Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 610 topik

Ağaclar haqqında maraqlı faktlar

1. Ən qədim ağac Avstraliya mikrozamiyasıdır. Bunlar 5-7 min il yaşıyırlar. Ayrıca ekzemplarlar isə 15 000 ilə kimi yaşaya bilirlər. İkinci yerdə Mafusayl adında şam ağacıdır. Onun yaşı 4800 ildir, Kaliforniyanın «White Mountains» parkındadır

2.Bir ağac ildə 120 kiloqram oksigen ayırır. Bu iki insanı təmiz hava ilə təmin eləmək üçün kifayətdir.

3. Ətirli qatran qurudulmuş ağac şirəsindən hazırlanır.

 4. Tozağacı ildə milyondan çox toxum istehsal edir.

5. Əgər hər «New York Times» qəzetinin oxucusu öz nüsxəsini təkrar emala təhvil versə 75 000 ağacı qorumuş olar.

6. Palıd ağacının odununda və yarpaqlarında 400 000 tırtıl (kəpənək qurdu) mövcuddur.

7. Eksprimentlər göstərib ki, xəstəxana otaqlarının pəncərəsi yaşıl zonaya, parklara, meşələrə açılan xəstələr daha tez sağalırlar.

8. Araxis fındıq növü deyil, paxlalılar sinifinə daxildir.

Ardı →

Ekzabayt

Kilobayt (Kbayt) 1 000 bayt,

2 Kbayt: bir çap səhifəsi, 

100 Kbayt: aşağı imkanlı fotoşəkil, 

Meqabayt (Mbayt) 1 000 000 bayt, 

1 Mbayt: kiçik roman və ya 1 floppi-disk, 

2 Mbayt: yüksək imkanlı fotoşəkil, 

5 Mbayt: Vilyam Şekspirin əsərlərinin yığılması, 

10 Mbayt: yüksək keyfiyyətli 1 dəqiqəlik audioyazı, 

Ardı →

Hava nəqliyyatından istifadə

Hava nəqliyyatından istifadə edərkən təyyarənin havasının tənəffüs yolu və ürək xəstəliklərini bir qədər çətinləşdirdiyini bildirən türkiyəli mütəxəssis Əmrə İlhan bu səfərləri rahat keçirə bilmək üçün bir sıra təkliflər irəli sürür.

Burun tutulmaları ürək xəstəliklərini daha da ağırlaşdıra bilər. Təyyarədəki oksigenin miqdarı havadakından az ola bilər. Bu vəziyyət sağlam insanlarda problemə səbəb olmasa da, burun tutulmasından əziyyət çəkənlərdə tənəffüsün çətinləşməsinə, ağ ciyər və ürək xəstəliyi olanların vəziyyətini isə daha da ağırlaşdıra bilər. Buna görə də həmin xəstələr yaxşı olar ki, müalicə aldıqdan sonra təyyarədən istifadə etsinlər.

Təyyarədə saqqız çeynəməklə qulağın sağlamlığını qorumaq olar. Təyyarədəki hava təzyiqinin təyyarə qalxarkən, yaxud enərkən dəyişməsi nəticəsində qulaqda eşitmə itkisi ola bilər. Qulağın sağlam eşidə bilməsi üçün qulaq pərdəsinin xarici qulaq yoluna baxan tərəfindəki, yəni xarici qulaq yolundakı təzyiqlə qulaq pərdəsinin arxasında qalan orta qulaq boşluğundakı təzyiq eyni olmalıdır.


Ardı →

GOOGLE yaranması haqda

İnternet dünyası ilə yaxından-uzaqdan tanış olan hər bir kəs GOOGLE adına yaxşı bələddir. Bu gün internetin az qala sinoniminə çevrilən GOOGLE artıq bir çoxumuzun həyatına daxil olmuş, internet fəaliyyətlərimizdə əvəzolunmaz resursa çevrilmişdir. Gündə yüz milyonlarla insan tərəfindən müraciət edilən google.com axtarış sistemi və portalı hal-hazırda dünyanın ən inkişaf etmiş internet resursu sayılır. Özünün iqtisadi gücü və təqdim etdiyi xidmətlərin mübahisəsiz üstünlüyü ilə bütün dünyanı heyrətə gətirən GOOGLE internet şirkətinin qısa, ancaq maraqlı quruluş tarixcəsi var.


