Рейтинг
+117.67

Hikmət dənizi və aforizmlər

108 üzv, 369 topik

Fyodor Qriqoryeviç Uqlovdan 12 həyat qanunu

Vətənini sev və onu qoru. Kökü məlum olmayanlar çox yaşamır.

İşini sev. Fiziki işi də həmçinin.

Özünü idarə etməyi bacar. Heç bir halda ruhdan düşmə.

Nə spirtli içki, nə də siqaretlə zəhərlənmə, yoxsa bütün digər tövsiyələr faydasız olacaq.

Ailəni sev. Onu müdafiə etməyi bacar.

Nəyin bahasına olursa-olsun öz normal çəkini saxla. Çox yemə!

Yolda ehtiyatlı ol. Bu gün bir həyat üçün ən təhlükəli yerdir.

Həkimə vaxtında getməkdən qorxma.

Uşaqlarını sağlamlığı pozan musiqilərdən qoru.

Əmək və istirahət rejimi sizin öz bədəninizin əsas işidir. Bədəninizi sevin, ona mərhəmət göstərin.

Fərdi ölümsüzlük əlçatmazdır, lakin həyatının uzun olması sənin özündən asılıdır.

Yaxşılıq et. Pislik, təəssüf ki, öz-özünə yaranacaqdır.
Davamı →

Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir

Twitterdə “Goldman Sachs Elevator” adlı hesab var. Hesabın sahibi Con Levefr deyir ki, o Vall-Stritdə-birjaların yerləşdiyi binada liftdə gedən söhbətləri tvitləyir.

Qeyd: Vall Strit — ABŞ-da, Nyu-York şəhərində, Manhetten kvartalının cənubunda, ölkənin aparıcı maliyyə qurumlarının qərargahlarının yerləşdiyi küçədir. İqtisadi inkişaf dövrlərində bu qurumlar iqtisadiyyatın maliyyələşməsində vacib rol oynayırlar.

Həmin Twitter hesabından seçilmiş maraqlı sitatlar:
Mən hər telefon söhbətinə belə başlayıram: “Qulaq as, telefonun enerjisi çox az qalır, hər an sönə bilər, nə deyəcəksənsə, tez de”.

İnsana balıq tutmağı öyrət və o seçkidə balıq vəd edənlərə səs verəcək.

Əgər sizdə maddələr mübadiləsi yaxşı gedirsə, saçınız tökülməyibsə və yaxşı işiniz varsa, cavan evlənməyin – 10 ildən sonra seçim edərsiniz.

Mən səninlə razılaşardım, amma onda ikimiz də səhv olacağıq.

Musiqi o vaxt gözəl idi ki, çirkin adamlara oxumağa icazə verirdilər.

Əgər məni işdən çıxaracaqlarsa, o zaman mən arvadımın nə qədər sədaqətli olduğunu biləcəm, əgər vəzifəmi yüksəldəcəklərsə, onda mənim nə qədər sədaqətli olacağımı bəlli olacaq.


Ardı →

"Xəz paltolu Madonna"dan seçmələr

Bir kitabı oxuyarkən keçən iki saatın ömrün bir çox illərindən daha dolu, daha əhəmiyyətli olduğunu dərk edəndə, insan həyatının tükürpədici heçliyini düşünür və ümidsizlik içərisində qalırdım… 

Səni sevirəm… Dəli kimi deyil, ağlı başında sevirəm... 
Həyatımın ən çox güvəndiyim insanına qarşı olan bu küskünlük bütün insanlar arasında paylanmış kimi idi. Çünki o, mənim üçün bütün insanlığın timsalı idi

Bir insanın digər bir insanı heç bir şey etmədən bu qədər xoşbəxt edə bilməsi necə mümkün ola bilərdi?!

Bəzi ehtiras və istəklər bütün həyatımızın əsas məqsədinə çevrilir… Bizi qoynuna alır. Heç nə düşünmədən arxasınca gedərik və heç vaxt peşman olmayacağımızı bilirik…
Ardı →

