Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 606 topik

Saraya yeniliklər gətirən Şahzadə

Edinburq hersoqu elm və texnologiya və bunların inkişaf edən cəmiyyətə töhfələrinə vurğun bir modernizator idi.
Onun bu xarakteri bir kraliçanın həyat yoldaşı kimi sələfi şahzadə Albert ilə üst-üstə düşür. Belə ki, sənaye inqilabı nəticəsində açılan imkanlardan ruhlanan Albert 1851-ci ildə Böyük Sərgi təşkil etmişdi.
Hər zaman köhnə qaydalara uymayan şahzadə Philip də şahzadə Albert kimi tənqidlərə məruz qalırdı.

Davamı →

Təyyarədə bunları etmək olmaz

Təyyarə nəqliyyatın ən məşhur növlərindən biridir. Zaman itkisi olmadan Yer kürəsinin istənilən nöqtəsinə çatmağımıza imkan verir. Lakin uçuş zamanı özünüzün və ətrafdakılarınızın komfortu naminə müəyyən qaydalara əməl etmək mütləqdir. Bəs təyyarədə nələr qadağandır:
Uçuş və enmə zamanı təhlükəsizlik kəmərlərini açmaq, ayağa qalxmaq və salonda gəzmək
Yıxılma və travmadan qorunmaq üçün bütün sərnişinlərin sakit şəkildə yerində oturması tələb olunur.

Davamı →

Həzrəti Mehdi kimi zühur etməyən sülh

“Sülh” anlayışı böyük dövlətlərin, güclü xalqların uydurması, düşüncəsinin məhsuludur. Bir az axtarış eləsək, görərik ki, “sülh”ün daim adı olub, özü yox, ona hava və su kimi ehtiyacı olan xalqlar həmişə sülhü dördgözlü gözləsələr də sülh Həzrəti Mehdi kimi bu vaxta qədər heç bir yerdə zühur etməyib.
Bütün böyük dövlətlərin taleyi hər zaman müharibələrlə keçib, elə indi də o cürdür. Hərəsinin başı bir müharibəyə qarışıb. Əgər kimsə sülh istədiyini deyirsə, inanmayın, yalandır.

Davamı →

Təkamülçülər dindarları necə əsəbiləşdirir?

Yuval Harari «Sapiens» kitabında yazır ki, xoşumuza gəlsin, ya da gəlməsin, böyük meymunlar adı verilən gurultulu qrupun üzvüyük. Yaşayan ən yaxın qohumlarımız arasında şimpanzelər, qorillalar və oranqutanlar var. Şimpanzelər bunların bizə ən yaxın olanıdır.
İndi siz bunu oxuyanda qəzəblənəcəksiniz. Təsəvvür eləyin, bu cümlələri gedib atanıza, yaxud dayınıza deyirsiniz. Başınızdan bir dumbuz vurub sizi kiridəcək: «Qələtini elə!»

Davamı →

Sualtı dalğıcların döyüşçü kimi istifadəsi və soyuq əl

Hamısı mətbəxdəki evdar qadınlar tərəfindən istifadə olunan adi mətbəx bıçağı ilə başladı. O gecə bizə qonaq gələn adam bıçağın quruluşunu diqqətlə öyrəndi. Sonradan onunla baş verən söhbəti uzun müddət unuda bilmədim, çünki o çox qeyri-adi bir insan — istefada olan sualtı döyüşçü idi.
Dalğıc peşəsi ən təhlükəlilərdən hesab olunur: «Sankt-Peterburqdan olan alimlər 19 yaşdan 55 yaşa qədər bütün ixtisaslar üzrə 24 il dalğıc təcrübəsi olanlar arasında araşdırma aparıblar.

Davamı →

Yayı olmayan il

Bu hadisələri təsvir edəndə adətən başdan danışırlar, amma bu dəfə icazə verin, mən sondan başlayım.
1816-cı ilin iyun ayıdır. Cenevrə gölünün sahillərinə istirahətə gələn bir qrup ingilis ziyarətçi özlərini dörd divar arasına könülsüz həbs edib. Hava o qədər soyuqdur ki, axşamlar villanı isitmək üçün az qala bütün buxarıları qalamaq lazım gəlir.
Villanın dustaqları arasında gələcəyin məşhurları Bayron, Persi Şelli və Meri Godvin də var – sonuncunun adı sizə tanış gəlmədisə, gələcəkdə Meri Şelli. Çox güman, uzun söhbətlərin mövzusu yenə də siyasət və qeybətdir, amma, inter alia, kültürdən və sənətdən də danışırlar. Bir də ən yaxşı XIX əsr adətlərinə uyğun şəkildə kitab oxuyurlar – yəni bir nəfər bərkdən oxuyur, digərləri diqqətlə qulaq kəsir. Onların hansı kitabı oxuduğu bizə dəqiq məlumdur: Fantasmagoriana. Alman qorxulu nağıllarının fransız dilində anonim antologiyası.

Davamı →

Duz haqqında

Keçmişdə duz çox bahalı idi. Duz pul kimi istifadə olunurdu, duz müharibələrin və çaxnaşmaların səbəbi olurdu.
Süfrəyə duz bahalı qablarda verilirdi, duz bolluğun, varlılığın rəmzi sayılırdı. Bəzi xalqlarda (ruslar, ukraynalılar və s.) hörmətli qonağı çörək və duzla qarşılamaq adəti indiyə kimi qalmaqdadır.
Keçmiş əsrin 60-cı illərində duza «ağ ölüm» adını verdilər və bir çox xəstəliklərin taqsırkarı (hipertoniya, ürəyin işemik xəstəliyi, böyrək çatışmazlığı, piylənmə və s.) kimi qələmə verdilər.

Davamı →

Paraşütü kim icad edib?

Leonardo da Vinçinin ideyaları rus aktyoru və ixtiraçısı Qleb Kotelnikovun ölməz dizaynına necə sirayət etdi
İxtira demək olar ki, mükəmməlliyə gətirildikdə, hər kəs üçün əlçatan olduqda, bizə elə gəlir ki, bu predmet əbədi olmasa da, heç olmasa çoxdandır ki, mövcuddur. Bu radio və ya avtomobil ilə əlaqəli olmasa da, paraşütlə demək olar ki, təxminən belədir. Hər bir ixtiranın mütləq bir doğum tarixi və mütləq bir «valideyni» mövcuddur.

Davamı →

Qara qızıldan yaşıl qızıla?

Son zamanlar marixuana (çətənə kolu, kannabis) Azərbaycan ictimaiyyətində müzakirə edilən mövzulardan birinə çevrilmişdir. Lakin KİV ictimaiyyətə bu bitki barədə dolğun məlumat verə bilməmiş, əksinə zehinlərdə daha çox sualların yaranması və köhnə stiqmaların yenidən canlanmasını şərtləndirmişdir.
Beləliklə, marixuana nədir, haradan gəlir və ondan kimlər istifadə edir?
Arxeloji qazıntılara əsaslanaraq demək olar ki, marixuana ilk dəfə baba yurdumuz olan Orta Asiyada kütləvi şəkildə istifadə olunub. Eramızdan əvvəl 2737-ci ildə qədim Çin İmperatoru, çin xalq təbabətinin banisi Şen Nung yazılarında çətənə kolunu ağrıkəsici, sakitləşdiri bir bitki kimi klassifikasiya edir.

Davamı →