Рейтинг
+117.67

Hikmət dənizi və aforizmlər

108 üzv, 369 topik

Dalay Lamadan buddist tövsiyyələr

Çox sayda insan heç bir dinə qulluq eləmir. Bu onların haqqıdır, kiminsə bu haqqı onların əlindən almağa ixtiyarı yoxdur. Əsas olan onların həyatının bir mənasının olmasıdır, başqa cür desək, xoşbəxt olmalarıdır. Amma söhbət başqalarına zərər vermədən xoşbəxt olmaqdan gedir. Çünki əgər bizim xoşbəxtliyimiz başqalarının əzab çəkməsindən keçirsə, əvvəl-axır biz də əzab çəkəcəyik.

İnsan ən çoxu 100 il ətrafında yaşayır. Geoloji dövrlərlə müqayisədə bu, çox cüzi müddətdir. Bu qısa dövrü ziyankarca xərcləsək, həyatımızı mənasız yerə sərf etmiş olarıq. Xoşbəxtlik hər kəsin haqqıdır və heç kim bunu başqalarının əlindən ala bilməz. Situasiya necə olursa olsun, insan xilqətinin başqasına əzab vermək kimi bir məqsədi olmamalıdır. Elmin və maddiyatın zirvələrinə dırmansaq belə, əgər yetərincə qayğı və mərhəmət göstərə bilmiriksə, deməli, həyatımız insana layiq həyat deyil. Başqalarına mümkün olan ən az zərəri verərək xoşbəxt yaşamaq – bütün insanların haqqı olan və həqiqətən də dəyərli olan bir həyatdır.
Davamı →

Alla Puqaçovadan sitatlar

Satqınlığı başa düşə bilərəm, bağışlamağı əsla.

Müsahibə ilə tövbə və etirafı qarışdırmaq lazım deyil.

Sevgi qəlbin elə bir vəziyyətidir ki, hətta ən axırıncı xəsis də onun uğrunda hər şeyini verməyə hazırdır.

Kişilər məndən ötrü hansı qəhrəmanlığı edib? Mənimlə evləniblər.

Hesab edirəm ki, məhəbbət — böyük zəhmət tələb edir. Və bu zəhmət mənim üçün xoşbəxtlikdir. 

Sevginin yoxluğundansa, yanılmaq və məyus olmaq daha yaxşıdır.

Hər şeyi kişidən ötrü qurban vermək? Kişi nə qədər səfeh olmalıdır ki, məndən hər şeyi atmağı tələb etsin. Axmaq naminə heç nəyi qurban vermərəm.
Davamı →

Eşq ya var, ya da yoxdur

– Eşq çox çətin söhbətdir.
– Çətin söhbətdir? Eşq ya var, ya da yoxdur. O ki qaldı eşqin asan söhbət olamağına, ona ümumiyyətlə eşq demək olmaz.

Kimi isə – əsasən, doğma övladlarını – çox sevmək təhlükəlidir. Təcrübə göstərir ki, bunu az-az, tədricən etmək lazımdır. Onsuz da gec-tez sənin sevgin alt-üst olur və onu kəfənə bürüyüb bir dəliyə atırlar. Bax bu səbəbdən başqa bir sevgi üçün özündə güc saxlamalısan.

Kişi – sadəcə kişidir. Amma oğul – hə, bax bu, doğrudan da başqa şeydir. 

Elə təhnalıq var ki, üstündən sükutla keçmək olar. Qolları sinədə çarpazlayır, dizləri bükürsən və yırğalan ki, yırğalan… Bu hərəkət gəmi yırğalanmağından fərlidir, adamın ruhunu sakitləşdirir. Bu hiss haradansa içdən gəlib səni bütünlüklə ağuşuna alır.
Davamı →

Ən mühüm əsərim həyatımdır | Simon de Bovuar

“Qadını mətbəxə və ya bəzənməsi üçün otağa həbs edir, sonra dünyagörüşünün dar olmasına heyrətlənirik. Qanadlarını kəsirik, sonra isə uça bilmədiyi üçün deyinirik”.

“Qadın ictimai istehsalatda daha çox yer alıb, ev işlərinə daha az vaxt ayıranda azadlığına qovuşacaq”. 

”Siz kitab oxumağı xoşlayırsınız. Yaxşı bir kitab qədər insanı özündən uzaqlaşdıran ikinci vasitə ola bilməz”. 

“Elə acgözəm ki, həyatdan hər şeyi eyni anda istəyirəm. Həm çoxlu dostum olmağını, həm də tək qala bilməyi arzulayıram”. 

“Fərdi səviyyədə qadınlar evdən kənarda işləməlidirlər və mümkündündürsə, ailə qurmamalıdırlar. Mən Sartrla evlənə bilərdim, ancaq bunu etməyərək düzgün qərar verdiyimizə inanıram. Evliliyin qadınlar üçün təhlükəli olduğunu düşünürəm”. 
Davamı →

Daosizm paradoksu

İnsanlar bəzi şeyləri gözəl görəndə digər şeylər eybəcər olurlar.