Bir ananın övladına olan sevgisini


Yaponiyadakı zəlzələdə xilasetmə qrupu gənc bir qadının qaldığı dağıntıya qədər çatırlar. Xarabalıqların arasında qadının cəsədinə yetişirlər. Qadının dağıntı altında qalması bir qədər maraq doğurur. Sanki əllərində bir şey tutaraq dizlərinin üzərində çökmüş haldadır. Bu əsnada sanki ev üzərinə yıxılmışdır. Qurtarma qrupunun başçısı yenə də sağ qalma ümidi ilə qadına yetişmək üçün çalışır .Təəssüf ki ,qadın çoxdan ölmüşdür. Qrup oradan başqa bir dağıntıya hərəkət etmək istərkən qrup başçısı açdığı dəlikdən içəri doğru
qadının cəsədinin altına doğru baxır və səslənir:
“Bir uşaq”!!! “Bir uşaq” var!!!
Qrup uzun bir müddət çalışdıqdan sonra bir yorğan içində ölü qadının cəsədinin altında üç aylıq körpə tapırlar. Qadın son bir həmləsi ilə uşağı xilas etmək üçün bədənini ona sipər etmişdir. Qrup uşağı qurtadığında uşaqda yatmaqda idi.
Həkimlər uşağı müayinə edirlər. Yorğanı
açdıqlarında içində bir mobil telefon tapırlar.
Telefonun ekranında yazılı bir mesaj vardı
mesajda yazılmışdı: “Əgər xilas olundunsa səni sevdiyimi unutma!”
Bir ananın övladına olan sevgisini ölüm anında belə ona izah etməsinin ən gözəl və bariz nümunəsi!..
Davamı →

Taqorun hikmət dolu poeziyasından yarpaqlar

“Yer öz təbəssümlərinin təravətini göz yaşlarında yaşadır.”

Təbiət dəyişir ki, dəyişməsin. İnsan da dəyişməmək üçün dəyişməyin sirrinə vaqif olmalıdır.

“Böyük səhranın bağrı bir ot yarpağının həsrəti ilə yanıb qovrulur.Ot yarpağı isə, xırdaca başını silkəyib, gülə-gülə uçub gedir”.

Burdakı gözəllik, zəriflik və efemerlikdə yaşayır. Ani və əlçatmaz. Onu məhz o cür sevməyi öyrənmək lazımdır, deyir Taqor. Sahiblənmədən. Sevmək və minnətdar olmaq…

“Kim isə gözə görünməyən barmaqları ilə qəlbimin tellərində incə meh kimi suların şırıldayan musiqisini çalır :
Söylə ,nələr deyir nitqin ,ey Dəniz?
Əbədi müəmma,əbədi sual !
Nə dildə verirsən cavab, ey Səma?
Bircə dil bilirəm :- “Əbədi sükut””


Ardı →

Mark Levinin aforizmləri

Bayağılıq — insanın özünün anlamadığı hər şeyə nifrətlə yanaşma qabiliyyəti ilə səciyyələnən xəstəlikdir. Bu bayağılığın dərinliyi də o adamı heyrətləndirən faydasız və dəyərsiz əşya və hadisələrin çoxalmasıyla artır.

Antisemitizm heç də qorxunc deyil, sadəcə iyrənc, rəzil və axmaqdır: ona görə iyrəncdir ki, şəxsiyyətə qarşı deyil, qana qarşı yönəlibdir, ona görə rəzildir ki, həqarətli görsənmək istəsə də, paxıldır, ona görə axmaqdır ki, məqsədi dağıtmaq olduğu halda onu daha da birləşdirir. Yəhudilər o zaman yəhudi olmayacaq ki, yəhudi olmaq milli anlamda sərfəli olmayacaq, əxlaqi anlamda rüsvayçılıq olacaqdır. Əxlaqi mənada yəhudi olmaq o zaman rüsvayçılıq olacaq ki, bizim xristian ağalar, nəhayət, həqiqi xristian olacaqlar, başqa sözlə — başqalarının həyatını yaxşılaşdırmaq xətrinə öz həyat şərtlərini şüurlu şəkildə pisləşdirəcək, bu pisləşmədən də həzz alıb sevinəcəklər. Amma hələ ki, bu baş verməyib, iki min il də bunun üçün kifayət etməyib.

Söyüşlər nitqinizin təsviri vasitəsinə çevrilibdir.

Ədəb cinsiyyətsizdir. Nəzakət seksualdır.

İspanlar həmişə qüssəli ehtiras haqda mahnı oxuyar, ruslar isə — ehtiraslı qüssə haqda.


Ardı →

İlham yalnız iş zamanı gəlir

Qabriel Qarsiya MarkesMən şlyapa qoymuram ki, kiminsə qabağında onu çıxarmalı olmayım. (“Polkovnikə məktub yoxdur”)

Hər şey canlıdır; əlbəttə, əgər onun ruhunu oyatmağı bacarsan...(“Yüz ilin tənhalığı”)

Sevən adamlar əşyaları ilə birgə ölsələr daha yaxşı olardı. (“Vəba dövründə məhəbbət”)

İnsan bir dəfəlik şeyləri çox xoşlayır, ona görə ki, özü də birdəfəlikdir.

