Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 612 topik

Qəpiyi nə üçün suya atırlar?

Dünyada olan bəzi müasir adətlər qədim astroloji mənşəlidir.
Fəvvarəyə, çaya, dənizə qəpik atmaq adəti qəlbində bir arzu tutmaq və ya bu yerlərə bir də qayıtmaq məqsədi ilə edilir.
Yuxarıda qeyd edilən adətin kökü eramızdan 4.000 min il əvvələ, Buğa və Qoç astronomik dövrunə gedib çıxır. Həmin dövrlərdə insanlar guya, öz Tanrıları ilə “birbaşa”, yəni – qurbanvermə vasitəsilə əlaqə saxlayırmışlar. Tanrılar dedikdə, o zamanlar kainatda dövr edən planetləri nəzərdə tuturdular. İnsanlar qurban verməklə onların həyatında əziyyət və problemlər yaradan planetləri rəhmə gətirirmişlər.

Davamı →

Şenonso

Şenonso adlı böyük bir ərazinin ilk öncə sahibi De Mark adlı şəxs olmuşdur. Sonra o, bu ərazini maddi çətinliklərlə üzləşməsi nəticəsində hissə-hissə satmaq qərarına gəlmişdir.
Tomas Boye adlı şəxs bu ərazini almış və onun yeni sahibi olmuşdur. Tomas bu ərazidə tikilmiş qəsri yeni üslubda tikdirmək qərarına gəlir və köhnə qəsri uçuraraq onun yerində yeni, gözəl Renassans stilində bir qəsr tikdirir. Qəsrin ətrafında isə çöx gözəl ağac və gül- çiçək bağları saldırır.

Davamı →

Şərq təbabətinin 10 SİRRİ

Şərq təbabətinin sadə qaydaları ömrü uzadır.
1. Təbəssümün müalicəvi gücü
Gözlərinizlə həmişə ürəkdən gülümsəməyi və ürəyinizi sevgi ilə doldurmağı unutmayın. Bu, bütün xəstəliklərin qarşısının alan profilaktik tədbirdir. Kədərli, qəzəbli, depressiv olduğunuz, ağladığınız və ya sinirli olduğunuz zaman orqanlar zəhərlər ifraz edir, ancaq xoşbəxt, xoşsimalı və gülərüz olsanız, bədən bal kimi şəfalı maye ifraz edəcək.

Davamı →

İnsanlarda əməkdaşlığın mənşəyi

İnsanın da daxil olduğu bəzi primat növlərində qrupdakı digər fərdlərə kömək etmək, bunu özbaşına etmək tez-tez müşahidə edilən bir davranış növü. Halbuki şimpanzelər üçün bundan bəhs edə bilmirik. Yaxşı, bizi əməkdaşlığa meyilli edən xüsusiyyətimiz haradan gəlir?
Uzun illər yalnız insana aid olduğu, insanı yeganə etdiyi iddia edilən bir çox xüsusiyyət son zamanlarda bu mülahizəni tənqidçi bir dünyagörüşüylə ələ alan araşdırmalarla yeni bir ölçü qazanır.

Davamı →

29 fevralın sirri

E.ə. 46-cı ildə Roma imperatoru Yuli Sezar təqvimdəki qarışıqlığı aradan qaldırmağı tapşırır. O zamana qədər il 365 gün 6 saat hesablanırmış. Misirli astroloq Sosiginesin hesablaması ilə ilin 365 gün çəkməsi, hər ildən qalan 6 saatın isə təqvimə 4 ildən bir əlavə olunması qərara alınır.
Beləliklə, il dörd ildən bir 366 gün çəkir. 366 gün 12 bərabər hissəyə bölünmədiyi üçün 6 ay 30 gün, 6 ay isə 31 gün müəyyən edilir. Sezarın əmri ilə 365 gün çəkən illərin son ayından 1 gün çıxılır. O zaman ilin son ayı fevral olduğundan bu ay 4 ildən bir 30, digər illərdə isə 29 gün hesablanır. Sezar başqa bir əmri ilə aylardan birinə — iyul ayına öz adını verir.

