Hipoqlikemiya. Hipoqlikemik sindromlar

Hipoqlikemiya – qanda şəkərin normadan az olmasıdır. Sağlam insanda sutka ərzində qanda şəkər acqarına 3,3-5,5 mmol/l arasında dəyişir. Qanda şəkərin miqdarı 3,3 mmol/l-dən (60 mq %) az olduqda hipoqlikemiya yaranır. O bir neçə səbəbdən yarana bilər:

1.karbohidratların kifayət qədər istifadə olunmaması
2.insulinin yüksək dozada vurulması
3.böyük fiziki aktivlik
4.alkoqolun qəbulu
Bundan başqa hipoqlikemiya qanda şəkərin səviyyəsinin kəskin düşməsindən də yarana bilər. Hiperqlikemiyadan fərqli olaraq hipoqlikemiya qəfildən və çox kəskin şəkildə başlayır.Qanda şəkərin miqdarı tədricən düşərsə o hətta 3 mmol/l-dən aşağı olduqda belə xəstə ozünü yaxşı hiss edir.
Hipoqlikemiya ağır və yüngül ola bilər. Yüngül hipoqlikemiyada xəstə ozü əmələ gələn ağırlaşmanın öhdəsindən gələ bilər. Lakin vaxtında tədbir görmədikdə beyinin fəaliyyətinin pozğunluğu kəskin artır ki, buda huşun itməsi ilə nəticələnən ağır hipoqlikemiyaya gətirib çıxarır.

Yüngül hipoqlikemiyanın simptomları aşağıdakılardır: 
1. aclıq hissi
2. ürək döyünmə
3. bədənin əsməsi
4. tərləmə
5. baş gicəllənmə
6. dərinin solğunluğu
7. qorxu
8. narahatlıq
9. zəiflik

Bəzi insanlarda hipoqlikemiya zamanı bu əlamətlərdən başqa, xüsusi hisslər də yaranır. Misal üçün, keyləşmə, burunun ucunda, ağızda və üst dodaqlarda arabir sancma ola bilər.Hipoqlikemiyası olan xəstənin rəngi kəskin şəkildə ağara bilər, əhval ruhiyyəsində dəyişkənliklər, birdən-birə yaranan əsəbilik, gərginlik, qəmginlik müşahidə oluna bilər.

Ağır hipoqlikemiya zamanı əsasən bu əlamətlər müşahidə edilir:
1. fikirin dolaşıqlığı
2. pis koordinasiya
3. nitqin pozulması
4. qıc olma
5. koma 

Hipoqlikemik koma

Əgər qanda şəkərin səviyyəsi çox aşağı göstəricilərə qədər düşərsə, bu mərkəzi

sinir sisteminə çox pis təsir edər. İnsan öz hərəkətlərində durğunluq hiss edər və

huşunu da itirə bilər. Hipoqlikemiya zamanı adamın huşunu tamam itirməsi, və

həyatı vacib orqanların fəaliyyəti (yəni ürəyin fəaliyyəti və tənəffüs) pozulması

hipoqlikemik koma adlanır. Hipoqlikemik koma həyat üçün çox təhlükəlidir

və o azacıq hiss edilərsə təcili tədbir görülməlidir.

                      
Hipoqlikemiyalar bir neçə qrupa bölünür:

Reaktiv hipoqlikemiya.

1)Fruktozaya qarşı tolerantlığın irsi pozulması,qalaktozemiya.

2)Alimentar Hipoqlikemiya qida qəbulundan sonra adrenergik simptomlarla xarakterizə olunur. Əsasən qastroektomiya,piloroplastika,mədənin tez boşalması ilə əlaqədar qastroektomiya əməliyyatı olunmuş xəstələrdə rast gəlinir. Belə xəstələrdə qida bağırsağa tez keçor və sorulur. Bu zaman qlükozanın qana keçməsi lazımi miqdardan çox insulin sekresiyası törədir.Qlükozanin qanda miqdarı insulinə nisbətən daha tez enir.

2)Aclıq Hipoqlikemiyası.Bu zaman qlükozanın qaraciyərdə produksiyası ilə onun utilizasiyası arasında tarazlıq pozulur.Balansın pozulmasının səbəbi hiperinsulinizmdir.İnsulinin miqdarının az olmasına baxmayaraq,qanda qlükozanın miqdarı aşağı düşürsə,bu əsasən şiş xəstəlikləri ilə əlaqədardır.Şiş hüceyrələri insulinəbənzər faktorlar sekresiya edirlər.

Qanda qlükozanın səviyyəsinin aşağı enməsi həmçinin karnitinin azlığı ilə də əlaqədar ola bilər.Bu zaman sərbəst yağ turşularının oksidləşməsi pozulur.

Ümumilikdə hipoqlikemiyasını törədən səbəblər bunlardır:

1)Hormon defisiti:katexolaminlərin,qlükaqonun defisiti,böyrəküstü vəzilərin çatışmazlığı və s.

2)Fermentlərin defisiti:Qlükoza 6 fosfataza,böyrək fosforilazası,piruvatkarboksilaza,fruktoza 1,6 difosfataza,qlikogensintetaza və s.

3)Substrat defisiti:Qida rejiminin pozulması,əzələ zəifliyi,yaşlı dövrdə hamiləlik və s. zamanı.

4)Dərmanlar və narkotiklər:alkohol,propranolol,salisilatlar.

5)Qaraciyərin qazanılmış xəstəlikləri:sirroz,ağır gedişli hepatit.

6)Uremiya

Hipoqlikemiyanın aradan götürülməsi taktikasını nəzərdən keçirək.

1.şəkərli ərzaqlardan istifadə edin: qənddən və ya şəkər tozundan – 12 qr = (dərhal 5-6 tikə qənd və ya 2-3 xörək qaşığı şəkər tozundan yemək lazımdır);

Bal – 2-3 xörək qaşığı,şirin içkilər (çay, isti suda həll olunmuş bal və ya mürəbbə);

üzüm və ya alma şirəsi – dolu stəkan, 250 ml;

2. şəkər qəbul etdikdən sonra alma yeyin və hipoqlikemiyanın əlamətlərinin yox olmasını gözləmək üçün 5-10 dəqiqə uzanın.
3. Həmin ərzaqlar 3-5 dəqiqədən sonra qanda qlükozanın səviyyəsini sürətlə qaldırır. Lakin yeyilən şəkər qlükozanı qanda sürətlə qaldırmış, lakin insulinin təsiri davam etdiyi üçün qanda şəkər enməyə başlamışdır. Hipoqlikemiyanın bu 2-ci dalğasını kompensasiya etmək üçün xəstə qara çörək qəbul etməlidir. Həmçinin 1 alma, bulka ,peçenyə, çörəklə 1-2 buterbrod qəbulu da məsləhətdir.

Vəziyyət huşun itməsi ilə nəticələnibsə, onda müalicə belə olacaqdır:

Vena daxilinə 40%-li 60-80 ml qlükozanın tədricən yeridilməsi.
2. Birinci inyeksiyadan sonra xəstənin huşu özünə gəlmirsə,təkrar olaraq 40-50 ml qlükoza məhlulu vena daxilinə yeridilməlidir, sonra isə xəstəxanaya göndərilməlidir.

 

0 şərh