Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 610 topik

Sakitləşdirən 5 ətir

Beyninizin sakitləşməsi üçün bir çox yol var. Bunlardan biri də aromaterapiya yəni ətir müalicəsidir. Ətirlərin beyinə təsirləri tədqiqatlar nəticəsində sübut olunmuşdur. Siz də sakitləşmək üçün bu ətirlərdən istifadə edin:

1. Darçın
Sakitləşmək üçün yüksək təsirə malik bitkilərdən biri darçındır. Onun həm ətri, həm çayı insana müsbət enerji verir.

2. Yasəmən
Yasəmənin sakitləşdirici təsiri vardır. Yatmadan əvvəl yastığınızın üzərinə bu bənövşəyi çiçəklərdən qoyun. Rahat yuxu yatmağınızı təmin edəcək.
Davamı →

Duş alarkən edilən 5 səhv


Gündəlik duşa giririk və yuyunuruq. Bu proses olduqca adi görünsə də, edilən səhvlər dərimizə olduqca problem yarada bilər.

Duşda uzun müddət qalmaq
Uzun çəkən duş dəridə quruluğa səbəb olur. Bu quruluq qaşıntı yaradır. Ortalama duş müddəti 10 dəqiqə olmalıdır.

Duş gelinin həddindən çox istifadəsi
Dərinin təbii yağın aparan duş gellərinin həddindən çox istifadəsi dəridə quruluğa səbəb olur. Bədəndə gün ərzində yığılan yağı açması üçün olan duş gellərinin çox istifadəsi dəridəki faydalı yağların itkisi ilə nəticələnə bilər.
Davamı →

Yaşıl çay artriti müalicə edir

Vaşınqton Universiteti alimləri yaşıl çayın tərkibində güclü iltihabəleyhinə təsirə malik olan maddəni aşkar ediblər.

Tədqiqatçılar izah edir ki, hal hazırda revmatoid artritin müalicəsində istifadə olunan dərmanlar bahalıdır və uzun müddət ərzində istifadə olunduqda müxtəlif fəsadların inkişafına səbəb ola bilər. Yaşıl çayın tərkibində olan müalicəvi maddə «pigallocatechin-3-gallate» oynaqlarda ağrıları və iltihabı azalıdır, qığırdaq və sümük toxumalarını zədələmələrdən qoruyur.

EurekAlert xəbər verir ki, artıq alimlər yeni maddəni artrit xəstəliyi olan heyvanların üzərində test ediblər. Nəticədə heyvanlarda xəstəliyin simptomları azalıb, oynaqda olan şişkinlik qismən çəkilib.
Davamı →

Saçları ildə neçə dəfə boyamaq olar?

Alimlər araşdırmalar zamanı belə nəticəyə gəliblər ki, qadın saçlarını il ərzində 5 dəfədən artıq boyamamalıdır. Əks halda qadında süd vəzi xərçənginin riski artır. Nəzərinizə çatdıraq ki, süd vəzi xərçəngi qadınlar arasında ən yayılmış xərçəng növüdür. Hər il dünyada 1 mln. artıq qadına bu diaqnoz qoyulur.

The Australian xəbər verir ki, statistikaya görə qadınların bir çox hissəsi ayda 1 dəfə saçlarını boyayır. Bu zaman əksər qadınlar kimyəvi boyalardan istifadə edir. Bu hal ekspertlər tərəfindən çox mənfi qarşılanır.

Mütəxəssislər qadınlara tərkibində təbii komponentlər (xına, basma, itburnu) olan boyalardan istifadə etməyi tövsiyə edirlər. Belə boyalar sağlamlığa heç bir ziyan vurmur və eyni zamanda kimyəvi boyalardan fərqli olaraq saçların vəziyyətinə də çox yaxşı təsir edir — qidalandırır, möhkəmləndirir.
Davamı →

Yuxudan duran kimi çarpayını yığmaq olmaz!

Uşaqlıqda bizi tənbeh edirdilər ki, yuxudan duran kimi yerini toplamalısan. Valideynlər bunu övladına onunla izah edir ki, yatağı toplamaq təmizliyin vacib şərtlərindən biridir və hər kəs öz otağının təmizliyinə fikir verməlidir.

Elmi araşdırmalar bu fikri inkar edir. Tədqiqatlar göstərir ki, gigiyenik baxımdan çarpayını səhər tezdən sahmana salmaq doğru deyil. Çünki bu, toz gənələrinin yaranmasına gətirib çıxarır.

Bəs toz gənəsi nədir?
Onlar insan gözünə görünməyən balaca parazitlərdir. Bu ad onlara tozlu və çirkli mühitlərdə yaşadıqları üçün verilib. Ətrafında nə qədər çox toz olarsa, onlar özünü bir o qədər sürətlə çoxalırlar.
Davamı →

Yod, yoxsa zelyonka?

Hər bir evin aptek qutusunda bu iki vasitə mütləq tapılacaq. Hər ikisi antiseptik kimi istifadə olunur.

