quruluşunu açmışlar. Alimlər həmçinin müxtəlif zülalların funksiyalarını aydınlaşdırır, quruluş və funksiya arasında asılılığı müəyyən etməyə cəhd göstərirlər.
 Analoji funksiyaları yerinə yetirən zülalların oxşar və fərqli cəhətlərinin müəyyən edilməsi, təkamülün sirlərini daha dərindən başa düşməyə imkan verir. 
Davamı →

Doğru bildiyimiz amma səhv olan 15 məlumat









1.Buğalar  qırmızı rəngə nifrət eliyirlər.Səhvdir.Buğalar onsuzda rəng korudurlar.Onlar sadəcə matadorun hərəkətlərinə hirslənib hücum edirlər.

2.Vikinglərin buynuzlu dəbilqələri var idi. Səhvdir.İndi yaradılmış viking forması əslinə 19-cu əsrdə opera üçün hazırlanmışdır.

3.Banan ağacda yetişir. Səhvdir.Sadəcə yetişdiyi bitki böyük olduğu üçün  ağaca bənzədilir.

4. Elektriki Tomas Edison kəşf edib. Səhvdir.Nə ampulu,nə də elektiriki Edison kəşf etməyib.Sadəcə olaraq onu təkmilləşdirirərək indiki istifadə halına gətirmişdir. 

5. Napeleonun boyu qısa idi. Səhvdir. 1.69 boyunda idi.O qədər də uzun sayılmaz amma o qədər balacada sayılmamalıdır.Xüsusən də dövrünə görə

6. Çin səddi kosmosdan baxanda görünür.Səhvdir.Bu fikri bir çin kosmonovtu irəli sürmüşdür. Səhv olduğu NASA tərəfindən isbat olunmuşdur.

7.Buqələmunlar olduqları yerə görə rəng dəyişdirərlər.Səhvdir.Rəng dəyişmə qabiliyyətləri var lakin olduqları yerə görə yox,temperatur və iqlimə görə dəyişdirərlər.

8.Eynşteynin riyaziyyatı çox zəif idi.Səhvdir.Əksinə çox yaxşı idi.Sadəcə bir imtahandan zəif nəticə göstərmişdir.Ancaq həmin imtahanın riyaziyyatla yaxından-uzaqdan əlaqəsi yox idi.

9.İtlər dillərindən tərləməzlər çunki orada tər vəziləri yoxdur.

10.Saqqız insan bədənində 7 ilə  həzm olunur. Səhvdir. O da normal həzm vaxtında həzm olunur.

11.Qoca fillər ölənə yaxın fil məzarləğına gedirlər.Səhvdir

12.Günəbaxanlar günəşə görə yer dəyişir.Səhvdir.Onlar həmişə şimala baxarlar.

13.«Apple»-in yeganə qurucusu Steve Jobs və Steve Wozniak-dır.Səhvdir.Əvvəllər Ronald Wayne adlı şəxs 10% hissəsini 1500 dollara satmışdır. 60 milyad dollarlıq sərvəti itirmişdir.Əslində 1500 dollarını aldığını nəzərə alarsaq, 59 milyard 999 milyon 998 min 500 dollar  itirmişdir.

14.Saç və dırnaq insan öldükdən sonra bir müddət uzanar.Səhvdir.Uzanma üçün keratin maddəsi zəruridir. 

15.Bal arıları insan sancdıqdan sonra ölərlər.Səhvdir.Onlar iynələrini çıxararkən ya bədənlərinə ziyan verirlər,ya da ki, çıxardana qədər biz onları öldürürük.Əgər iynələrini çıxara bilsələr, sağlam olaraq yaşaya bilərlər. 
Davamı →

Öz məlumatınızı 300 il saxlamaq istəyirsinizsə bunu bilməlisiniz.

 

Yaponiyanın «Hitachi» şirkətinin mütəxəssisləri Kioto Universitetinin tədqiqatçılar qrupu ilə birgə məlumatların kvars şüşəsinə yazılması texnologiyasını yaradıblar. Nəticədə informasiyanı 300 il saxlamaq mümkün olacaq. 
«ICTnews» elektron xəbər xidməti «hitech.newsru.com» saytına istinadən bildirir ki, məlumatların yazılması üçün kvars şüşədən ibarət diskdən istifadə olunur. 
Kvars şüşəsindən ibarət optik disk müxtəlif ekstremal şərtlərə uğurla tab gətirir. Selsi üzrə 1000 dərəcəyədək qızmaya tab gətirir və suya qarşı davamlıdır.