Kim ki, çoxdan gözləyir, hələ bir az da gözləyə bilər. (“Polkovnikə məktub yoxdur”)

İnsan yalnız bir dəfə-anası onu dünyaya gətirəndə doğulmur, həyat onu dəfələrlə özünü doğmağa məcbur edir. (“Vəba dövründə məhəbbət”)

Bir şeyə qadın qarışıbsa, əminəm ki, hər şey yaxşı olacaq. Dəqiq bilirəm, dünyanı qadınlar idarə edir.
Ardı →

Qandidən 5 həyat dərsi

"Bizim gələcəyimiz indi gördüyümüz işlərdən asılıdır." (Mahatma Qandi)

  Mohandas Qandi – böyük siyasi və idealoji liderlərdən biri olmuşdur. 1915-ci ildə tanınmış hind yazıçısı Robendranat Taqor ilk dəfə Mohandas Qandiyə  “Mahatma” titulu vermişdir. “Mahatma” – “Böyük Qəlb”,  “Böyük Qəlbli” mənasını verir. Amma Qandi özü bu titulu heç vaxt qəbul etmirdi. O, deyirmiş: — “Mən bu titula layiq deyiləm.”

   Əslində isə, Mohandas Qandi hind xalqının müstəqilliyi və azadlığı yolunda çox şeylər etmiş xadim idi. O hind xalqının azadlığı yolunda apardığı mübarizədə bir çox “güc tədbiq etməmək” metodlarından istifadə etmişdir. Bu metodlar; müstəmləkəçilərin müəssisələrini və onların məhsullarını baykot etmək, işə çıxmamaq,  oturaq tətillər etmək və s...

  Bundan başqa Qandi kasta (sinif) bərabərsizliyinə qarşı da sərt mübarizə aparmışdır. O, bacardıqca aşağı siniflərin həyat tərzinin yaxşılaşmasına çalışmışdır. M. Qandinin cəmiyyətdə yüksək yer tutmasına baxmayaraq, o, çox sadə bir həyat tərzi keçirmiş, daim rahib paltarı geymiş və vegetarian olmuşdur.

  Qandi heç bir qəddarlıq  və zor tətbiq etmədən həm özünü dəyişmiş, həm də ətrafındakı bütün aləmi. İndi bu dahi insanın  adamlara tövsiyə etdiyi müdriklik dərslərindən bir neçə sitat gətirmək yerinə düşərdi. Bu sitatlardan sonra bəlkə özümüzdə bir dəyişiklik hiss etdik və ətrafımıza təsir edə bildik. Hər şeydən əvvəl özümüzdən başlamalıyıq. M. Qandidən sitatlar:


Ardı →

Dahilərdən müdrik aforizmlər

Napolyon Bonapart
İnsanlar rəqəmlərə bənzər, vəziyyətlərinə görə dəyər qazanırlar.

Sokrates
Optimist bir insan ayaqqabıları oğurlanınca «ayaqlarım var » dəyə bilən insandır.

Sofokles
Bizi heyatın ağır yükündən və iztirabından qurtaran tək söz sevgidir.

Oscar Wilde
Kişilər qadınların ilk eşqi, qadınlar kişilərin son eşqi olmaq istər.

Dekart
Ağıllı olmaq da bir şey deyil, mühüm olan o ağılı yerində istifadə etməkdir.

Honore de Balzac
Bugünkü qanunlar böyük ağcaqanadların deşib keçdiyi, kiçiklərin isə ilişib qaldığı bir hörümçək toru kimidir.

Goethe
Mal itirən bir şey itirmişdir, qürurunu itirən bir çox şey itirmişdir. Lakin cesarətini itirən hər şeyini itirmişdir.

Phyllis Bottome
Çətinlikləri qarşılamanın iki yolu vardır; ya çətinlikləri dəyişdirərsiniz, ya da çətinlikləri həll etmək üçün özünüzü.

Friedrich Holderlin
Heç bir şey insan qədər yüksələ bilməz ve onun qədər də alçala bilməz.


Ardı →

90 yaşlı qadının həyatdan öyrəndikləri

1. Həyat ədalətli deyil, amma yenə də gözəldir.

2. Həyat o qədər qısadır ki, kiməsə nifrət edərək vaxt itirmə.

3. Heç kim özünü ciddi hesab etməməlidir.

4. Kredit kartlarını hər ay vaxtı-vaxtında ödə.

5. Hər mübahisədə qalib gəlmək məcburiyyətində deyilsən, bəzən qəbul et getsin.

6. Kiminsə çiynində ağlamaq, tək ağlamaqdan daha yaxşıdır.

7. İlk maaşından başlayaraq pensiya dövrü üçün pul toplamağa başla.

8. Ortada şokolad varsa, dirəşmək lazım deyil.


Ardı →