Рейтинг
+63.32

Gündəlik həyatın çətinlikləri

51 üzv, 174 topik

Nevrozlar boşalanda

İnternet XX əsrin ən nəhəng kəşflərindən biri kimi tarixə düşdü. Burası birmənalı şəkildə belədir. XX əsrin ortalarında yaşayan filosoflar XX əsri “müharibələr və dəhşət əsri” kimi təsvir edirdilər. Remarkın qəhrəmanı Ravik deyirdi: “Biz iki müharibə arasında yaşamağa məhkum olunmuş insanlarıq”. Müharibə, doğrudan da, dəhşət idi.
Milyonlarla şəxs bu və ya digər şəkildə bu dəhşəti öz üzərlərində hiss edib. Aclıq, yoxsulluq, səfalət. Almaniya, İtaliya və İspaniyada polis zorakılığı və s. İnsan faktoru unudulurdu, dünya nəhənglərin güləş meydanına çevrilmişdi. İnsan isə bu nəhənglərin ayaqları arasında əzilir, məhv olurdu.
Ardı →

Əyri-üyrü adamlar

Əslində heç nəyi düşünmədən, nəticə necə olur-olsun, münaqişəyə müdaxilə eləməli idi, çünki atası onu elə tərbiyə eləmişdi...
Anar müəllimin “Macal“ povestində belə bir epizod var: yenicə nişanlanmış, qarşısında planlaşdırılmış karyerası olan bir gənc gecə vaxtı tindən keçərkən görür ki, bir nəfəri zorla maşına basıb harasa aparırlar və o, dava-şavada eşitdiklərindən belə anlayır ki, aparılan böyük ehtimalla öldürüləcək. O zavallının köməyinə yetişmək üçün bir addım atır və dayanır. Bir anlıq davaya müdaxilə edəcəyini və bəlkə də, bir bıçaq zərbəsi ilə öldürüləcəyini düşünür, sonra da nişanlısının başqa biri ilə evləndiyini görür, unudulduğunu, onun üçün hazırlanmış kresloda bir başqasının yayxadığını göz önünə gətirir və dayanır.
Davamı →

Oğraşlıq nümunəsi

Qapını döyən şəxs həyəcanla: “Həkim, qardaşım ağır xəstədir, dərhal həkim müdaxiləsinə ehtiyac var.“
“Həkim, həkim“, — deyə bir səs eşidildi. Gecənin səssizliyini pozan bu səsdəki həyəcan və qorxu açıq-aydın hiss olunurdu. Qapının zəngini çalan şəxsə bir nəfər söykənmişdi, xəstə və ya yaralı olduğu bəlli idi. Qapının zəngini dəfələrlə çaldı. Bir tərəfdən də xəstəni başqa bir həkimin yanına aparmaq məqsədi ilə yoldan taksi keçib-keçmədiyinə baxırdı. Bu vaxt dəmir qapı açıldı. Qapıda dayanan adam gözlərini ovuşduraraq, gözlüklərini taxdı:
Davamı →

Kiçik adamların böyük kölgələri

Yazımızın başlığı bir çin atalar sözündən alınmadır: “Bir yerdə kiçik adamların böyük kölgələri varsa, deməli orada günəş batır...“
Bəzən gördüyümüz gözəl bir işə, başqalarından fərqli cəhətlərimizə və ya qabiliyyətlərimizə görə təriflər eşidirik. Layiq olduğumuz tənqidləri qəbul etməkdə çətinlik çəksək də, tərif məsələsində bu təbrikə layiq olub olmadığımızı düşünmədən özümüzünküləşdiririk. Nəfsimiz həmişə bizim tərəfimizi tutur, gözəllikləri öz “məharətimiz“ bilirik, xoşumuz gəlməyən məqamları isə haqlı olsa da, özümüzə yaraşdırmırıq.
Hər birimiz dost bildiyimiz adamların səhvlərimizə dözməsini, xoşbəxt günlərimizdə bizə həsəd aparmadan bizim qədər sevinməsini arzu edirik.
Davamı →

Hədər gedən ömür və peşmançılıq

Ömür gəldi-gedərdir. Nə uşaqlıq, nə gənclik, nə də qocalıq daimi deyil.
Zaman ötdükcə uşaqlığı gənclik, gəncliyi isə qocalıq əvəz edir. Qocalıqdan sonra isə, adətən, əcəl gəlir. Təbii ki, əcəl ancaq qocaları gözləyən bir son deyil, əcəl ömrün bütün anlarında insanları gözləyən bir dünyəvi sondur. Bəli, məhz dünyəvi sondur, çünki əcəl sayəsində insan fani olan dünyadan əbədi olan axirətə köçür...
Hər yaşda ölüm haqdır və Haqdandır. Əsas olan odur ki, bəxş edilən ömür payını səmərəli və faydalı işlərə sərf edəsən. Yəni bir daha geri verilməyəcək olan həyatı hədər etməyəsən.
Davamı →