İnsanlar bəzi şeyləri yaxşı görəndə digər şeylər pis olurlar.

Mövcudluq və yoxluq bir birini doğurur.

Çətinlik və asanlıq bir-birini dəstəkləyir.

Uzun və qısa bir-birini təyin edir.

Səs və ton ahəngdə birləşir.

Əvvəl və sona bir birini təqib edir.

Bu səbəbdən də müdrik heç nə eləmədən iş görür, heç nə demədən öyrədir.

Davamı →

9 müdrik qayda

Həyat — çox qiymətli dərslər öyrədən müdrik bir müəllimdir. Bu, adi deyim yox, sübut olunmuş təcrübədir. Həyat məktəbində dərsə hazırlıqsız gəlmək qəbul olunmur. Əgər dərs öyrənmək lazımdırsa, siz bu vəziyyətdən düzgün nəticə çıxarmayana qədər həyat adlı müəllim onu dəfələrlə təkrarlayacq. Odur ki, həyatda çətin həyat sınaqlarından keçən adama müdrik və ya təcrübəli deyirik. Başqalarının səhvlərini təkrarlamaq istəmirsinizsə, müdriklərin məsləhətlərinə əməl etməyə dəyər.

Təəssüf ki, biz həyat dərslərini çox gec öyrənirik. Başımız daşa dəyməyənə qədər imtahandan keçmiş sayılmırıq. Ömür adlı səyahətdə insan iki duyğu arasında seçim etməli olur: ya biz inkişaf edirik, ya da həmişə və haradasa laxlayırıq. Hər bir həyat dərsi bizə böyümək və inkişaf etmək üçün göndərilir.
Davamı →

Yəhudi ata sözləri

Adəm dünyanın birinci xoşbəxtidir, çünki qaynanası olmayıb.

Əgər problemi pulla həl eləmək olursa, demək bu problem deyil xərcdir.

Tanrı insana iki qulaq və bir ağız verib ki, insan daha çox qulaq asıb az danışsın.

Tanrı səni pis qadınlardan qorusun, yaxşılarından özün canını qurtar.
Davamı →

Bəhlul Danəndə hikməti

Bir gün Bağdadın tanınmış alimlərindən Şeyx Cüneyt Bəhlul Danəndəni görmək fikrinə düşür. Yerini öyrənir və yanına gedir. Öncə salam verir. Bəhlül Danəndə salamını aldıqdan sonra kim olduğunu soruşur. Şeyx Cüneyt cavab verir: “Mən Şeyx Cüneyt Bağdadiyəm”
— Sənsən camaati maarifləndirib doğru yola yönəldən?”
— “Bəli mənəm”.
– “O zaman söylə yeməyi necə yeyirsən?”

– “Öncə Bismillah deyirəm, yeməyi öz qabağımdan yeyirəm, başqalarının üzünə baxmıram, kiçik loxmalar götürür, hər birini ağzıma qoyduğumda Allahın adını zikr edirəm.Yeməkden öncə və sonra əllərimi yuyuram.
Davamı →

İmanlı Bəhlul

Bəhlul deyir: 
– Günlərin biri İmam Əli (ə) qoşunu ilə İraq ərazisindən keçərkən yolu Kərbəla çölündən düşür. Bir anlığa dayanıb ətrafa diqqətlə göz gəzdirir. Sonra üzünü qoşuna tutaraq buyurur: 

– Bura Allah aşiqlərinin şəhid olduqları yerdir. O şəhidlər ki, nə onlardan əvvəlki, nə də sonrakı şəhidlər onlara tay ola bilməz. Sonra bir ovuc torpaq götürərək deyir: 

– Nə qədər ətirlisən, ey torpaq! Qiyamət günü səndən Cənnətə sorğu-sualsız daxil olanlar qalxar.
Davamı →

Fridrix Nitşedən sitatlar

Uzun və böyük iztirablar insanı tirana çevirir.

Müharibədən (mücadilədən) imtina edən insan, bu seçimiylə böyük həyati sevinclərdən də imtina etmiş sayılır.

Rəqs edən ulduz doğurmaq üçün, öz varlığında hələ uzun müddət xaos daşımalısan.

İnsanın susqunluğu nə qədər uzun sürsə, danışarkən bir o qədər ağıllı danışacaq.

İçində xaos gəzdirməyən ulduzlar doğura bilməz.

İnsan günahını bir kəsə etiraf etməklə, o günahı unudur, etirafı dinləyənsə unutmur.

İnsan özünü sevməyi öyrənməlidi, – mən belə öyrədirəm – sağlam və bütöv sevgiylə sevməyi. Sevməlidi ki, özünə qatlaşmağı bacarsın və orda-burda sürünməsin.
Davamı →