GMAT

  • GMAT

GMAT (Graduate Management Admission Test)-insanın riyazi,verbal və analitik təfəkkürünü müəyyənləşdirmək üçün hazırlanmış ingilisdilli test. Test qərb biznes məktəblərinə və bəzi iqtisad yönümlü ixtisaslara(burada əsas GRE-dir) qəbul olunmaq üçün məcburidir. 1953-cü ildə,9 biznes məktəbinin səyi nəticəsində, müasir adı Graduate Management Admission Council (GMAC) olan təşkilat  yarandı. Təşkilatın əsas məqsədi biznes məktəblərinə yüksək səviyyəli tələbələrin seçilməsi üçün standartlaşdırılış test hazırlamaq idi. ilkin vaxtlarda test 54 biznes məktəbinə qəbul zamanı istifadə edilirdi. Lakin indi GMAT 1500 məktəb və 1800-dən çox proqramlara qəbul zamanı istifadı edilir.2005-ci ilin sonuna qədər GMAT-in aparılması Educational Testing Service (ETS) tərəfindən həyata keçirilirdi.2006-cı lin yanvar ayının 1-dən bu funksiya ACT İnc kompaniyasına verildi.Hal-hazırda ACT İnc testlərin hazırlanması, Pearson Vue isə teslərin keçirilməsini öz üzərlərinə götürüblər.

GMAT-in strukturu:

Test computer-adaptive sayılır.Bu o anlama gəlir ki, test distant(kompyuterin köməkliyi ilə) verilir və namizədin bilik səviyyəsinə uyğunlaşır.Əgər suala düz cavab verilirsə, növbəti sual daha çətin verilir və tərsinə.İlk sual həmişə orta çətinlikli olur.Bunun səbəbi kompyuterin hələ sizin imkanlarınzı bilməməsindən irəli gəlir. Siz suallara necə cavab verməyinizdən asılı olaraq sualların dərəcəsi dəyişir.

 

Birinci bölmə-Analytical Writing Assessment adlanır və iki hissədən ibarətdir. Birinci hissədə (Analysis of an Issue) sizə kiçik məqalə və ya dərslikdən bir hissə verilir. Bu bölmədə siz tam, dolğun analiz etməli və uyğun nəticələr çıxarmalısınız. Cavabınız İngilis dili qrammatikasına uyğun olmalıdır(bura təkcə cümlələrin quruluşu yox, həm də işlədilmə yeri çox vacibdir). Rəsmi olaraq sizdən öz fikirlərinizi strukturla çatdırmaq tələb olunur. İkinci hissədə (Analysis of an Argument) artıq siz öz fikirlərinizi bildirə bilməssiniz! Sizə quru fakt verilir.Sizs ya onla razılaşır ya da inkar edirsiniz(TOEFL-a heç bənzəmir). Yenə də,strukturla, ngilis dilinin nütün qanunlarını gözləməklə.Bu hissə daha çox bizneslə bağlı olduğuna görə bu sahəni yetərincə yaxşı bilməlisiniz.İngilis dili səviyyəsi bu hissədə ikincidırıcılidir.Bu bölmə 1 saat çəkir(30x2)

5 dəqiqə fasilə.Tez növbəti bölməyə keçməyin bu 5 dəqiqə sizə hava-su kimi lazım olacaq.Səbəbini indi görəcəksiniz!

İkinci bölmə-Quantitative(Hesab da demək olar) insanın riyazi abstrakt düşünmə və biliklərini yoxlayır. Birinci hissə Problem Solving adlanır. Əvvəlcə asan testlər düşür(məktəb 9-cu sinif). Sualları düzgün həll etdikcə suallar çətinləşir (həndəsə və ehtimal). İkinci hissə Data Sufficiency-də sadə hesab olunur. İki fakt verilir və bu verilənlərin suala cavab verməyə yetərli olub-olmaması soruşulur.Bu hissədə suallar bütün testlər üçün eynidir. İkinci bölmənin suallarının sayı 37, verilən vaxtsa 75 dəqiqədir.Yəni, hər suala 2 dəqiqə. Lakin asanlığına baxmayaraq bu hissə praktika tələb edir.Ümumiyyətlə GMAT praktika ilə yaxşılaşır.

5 dəqiqə fasilə

Belə analitik essey və riyazi testlərdən sonra hal qalsa növbəti bölməyə keçək :)

Beləliklə Azərbaycanlıların ən çox çətinlik çəkdikləri sahə Verbal hissə(Amma öhdəsindən gəlmək olar). Bu bölmədə namizədin qrammatika(sentence correction), Söz ehtiyatı(reading Comprehension) və məntiqi nəticə çıxarma(critical reasoning) qabiliyyəti yoxlanılır. Sentence correction hissəsində qrammatikanın müəyyən sahələri(əsasən sintaksis) yoxlanılır.Cümlə verilir və müəyyən hissəsinin (bir söz-cümlənin özü) altından xətt çəkilir.Sizdən cümlənin düzgün variantı soruşulur. Reading Comprehension hissəsi mətni anlama dərəcəsinə əsaslanır.Bu bölmə nisbətən TOEFL-da reading bölməsinə oxşayır.Nəhayət sonuncu hissə məntiqi nəticə çıxarmaq tələb olunan critical reasoning hissəsidir.Bu hissəyə riyaziyyat və ingilis dilinin sintezi də deyə bilərik. Ümumi vaxt hər üç hissə üçün 75 dəqiqə, suallarin sayı isə nisbətən çox, 41-dir

Nəzərə alın ki suallar qarışıq düşür!