Emil Hüseynov

 

Mənbə: http://www.ictnews.az

 
Davamı →

Su keçirməyən "Xperia Z" təqdim edilib

 «Sony» şirkətinin bir neçə aydır haqqında müxtəlif məlumatlar yayılan «Yuga» kod adlı «Xperia Z» ağıllı telefonu, ABŞ-da keçirilən Texnologiya Sərgisi (CES) 2013-də dünən təqdim edilib. Dörd nüvəli prosessora və 13 meqapiksel kameraya sahib olan telefonun ən böyük xüsusiyyəti isə, su keçirməməsidir. «Xperia Z»in üstünə su tökərək yumaq mümkündür. Ancaq yeganə xüsusiyyəti təbii ki bununla məhdud deyil.
Ardı →

Gözü bu qədər yaxından görməmisiniz

Göz — insan və heyvanların görmə sisteminə daxil olan, dalğa uzunluğunun işıq diapazonundakı elektromaqnit şüalanmasını qəbul edə bilən və görmə funksiyasını təmin edən duyğu orqanıdır. Göz kəllənin göz yuvasında yerləşir. Göz yuvasının divarlarından göz almasının xarici səthinə gözləri hərəkət etdirən əzələlər bitişir. Gozləri qaşlar qoruyur, onlar alından axan təri yanlara axıdır. Göz qapaqları və kirpiklər gözləri tozdan qoruyur.

Qeyd edək ki, gözün daxili şəffaf şüşəyəbənzər cismlə tutulur. İşıq şüaları işıqlanan cisimdən gözün xarici səthinə düşüb buynuz qişasından, şəffaf mayedən və bəbəkdən keçərək, büllura düşür və burada əşyanın kiçilmiş əks xəyalı alınır. Büllur qişa daha qabarıq və daha yastı ola bilir. Yaxındakı əşyalara baxdıqda büllurun əyriliyi artır, buna görə də şüalar gözdə daha çox sınır və tor qişada əşyaların aydın xəyalı alınır.


Ardı →

Yaponlar intiharların qarşısını almaq üçün İslama üz tutublar

   Yaponiyada hər il təxminən 30 min insan intihar edir. Bir qrup yaponiyalı   mütəxəssis, ölkəni cənginə almış problemin qarşısını almaq üçün vətəndaş cəmiyyəti yaradaraq fəaliyyət başlayıblar. 2006-cı ildən etibarən fəaliyyətə başlayan mütəxəssislər, bir çox islam ölkələrində araşdırmalar aparıblar. İslam dünyasının bir çox sosioloq, psixoloq və ilahiyyatçı alimləri ilə görüşən yaponiyalı mütəxəssislər, müxtəlif nəticələr əldə ediblər. Qrup rəhbəri Natsuko Komakı araşdırmalardan sonra açıqlama verib ki, islam ölkələrində din anlayışı və qohumluq əlaqələri olduqca güclüdür. Ona görə də bu ölkələrdə intihar hadisələri həddən artıq az olur: “İnanc amili insanların iqtisadi və sağlamlıqdan doğan problemlərin qarşısını almağa yardımçı olur. İslami dəyərlərin aşıladığı əməlləri ilk öncə özümüz öyrənib, sonra isə cəmiyyətə tətbiq etməliyik. Hazırda Yaponiya universitetlərində “İslamiyyat və İntihar” adlı elmi araşdırmalar aparılır.  ”, -deyə Natsuko əlavə edib. Natsuko onu da bildirib ki, islam ölkələrində ki, intihar hadisələrinin Yaponiyadan ən aşağısı 3 dəfə az olmasının 3 səbəbi var: “Bu səbəblər Allah, ailə və insanlarla olan əlaqədən ibarətdir. İslamiyyətin Allahla qul arasındakı əlaqəsini cəmiyyətimizə izah edə bilməsəkdə, ailə və insanlarla bağlı dəyərlərin cəmiyyətimizə tətbiqi mümkündür.”
Ardı →