Ünsiyyət əxlaqı

İnsanlar balaca qəsəbə və kəndlərdə yaşayanda, kiçik şəhərlərdə məskunlaşanda, dar küçələrdə yan-yana keçəndə, məclis və mərasimlərdə bir araya tez-tez toplananda bir-birlərinin halından xəbərdar olurdular. Daha çox yaxınlıq edir, daha sıx əlaqə bağlayırdılar. Hal-əhval tutmaq, xəbər-ətər sormaq, dəstək və ya yardım etmək asan idi. Bu gün şəhərlər o qədər genişlənib ki, yaşayış mənzilləri o qədər çoxalıb və yaxın insanlar bir-birindən o qədər uzaqlaşıblar ki, hamı öz hayında qalıb, hay-haray edib çağıranı isə eşidən çox az və ya heç yoxdur. Fərdi azadlıq dediyimiz məfhumun çərçivəsi o qədər genişlənib ki, özünü inkişaf etmiş düşündükcə, başqaları ilə əlaqəsi də eyni zamanda zəifləməyə başlayıb. Əslində insanların bir-birlərilə əlaqələri mürəkkəbləşib və çətinləşibdir. Bu üzdən insanlar bir-birinə ya güvənmir, ya etibar etmir, ya çəkinir, qorxur, bir sözlə hər hansı bir formada uzaq durmağa yaxud yaxına buraxmamağa çalışır. 

Ardı →

Hara gedim

Bəzən sıxıldığınızı, bəzən depresiyaya düşdüyünüzü hiss edərək bütün problemlərdən uzaqlaşmaq üçün harasa qaçmağa qərar verirsiniz. Və daxili dünyanızda kiçik bir pıçıltı ilə əhəmiyyəti böyük bir sualı səsləndirirsiniz:«Hara gedim?»
Bu sualın cavabı fərdə və şəxsiyyətlərə, ətraf mühitə və imkanlara görə dəyişə bilir. Mənəvi çətinliklərdən uzaqlaşa bilmək üçün gedilən və ya da gedilmək istənilən yerlər çox vaxt maddi aləmdə gözəl deyilən yerlərdir. Betonlaşmış şəhər yaşantısından sıxılan insanlar üçün yamyaşıl dağlar, sərin yaylaqlar və ya mavi dənizlər daha çox seçilən yerlərdir. Mənəvi çətinliklərini və ya əskiklərini, maddi səbəblərə bağlayan və həllini yenə də maddədə axtaran bu anlayış, maddi aləmin indiki zamanla məhdud «qonaqlığı» ilə kifayətlənmək məcburiyyətindədir.

Ardı →

"Dünyanın kulturoloji dərkinə ehtiyac var"-Aydın xan Əbilov

Azərbaycanda son iki ildə kulturologiya ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bakıda kulturoloqların beynəlxalq konfransından sonra hər ay müxtəlif seminarlar keçirilir, kulturoloqlar bir araya gəlib müzakirələrə qoşulurlar. Amma bütün bunlar ölkəmizdə kulturologiyanın inkişafına, səviyyəsinə o qədər də təsir etmir. Bu gün Azərbaycan kulturologiyasında problemlər qalmaqdadı. Bu və digər məsələlərlə bağlı Yeni Yazarlar və Sənətçilər Qrumunun sədri, kulturoloq Aydın Xan Əbilov danışdı.
Ardı →

Kibritçi qız

İlin son günü idi. Hava çox soyuq idi. Sıyıq sıyıq qar yağırdı. Axşam olmaq üzrə idi.
Çöldə başı açıq, ayaqyalın kiçik bir qız gedirdi. Səhər evdən çıxarkən ayağında anasının köhnə bir ayaqqabısı vardı. Amma ayaqqabılar böyük gəlirdi.
Qarda gedərkən salıb itirmişdi. İndi kiçik qızın ayaqları soyuqdan göyərmişdi. Əlindəki kibritləri satmağa çalışırdı. Lakin səhərdən bəri bir qutu belə sata bilməmişdi.
Ardı →

İntihar

Dünyada hər 20 saniyədə bir adam özünü öldürür, hər 2 saniyədə bir insan isə intihara uğursuz cəhd edir. İntihar qurbanlarının sayı müharibə və qətl qurbanlarının birgə sayından daha çoxdur. Paradoksaldır ki, iqtisadi böhran zamanı ənənəvi olaraq intiharlar artmaq əvəzinə azalır. ABŞ-da dərc edilmiş «Təqlid effekti» kitabının müəllifi Loren Koulman qeyd edir ki, iqtisadi çətinliklər və müharibələr zamanı insanlar şəxsi təşəbbüsləri ilə dünyadan getməyə meyilli olmurlar.
Ardı →