Рейтинг
+59.68

Körpəyə qulluq və analıq

37 üzv, 284 topik

Oyun oynayım, böyüyüm

Oyun oynamaq uşaqların ən əyləncəli məşğuliyyəti olmaqla bərabər, həm də onların fıziki, zehni, pisixoloji inkişafına kömək edir. Ona görə də onların yaşına uyğun oyuncaqlar almağa çalışın. Uşaqlar lap körpə vaxtından oynamağa maraq göstərirlər. Onlar əylənmək üçün oyun oynayırlar. Südəmər uşağın oynaması üçün ən yaxşı yer manejdir. Uşaq oyuncağı əlindən salıbsa əli ilə manejin şəbəkəsindən tutub özü onu yerdən götürə bilir. Həmçinin şəbəkə uşağı yıxılmağa və ya manejdən çıxmağa qoymur. Uşaq iməkləməyə və yeriməyə başlayanda isə manej ona darısqallıq edir. Bu zaman ona otağın bir guşəsində yer ayırmaq lazımdır. Guşədə təmizliyə ciddi verilməli, əgər yerdə xalça varsa hər gün silinib, təmizlənməlidir. Uşaq artlq 9-12 aylığında olarkən bağda və qum meydançasında oynamağa daha çox can atır. Hava isti olanda, xüsusilə yay aylarında uşağı tez-tez bayıra çıxartmaq, qum topasının, ya da yaşıl otun üzərində oturdub oynatmaq lazımdır.
Ardı →

Körpələrə masajın faydaları və növləri

Masaj uşağınızla sizin aranızda ən duygusal andır. Körpənizə sevgi və şəfqətlə toxunmağınız onun inkişafına böyük təsir edir. Körpənizi hər gün çimizdirəndən sonra masaj etsəniz o, rahatlayar və yaxşı inkişaf edər.Masajla eyni zamanda hər ikinizin arasında biryaxınlaşma, sevgi hissi yaranar. Çünki toxunaraq və ya danışaraq qurulan əlaqədə uşagınız sevildiyini, istənildiyini, dəyərli olduğunu anlayacaq.  Mütəxəssislərin bioloji araşdırmalarına görə uşağa mehribancasına toxunma və xoş təmas onun yaşama gücünü artırır. Valideynlərindən mərhum olan ,sevgi, nəvaziş görməyən və ya daim incidilən, təhqir edilən uşaqlar isə həyata küskün olurlar.  
Ardı →

Uşağı çimizdirərkən

Körpələr dərilərində kifayət qədər qoruyucu yağ təbəqəsi olmadığı üçün tez üşüyürlər və iqlim dəyişikliyinə uyğunlaşa bilmirlər.Bu isə körpələrin dərisinin qurumasına səbəb olur. Ona görə də hamam suyunun temperaturu 36 dərəcə, otaq temperaturu isə 22-24 dərəcə olmalıdır. Körpə tez üşüdüyü üçün onun çimmə müddəti 5-6 dəqiqədən çox olmamalıdır. Körpəni çimizdirməzdən əvvəl və sonra diqqət edəcəyiniz ən mühüm xüsusiyyətlər bunlardır:
Ardı →

Körpəni yatızdırmaq

Körpə dünyaya gələn zaman anaları ilk maraqlandıran məsələ ona necə qulluq etmək, yatızdırmaq, əmizdirmək və başqa qulluq metodları ilə bağlı olur.
Məşhur “Uşaq və ona göstərilən qulluq” kitabında Spok uşağı doğulduğu gündən üzü üstə yatırtmağı tövsiyə edir. O birilərsə, körpələrin qəfildən ölümü hallarının sayca azalması statistikasını və digər amilləri göstərərək, uşağı arxası üstə yatmağa öyrətməyi məsləhət görür.

Son illər ərzində bir çox həkim yeni doğulmuş körpələri düz və bərk yerdə, həmçinin dörd qatlanmış bələyin üstündə yatırtmağı məsləhət görür. Onlar öz fikirlərini onurğa sütununun ehtimal olunan əyilməsi, körpə yumşaq yerdə uzandıqda, başının tərləməsi, QÖS (qəfildən ölüm sindromu. Onun səbəbləri, əslində, məlum deyil, yalnız fərziyyələr mövcuddur) profilaktikası ilə əsaslandırırlar.
Ardı →