Görəsən, onlardan hansı daha effektlidir?
Bunu bilmək üçün məqaləmizi oxuyun. Zelyonka əslində antiseptik vasitə deyil, sintetik rəngləyicidir. Bu vasitəni XIX əsrdə İngiltərədən olan kimyaçı təsadüfən sintez edib. Yeni vasitə toxucuları çox maraqlandırıb (hamı bilir ki, zelyonkanı paltardan yumaq mümkün deyil!) və onlar vasitəni parçaların rənglənməsi üçün istifadə etməyə başlayıblar.

Zelyonkanın antiseptik xüsusiyyətləri də təsadüf nəticəsində aşkar olunub və bundan sonra zelyonka həmçini antiseptik kimi istifadə olunmağa başlayıb. Yeri gəlmişkən, zelyonkanın antiseptik xüsusiyyətləri çox da güclü deyil.
Davamı →

İmperator Kaliqula

Roma imperatoru Kaliqula öz hakimiyyət dövrünə təqdirəlayiq şəkildə başlamışdı. Belə ki, rəhbərin təhqir edilməsi ilə bağlı təyin edilmiş ciddi əmrləri ləğv edir, keçmiş imperatorların borcunu ödəyir, vergiləri endirir. O hakimiyyətə sahib olduqdan cəmi 8 ay sonra xəstələnir. Ola bilsin, imperatorun düçar olduğu xəstəlik ensefalit idi ki, bu da beyində zədələnmələrə səbəb olmuşdu. Bundan sonra Kaliqulanın davranışları tamamilə dəyişir.

Belə ki, o bir neçə qohumunu intihar etməyə məcbur etmiş, bir neçəsinə yüksək vəzifə vermiş və bundan sonra Britaniyaya səfərə hazırlaşmağa başlamışdı.

Kaliqula öz atı Incitatus üçün mərmər “imarətgah” inşa etdirir və aydın məsələ idi ki, atın bu imarətə qətiyyən ehtiyacı yox idi. Bir dəfə isə Kaliqula mühafizəçilirə amfiteatrda şirlərlə döyüşə tamaşa edən tamaşaçıların 5 ilk cərgəsini meydana atmalarını əmr edir. Bütün bu insanlar həlak olur, çünki meydana əlavə şirlər buraxılmışdı.

Kaliqula insanlara işgəncə verir və bundan böyük zövq alırdı. Son nəticədə isə bir neçə uğursuz cəhdlərdən sonra Kaliqula qətlə yetirilir.
Davamı →

Hansı daşlar nəyə xeyirlidir?

Ametist
Otaqda olan ametist daşının bir hissəciyi belə, konsentrasiyanı artırır. Ametist çox güclü enerjiyə malikdir. Ayda bir dəfə axar suyun altında qoyub, 2 saat suda saxlamaq lazımdır.

Akvamarin
Tənəffüs yollarına çox təsirli bir müalicə daşı olub, bronxit və astma tətbiq oluna bilər. Özünə inamı, ailədə harmoniyanı təmin edir. Günəşdə enerjisi daha da aktiv olur.

Davamı →

Peşələrə görə talismanlar

Bizim taleyimiz və gündəlik yaşamımıza nüfuz edən müəyyən qiymətli və mineral daşlar iş həyatımızda, karyera qurulmasında, yeni biznes yaradılmasında çox böyük köməklik göstərə bilər. Əsas məsələ sizin fəaliyyətinizə uyğun daşı seçməkdir. Sizə ayrı-ayrı peşə sahibləri üçün uğurlu sayılan qiymətli daşlar — talismanları təqdim edirik. (fotolarla da göstərilib)

Hərbçilər, polislər, xilasedicilər və yanğınsöndürənlər — sodalit, heliotrop, oniks (damarlı əqiq), qranat (süleymandaşı), kəhraba, füruzə, pişik gözü, pələng gözü, əqiq, akvamarin (göyümtül-yaşıl rəngli qiymətli daş), almaz, ametist (şəffaf göy və ya bənövşəyi rəngli qiymətli daş), jadeit (xırda şeylər qayrılan açıq yaşıl rəngində daş), zümrüd, nefrit, yaqut (qırmızı rəngli qiymətli daş), sapfir (göy yaqut), yəşəm daşı.
Davamı →

Qiymətli daşların düzgün seçilməsi

Sizin dəyərinizi vurğulayan aksessuarlardan biridə boyunbağıdır. Bu zərgərlik bəzəyi, hər bir qadının boynunda onun incə və zərifliyini vurğulamqla yanaşı diqqəti cəlb edir və baxışları heyran qoyur…

Güclü cinsin nümayəndələri də boyunda qiymətli metal bir zəncirdən istifadə edə bilərlər. Jewelry butikləri müxtəlif metallardan hər bir ölçü və növdə böyük seçim təklif edir. Biz sizə uyğun olan variantı seçməkdə köməklik edəcəyik.
Davamı →