Torpaq

Yer səthinin üst münbit, mineral maddə və üzvi qalıqlardan ibarət yumşaq qatına torpaq deyilir. Torpağın 90-95%-ni aşınma nəticəsində qırıntı halına çevrilmiş ana süxurlar təşkil edir. Digər 5-10%-i isə məhv olmuş canlı orqanizmlərin qalıqlarından-hümusdan (yəni çürüntüdən) ibarətdir. Hümusun miqdarı torpağın münbitliyini müəyyən edən əsas göstəricidir. Hümus nə qədər çox olarsa, torpağın rəngi bir o qədər tünd və məhsuldarlığı çox olar. Məhsuldarlığına görə torpaqlar:
a) münbit (qara, qonur, qəhvəyi) - hümusun miqdarı 5-I5%, məsaməli, qalınlığı 1 m-dək:
b) qeyri-münbit (boz, sorakət) - hümus 2-5%, məsaməsiz, kəsəkli, suvaşqan.
torpağın quruluşuTorpaq aşağıdakı amillərin təsiri altında yaranır: ana süxur, iqlim, relyef, yeraltı su, bitki, heyvan və insan. Torpağın əmələ gəlməsində müxtəlif amillər eyni dərəcədə lazımdır. Torpaq isti və quru (tropik), soyuq və quru (arktik) iqlim qurşaqlarında, rütubətli və buxarlanması həddən artıq çox və az olan ərazilərdə çox gec yaranır və ya heç yaranmır.
Yüksək dağlarda eroziya güclü olduğundan torpaq nazik olur. Dağ ətəklərində və düzənliklərdə qalın torpaq qatı yaranır. Mülayim, subtropik və subekvatorial iqlim torpağın yaranması üçün əlverişlidir.
Quruluşuna görə torpaqlar:
1. Strukturlu - dənəvər (diametri 7-10 mm), münbit, hümusla zəngin olur. Qara, şabalıdı, gilli-podzol, boz və s. torpaqlar aiddir.
2. Struktursuz- qeyri-məhsuldar, tozvari diametri 0,05 mm-ə qədər olur. Qumsal, şoran, və şorakət torpaqlar aiddir.
Torpaqlar mexaniki tərkibinə görə - qumlu, qumsal, gilli, gillicəli olurlar.
Dərinliyə görə torpaqlar 3 qatdan: horizontdan ibarətdir. horizontalların cəmi torpaq profili (və ya kəsilişi) adlanır. Dərinliyə doğru getdikcə hümusun miqdarı azalır.
I. Akkumlyativ qat - üstə yerləşən çürüntü toplanan tünd rəngli məhsuldar qatdır.
II. Allüvial qat - hümusu az, məhsuldarlığı zəif, açıq rəngli yuyulan qatdır.
III. Illüvial qat - ana süxurun (üzərində qalan hümussuz toplantı qatıdır.
Şumlanma prosesində torpaqlar qarışdırılır. Hümus ən çox qara torpaqda olur (15%).
Meliorasiya - torpaqların məhsuldarlığının artırılmasına yönəldilən kompleks tədbirlər sistemidir.
Rekultivasiya - insanın təsərrüfat fəaliyyəti nəticəsində tamamilə pozulmuş torpaqların bərpa edilməsi prosesidir.
Bedlend – insanın təsərrüfat fəaliyyəti nəticəsində sıradan çıxmış torpaqlardır.
torpaqIrriqasiya - torpağın süni surətdə suvarılmasıdır. Torpaq həddən artıq suvarıldıqda qrunt sularının səviyyəsi səthə yaxınlaşır. Günəş şüalarının təsiri ilə qrunt suları buxarlanır, onun tərkibindəki duz isə torpağa qarışaraq torpağı şoranlaşdırır. Şoranlaşma tropik və subtropik qurşaqlarda intensiv gedir. Qrunt sularının səviyyəsini aşağı salmaq üçün kollektor-drenaj şəbəkəsi (üstü açıq və ya yeraltı kanal) yaradılır.
Dəmyə – suvarılmayan əkinçilik sistemidir.
Torpaq eroziyası - torpağın münbit qatının su və külək vasitəsi ilə dağıdılması və yuyulması prosesidir. Dağ yamaclarında eroziyanın qarşısını almaq üçün yaradılan yaruslara (pillələrə) terraslaşdırma deyilir. Dağ yamaclarında ağac və kollar əkməklə, buranı eninə şumlamaqla yarğanların yaranmasının qarşısını alırlar.
Torpaqşünas alim Dokuçayev torpaqları onun üzərində bitən bitkilər və ya rənglərlə adlandırıb: dağ-meşə, dağ-çəmən, boz, boz-çəmən, sarı.
Rütubət və istiliyin nisbətindən asılı olaraq Yer kürəsində torpaq örtüyü ekvatordan qütblərə doğru iqlim qurşağına uyğun olaraq dəyişir:

Iqlim

Təbii zona

Torpaq

Ekvatorial

həmişəyaşıl ekvatorial meşələr

qırmızı-sarı ferralit torpaqlar

Subekvatorial

savanna və seyrək meşələr

qırmızı-qonur torpaqlar

Tropik

səhra və yarımsəhralar

boz, qumluq, şoranlıqlar

Subtropik

codyarpaqlı meşə və kolluqlarda

qəhvəyi

 

Mülayim

çöllərdə

qara torpaqlar

iynəyarpaq meşələrdə (tayqada)

podzol (küləçalan) torpaqlar

qarışıq və enliyarpaq meşələr

çimli-podzol və qonur-meşə torpaqları

səhra və yarımsəhralar

boz, qumluq, şoranlıqlar

Subarktik

tundrada

tundra - qneyli torpaqlar

Arktik

arktik buzlu səhralarda

ibtidai torpaqlar

Süxurlar və relyef azonal (yəni qeyri-zonal) torpaq gətirən amillərdir. Çayların sahilində suların yuyub gətirdiyi münbit allevüal-çəmən torpaqları geniş yayılıb. Dağlarda torpaq temperatur və yağıntıdan asılı olaraq dəyişir.
Dünyanın bütün quru sahəsi torpaq fonduna daxil olsa da, bunun yalnız çox kiçik bir hissəsi insanın təsərrüfat fəaliyyəti üçün yararlıdır. Belə ki, torpaq fondunun 11-12%-i şumlanan torpaqların, 24%-i çəmənliklərin, qalan 2/3 hissə isə yararsız və az yararlı torpaqları payına düşür.

 

2 şərh

Robotnik
çox gözəl iş görmüsünüz     2ral. bu işdə sizə uğurlar.zehmetiniz itirilmesin
SHATENKA407
səhv etmirəmsə bu yazı  litosfer blogunda olmali idi axi…