Qısa hamiləlik təqvimi

Təxminən menstruasiya dövrünün 14-cü günündə toxum hüceyrəsi yetkinləşir və mayalanmaya hazır olur. O, yumurtalıqdan çıxır və uşaqlıq yoluna (fallopian yoluna) düşür, orada isə 24 saata qədər həyat qabiliyyətini qoruyur; əgər mayalanma baş verməsə, toxum hüceyrəsi məhv olur və növbəti menstruasiyada uşaqlıq ifrazatı ilə xaric olur.
Orqazm zamanı kişi qadının uşaqlıq yoluna 200 — 400 mln spermatozoid ifraz edir. Spermanın çox hissəsi geriyə axır, spermatozoidin qadın orqanizmində qalan hissəsi hədəfə çatmır, lakin onun bir qismi uşaqlıq yolu ilə uşaqlıq boşluğuna və oradan da fallopian yollarından birinə daxil olur. Burada spermatozoidlər 48 saat ərzində həyat qabiliyyətini qoruya bilir. Spermanın tərkibində toxum hüceyrəsi pərdəsini aralayan maddə var ki, bu da spermatozoidin ora daxil olmasına imkan yaradır. Bundan sonra digər kişi hüceyrəsi içəriyə daxil ola bilmir. Spermatozoid yumurta ilə qarışır və təkhüceyrəli rüşeym – ziqota əmələ gətirir.
Davamı →

Balaca uşağın qidalandırılması

Körpələrin sağlamlığı böyük sevincdir. Amma bəzən analar bilməyərəkdən uşaqlarına lazım olmayan süni qidalar verir. Halbuki, Tanrı körpələrə elə doğulan gündən təbii qida, ana südü bəxş edib.
Uşağın düzgün qidalandırılması onun fiziki və əqli inkişafi üçün vacib şərtdir. Odur ki, hər bir valideyn buna həssas yanaşmalıdır. Artıq təsdiq olunub ki, ilk altı ay ərzində körpəyə yalnız ana südü verilməlidir.


Ardı →

Nə vaxt həkim çağırmalı?

3 ayına qədər uşaqlar üçün aşağıdakı hallarda təcili yardım çağırmaq lazımdır:
— uşaq qusur və qusma möhtəviyyatı yaşıl rəngdədir;
— hərarət 39 selsi dərəcədən yarım saatdan artıq düşmürsə;
— uşaq qusur və sanki güclü ağrıdan qışqırır;
— uşağın tənəffüsü küylüdür və o tez-tez nəfəs alır;
Ardı →

Körpələrin boyu və çəkisi necə olmalıdır?

Xalq arasında yayılmış əfsanələrdən biri kök uşağın sağlam olması barədədir. Ancaq bir çox analar bilmirlər ki, artıq çəki daha çox sağlamlığa təhlükədir. Müəyyən edilib ki, erkən yaşlarda toplanan bədənin artıq kütləsi piyləşmənin inkişafına real imkan yaradır. Birinci il ərzində orqanizmdə formalaşan piy hüceyrələri sonradan demək olar ki, azalmır, o, böyüyür. Kök uşaqlarda infeksiyalara qarşı müqavimət aşağıdır, arterial təzyiq və gündüz temperaturu çox vaxt qalxır, “mərmərə oxşar dəri” və duruş pozuntusu, ayaq altının yastı olması, ayaq əyriliyi, cinsi inkişafda ləngimə müşahidə edilir. Artıq çəkili uşaqlarda bir qayda olaraq tənəffüs xəstəlikləri ağır keçir.Bundan əlavə, əvvəl axır kök uşaqların əziyyət çəkəcəkləri vaxt gəlib yetişir, xüsusilə əgər onlar onun kök olmasına gülən insanlarla əhatə olunublarsa (evdə, həyətdə, məktəbdə və s.). Bu halda uşaqda ya özünü tam dəyərləndirməmə, özünə inamsızlıq, və ya əksinə, aqressivlik duyğusu inkişaf edir.

Uşaqda artıq piy yığınının olmasını müəyyən etmək üçün piy qatının həcmini bir əlin barmaqları tutaraq göbək səviyyəsinə gətirirlər. Belə qatın qalınlığının 2-3 sm-dən artıq olması artıq piyin əmələ gəlməsindən xəbər verir.

Cədvələ nəzər salmaqla övladlarınızın normal çəkidə olub-olmadığını asanlıqla müəyyən edə bilərsiniz.

Yeni doğulmuş oğlanlar 3,3-3,5 kq; qızlar — 3,0-3,3 kq

  • 1 ay oğlan 4,1 — qız 4,1
  • 2 ay oğlan 5,0 — qız 4,8
  • 3 ay oğlan 5,8 — qız 5,4
  • 4 ay oğlan 6,6 — qız 6,0
  • 5 ay oğlan 7,2 — qız 6,7
  • 6 ay oğlan 7,6 — qız 7,4
  • 7 ay oğlan 8,0 — qız 8,0
  • 8 ay oğlan 8,6 — qız 8,5
  • 9 ay oğlan 9,2 — qız 8,9
  • 10 ay oğlan 9,7 — qız 9,3
  • 11 ay oğlan 10,2 — qız 9,6
  • 12 ay oğlan 10,4 — qız 9,8

Bu cədvəldə qəbul edilmiş ümumi həcmlər verilib. Bədən quruluşu və individual xüsusiyyətlərdən asılı olaraq uşağın çəkisi bu və ya digər tərəfdən orta çəkidən fərqlənə bilər, ona görə də əgər körpənizin çəkisi cədvəldə göstərilənlərlə üst-üstə düşmürsə narahat olmağa ehtiyyac yoxdur.

