Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 604 topik

Kişi və qadın geyimələrindəki sağ-sol fərqinin səbəbi

Bildiyimiz kimi, kişi geyimləri soldan sağa, qadın geyimləri isə həmişə əksinə bağlanır.
Bunu səbəbi isə qədim dövrlərə gedir. Əvvəllər varlı xanımları onların qulluqçuları geyindirirdilər. Sağ əl ilə işləyən qulluqçular üçün isə sol tərəfdə yerləşən düymələri bağlamaq daha rahat idi.
Kişilər isə çox vaxt özləri geyindikləri üçün onlara sağ tərəfdə yerləşən düymələri bağlamaq daha asan gəlirdi. Bunun nəticəsidir ki, indi də düymələrin bu cür yerləşdirilməsi adət halını alıb.


Davamı →

Qızıl yataqları bitkilər vasitəsilə aşkar ediləcək

Avstraliyalı alimlər yeraltı qızıl ehtiyatlarının bitkilər vasitəsilə axtarılması üsulunu təklif ediblər.

Ağac tərkibində aşkar edilmiş qızıl zərrəciklərini təhlil etdikdən sonra alimlər bu məlumatın həmin ərazidə yeraltı qızıl ehtiyatının mövcud olmasına birbaşa işarə etdiyini bildiriblər.

Elmi qrup Evkalipt ağacının qabığını və yarpaq-budağlarını rentgen şüası vasitəsilə müayinə edərək bitki materialında qızıl zərrəcikləri aşkar edib.

Tədqiatçılara görə, bu nəticə həmin ərazidə, torpağın altında, təxminən 30 metrlik dərinlikdə, işlənməmiş iri qızıl yatağının mövcudluğuna işarə edə bilər.

Avstraliyalı alimlər bu üsulun yeraltı mineralların axtarış və kəşfi sahəsində yeni istiqamətə yol açdığını zənn edirlər.

Ekspertlər bu üsulun ənənəvi geoloji üsullardan daha ucuz və ətraf mühit üçün daha az zərərli olduğuna diqqəti çəkərək, həmin texnologiyadan qızıl ilə bərabər digər mineralların da, o cümlədən, mis, qurğuşun, sink kimi metalların axtarışında da istifadə oluna biləcəyini qeyd edirlər


Davamı →

Samuraylar

samuray
“Ağalarına, sahiblərinə sədaqətlə xidmət edənlər” – samuraylar I əsrdə mövcud olmuşlar. Samuray deyəndə, şübhəsiz ki, Yaponiya göz önünə gəlir.

Çünki samuraylar Yaponiyada yaranmış, yaşamış və fəaliyyət göstərmişlər. Samuraylar sahiblərinə bir növ mühafizə, cangüdən xidməti göstərmişlər. Yaponiyada  I əsrdən XIX əsrədək samuray xidmətindən istifadə olunmuşdur. XIII-XVI əsrlərdə isə samuraylardan hərbiçi kimi də istifadə olunub.

 “Samuray” sözü qədim yapon dilindən tərcümədə — “ali mənsəbə məxsus insanlara xidmət”, “sahibinə qulluq” mənasındadır. Samuraylar sahiblərinin həm özünü, həm əmlakını, həm də ərazisini qoruyurdular.


Ardı →

Bunları bilmək maraqlı olar

  • Nyu-York mağazasının satıcısı Tomas Salivan çayları ipək kisələrdə satmağı qərara alır. O çayların belə satılmasının daha da rahat oduğu üçün edir. Alıcılar səhvən çayları kisə ilə birgə qaynar suya salırlar. Alınan nəticə alıcıların çox xoşuna gəlir. Çay paketləri belə yaranır.


Ardı →

Ağaclar haqqında maraqlı faktlar

1. Ən qədim ağac Avstraliya mikrozamiyasıdır. Bunlar 5-7 min il yaşıyırlar. Ayrıca ekzemplarlar isə 15 000 ilə kimi yaşaya bilirlər. İkinci yerdə Mafusayl adında şam ağacıdır. Onun yaşı 4800 ildir, Kaliforniyanın «White Mountains» parkındadır

2.Bir ağac ildə 120 kiloqram oksigen ayırır. Bu iki insanı təmiz hava ilə təmin eləmək üçün kifayətdir.

3. Ətirli qatran qurudulmuş ağac şirəsindən hazırlanır.

 4. Tozağacı ildə milyondan çox toxum istehsal edir.

5. Əgər hər «New York Times» qəzetinin oxucusu öz nüsxəsini təkrar emala təhvil versə 75 000 ağacı qorumuş olar.

6. Palıd ağacının odununda və yarpaqlarında 400 000 tırtıl (kəpənək qurdu) mövcuddur.

7. Eksprimentlər göstərib ki, xəstəxana otaqlarının pəncərəsi yaşıl zonaya, parklara, meşələrə açılan xəstələr daha tez sağalırlar.

8. Araxis fındıq növü deyil, paxlalılar sinifinə daxildir.

Ardı →

Ekzabayt

Kilobayt (Kbayt) 1 000 bayt,

2 Kbayt: bir çap səhifəsi, 

100 Kbayt: aşağı imkanlı fotoşəkil, 

Meqabayt (Mbayt) 1 000 000 bayt, 

1 Mbayt: kiçik roman və ya 1 floppi-disk, 

2 Mbayt: yüksək imkanlı fotoşəkil, 

5 Mbayt: Vilyam Şekspirin əsərlərinin yığılması, 

10 Mbayt: yüksək keyfiyyətli 1 dəqiqəlik audioyazı, 

Ardı →

Hava nəqliyyatından istifadə

Hava nəqliyyatından istifadə edərkən təyyarənin havasının tənəffüs yolu və ürək xəstəliklərini bir qədər çətinləşdirdiyini bildirən türkiyəli mütəxəssis Əmrə İlhan bu səfərləri rahat keçirə bilmək üçün bir sıra təkliflər irəli sürür.

