Рейтинг
+117.67

Hikmət dənizi və aforizmlər

108 üzv, 369 topik

Məqsəd vasitələri doğruldur

Hər dəyişiklik digər dəyişikliklərə yol açır.Nikkolo Makiavelli

Öləndən sonra cənnətə yox, cəhənnəmə düşmək istəyirəm. Orada mən papalar, krallar və hersoqların cəmiyyətləri ilə həzz ala bilərəm. Cənnətdə isə yalnız dilənçilər, zahidlər və apostollar məskunlaşıb.

Məqsəd vasitələri doğruldur.

Sülh içində yaşamaq istəyənlər müharibəyə də hazır olmalıdırlar.

Hər kəs səni göründüyün kimi görür, çox az adam sənin necə olduğunu hiss edir.

Hökmdarın ağlı haqqında mühakiməni, onun özünə yaxınlaşdırdığı insanlara görə edərlər.

Ağır xəstəliyi əvvəlcədən müəyyən etmək çətin olsa da, müalicə etmək asandır. O inkişaf etdiyi zaman isə onu müəyyən etmək asan, müalicə etmək isə çətindir.

İnsanlar onları sevənləri incitməkdən daha az ehtiyyat edirlər, nəinki onların ürəklərinə qorxu salan kəsləri...

İnsan ağlı üç növ olur: birinci kəslər hər şeyi özləri dərk edir; ikincilər birincilərin dərk etdiklərini anlayır; üçüncülər isə nə özləri bir şeyi dərk edir, nə də başqalarının dərk etdiklərini anlayır.

Nikkolo Makiavelli
Davamı →

Məşhur filmlərdən sitatlar

İnsanın yüksəlişi uzun vaxt alır, amma iflası tam əksinə. (Kosmopolis)

Sanki çox uzun ömrümüz varmış kimi bir də həyat bizə gözləməyi öyrədir.(Pianist)

Ən önəmlisi ümidini heç vaxt itirmə. (Pinin həyatı)

Uzun müddət maska taxsanız, maskanın altındakı kimliyinizi unudarsınız. (V for Vendetta)

Paris həmişə var olacaq. (Casablanca)

Bir damla və bir damla böyük bir damla yaradar, iki dənə yox. (Nostalgia)

Nankor insan-hər şeyin qiymətini bilən, amma heç nəyin dəyərini bilməyən insandır. (Yerdəki ulduzlar)

Güvən- əlimizdə sübutu olmayan şeylərə qarşı duyulan inancdır. (Filadelfiya)

Həyatın verdiyi ən yaxşı dərslərdən biri bacardıqlarını və bacarmadıqlarının fərqində olmağına şərait yaratmasıdır. (Hötenin ilk sevgisi)
Ardı →

Möhtəşəm olan mövcud olmayandır

Xoşbəxt olmagın tək yolu onun oz əlinizdə olmasını dərk etməkdir.İnsanın azadlığı onun istədiyi hər şeyi edə bilməsində deyil, istəmədiyi heç bir şeyi etmək məcburiyyətində olmamasındadır.

Sevginin verdiyi xoşbəxtliyi evlilikdən sonrada yaşaya bilsəydik o zaman dünya cənnət olardı.

Sevgim üçün dünyaları verərəm, azadlığım üçünsə sevgimi.

Səbr acıdı, amma meyvəsi şirindir.

İnsanlar ömür qısadır deyirlər, lakin yenə də onu qısaltmaq üçün əllərindən gələni edərlər.

Bədbəxtlik əslində çox böyük müəllimdir. Amma bu müəllim dərslərini baha qiymətə keçər, faydasısa ödənilən pula dəyməz.

Yaşamaq- nəfəs almaq demək deyil, fəaliyyətdə olmaq deməkdir. Uzunömürlü insan yaşı çox olan insan deyil, həyatı daha çox hiss edən insandır.

Möhtəşəm olan mövcud olmayandır.
Ardı →

Bu il keçən ilki insan deyilik

Biz bu il keçən ildəki insan deyilik. Elə bizim sevdiyimiz insanlar da əvvəlki deyillər. O vaxt hər şey gözəl olur ki, biz də dəyişirik, sevdiyimiz insanlar da, amma aradaki sevgi olduğu kimi qalır.Уильям Сомерсет Моэм

Dost seçimi edərkən xarakter altında gizlənən şəxsiyyəti seçərək aldanmayın.

Roman yazmaq üçün üç qayda var. Bədbəxtlikdən, bu qaydaların nədən ibarət olulduqları heç kəsə məlum deyil.

İnsanın hər töhvəsində onun ruhunun macəraları öz əksini tapmalıdır.

Həyatdakı qəribəlik ondadır ki, qəbul etmək istəmədiyimiz şeylərlə daim qarşılaşmalı oluruq.

Ancaq adi bir adam hər zaman etdikləri ilə qane olar.

Ən uzun müddətli sevgi, heç vaxt geri dönməyən sevgidir.

İnsanlar sizdən onları tənqid etmənizi xahiş edərlər, amma qəlblərində istədikləri yalnız tərifdir.

Mən bilmirəm” deməyin nə qədər asan olduğunu anlamısınızsa demək ki, çox gecikməmisiniz.

Hər hansısa bir şənlikdə ağıllı şəkildə yemək lazımdı, ancaq tam doymaq olmaz. Yaxşı danışmaq xoş olar, ancaq dahi təsiri bağışlamaq mütləq deyil.

Somerset Moem
Davamı →

Cəsarət qorxunun yoxluğu deyil

Tibbi kitabları oxuyarkən ehtiyatlı olun. Siz çapda edilən səhvdən ölə bilərsiniz.Mark Tven

Həyatının ən önəmli iki günü: 
1. Doğulduğun gün
2. Niyə doğulduğunu anladığın gün.