Bundan sonra sizdən təsdiq gözlənilir və qeyri-rəsmi balınız sizı print versiyada təqdim olunur. Essey-lərin balı ilə birlikdə rəsmi cavab 2-3 həftəyə blinir! Ballar 200-800 arası dəyişir! Top Biznes məktəblər minimum 650-keçid balı qoyurlar(Bəziləri 700).

GMAT-in balı 5 il keçərli sayılır!

GMAT dərsləri isə mövzuya tələbdən asılı olaraq yerləşdiriləcək.

Ardı var.........

21 şərh

2ral
dəyəri qızılla ölçülə biləcək postların sayı artır:) Ardını gözləyirik.
Arzt
Razıyam Turalla.Mümkün olsa bizi daha da melumatlandır.
Wizard
Ümumi yoxsa, incəlikləri? Dərs şəklində etmək olar! Hər hissəyə aid 10-15 dərs! Amma yenə də tələb olsa!
Arzt
Tələb edənin biri mən.:-)Amma bir fikrim var.Gəl səs verməyə qoyaq ya da elə sən etdiyin kimi gözləyək.Komenti yazıb maraqlansalar onda yerləşdirərsən.
fidan
Xahiş olunur çox uzun şərh ağacı yaratmayın. GMAT bloqu yaradıb işinə onlayn dərsləri qoya bilərsiniz.
Wizard
Şərh yazmasalar mənim bu qoyduqlarımın nə mənası! Əgər 1-2 adamdan başqasına lazım deyilsə onlara şəxsi mesajla yazıb materialları çatdıraram.Daha özümə əziyyət verib Azərbaycanda analoqu və ataloqu olmayan postlar niyə yazıram!
Arzt
Sağ ol eee.Ataloquuuu:-)
Arzt
Çox sağ olun.İcazə aldıq Wizard.:-)
fidan
TOEFL,İELTS və s. haqda gələcdə bloqlar olacaq? Çünki saytda kateqoriyalar ayırmalıdır admin. İndidən planlaşdıraq.bəlkə xaricdə təhsil adlı bir bloq quraq?
Wizard
Xaricdə təhsil bloqunu da fikirləşirəm.Lakin bir nüans var. Siz dediyiniz bloqda xaricə qəbulun ümumi qaydalarını qoyarıq.(application,sənədləşdirmə proqramlar və s). TOEFL və İELTS-i bilmirəm amma GMAT dərslər şəkilində olacaq. Ona görə də qarışıqlıq yaranmasın deyə TOEFL, İELTS və GMAT-i bir bloqa qoymaq fikrimcə yaxşı ideya deyil!
2ral
Azərbaycanda ən yüksək GMAT score yığmışlar haqda məlumat yoxdur?
fidan
Demişdilər ki,ən çox bal yığan azərbaycanlı 730 yığıb. Mən belə eşitmişəm.
Arzt
Sağ ol sən…
bankir

Səhv edirsiniz. 750-ni keçən azərbaycanlılar var.


 

Wizard
Təsadüfən siz deyilsiniz?
Arzt
:-)Yox o deyil…
bankir

Hazırda çinlilər və hindistanlılar MBA üçün çox yüksək nəticələr yığır.


TOP business-schoolarda nəinki 650,heç 700 də bəzən bəs etmir. Əgər scholarship almaq istəyirsənsə və achievementin yoxdursa,gərək 720-dən çox yığasan ki,nəyəsə nail ola biləsən.

Wizard
720-760 Top school-lar üçün acceptable sayılır. Məsələn MİT MFin 650 minimum qoyur.Amma əgər 700-ü keçsən sənə əlavə üstünlükər verir. Harvard və Yale MBA-lərindən danışmağa dəyməz (750-760 min). TOP biznes məktəblər və onlara qəbul haqqında bloq olsun?
bankir

başa düşmürəm bu nə adətdir. Niyə hər dəfə icazə almaq lazımdır? Ehtiyac varsa,xoşuna gəlirsə,reytinqin çatırsa bir bloq açmaq nə çətin şeydir?


Əlbəttə ki,olsun.

Wizard
Gözüm üstə! :)
yafeniks

Hamiya salam!gabagcadan uzr isteyirem burada nece kitab yerlewdirmeyi bilmediyim ucun kitablari bele yerlewdirdim!bu kitablar Gmata hazirlawmag ucun idealdir, amma ingilis dilindedir. Menim en sevimli kitabim ise Gmat for Dummiesdir!ozunuz hazirlawirsinizsa bu kitablara muraciyyet edin!UGURLAR!

depositfiles.com/files/v8cujtvvs  2008  cracking  The Gmat


depositfiles.com/files/n65499yep       The Gmat for Dummies


depositfiles.com/files/siavgtt80        James Hasik,  Ryan Hackney. McGraw-Hill`s Gmat. 2010


 depositfiles.com/files/hjg0svxxo         Manhattan Gmat  Critical Reasoning  Reading


depositfiles.com/files/28nqtuyn5     Nova`s  Gmat Prep Course 


depositfiles.com/files/dl2p47cm4     Gmat problem solving 2010


depositfiles.com/files/aurwvmj97     butun kitablar bir fayilla!