Burun tutulmaları ürək xəstəliklərini daha da ağırlaşdıra bilər. Təyyarədəki oksigenin miqdarı havadakından az ola bilər. Bu vəziyyət sağlam insanlarda problemə səbəb olmasa da, burun tutulmasından əziyyət çəkənlərdə tənəffüsün çətinləşməsinə, ağ ciyər və ürək xəstəliyi olanların vəziyyətini isə daha da ağırlaşdıra bilər. Buna görə də həmin xəstələr yaxşı olar ki, müalicə aldıqdan sonra təyyarədən istifadə etsinlər.

Təyyarədə saqqız çeynəməklə qulağın sağlamlığını qorumaq olar. Təyyarədəki hava təzyiqinin təyyarə qalxarkən, yaxud enərkən dəyişməsi nəticəsində qulaqda eşitmə itkisi ola bilər. Qulağın sağlam eşidə bilməsi üçün qulaq pərdəsinin xarici qulaq yoluna baxan tərəfindəki, yəni xarici qulaq yolundakı təzyiqlə qulaq pərdəsinin arxasında qalan orta qulaq boşluğundakı təzyiq eyni olmalıdır.


Ardı →

GOOGLE yaranması haqda

İnternet dünyası ilə yaxından-uzaqdan tanış olan hər bir kəs GOOGLE adına yaxşı bələddir. Bu gün internetin az qala sinoniminə çevrilən GOOGLE artıq bir çoxumuzun həyatına daxil olmuş, internet fəaliyyətlərimizdə əvəzolunmaz resursa çevrilmişdir. Gündə yüz milyonlarla insan tərəfindən müraciət edilən google.com axtarış sistemi və portalı hal-hazırda dünyanın ən inkişaf etmiş internet resursu sayılır. Özünün iqtisadi gücü və təqdim etdiyi xidmətlərin mübahisəsiz üstünlüyü ilə bütün dünyanı heyrətə gətirən GOOGLE internet şirkətinin qısa, ancaq maraqlı quruluş tarixcəsi var.


Ardı →

Mobil telefonun yaradıcısı.

Hazırda mobil telefonlardan istifadə gündəlik həyat normasına çevrilib. Bu cihaz vasitəsilə insanlar bir-birilə əlaqə saxlayır, musiqiyə qulaq asır, şəkil və video çəkir, qlobal şəbəkənin imkanlarından yararlanır, eyni zamanda müxtəlif çeşidli xidmətlərdən istifadə edir. Həyatımızın ayrılmaz parçasına çevrilən bu mükəmməl ixtiranın müəllifi amerikalı alim Martin Kuperdir.

Qısa avtobioqrafiyası  
M.Kuper 1928-ci il, 26 dekabr tarixində Çikaqoda (ABŞ) Ukraynadan mühacirət etmiş yəhudi ailəsində dünyaya gəlib. O, 1950-ci ildə İllinoys Texnologiya İnstitutunu mühəndis-elektrotexnik ixtisası üzrə bitirib.  Martin ABŞ-ın Hərbi-Dəniz Qüvvələrində  zabit kimi xidmət edib. Koreya müharibəsindən sonra Martin teletaypın yaradılması üzərində iş həyata keçirən  “Western Electric” şirkətində işə düzəlir. Lakin 1954-cü ildən “Motorola” şirkətində işləməyə başlayır. Bu zaman Kuper təhsil almağa davam edirdi. O, İllinoys Texnologiya İnstitutunda elektrotexnika üzrə magistr dərəcəsinə layiq görülür və şirkətdə çalışmaqla yanaşı, pedaqoji fəaliyyətlə məşğul olur. Kuper  “Motorola” şirkətində avtomobil radiotelefon şəbəkəsinin təkmilləşdirilməsi ilə məşğul olurdu. Bu vasitə tamamilə böyük və narahat olmasına baxmayaraq çox məşhur idi və bu məşhurluq sürətlə artmaqda davam edirdi. 1970-ci illərin əvvəllərində  Kuper avtomobil telefoniyası üçün məsuliyyətli bölmənin rəhbəri postunu tutdu.  


Ardı →

Fotolarda gözəl düşməyin sirləri

Bəzi insanalr gözəl olmadığı halda fotolarda gözəl düşür. Bəziləri isə həyatda qeyri-adi gözəlliyiə malik olsa da, şəkildə çirkin düşür.  Şəkillərinizi çəkinmədən və utanmadan sevdiyiniz insanlara göstərmək üçün 10 məsləhətə əməl edin.

1. Hər zaman təbii olun. Poz verməyə çalışaraq özünüzü sıxmayın.

2. Çiyinlərinizi şəkil çəkdirərkən dik tutun. Belə daha təbii görənəcəksiniz.

3. Alkoqol qəbul etdikdən sonra heç vaxt şəkil çəkdirməyin. 3 qədəhdən sonra gözləriniz axacaq.

4. Küçədə şəkil çəkdirəndə kölgəli yer seçin. Çünki kölgəli yerdə hər qadın gözəl düşür.

5. Şəkil çəkdirəndə çənənizi azca yuxarı qaldırın.

6. Şəkildə arıq düşmək üçün obyektivin yuxarıda, uzun görünmək üçün isə azca aşağıda olmağı lazımdır.

7. Fonun və rəngin eyni tonda olmamasına diqqət edin.

8. Solğun və aşırı parlaq dodaq bayası yerinə, təbii tonlara üstünlük verin.
Ardı →