Рейтинг
+59.68

Körpəyə qulluq və analıq

37 üzv, 284 topik

Südəmər uşağı yedizdirmə qaydası

Əmzik. Uşağı nə zaman əmzikdən yedizdirməli? Uşaq döş əmə bilmədikdə onu əmziklə yedizdirirlər; beləliklə, əmzik uşağa 3-4 ay davam edən ağır dövrün öhdəsindən gəlməyə kömək edir.
Əmzik taxılmış butulkadan ancaq süd və ya süd qarışığı vermək olar. Duru yeməkləri də butulkadan verən bəzi analar düzgün eləmirlər.
Ana uşağı butulkadan yedizdirdikdə buna döş verəndə olduğu kimi hazırlaşmalıdır. Əllərini təmiz yumalı, paltarını dəyişməli və ya xalat geyməlidir. Uşağı yedizdirəndən sonra çəkmək lazım deyil, çünki butulkanın üzərindəki bölgülərə görə onun içdiyi südün və ya süd qarışığının miqdarını bilmək olar.
Südü hazırlayan kimi ağzı dar, bölgülü butulkaya töküb ağzını rezin tıxacla bağlamaq lazımdır .Uşağı yedizdirənə qədər südü bədən temperaturuna yaxın qızdırmaq üçün o, içərisində ilıq su olan qaba qoyulur. Sonra tıxacı çıxarıb butulkanın ağzına ayrıca qapaqlı bankada saxlanan əmzik taxılır.


Ardı →

Uşaq ağlayır

Cavan ananın uşağı ağlayanda o, çox narahat olur: uşağına kömək etmək istəyir, lakin nə etmək lazım gəldiyini bilmir.
Nə yeni doğulmuş uşaq, nə də südəmər uşaq səbəbsiz ağlamır. Uşaq da böyük adam kimi, yalnız hər hansı bir səbəb olduqda ağlayır. Buna görə də həmişə uşağa kömək etməyə çalışmaq lazımdır. Uşağı ağladan səbəbi aradan götürəndə o tez ağlamağı kəsir.
Sağlam südəmər uşaq bəs niyə ağlayır?
Südəmər uşağa kömək etmək üçün onun niyə ağladığını bilmək, həmçinin belə halda ananın nə etməli olduğunu bilmək lazımdır.
Davamı →

südəmər uşağın qidalanma gigiyenası

Südəmər uşağın yeməyini ayrı bişirmək lazımdır! Südəmər uşaq azca böyüyən kimi (bir neçə aydan sonra) bəzi analar ona ailənin böyük üzvlərinə hazırlanan azca əzilmiş yeməkdən verməyə başlayırlar. Bu, çox zərərdir! Böyüklərin yeməyi südəmər uşaqda ağır ishal törədə bilər. Bu cür yemək yeyən uşaqlar köpmüş, solğun olurlar, onların xəstə görkəmi olur. Ana uşağa «lazım olan hər şeyi» verməsinə baxmayaraq uşağın pis inkişaf etməsi ananı narahat edir. Südəmər uşağın pis inkişaf etməsi ananı narahat edir. Südəmər uşağın orqanizmi əzilməmiş və ya lazımınca əzilməmiş qidanı çox pis həzm edir, bu cür qida həzm olunmayıb bağırsaqlardan olduğu kimi çıxır. Uşaq ac qalır.
Südəmər uşağın yeməyini hazırladıqda təmizliyə xüsusi fikir vermək lazımdır, çünki böyüklər üçün zərərsiz olan bəzi bakteriyalar südəmər uşaqlarda ağır xəstəliklər törədə bilər.
Südəmər uşağın qabı (krujka, kasa, boşqab, qaşıq, kiçik ələk, sürtgəc və s.) ayrı olmalıdır! Bu qabdan böyüklər və ya başqa uşaqlar istifadə etməməlidirlər.
Südəmər uşağın qab-qacağını hər gün qaynatmaq lazımdır. Uşağın qablarını böyüklərin qablarından ayrı yumaq lazımdır.
Ardı →

Südəmər uşağın inkişafı

Yeni doğulmuş uşaqlar anadan olan kimi çəkidə artmırlar. Birinci 3-4 gün onların çəkisi bir qədər azalır. Sonra bir neçə gün çəki gah artır, gah azalır və adətən iki həftəliyində uşaqlar anadan olandakı çəkiyə çatırlar, sonralar isə onların çəkisi müntəzəm artmağa başlayır.

Südəmər uşağın çəkisi müntəzəm artmalıdır.
Südəmər uşağın çəkisi nə qədər artmalıdır? Ayda orta hesabla 0,5 kq. Lakin bu hələ təxmini rəqəmdir. Adətən 2 aylığından 6 aylığa qədər onların çəkisi daha çox artır, 6 aylığından başlayaraq uşaqların çəkisi bir qədər az artır. Məsələn, 5-6 aylığında uşaqların çəkisi anadan olandakı çəkidən təxminən iki dəfə çox olub 6 kq-a qədər olur; 12 aylığında doğulandakı çəki təxminən 3 dəfə artır və 9-10 kq-a qədər olur.
Sonralar uşağın çəkisi ildə orta hesabla 2 kq-a qədər artır. Beləliklə, uşaq bir yaşa qədər daha sürətlə böyüyür. Bir çox analar elə bilirlər ki, uşaq iki yaşına girdikdə çəkidə birinci ildəki kimi sürətlə artacaqdır.


Davamı →