Ardı →

Mobil telefonun yaradıcısı.

Hazırda mobil telefonlardan istifadə gündəlik həyat normasına çevrilib. Bu cihaz vasitəsilə insanlar bir-birilə əlaqə saxlayır, musiqiyə qulaq asır, şəkil və video çəkir, qlobal şəbəkənin imkanlarından yararlanır, eyni zamanda müxtəlif çeşidli xidmətlərdən istifadə edir. Həyatımızın ayrılmaz parçasına çevrilən bu mükəmməl ixtiranın müəllifi amerikalı alim Martin Kuperdir.

Qısa avtobioqrafiyası  
M.Kuper 1928-ci il, 26 dekabr tarixində Çikaqoda (ABŞ) Ukraynadan mühacirət etmiş yəhudi ailəsində dünyaya gəlib. O, 1950-ci ildə İllinoys Texnologiya İnstitutunu mühəndis-elektrotexnik ixtisası üzrə bitirib.  Martin ABŞ-ın Hərbi-Dəniz Qüvvələrində  zabit kimi xidmət edib. Koreya müharibəsindən sonra Martin teletaypın yaradılması üzərində iş həyata keçirən  “Western Electric” şirkətində işə düzəlir. Lakin 1954-cü ildən “Motorola” şirkətində işləməyə başlayır. Bu zaman Kuper təhsil almağa davam edirdi. O, İllinoys Texnologiya İnstitutunda elektrotexnika üzrə magistr dərəcəsinə layiq görülür və şirkətdə çalışmaqla yanaşı, pedaqoji fəaliyyətlə məşğul olur. Kuper  “Motorola” şirkətində avtomobil radiotelefon şəbəkəsinin təkmilləşdirilməsi ilə məşğul olurdu. Bu vasitə tamamilə böyük və narahat olmasına baxmayaraq çox məşhur idi və bu məşhurluq sürətlə artmaqda davam edirdi. 1970-ci illərin əvvəllərində  Kuper avtomobil telefoniyası üçün məsuliyyətli bölmənin rəhbəri postunu tutdu.  


Ardı →

Fotolarda gözəl düşməyin sirləri

Bəzi insanalr gözəl olmadığı halda fotolarda gözəl düşür. Bəziləri isə həyatda qeyri-adi gözəlliyiə malik olsa da, şəkildə çirkin düşür.  Şəkillərinizi çəkinmədən və utanmadan sevdiyiniz insanlara göstərmək üçün 10 məsləhətə əməl edin.

1. Hər zaman təbii olun. Poz verməyə çalışaraq özünüzü sıxmayın.

2. Çiyinlərinizi şəkil çəkdirərkən dik tutun. Belə daha təbii görənəcəksiniz.

3. Alkoqol qəbul etdikdən sonra heç vaxt şəkil çəkdirməyin. 3 qədəhdən sonra gözləriniz axacaq.

4. Küçədə şəkil çəkdirəndə kölgəli yer seçin. Çünki kölgəli yerdə hər qadın gözəl düşür.

5. Şəkil çəkdirəndə çənənizi azca yuxarı qaldırın.

6. Şəkildə arıq düşmək üçün obyektivin yuxarıda, uzun görünmək üçün isə azca aşağıda olmağı lazımdır.

7. Fonun və rəngin eyni tonda olmamasına diqqət edin.

8. Solğun və aşırı parlaq dodaq bayası yerinə, təbii tonlara üstünlük verin.
Ardı →

Hündür və ya yastıdaban ayaqqabılar sağlamlıq üçün eyni dərəcədə təhlükəlidir.