Qeyd edək ki, orta hesabla körpə ilk 6 aydan bir 400-700 qr çəki artırır. Birinci ilin sonuna isə aylıq çəki artımı 200-300 qr-a qədər azalır. Maraqlısı budur ki, analarının sinə ilə bəslədikləri uşaqlar çəkidə orta hesabla “sünilərdən” daha ləng artım edirlər. Bu birincisi yuxarıda artıq dönə-dönə qeyd etdiyimiz kimi ana südünün uşaq üçün optimal məhsul olması ilə və bununla da onun çəki artırmaması ilə izah edilir. İkinci, sinə ilə bəsləyən analar adətən uşağı daha çox hiss edirlər və ona çox etibar edirlər, buna görə də artıq yedizdirmirlər, körpni şüşə ilə yedirdən analar isə hər fürsətdə onu daha çox yedirtməyə çalışırlar.

İndi isə uşağın boy atmasında dayanaq. İlk yarım ildə uşaq təqribən hər ay 2-4 sm böyüyür. Növbəti 6 ayda isə onun boyu bir qədər az artır. Maraqlıdır ki, uşaq tədricən deyil, alimlərin tədqiqatlarının göstərdiyi kimi “sıçrayışla” böyüyür: uşaqlar bir neçə həftə ərzində daimi boyu saxlaya bilir, boyu isə cəmi bir gecə ərzində artırmağa nail olurlar. Heyrətləndirici haldır ki, 24 saat ərzində uşağın boyu santimetrədək arta bilir.
Körpənizin aylar üzrə orta göstəricilərini müqayisə etmək üçün aşağıdakı cədvəldən istifadə edə bilərsiniz. Yalnız bir şeyi qeyd edək ki, uşağın çəkisi ilə əlaqədar olduğu kimi burada da körpənizin göstəriciləri orta göstəricilərdən az və ya çox olduqda qorxmaq lazım deyil. Yalnız körpənizin boyu aşağıda göstərilənlərdən əhəmiyyətli dərəcədə çox az və ya çox olduqda narahat olmaq lazımdır.

Yeni doğulmuş oğlanlar 50-51sm, qızlar 49-50 sm

  • 1 ay — oğlan 54 – qız 54
  • 2 ay — oğlan 57 – qız 57
  • 3 ay — oğlan 60 – qız 60
  • 4 ay — oğlan 63 – qız 62
  • 5 ay — oğlan 66 – qız 64
  • 6 ay — oğlan 68 – qız 66
  • 7 ay — oğlan 70 – qız 68
  • 8 ay — oğlan 72 – qız 70
  • 9 ay — oğlan 73 – qız 72
  • 10 ay — oğlan 74 – qız 73
  • 11 ay — oğlan 75 – qız 74
  • 12 ay — oğlan 76 – qız 75

Orqanizm yalnız onun hüceyrələrində, toxumalarında, orqanlarında boy funksiyası ilə bağlı müvafiq hormonlar fəaliyyət göstərdikdə böyüyür. Onlar ən azı 4 vəzidə — hipofiz (somatropin), mədəaltı (insulin), cinsi (testosteron) və qalxanvari vəzilərdə ifraz olunur. Bu hormonlardan birinin belə hasil edilməsində pozğunluq və ya onların orqanizmlə qarşılıqlı münasibətdə dəyişilməsi boyun inkişafında patoloji hallara gətirib çıxarır. Əgər hormonlar həddən artıq çox olsa qarşısıalınmaz böyümə baş verir, hormonların hasil edilməsi dayandıqda isə, böyümə prosesi də dayanır.


Davamı →

Uşaqların yuxusu

Bu gün valideynələrin qarşısında duran ən çətin vəzifələrdən biri uşaqların yatızdırılmasıdır. Doyunca yatmayan uşaqlarda hövsələsizlik, tələskənlik, huşsuzluq, dolaşıq danışıq, öz davranışına qeyri-tənqidi münasibət, gözlərinin ovuşdurulması kimi hallar tez tez müşahidə edilir. Mütəxəssislər uşaqların yuxusnun xüsusi qayğı tələb etdiyini deyirlər.
Davamı →