Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 610 topik

Əqiq

Əqiq xalçedonlar sinfinə aid daşdır. Zəngin rənləri var. Daş öz adını Siciliyada yerləşən Aqates adasının adından götürüb. Adi əqiq şəffaf boz və mavi rənglərdən ibarətdir. Əqiqdə həm də müxtəlif rənglər: ağ, boz, sarı, mavi və qara rənglər birləşə bilər.

Qədim Misirdə hesab edilirdi ki, əqiq talismanı xatadan bəladan qoruyur, susuzluğu yatırır. Göz şəkilli əqiqdən heykəllərin gözlərini bəzəmək üçün istifadə edilirdi.
Əqiq həmçinin qədim yunanlara və romalılara da məlum idi. Qədim yunan filosofu Teofrast onu roma ilahəsi Pomoneyə həsr edilmiş daş kimi xatırlayır. Pomone bağbanlığı, məhsulu, bostançılığı qoruyan ilahə idi. Elə hesab edilir ki, əqiq şarları məhsulu donmadan qoruyur. Ona görə də onu məhsulla maraqlanan kəslər talisman kimi istifadə edirdilər.
Davamı →

Nəm saçlarla yatmağın ziyanları

Yuduqdan sonra saçları tam qurutmadan yatmaq həqiqətən çox ziyanlıdır.

1. İlk növbədə bu kəpəyin əmələ gəlməsinə və artmasına səbəb olur. Məsələ burasındadır ki, kəpəyin əmələ gəlməsinə səbəb olan mikroskopik göbələk bir çoxlarımızın baş dərisində yaşayır. Saçlara düzgün baxım göbələyin artmasının qarşısını alır. Lakin nəm mühitdə göbələk tez çoxalmağa başlayır və bu da kəpəyin sürətlə artmasına gətirib çıxardır.

2. Suyun təsirindən saçlar kövrək və zəif olur, tez qırılır, asan tökülür. Bu səbəbdən daim yaş saçla yatan insanın saçları cansız görünür, tökülür. Mütəxəssislər suyun təsirini azaltmaq üçün saçları yuduqdan sonra mümkün qədər tez qurutmağı tövsiyə edirlər.
Davamı →

Tər qorxusundan qurtulmağın sadə yolu

Yay aylarında hər kəs tərləyir və bunun nəticəsində də yaranan xoşagəlməz qoxu insanlarda narahatlıq hissi yaradır. Mütəxəssislər isə bildirir ki, insanın tərləməsi normal haldır və orqanizm üçün faydalıdır. Bəs bu halda pis qoxunu necə aradan qaldırmaq olar? Limon və sirkədən istifadə etməklə tərləsəniz belə sizdən pis qoxu gəlməyəcək.

Tətbiq üsulu:
Bir neçə damcı limonu və ya alma sirkəsini qoltuq altınıza sürtün. Tərləsəniz də, təxminən səkkiz saat qoxu hiss etməyəcəksiniz. Unutmayın ki, sirkə qoxusu bir neçə dəqiqə içində uçur. Həmçinin qoltuq altınızın qaralmasından da şikayətçisinizsə, limon damcıları buna da kömək edəcək.

Limonu və ya alma sirkəsini pambığa damcıladaraq istifadə edin. İstəsəniz, alma sirkəsini bir az sulandırarak kiçik bir sprey şüşəsinə doldurub yanınızda da götürə bilərsiniz.
Davamı →

Zəhərli çiçək

Bir çox evlərdə difenbahya, yəni xalqa arasında “ağlayan çiçək” kimi tanınan bu bitkini görməyə vərdiş etmişik. Ona qulluq edir, su verir və yarpaqlarını əlimizlə yuyuruq. Amma aparılan araşdırmalara əsasən bu çiçəyin zərərli ola biləcək əlamətlərinin də mövcudluğu ortaya çıxıb. Belə ki, türkiyəli uşaq həkimi Ümid Sarıcısı bu ev bitkisinin xüsusən uşaq böyüyən evlər üçün təhlükəli olduğunu bildirib.

Həkim və qrupu tərəfindən aparılan araşdırmalara görə, difenbahyaya əllə toxunmaq və iyləmək belə, zərərlidir: “Difenbahyanın səbəb olduğu zəhərlənmə hallarında gülün yarpaqlarının əllə ovulması, qoparılması və tapdalanması nəticəsində əl, dil və dodaqlarda şişmə, yanma, ağrı meydana gələ bilər. Eyni zamanda, nəfəs yolu tıxanıqlığı, tənəffüs çatışmazlığı kimi ciddi problemlər də ortaya çıxır:
Davamı →

Təklik təhlükəlidir

“Bağlanma” teoreminin yaradıcısı olan ingilis psixiatrı Con Boulbi etibarlı və yaxın duyğusal münasibətlərə ehtiyacla doğulduğumuzu və bunun beşikdən məzara kimi davam etdiyini vurğulayıb. Son zamanlar psixoloji sahələrdə də sadəcə uşaqların deyil, böyüklərin də sağlam, xoşbəxt və uğurlu olması üçün duyğusal münasibətlərə ehtiyacı olduğu qəbul edilir.
Davamı →

Dondurma nə vaxtdan vaflidə yeyildi?


