Orta barmaq hərəkətinin tarixi

Müasir dövrdə jarqon məna kəsb edən əl jesti olaraq istifadə edilən 'orta barmaq' əslində çox fərqli tarixə sahib bir jestdir. Bəs bunun mənası nədir?

Orta barmaq jesti orta əsrlərdən ingilis oxatanlarından qaynaqlanır.
Digər yaylardan daha uzun yay istifadə edən İngilis oxçuları, yayları daha çox darta bilmək üçün orta barmaqlarından istifadə edirdilər. Yüzillik Müharibə zamanı qarşı tərəfdəki fransızlar isə uzun yayların əvəzinə arbaletdən istifadə edirdilər.

Xüsusilə Yüz İllik Müharibədə tez-tez qarşılaşan İngilislər və Fransızlar arasında zamanla bir hərəkat inkişaf etdi.
Belə ki, ingilislər ox atmağa başlamazdan əvvəl fransızlara orta barmaqlarını göstərməyi ənənə halına gətirirlər. Bu işarə “bu barmaqla atdığım oxlar sənə gələcək” demək idi.
Əgər bir fransız əsgəri ingilisi əsgərini tutub amma öldürməzsə, o zaman onun orta barmağını kəsirdilər.

İngilis oxatanları Yüzillik Müharibə zamanı o qədər mühüm rol oynadılar ki, müharibənin mühüm bir hissəsi olan Agincourt döyüşü məhz bu oxatanların sayəsində qazanıldı. Təbii ki, oxatanlar hər atışdan əvvəl öz hərəkətlərini edirdilər.
Nəticədə jarqon əl jesti olan orta barmağın tarixi bu yerə gedib çıxır.

Qeyd: Orta barmaq jesti işarət dilində «boş nitq» deməkdir.

 

0 şərh