Rusiyanın Lapino Kliniki Hospitalının həkimləri həm hündür, həm də yastıdaban ayaqqabıların insan orqanizmi üçün nə dərəcədə təhlükəli olduğunu araşdırıblar. Onların fikrincə, yastıdaban ayaqqabılardan ayaq barmaqlarının əyilməsi və onurğa yırtıqları əmələ gələ bilər. Hündürdaban ayaqqabılar isə sınıq və çıxıqların baş verməsi təhlükəsi yaradır. Araşdırmanın rəhbəri Yelena Litvinanın sözlərinə görə, hündürdabanlı ayaqqabıda gəzmək təhlükəsiz deyil. Bu, bir çox hallarda topuğun ( və ya hər iki topuğun) sınığı, pəncələrin çıxığı ( və ya burxulması) ilə müşayət olunur. Hündürdaban ayaqqabı geyinərkən tez-tez yıxılmalar baş verir ki, bu, baldırla pəncəni birləşdirən oynağın və ya pəncə bağlarının qırılmaları ilə nəticələnir. Belə zədələnmələr uzunmüddətli, bəzən isə sınıqlar zamanı olduğundan daha zəhmətli və uzun müalicə tələb edir. Hündürdaban ayaqqabıların həvəskarları ağır cərrahi müdaxilə tələb edən topuğun müxtəlif ağırlıq dərəcəli deformasiyaalrından əzityyət çəkirlər.


Ardı →

Arı gözü | Nissan's Biomimetic Robot

Məşhur avtomobil istehsalçısı “Nissan”-ın yeni texnologiyası (Nissan's Biomimetic Robot) qəzaların azalmasına hesablanıb. Şirkət, yeni texnologiyada arıların uçarkən digər həşəratlarla toqquşmasının qarşısını alan 300 dərəcə baxış bucağına malik mürəkkəb göz quruluşundan bəhrələnib. 
Nissan's Biomimetic Robot
Tokioda təşkil olunmuş “Ceatec” sərgisində nümayiş etdirilən “BR23C” prototipi 180 dərəcə bucaqda və iki metr kənardakı bütün maneələri təsbit edə bilən sensorla təchiz olunub. Obyektin önünə qəflətən bir maneə çıxdıqda məlumat sistemə ötürülür və təkərlərin istiqaməti ani manevrlə çevrilir. Nissanın hədəfi bu texnologiyanı yaxın gələcəkdə avtomobillərdə tətbiq etməkdir. 

Ardı →

Göz yaşı

Sevincli anlarımızda, kədərli zamanlarda göz yaşlarımızı tuta bilmirik. Səbəbləri çox dəyişik olsa da bütün bu kimi hadisələr qarşısında gözlərdən axan damlalar ruhi bir boşalma təmin edir.

İnsan ağladıqca açılır, özünü bir az daha gümrah hiss edir. Gözlərimizə davamlı gözyaşı ifraz olunur. Bu göz qırpmamız gözlərimizi qoruyur və davamlı nəmli qalmasını təmin edir.  Gözümüzdə mükəmməl bir göz yaşı daşıma və boşaltma sistemi vardır.

Təxmini hər 6 saniyədən bir göz qırpılması əməliyyatı təkrarlanır. Bu 60 il yaşayan bir insanın bütün ömrü boyunca 250 milyondan çox göz qırpması mənasına gəlir.

Göz qapaqlarının gözə zərər vermədən açılıb bağlana bilməsi də göz yaşının yaratdığı sürüşkənlik sayəsində reallaşır. Göz yaşının 98,2 %-i  sudur. Geri qalan qisimdə duzlar və digər maddələr toplanır.


Ardı →

Eşşək südünün inanılmaz faydası


Eşşək südü xərçəng xəstəliklərinə yaxşı təsir etdiyi və az tapıldığı üçün 1 litri 50 dollara satılır. Süleyman Dəmirəl Universitetinin professoru Zübeydə Öner eşşək südünün ana südünə bənzədiyini söyləyib. Eşşək südü ən çox Çində sağılır.
Mütəxəssisin sözlərinə görə eşşək südü Avropada da yayılmağa başlayıb. Bunun ən böyük səbəbi, tərkibindəki şəkər və protein baxımdan ana südünə çox yaxın olmasıdır.


Ardı →