Çoxlarının sevərək yediyi dondurma konusları ilk dəfə 1904-cü ildə ABŞ-ın Missuri ştatında Ümumdünya sərgisində kəşf olunub. Belə ki,o zamana qədər dondurma qabda yeyilirdi.

Sərgi zamanı dondurmaya tələbat böyük olduğundan onu qoymaga kağız stəkanlar çatmırdı. Dondurma satıcısı onu nəyə qoyub satacağını bilmirdi. O zaman o yaxınlıqdakı köşkdə vafli satıcısı Ernest Xamvidən kömək istəyir. Onlar dondurmanı vafliyə qoyaraq satmağa başlayırlar.

Beləliklə də,o gündən hamımızın sevərək yediyimiz ləziz təam dondurma vaflidə satılmağa başladı.
Davamı →

Gündə neçə addım atmaq lazımdır?


Sağlam bir insan hər gün ortalama 8.000-10.000 aralığından atddım atmalıdır və bu addımların sayı 7.500-dən az olmamalıdır. Gün ərzində bu saylara çatmağı bacara bilsəniz, həm sağlamlığınız baxımından yaxşı olar, həm də bir probleminiz yoxdursa, çəki problemi yaşamaq riskinizi aradan qaldırmış olar.

10.000 addım 8 km-ə yaxın bir məsafəyə bərabərdir. Gəzinti tempinizə görə dəyişməsini nəzərə almasaq, bu müddət 1 saat 40 dəqiqəyə bərabərdir. (Dəqiqədə 100 addım atırsınızsa) Gəzintinizin forması və uzunluğu məqsədiniz ilə birbaşa əlaqəlidir. Formanızı qorumaqdan əlavə arıqlamaq da istəyirsinizsə, daha çox və sürətli templə gəzməlisiniz.
Davamı →

Evdə it saxlamaq faydalıdır

Aparılan elmi araşdırmalar zamanı it sahibi olmağın insan psixologiyası və sağlamlığına müsbət cəhətdən təsir göstərdiyi təsbit edilib.

Xərçəngi təsbit edir
İtlərin qoxu alma duyğuları olduqca yaxşı inkişaf edib. Buna görə əgər bədəninizin hansısa qismində şiş əmələ gəlibsə, it bunu daha tez və yaxşı duyacaq. Şişi təsbit edən it tez-tez sizi qoxulayar və hətta həmin hissəni dişləyə də bilər.

Davamı →

Uşağın cinsi kimdən asılıdır?

Uşağın doğulması böyük bir sevinc və xoşbəxtlikdir. Təəssüf ki, heç də hər ailəyə bu sevinci yaşamaq qismət olmur. Lakin bunu anlamayan və uşağın cinsinə görə «narazı» olanlar da tapılır. Belə narazı olnaların əksəriyyəti kişilərdir — «filankəsin 2 oğlu var, mənim isə...», «oğlan olmalıdır», «oğlan istəyirəm» və s.

Qadınlar belə vəziyyətdə sıxılır, özünü günahkar hesab edir, buna görə qınaq və bəzən hətta şiddət obyektinə çevrilir. Bu «rüsvayçılıqdan» qurtulmaq üçün yazıq qadınlar nələrə əl atır — saysız selektiv abortlar, riskli hamiləliklər, hətta ölüm. Yaxın günlərdə Respublika Perinatal Mərkəzində baş vermiş dəhşətli hadisə məhz bunun növbəti sübutudur… Bu məqalədə biz uşağın cinsinin necə formalaşdığını və əslində kimdən asılı olduğunu sizə izah edərik.
Davamı →

Niyə qadınların burnu daha kiçikdir?

Adətən, kişilərin burnu qadınların burnundan 10% daha böyükdür. Bunu elmin necə izah etdiyinə baxaq. Hər insanın fərqli forma və böyüklükdə burnunun olduğunu bilirik. Ancaq kişilərin burnunun qadınların burnundan daha böyük olması bir gerçəkdir. Bir araşdırma niyə kişilərin burnunun qadınların burnundan 10% daha böyük olduğunu açıqlayır. Lowa universitetində aparılan bir araşdırma bunun iki cinsin arasındakı bədən quruluşunun və bundan meydana gələn enerji ehtiyacının fərqli olmasından qaynaqlandığını ortaya çıxardı.

Davamı →