Davamı →

Təbii daşların möcüzəvi faydaları

Evizində pozitiv enerji yaratmaq və daha rahat ab-hava qurmaq istəyirsinizsə, otaqlarınızı dekorasiya edərkən dəyərli daşlardan istifadə edə bilərsiniz. Evinizin pozitiv enerjisini artıracaq daşlarla sizi tanış edir.
Ametist daşı
Lavanda və bənövşəyi rənglərdə olan ametist daşı evdəki neqativ enerjini təmizləyir. Ailə üzvləri üzərində pozitiv təsiri var. Narahatlıq və yorğunluğu özünə çəkir.

Davamı →

Dahilər niyə dəli olurlar

Dahilərin həyatları ilə maraqlananda, demək olar ki, hər birinin hansısa ruhi-psixoloji probleminə, nədənsə asılılığına, ağılalmaz vərdişlərinə və s. rast gəlirik. Dahi fizik Nikola Teslanın zinət əşyalarından, körpülərdən və seksdən qorxması, riyaziyyatçı Con Nəşin hallisünasiyalar görməsi, yazıçı Markes de Sadın seksual asılılığı və qeyri-adi seksual fantaziyaları, aktyor-rejissor və teatr nəzəriyyəçisi Antonin Artaudun pişiklərlə danışması və özünü ac saxlaması, rejissor Alfred Hiçkokun yumurtadan qorxması, rəssam Van Qoqun öz qulağını kəsməsi və digər bu kimi çoxsaylı misallar çəkmək olar.

Davamı →

Musa Sədrinin kilsədə, xristianlar qarşısında etdiyi məşhur, tarixi çıxış

Livan xristianları rəhbərinin də iştirak edirdiyi bu tədbirdə, dialoq və həmrəylik məsələsində xristian tayfaların dini və siyasi mövqelərini yüksək səviyyədə dəyərlandirdiyinə görə İmam Musa Sədrə təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Livanın keçmiş prezidenti Şarl Hələv bu barəda deyir: Xristianlıq tarixində ilk dəfədir ki, katolik olmayan bir ruhani, katolik kilsəsində xitabət kürsüsündən möminlər üçün belə bir söhbət edir. Bu hadisə nəinki təəccüblüdür, bəlkə üzərində uzun müddət dərin təfəkkür ve düşüncəyə ehtiyac olan bir hadisədir. İmam Musa sədrin sonrakı proqramı xristian rəhbarlərini cümə namazında xütbə oxumaq üçün dəvət etmək idi, amma vətəndaş müharibəsinin başlanması üzündən bu proqram həyata keçmədi.

Davamı →

Daha artıq içməyimiz günahdır

Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da… Su ilə bağlı danışarkən dahi Nizaminin dediyi bu beyt yada düşür. Artıq içiləndə dərd versə də, danılmaz həqiqətdir ki, canlı həyatın davamı üçün ən zəruri qaynaq sudur. Zəruri olduğun dərk etsək də, bir gün tükənəcəyini düşünə bilmirik. İstər məişətdə, istər iş həyatında sudan bolluca istifadə edirik. Məsələn, adicə dişlərimizi fırçalayanda, yaxud isti suyun gəlməsini gözləyəndə az su israf etmirik. İsrafçılığın qarşısını almaq üçün cəmiyyət olaraq inci saflığına incə münasibətimizi necə formalaşdıra bilərik?

Davamı →

Yəhudiləri başqa millətlərdən fərqləndirən xüsusiyyətlər

Xəritədə elə bir ölkə tapmaq mümkün deyil ki, yəhudi millətinin nümayəndələri orada məskən salmasın. Bütün ölkələrdə bu millətin nümayəndələrinə yerli sakinlər ehtiyatla və antipatiyayla yanaşırlar.
Bəs yəhudiləri başqa millətlərdən fərqləndirən cəhətlər hansılardır?
Siyasət
İsrail dünyada ən mübahisəli ölkələrdən biridir, demək olar ki, təsadüfən və ingilislərin iradəsi ilə yaradılıb. Hazırda İsrailin baş naziri postunu konservativ-millətçi Likud partiyasının sədri Benyamin Netanyahu tutur. Bu partiyanın proqramı suveren dövlət kimi Fələstin Dövlətinin yaradılmasını tamamilə rədd edir.
Davamı →