Məni yarı yolda qoyduğunu düşünüb, o yolda qaçarkən nəfəs-nəfəsə qalanlar, yolun sonunda sizi gözlüyərəm.

Mən insanları nə irq, nə sinif, nə dininə görə ayırıram. Tək əhəmiyyət verdiyim şey insanın insan olmasıdır və bu mənim üçün kifayətdir.

Xırda pul insanın cibini deşər, xırda insan da qəlbini, buna görə də ən yaxşısı hər ikisini xərcləyin getsin.

 Xəyallarınızı önəmsəməyən insanlardan uzaq durun, kiçik insanlar bunu həmişə edərlər...Halbuki böyük insanlar, böyük xəyallarınızı gerçəkləşdirə biləcəyinizə inanmağınıza kömək edərlər.

Cəsarət qorxunun yoxluğu deyil, qorxuya dirənmək, qorxuya hökm etməkdir.
Ardı →

Sənin axtardıqların, səni axtarır

Xəzinənin öz evində basdırıldığını anlamaq üçün, hərdən dünyanı dolaşmaq lazım gəlir.

Sən gözəlliyi görmək qabiliyyətinə maliksənsə, bu sənin içindəki gözəlliklə bağlıdır. Çünki dünya güzgü kimidir, orda hər kəs öz əksini görür.

Bir dəfə baş verən şey, daha heç vaxt baş verməyə bilər. Amma iki dəfə baş verən şey, mütləq üçüncü dəfə də baş verəcək.

Əgər sən bir şeyi ürəkdən istəyirsənsə, bütün kainat bu arzunun yerinə yetməsi üçün səfərbər olacaq.

İnsanların məndən gözlədiyi hərəkətləri etsəm, o zaman onların quluna çevriləcəm.

Həyat həmişə hərəkət etmək üçün münasib vaxtı gözləyir.

Azmaq – nəsə maraqlı bir şey tapmağın ən yaxşı üsuludur.

Heç vaxt malik olmadığın bir şeyə sahib olmaq istəyirsənsə, heç vaxt olmadığın birisi olmalısan.


Ardı →

Bertran Rassel aforizmləri

Bertran RasselHəyat, kimin ovçu, kimin şikar olacağını müəyyənləşdirən yarışdan başqa bir şey deyildir.

Əgər bir nəfərə onun inanmaq istədiklərinin əksinə bir həqiqət desən, o sənin dediklərini araşdıracaq, əgər əsaslı dəlilin yoxdursa, sənə inanmaq istəməyəcək.Yox əgər ona inanmaq istədiklərinə uyğun bir şey desən, heç bir dəlil-sübütsuz sənə inanacaqdır. Bütün inancların əsasını bu təşkil edir.

Çox az insan başqa insanlara, millətlərə, fərqli fikirlərə nifrət etmədən xoşbəxt ola bilər.

Anlaya bilmirəm, xeyirxah olan bir Tanrı, yaratdıqlarını əbədi cəhənnəmə necə məhkum edə bilər?

Buna görə də çoxluğun bir fikrə inanması, bu fikrin doğru olduğuna dəlalət etməz. Bəşəriyyətin əksər hissəsi cahil olduğundan hamı tərəfindən qəbul edilən bir fikrin yanlış olmaq ehtimalı daha çoxdur.

Kölə o şəxsdir ki, o, zamana, taleyə və ölümə ibadət edir. Çünki bunlar, o şəxsin öz daxilində tapdıqlarından daha böyük məvhumlardır. O kölənin fərdi düşüncələri bu fikirlər qarşısında məhv olmuşdur.
Ardı →

Yaxşı kitab aysberqə oxşayır

Yaxşı yazan müəllifləri oxuduqca, yaxşı danışmağı öyrənirsən.

Mədəniyyət – oxuduğun kitabların sayı deyil, anladığın kitabların sayıdır.

Kitab oxuyanlar həmişə televizora baxanları idarə edəcəklər.

Kitab həmişə filmdən daha yaxşıdır, çünki təxəyyüldə xüsusi effektlərə məhdudiyyət yoxdur.

Nə qədər çox oxuyursan, o qədər az yamsılayırsan.

İnsanlar iki kateqoriyaya bölünürlər: kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar.

Necə ki, qəpikləri bir yerə yığanda manatlar əmələ gəlir, oxuduğun xırda şeylərdən bilik yaranır.


Ardı →

Markesdən sitatlar

Bir insanın ən böyük səhvi birinə lazım olduğundan daha çox dəyər verməsi deyil, özünə layiq olduğundan daha az dəyər verməsidir .

Sonluğa gəldiyin üçün ağlama, sadəcə onu yaşaya bildiyin üçün gülümsə.

İtirəcək heç nəyi olmayan insanlardan qorxmalısan. Çünki onlar qazanmaq üçün hər şeyi edərlər.

Önəmli olan həyatda başına gələnlər deyil, nəyi necə yaşadığındır.

Birlikdə gülürsünüzsə bu xoşbəxtlikdir, birlikdə ağlayırsınızsa bu dostluqdur, amma birlikdə susursunuzsa bu artıq sevgidir.

Çox gözləyən, aza da ümid etməyi bacarar.

Əslində dünyada pis insan yoxdur, hər insanın varlığı bir rahatlıqdır, kimisi gələndə, kimisi gedəndə.

Birisinə yadlaşmağın ən məhvedici təzahürü yanında oturduğunu bilə-bilə onunla bir də heç bir zaman yaxın ola bilməyəcəyinin fərqində olmaqdır.
Ardı →